Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə43/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

 
 
194 
Oğlan-qız Ağbulaq kəndi ərazisində də var. Bir-
birinə sığınmış qoşa dağlardı. Dağ quruluşca insana 
bənzəyir. Alçağı  qız, hündür isə  oğlan hesab edilən 
Ziyərətgahdır. 
Xanlıq kəndində  Əzənci,  Baba Xəlil və Hüseyn 
baba yerləri insanlar tərəfindən ziyarət olunurdu.  
Xallava  kəndində  Nəcəf 
piri,
  Dağdağan 
piri
 in-
sanlar tərəfindən ziyarət olunurdu.   
Xocahən kəndində Həmid ağa ocağı adlı ziyarət-
gah insanlar tərəfindən ziyarət olunurdu.  
 
Ordu yeri.  Köhnə Korcalanlı  kəndinin  ərazisi-
dir. Bir kilometrliyində Qarağac bulağı yerləşir. 
 
Oğlan-qız dağı, Ağbulaq kəndi. Əfsanəyə görə, 
tarixi bilinməyən bu abidə bir-birini sevən iki gəncin 
şər qüvvələrə qarşı mübarizəsi nəticəsində yaranmış-
dır. Məhəbbətlərinə sadiq qalmaq və şər qüvvələrdən 
xilas olmaq üçün öz istəkləri ilə Allah tərəfindən 
daşa döndərilmişlər. Dağ  həmişə yerli əhali tərəfin-
dən ziyarət olunurdu.  
 
Osmanlı  qəbiristanlığı. Aşağı Mollu kəndində-
dir. Nuru Paşanın  şəhid olmuş  əsgərləri həmin 
ərazidə dəfn olunduğuna görə adlandırılmışdır. Onu 
da qeyd edək  ki, Türk qoşunları Azərbaycandan 
gedərkən Qubadlı  ərazisində 25 (iyirmi beş) Türk 
əsgəri qalıb yaşamışdır. Bu gün onların  övladları, 
nəvələri qubadlılıdırlar.  
 


 
 
195 
Pir dağı. Hündürlüyü 1316 m Xoşgədik və kiçik 
Həkəri çaylarının  arasındadır. Bura Ziyarət dağ da 
adlanır. Dini, ictimai, başçı, nurani, müqəddəs de-
məkdir. Pir ziyarətgahı daima ziyarət olunan müqəd-
dəs ocaqdır. 
 
Pəyhan. Çardaxlı və Əyin kəndlərinin əhatəsin-
də yerləşən  ərazidir.Turk tayfalarinin tirələrindən 
birinin adı ilə bağlıdır. Həmin ərazidə qədim qəbirlər 
və yazılı daş abidələri aşkar edilmişdir. Pəyhan 
ərazisinin  şərqində Qarağac kəndi yerləşir. Həsi 
Abdullayevin, Canbaxış Abdullayevin doğulduğu 
kənddir. 
Azərbaycanda bir çox ərazilərdə Qarağac adına 
rast gəlinir. Bəylik olduğuna görə sovet hökuməti 
həmin kəndin əhalisini 1930-cu illərdə indiki Füzuli 
rayonuna və digər rayonlara sürgün etmişdir.  
Sisyan
 
nahiyəsində  Pəyhan, Qazax nahiyəsində 
Peykanlı, Kafan ərazisində Peyhan, Türkiyə  ərazi-
sində Boxtan əmirliyində Peykanlı köyü var.  
Tarixi mənbələrdə  bəzən  Peykanlı tirəsi Hun 
türk tayfalarına aid edilir.  
 
Palıd dərəsi.  Rayonumuzda palıd adını  əks 
etdirən çoxlu oroqrafik obyektlər var. Palıdlı  dərə 
(Cibikli kəndi),  Palıdlı quzey (Xələc kəndi),  Palıdlı 
təpə (Seytas kəndi),  Palıdlı  dərə (Qayalı  kəndi) 
Azərbaycanın ayrı-ayrı rayonlarında da bu cür 
toponimlər mövcuddur.  


 
 
196 
Palıd dərəsi (Zəngilan rayonu),  Palıd təpə (Ma-
sallı rayonu), Palıd düzü (Qax rayonu), Palıd qobusu 
(Tovuz rayonu)  
 
Pələngölən.  Tarixi araşdırmalara nəzər salsaq, 
rayonumuzun meşələrində  pələnglərin yaşaması 
haqqında məlumatlar var. Toponim pələngin ərazidə 
ölməsi ilə yaranmışdır. 
 
Porsuq çuxuru.  Hacılı  kəndi  ərazisindədir. 
Qaranlıq dərənin gün batanıdır. Olduqca çox keçil-
məz olan qaratikan kolluğudur. Çoxlu porsuq yuva-
ları olduğuna görə oronim porsuqçuxuru adlandırıl-
mışdır.  
 
Pədərə.  Göyərcik kəndindədir. Pəyə sözünün 
qısaldılmış forması və dərə sözündən əmələ gəlmiş-
dir. Qoyun-quzu, mal-qara, saxlanılan dərə.   
 
Papaqlı daş. Qəzyan kəndində Yazı düzü istiqa-
mətində olan qayadır. Daşlar bir-birinin üzərində 
olduğundan papaq kimi görünür. 
 
Sarı burun. Sarıyoxuş, Sarıqaya, Sarıdağ, Sarı-
yarağan.  Rəngə görə adlandırılan oronimlər rayo-
numuzun  ərazisində çoxluq təşkil edir. Bu cür 
oronimlər dağ, qaya, dərə, düzənlik, yoxuş, burun  
və s. coğrafi obyektlərdir.  
 


 
 
197 
Səngər kahası.  Səngər  dağının hündür yerində 
Qızıl daş istiqamətində olan kahadır. Kahadan 
həmişə müdafiə məqsədi ilə istifadə olunmuşdur. 
Səngər dağa çən düşüb, 
Çən görən nədən düşüb? 
Qərib qəmgin durursa, 
Yadına Vətən düşüb. 
 
Sarı dərə. Xələc kəndində yerləşən böyük dərə-
dir. Torpağın rənginin sarı olmasına və  çoxlu topal 
otunun  örtüyünə görə adlandırılır. Zəngilan rayonu 
Sarı qaya, Qafan ərazisi Sarı qışlaq, Zəngilan ərazisi 
Sarı baba dağı,  Zəngilanda Sarıbaba düzü, Laçın, 
Şuşa  ərazisində Sarı baba dağ silsiləsi hündürlüyü 
2297m-dir. Sarı yoxuş Qubadlı  ərazisindədir. Sarı 
yoxuş Laçın rayonu ərazisindədir. Sarı yurd Qafan 
ərazisindədir. Sarıyal Laçın rayonu ərazisindədir. 
 
Səbətkeçməz.  Qayalı  kəndinin dərə  və qayalıq 
adıdır. Dərənin ağzının dar olduğuna görə səbətkeç-
məz adlandırılmışdır.  
 
Seyid Əhməd. Çardaxlı kəndində biçənək sahə-
sidir.  
 
Sarı yarağan. Çardaxlı kəndi süxurların rənginə 
görə adlandırılan oronimlər rayonumuzun ərazisində 
çoxluq təşkil edir. Sarı  rəng çalarlarını bildirərək 


 
 
198 
coğrafi obyektlər yaratmışdır. Həmin oronimlər 
qaya, daş, yarğan, suxur, til, yal kimi göstərilir.  
Sarı yoxuş  (Tarovlu  kəndi),  Sarı  təpə (Qədili 
kəndi),  Sarı  dərə (Xələc kəndi),  Sarılıq (Məhəm-
mədli kəndi), Sarı yataq (Sarıyataq kəndi), Sarı təpə 
(Y. Mollu kəndi). 
 
Salahlı piri. Mərdanlı kəndində ziyarətgah Saq-
qız ağacının altında yerləşən hasara çəkilmiş  qəbir 
ziyarət olunur. Övladı olmayanlar o piri ziyarət edər-
dilər. Təkcə rayonun kəndləri yox, qonşu Zəngilan, 
Laçın və  Cəbrayıl rayonundan olanlar  da niyyət 
tutub gələrdilər.  
 
Sarı  təpə.  Tərəf, səmt mənasında işlənib, topal 
bitkisi çoxdur. Bəlkə, bitkinin sarıya çalarlığına görə 
əlaqələndirilib. Torpağının rəngi qırmızımtıl sarıya 
çalır. Müəyyən yerlərdə bataqlıqlar var. Bataqlıq 
olan  ərazilərdə  ağaclar bitməyib. 
İnformatorların 
müşahidələrinə görə palçıq vulkanı qalıqları oldu-
ğuna görə bitki örtüyü azlıq təşkil edir. Təpədən 30-
40 metr hündürlüyə qalxdıqca meşə örtüyü ilə 
əvəzlənir.  
Qarabağ xanı  Pənahəli xanın Qubadlı  ərazisini 
gəzərkən topal çox olan yerləri Sarı dərə, Sarı yataq, 
Sarılıq kimi adlandırması haqqında kitablarda məlu-
matlar var.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə