Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə49/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   43   44   45   46   47   48   49   50   51

 
 
225 
Kosalar bulağı (Mahmudlu kəndi), Nov bulaq (Mah-
mudlu kəndi), Molla bulağı  (Mahmudlu kəndi), 
Yuxarı bulaq (Mehrili kəndi), Soyuq bulaq (Mehrili 
kəndi). 
Mərdan bulağı (Məlikəhmədli  kəndi),  Xırda 
bulaq (Məlikəhmədli kəndi), Çömçəli bulaq (Məlik-
əhmədli  kəndi),  İbrahim bulağı (Məlikəhmədli  kən-
di),  Şirin bulaq (Məmər  kəndi),  Sarı bulaq (Məzrə 
kəndi)  Şahin bulağı (Məzrə  kəndi),  Polad bulağı 
(Milanlı  kəndi), Kiçik gözət (Mirlər k), Sulu dərə 
(Mərdanlı kəndi) 
Çinar bulağı (Mollalı kəndi), Novlu bulaq (Nov-
lu kəndi), Cəfədərə bulağı (Novlu kəndi), Kor bulaq 
(Novlu kəndi),  Çinarlı bulaq (Novlu kəndi),  Sırlan 
bulağı (Novlu kəndi),  Turşu bulağı (Poladlı  kəndi), 
Dərə bulaq (Poladlı kəndi), Şor bulağı (Poladlı kən-
di), Məhəmməd bulağı (Soldaş kəndi), Bulaq dərəsi 
(Saray kəndi),  Çaylı  dərə (Saray kəndi),  Şor bulaq 
(Sarıyataq kəndi). 
Talıb bulağı (Seytas kəndi),  Ağbulaq (Seytas 
kəndi), Tatar bulaq (Tatar kəndi),  Şor dərə (Tatar 
kəndi), Salatırın bulağı (Teymur Müskanlı), Xan-
zadə bulağı (Teymur Müskanlı), Zoğal bulağı (Tey-
mur Müskanlı),  Qara bulağı (Yuxarı Cibikli),  Əh-
məd bulağı (Yuxarı Cibikli),  Novlu bulağı (Yuxarı 
Cibikli). 


 
 
226 
Kəklik bulağı (Qəzyan  kəndi),  Kəcəbli navı 
(Yuxarı Mollu), Şor bulaq (Yuxarı Mollu), Seləli bu-
lağı (Zilanlı  kəndi), Qoşnalı bulağı (Zilanlı  kəndi), 
Muradın bulağı (Qarağac  kəndi),  Qarağac bulağı 
(Qarağac  kəndi), Qənbər bulaq (Qarağac  kəndi), 
Söyüdlər bulağı (Çardaxlı  kəndi),  Səfər bulağı 
(Çardaxlı kəndi), Pəyhan bulağı (Çardaxlı kəndi). 
Bərgüşad çayı Eyvazlı kəndindən Qubadlı ərazi-
sinə daxil olur. İkinci qolu Əliquluuşağı kəndi ərazi-
sindən daxil olur. Teymur Müskanlı kəndində qollar 
birləşir. Balahəsənli, Xıdırlı Abdalanlı, Qayalı, Lə-
pəheyranlı, Mahmudlu. Qubadlı  şəhərinin mərkə-
zindən keçərək Dəmirçilər Saray Aşağı Müskanlı, 
Mirlər, Qəzyan, Hal, Məmər, Kavdadıq, Qaralar 
kəndində  Həkəri çayı ilə birləşir, burun əmələ 
gətirir. Zilanlı kəndinin ərazisindən Zəngilan torpaq-
larına daxil olur.  
Həkəri çayı Laçın rayonu ərazisindən Murad-
xanlı torpaqlarına daxil olur. Qarakişilər, Xəndək, 
Qaracalı,  İşıqlı, Qaraimanlı, Qarağac, Sarıyataq, 
Balasoltanlı, Xocik, Mollaburan, Mərdanlı  Əfəndi-
lər, Yuxarı Mollu, Yusifbəyli, Aşağı Mollu, Həmzə-
li, Çaytumas, Xanlıq, Alaqurşaq, Hüseynuşağı, 
Muğanlı, Mahruzlu, Qaralar, Çayqovuşan, Zilanlı 
ərazisindən Zəngilan torpaqlarına daxil olur.  
 


 
 
227 
Həkərim, ay Həkərim, 
Yağım, balım, şəkərim. 
Çoxuna dünya malı 
Mənə də öz Həkərim. 
 
Ağ bulaq. Armudlu (Amudux) kəndindədir. Su-
yunun ağ çalarlığı olduğuna görə ağ bulaq deyilir.  
 
Anabat  bulağı. Anabat meşəsi  ərazisindədir. 
Farsca abad olmayan ərazi deməkdir.  İranda Anabat 
şəhəri, Türkiyədə Anabat kəndi,Laçında Anabat dərə-
si. Anabat Alban kilsəsi Yuxarı Cibikli kəndindədir. 
Əhali tərəfindən tarixi abidə kimi qorunub saxlanı-
lırdı.  İşğal dövrünə  qədər müddətdə yararlı olaraq 
qalırdı.  
 
Ağ bulaq. Çardaxlı  kəndi  ərazisində suyu çox 
bol olan bulaqdır. Suyunun bir hissəsi rayon mərkə-
zinə, bir hissəsi isə Xələc kəndinə gətirilir. Suyu ağ 
olduğuna görə yaranan hidronimdir. Həm də ağ sifət 
bildirən söz olduğuna görə  də  Ağ bulaq adlandırıl-
mışdır.  
 
Aqvan çayı. (Çay zəmi çayı). Professor A. Qur-
banov qeyd edir ki XII əsrə aid erməni kitabədə 
indiki Qubadlı rayonu ərazisində AQVAN çayının 
adı  çəkilir. Bu gün sübut olunur ki, Qubadlı rayo-
nunun  ərazisindən axan Ağa çayının keçmiş adı 
Aqvançay olmuşdur. Bu çay eyniadlı Aqvanlı kəndi-


 
 
228 
nin ərazisindən axaraq təxminən 20 km.məsafəni qət 
edərək Dəmirçilər kəndi ərazisində Bərguşad çayına 
qovuşur. Qeyd edək  ki, çayın axdığı ərazidə Çay zə-
mi taxıl ərazisi də mövcuddur. Çay zəmi adı Aqvan-
çay adının dəyişdirilmiş formasıdır. Tarixdə Alban 
adlı türk etnosu mövcuddur. Aqvan adlı türk mənşəli 
etnos Azərbaycanda bir çox paralellərdə eyni adı 
daşıyaraq Alban, Alpon, Aqvan, Alpoyut və s. kimi 
əmələ  gəlməsinə  səbəb olmuşdur. (F.Mamedova 
Qafqazskaya Albaniya B1986 səh 247-255) 
 
Bəybulaq. Fərcan kəndindədir. Suyu çox saf oldu-
ğuna görə  bəyə  məxsus bulaq kimi adlandırılmışdır. 
Bəybulaq hidroniminə Qaralar kəndində  də rast gəli-
nir. 
 
Ballıca.  Mistan kəndində Qaraqayanın dibində 
olan bulağın adıdır. Suyunun dadı  şirin olduğuna 
görə ballıca bulaq adlanırdı.  
 
Buzlu dərə.  Köhnə  Qışlaq kəndində yerləşən 
dərənin adıdır. Dərədə yaz aylarında buz olduğuna 
görə adlandırılmışdır. 
 
Bərgüşad çay adının mənşəyinə dair. Bərgüşad 
adı bir çox tarixi mənbələrdə  və müxtəlif yerlərdə 
adlandırılmışdır. Məsələn,  Azərbaycan Respublika-
sının Ucar rayonunun Bərgüşad kəndi, Qubadlı  və 
Zəngilan rayonlarında Bərgüşad dağları hazırda 


 
 
229 
Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində eyni 
adlı kənd kimi göstərilir.  
Hələ XIX əsrin ortalarında  İ.Şopen Bərgüşad 
adının mənasını “müqəddəslik”, “inam” anlayışları 
ilə bağlamışdır. S.K.Kərimovun fikirlərinə görə, 
Bərgüşad çayının adı daha qədimdir. S.K.Kərimo-
vun mülahizələrindən aydın olur ki, barqu qədim 
türk-monqol mənşəli tayfalarından birinin adıdır. 
Onun fikrincə, barquların Azərbaycan  ərazisində 
məskunlaşması monqol yürüşlərindən xeyli əvvəlki 
dövrlərə aiddir.  
Çünki “Bərgüşad” adındakı  “şad” sözü qədim 
türk yazılı abidələrində “yüksək rütbə” anlamını 
verir.  
Bərgüşad çayın başqa bir adı Bazarçaydır. Bu 
toponim isə türkdilli bazar tayfasının adından və çay 
sözlərindən ibarətdir. 
 
 
Çinar bulağı. Mollalı kəndində olan bulağın adıdır. 
 
Damcılı bulaq.  Balahəsənli kəndindədir. Qaya-
nın altı 3 metr dərinliyi, 6 metr eni olan kahadır. Su 
qayanın yuxarı hissəsindən, dörd yerdən damcılayır. 
Qayanın aşağı hissəsində  bir yerə toplanıb axır. 
Suyu olduqca sərin və şəfavericidir.  
 
Duzlu bulaq.  Cılfır kəndi  ərazisindədir. Suyu 
minerallarla zəngindir. Müalicəvi əhəmiyyətlidir. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə