Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

 
 
184 
Qara qaya. Qəzyan kəndində ən böyük qayadır. 
Böyüklüyünə,  əzəmətinə görə qara qaya adlanır. 
Qara qaya oronimi Cibikli, Əyin, Mistan ərazisində 
də var.   
 
Qocaşan. Qəzyan kəndindədir. Çərəli kəndi isti-
qamətində olan təpənin adıdır. 
 
Qarapir. Xocamsaxlı kəndində Qara pir yerli və 
qonşu kəndər tərəfindən ziyarət edilirdi. Dağdağan 
piri də eyniadlı ərazidədir.  
 
Qaradaş.  Gödəklər kəndində Yazı düzü istiqa-
mətində olan böyük daşın adıdır. 
 
Qaraqaya.  Cibikli kəndində olan iri qayadır. 
Qara qaya toponimi Mistan kəndində də qeydə alın-
mışdır.  
 
Qurd dərəsi. Boynakər kəndindədir. Rayon əra-
zisində qurdla bağlı totemlər çoxluq təşkil edir. Hə-
min kənddə həm də Qurd ölən adlı toponim də möv-
cuddur.  
 
Qaraqaya.  Mahmudlu kəndində olduqca böyük 
qayadır. Qaya Mahmudlu Qayalı  kəndlərini bir-
birindən ayıran sərhəddir.  
Güneylərə gün düşdü. 
Qara daşa ün düşdü. 
Mahmudlu öz elindən  
Allah, didərgin düşdü. 


 
 
185 
Qurban təpə. Qarabağ yaylasının cənub şərqin-
də yerləşir.  Əliquluuşağı  kəndinin Qurban təpə 
müqəddəs sayılan dağıdır. Qurbanlıq dağın  ən 
hündür yerində kəsilər və niyyətlər tutulardı.  
 
Quru dərə.  Göyyal kəndində olan ərazidir. 
Quru, yəni suyu olmayan mənasında işlənən oronim-
dir. Quru dərə toponiminə rayonun Muradxanlı 
kəndində də rast gəlinir.  
 
Qumqazılan. Mistan kəndinin ərazisindədir. Çı-
xarılan qumun çəkisi çox yüngüldür. Oronim qumun 
çıxarılması ilə əlaqədar yaranmışdır. Muğanlı kəndi-
nin yuxarı  tərəfindən də Qum qazılan adlı qum 
karxanası var. 
 
Qalaça.  Göyərcik kəndində Yolaşan  ərazidə
hündür təpənin üstündə tikilmiş qədim mühafizə qa-
lasıdır. Bu günə qədər qalıqları qalmaqdadır. Tarixi 
haqqında heç bir məlumat yoxdur. Qalacıqdan bax-
dıqda Zəngəzur ərazilərinin çox hissəsi görünür.  
 
Qaramalı dərə. Çərəli kəndində meşə ərazisində 
torpaqdan qaynayan bulağın adıdır. Bulağın içərisi 
həmişə çamur, palçıq olduğu üçün belə adlanır. Suyu 
yay aylarında quruyurdu.   
 
Quşçu bulaq. Göyərcik kəndindədir. Quşçu me-
şəsində olduğuna görə Quşçu bulaq adlandırılmışdır.  


 
 
186 
Qala dərəsi.  Qaracalı  kəndində, dağətəyi  ərazi-
dədir.  İnformatorlar o ərazidə qalanın qalıqlarının 
olması haqqında məlumat verirlər.  
 
Qara dərə. Xıdırlı kəndində olan böyük dərənin 
adıdır.   
 
Qalayolu. Muradxanlı ərazisindən keçən piyada 
yolun adıdır. Şuşa qalasına gedən yol.  
 
Qaraqoyunlu dağı. Dağ Qaraqoyunlu tayfasının 
adı ilə bağlıdır. Qaraqoyunlu tayfasına məxsus dağ 
mənasındadır.  
 
Qaranlıq dərə. Xələc kəndindədir. Cəlal Bərgü-
şadlının “Siyrilmiş  qılınc”  əsərində  məlumat veril-
mişdir. 
 
Qaranlıq.  Cılfır kəndi  ərazisindədir. Bulaq və 
biçənək yerinin adıdır. 
Günəş düşməyən, kol-kos başmış olduğuna görə 
Qaranlıq adlandırılmışdır.  
 
Qatar.  Bəxtiyarlı  kəndinin qarşısında yerləşir. 
Toponim Azərbaycan dilindəki qatar (cərgə, sıra ilə 
düzülmüş) və qaya sözlərindən ibarətdir. Yəni, qaya-
lıq yan-yana sıralanmış dağ mənasındadır.  
 
Qara kaha.  Məlikəhmədli kəndindədir. Rayon-
da böyük olan kahalardan biridir. Qara sözü kahanın 
böyüklüyü ilə bağlıdır. 


 
 
187 
Ləpirli. Qədili kəndi ərazisinin torpağı çox narın 
olduğuna görə hər bir gəzənin ayağının izi torpaqda 
qalır. Ona görə də Ləpirli adlanır. 
 
Lənətləmə. Qarğış dağ kəndindən Xələc kəndinə 
çıxan yolun sağ tərəfində Qarğışdağ kəndinin 2 kilo-
metrliyindədir. Erməni pristavını  həmin  ərazidə  öl-
dürüb daşlıqda basdırıblar. Hər oradan keçən  əlinə 
daş alıb çınqıllığa tullayırdı  və onu lənətləyirdilər. 
Lənətləmə adlı mikro toponim Çardaxlı kəndində də 
var. 
 
 
Mağara ziyarətgahı.  Əliquluuşağı  kəndində 
ziyarətgah.  Kəndin yaxınlığındakı qayalıqda inşa 
olunmuşdu. Mağaranın içərisində oturmaq, gözlə-
mək üçün hündürlüyü 1 m olan səhnəyə oxşar yer 
var.  İki oturacaq stolu,  daşdan yonulmuş, daşdan 
açılmış iki işıqlığı və qapısı var. Mağaranın tarixinin 
neçənci əsrə aid olduğu məlum deyil.  
 
 
Mədi ölən.  Tarovlu kəndi ilə Zeyvə  kəndi 
arasında olan aşırım  ərazidədir. Mədi ermənilərin 
qoşun başçısı olmuşdur. Azərbaycan kəndlərinə hü-
cum zamanı qoşunları ilə birlikdə öldürülmüşdür. 
“Bəyəm Mədiyə güllə batmır?” məsəli Tarovlu 
camaatının dilində  həmişə  işlədilir.  O  əraziyə  həm 
də Nəbi öldürən də deyilirdi.  


 
 
188 
 
Maltəpə. Çox da hündür olmayan təpəlik. Bala-
soltanlı  və Padar kəndləri yaxınlığında ticarət  yolu 
adlanan yolun üstündə yerləşir. Tacirlər həmişə o 
ərazidə düşər, mallarını yaxında olan kəndlərə satar-
mışlar. Ticarət edilən yer. 
 
 
Maral dərəsi. Qayalı kəndinin Yazı düzü istiqa-
mətində uzanan dərənin adıdır. Rayonda bu qəbildən 
olan toponimlər çoxdur. Maralucan (Xələc kəndi), 
Maralucan (Göyərcik kəndi) 
 
 
Məzrə düzü.  Məzrə  kəndinin  ərazisində çox 
böyük sahəni əhatə edir. Biçənək yerləridir.  
 
 
Məscid.  Dondarlı  kəndi. 1732-ci ildə Nadir şah 
tərəfindən inşa etdirilmişdir. Həmin vaxt Şirvandan 
Zəngəzura gələn Nadir şah tikdirdiyi bu məsciddə 
ibadət etmişdir. Nadir şahın ordusundan qalan bir 
şəcərə 1916-cı ilə kimi həmin məscidin fəaliyyətini 
davam etdirmişdir. Sovet hökuməti tərəfindən rep-
ressiya olunmuş Azərbaycanın tanınmış ziyalısı 
Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir. Onun 
nəvəsi Həmdullah Əfəndiyev ruhani təhsili almışdır 
və dini fəaliyyətlə məşğuldur. 
 
 
Mir Sədi Ağa ocağı. Mirlər kəndində tarixən el 
arasında müqəddəs sayılan bir ocaq, bir şəcərə 
vardır. Bu ocağı Mir Sədi Ağa ocağı adlandırırlar. 
Mir Sədi Ağa şəcərəsi qəbri Türkiyədə (Amasiyada) 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə