Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

 
 
174 
Quşçu.  Azərbaycan mənşəli coğrafi adlardan 
biri də Quşçu etnomu etnomapalinidir. Quşçu inam 
ümumi türk anamistkiasinda həmişə özünü qoruyub 
saxlamışdır. Totem kimi qəbul olunmuşdur. Totem-
lərin  əsas xüsusiyyətlərindən biri də onların tayfa, 
qəbilə xalq adlarına çevrilməsidir. Göyərcik, Novlu 
kəndlərini  əhatə edən  ərazinin bir hissəsi qusçu ad-
lanır. Mistanla Cibikli kəndləri arasında olan Quşçu 
dərəsi, Quş bulağı mövcuddur. Azərbaycan ərazisin-
də Quşpara (Xanlar rayonu), Quşçu körpü (Daşkəsən 
rayonu),  Quşçu  (Xanlar rayonu), Quşçu  (Qazax 
rayonu),  Quşçu düzü (Qubadlı rayonu) adlı yerlər 
var. Tərkibində ikinci tərəfi quşçu olan coğrafi adlar 
da var. Dağ quşçu (Dəvəçi), Aşağı quşçu (Tovuz), 
Aşağı quşlar (Şuşa), Dəli quşçu (Zərdab) kimi adlar 
bu qəbildəndir. 1728-ci ildə  tərtib edilmiş “Dəftəri-
müfəssəl”  əsərində Quşçular  camaatı  adlı coğrafi 
obyekt inzibati ərazi  bölgüsünə daxil edilib. E.Hü-
seynzadə Quşçu tayfasının Azərbaycana gəlişini 
monqolların  Şimali Qafqazi tutmaları ilə  əlaqələn-
dirir. (“A.Qeybullayev toponomiya Azərbaycana” 
1986 səh 65) 
 
Qayalı. Rayonun ərazisində qayalı oykonimi də 
qayı tayfalarının coğrafi adlarındakı izidir. Bu deyi-
lənlərdən belə bir nəticəyə gəlmək olar ki, rayon əra-
zisində Oğuz yer-yurd adları təsadüfi, göydən yaran-
mış  adlar olmayıb. Bu addan  Oğuz ruhu, Oğuz ab-


 
 
175 
havası, Oğuz nəfəsi duyulur,  Dədə-Qorqud dünya-
sının  ətri gəlir. Mənbələrdə yazılmışdır ki, Şabadın 
Oğuzun nəvələrindən biri olan Qayıq bəyin qızının 
adıdır.  
 
Qazan.  Müskanlı, Dondarlı  kəndləri  ərazisində 
Qazan dərə, Qazanyal toponimi mövcuddur. Biz 
Qazan antrotoponiminə Musa Kalankatlının  “İstori-
ya Albaniya” əsərində rast gəlirik. Eramızın əvvəlin-
dən xəbər verən “Alban tarixi” əsərindən görünür ki, 
Qazan xanın Zəngəzur zonası ilə birbaşa  əlaqəsi 
olmuşdur. Əraziyə yaxın olan Cəbrayıl rayonunda da 
Qazan zəmi toponiminə rast gəlinir. Onu da qeyd 
edim ki, Zəngilan, Qubadlı rayonlarında bu adda  
5-dən artıq oykonim, oronim, hidronim mövcuddur. 
Deməli,  Qazanla  əlaqədar 2 mühüm fakt bir-
birini təsdiqləyir.  Əvvəla, alban tarixində  Qazanın 
bu  ərazilərə  gəlməsinə  işarə olunur. 2 ci, Zəngilan 
ərazisində olan Qazangəl dağı tam şəkildə Qazanın 
bu  ərazidə olmasına işarədir. E.Rüstəmov “Elm  və 
Həyat jurnalı  1987. Səh 922” (P.Zeliniski ekono-
miçski səh .145-162) 
(Azərbaycan klassik ədəbiyyatı kitabxanası 
b.1982 birinci cild səh.51) 
 
Qoçdar Usuplu. (ölü kənd) Kəndin cənubunda, 
Qoşa çinar adlanan ərazinin sol tərəfində, Bəxtiyarlı 
yolunun üstündə 4 ədəd qoç heykəl olmuşdur. Onla-


 
 
176 
rın  ikisi  ermənilər tərəfindən aparılmış,  iki  ədədi 
rayon  Tarix Diyarşünaslıq  muzeyinə  gətirilmişdir. 
Bu gün həmin ərazidə qoç heykəllər yoxdur. Onu da 
qeyd edim ki, ermənilər tərəfindən şayiə yayılmışdır 
ki, qoc heykəllərin içərisində qızıl var. Ona görə də 
qalan abidələr qorunmamışdır və dağıdılmışdır. 
Həmin ərazidə 2 ədəd daş sandıq qəbirüstü qalmaq-
dadır. Biri böyük, o biri isə bir qədər kiçik 
ölçülüdür. 
 
Qoç heykəl. Hacılı  kəndində Zeynəbin yeri 
adlanan ərazidədir.  
 
Qoç qəbir.  Göyərcik kəndində Quşçu  İmam-
zadəsi 1424-cü il tarixə aid qəbir daşlarının yanında 
olan qədim abidə. Bu abidə 10-cu  İmam  Əliyyən 
Nəqi (ə) övladlarının qəbrindən 20-25 m aralıda 
yerləşir.  
 
Quşçu düzü. Novlu kəndi ilə Göyərcik kəndləri 
arasında böyük bir sahəni  əhatə edir.Azərbaycanın 
çox rayonlarında Quşçu adlı kəndlər və ərazilər var. 
Goranboy, Daşkəsən, Qazax,Yevlax, Xocalı, Gəncə, 
Xocavənd, Laçın, Gədəbəy, Şuşa, Qafan və s.Qədim 
türk mənşəli Quşçu tayfası adı ilə bağlıdır. Azərbay-
canda və digər Türk ərazilərində geniş yayılmış 
tayfalardan biri hesab olunur. Bəzi mənbələrdə Hun 
tayfaları ilə bağlılıq təşkil edir.  


 
 
177 
 
Qarğışdağ. Köhnə Qarqışlaq kəndinin gün çıxan 
hissəsində  sıldırımlı dağın  ətəyində xarabalıqları 
qalan kəndin adıdır. Yaşlı adamların dediklərinə 
görə,  həmin  ərazidə qala divarlarının qalıqları, san-
dıq qəbirlər və  qoç daşlar bu günə  qədər qalmaq-
dadır. 
 
Quşcu  İmamzadəsi.
  Göyərcik  kəndi  ərazisində 
Quşcu düzündə yerləşir. Onuncu İmam Əliyən Nəqı-
nın  (ə)  övladlarının dəfn olduğu yer ehtimal edilir. 
Həmin ərazidə 1424-cü ilə aid digər abidələr də var. 
Təkcə Qubadlı rayonunun əhalisi yox, digər ra-
yonlar və digər respublikadan gələn insanlar ziyarət 
edirdilər.  Ziyarətgaha yığılan nəzir pullar imdad 
diləyən xəstələrə və kasıblara paylanarmış. 
 
Qalalı qalası. Muradxanlı kəndində qədim qala. 
Şirvaninin əsərlərində adı çəkilmişdir. 
 
Qazan qaya. Diləli Miskanlı kəndi. Qazan xanla 
bağlı rayonda bir çox toponimlər qeyd olunmuşdur. 
Cəbrayıl rayonunun Qazan zəmi kəndi, Zəngilan ra-
yonunda Qazan gəldi dağı qeydə alınıb. Bu topo-
nimlər Qazan xanın Qubadlı, Zəngilan  ərazisində 
olmasını təsdiqləyir.  
 
Quş qonan dağ. Qaralar kəndində günbatan isti-
qamətində yerləşir. 


 
 
178 
Qoç dərəsi. Qoç dərəsi Sarıyataq kəndində olan 
dərədir. Dərədə qədim qoç abidələri olub. Bir hissəsi 
ermənilər tərəfindən aparılmışdır. Rayonun başqa 
ərazilərində də qoç abidələri var. Qarqışlaq kəndində 
iki ədəd qoç və bir ədəd Sandıq qəbir daşı var idi.  
 
Qalaça. (Əliquluuşağı) Kəndin ətrafındakı təpə-
lərdən  ən yaxını üzərində  kənddən təqribən 150 m 
hündürdə,  əsası  bərk  əhəng daşından ibarət olan 
qalaçanın qalıqları erməni işğalına qədər qalırdı. 
Bu istehkam xarakterli tikililər kəndi əhatə edən 
bir neçə  təpənin üstündə idi. Həmin istehkamların 
yerləşdiyi sahədən 1918-19-cu illərdə (yaşlıların 
ifadəsindən) və 1988-93-cü illərdə ermənilərin hü-
cumlarının dəf edilməsində  səngər kimi istifadə 
olunmuşdur. 
 
Qarğıdalı  dərəsi.  Məzrə  kəndi  ərazisində olan 
dərənin adıdır.  
 
Qalacıq.  Xocamusaxlı  kəndi yaxınlığında Ballı 
qaya deyilən hündür, əlçatmaz qayanın üzərində yer-
ləşir. Qalıqları erməni işğalına qədər mövcud idi. 
Qalacıq qalasının tikilmə tarixi məlum deyil. Lakin 
son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, 
Qalacıq qalasının tarixi eramızdan  əvvələ gedib çı-
xır. Bu qala Albaniya və Atropatena dövlətlərinin 
sərhədini ayıran xətt boyunca qalıqları müasir dövrə 
qədər gəlib  çatan keşik-mühafizə sisteminin tərkib 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə