Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə40/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

 
 
179 
hissəsidir. Araz çayının Füzuli rayonu ərazisindən 
başlayaraq Cəbrayıl rayonunun Sirik, Qubadlı 
rayonunun Saray (Yazı düzü), Poladlı, Xocamusaxlı, 
Çardaxlı, Zəngəzurun müasir Ermənistanın  ərazi-
sində qalan Qala boyu ərazilərindən keçərək, Naxçı-
vanın  Əlincə qalasınadək və oradan da Türkiyə 
sərhədlərinədək uzanan vahid bir mühafizə sistemi-
dir. Keşik-mühafizə qalaları görüş dairəsi prinsipinə 
uyğun qurulmuşdur. Yəni 1-ci qaladan 2-ci, 2-cidən 
3-cü və s.mütləq görünməlidir. Qalaların yuxarıda 
adları  çəkilən kəndlərdəki qalıqları da bunu sübut 
edir. Həm də əlçatmaz sərt qayalar üzərində qurulan 
bu sistemdəki ocaq yerləri göstərir ki, bir qaladan 
digərinə siqnallar od qalamaqla, işıq-tüstü sistemi 
vasitəsilə  ötürülmüşdür  “Dədə-Qorqud” filmində 
deyildiyi kimi. 
Azərbaycan Respublikasının, eləcə də tarixi Qər-
bi Azərbaycan ərazisindəki qədim qəbiristanlıqlarda 
daşdan yonulmuş at, qoç heykəlləri çoxdur. Bunlar 
islamdan  əvvəlki dövrə aid abidələrdir. Belə daş 
heykəllər Qubadlı rayonunun Qaracallı, Abdalanlı, 
Mahmudlu, Mollu, Novlu kəndlərinin  ərazisində  də 
vardı. 
Elmdə qoç, at, qartal heykəllərinin mənası 
düzgün başa düşülmədiyindən bunlara sovet dövrün-
də ermənilər sahib çıxmağa cəhd göstərmişlər. Çox 
vaxt onları  ərazilərimizdən oğurlamışlar.  Əslində 


 
 
180 
bütpərəstlik dövrünün simvolları olan bu heykəllər 
ulduz bürclərinə sitayişlə bağlıdır. Yəni at bürcü 
(Peqas) və qoç bürcünün simvolları olan bu cür 
heykəl-simvollar, inama görə, axirət dünyasında 
insanları müşayiət edən varlıqlardır. 
Qoç heykəllərinin daha çox yayılması yaranışın 
başlanğıcının, yəni mart ayının 21-nin o dövrdə Qoç 
bürcünə təsadüf etməsi ilə bağlıdır. 
 
Qaravul Təpə.  Dəmirçilər kəndindədir.  Ərazi-
dən çox yerlər müşahidə olunduğuna görə qaravul 
məqsədilə seçilmişdir.  
 
III. 1. Qubadlı toponiminin mənşəyi haqqında 
 
Qubadlı toponiminin yaranması və etimologiyası 
ilə bağlı müxtəlif fikirlər vardır. Qubadlı yer adına 
ilk dəfə  İkiçayarası (Mesopotomiya) bölgəsindəki 
mixi yazılarda rast gəlinir. Azərbaycan Respublikası 
ərazisindəki Qubadlı toponiminin və  İkiçayarası 
Qubadlı şəhərinin adındakı eynilik onların eyniköklü 
olduğunu söyləməyə əsas verir.  
Qeyd etmək lazımdır ki, Qubadlı rayonunun 
daxil olduğu Zəngəzur  ərazisi Xürrəmilər hərəka-
tının  əsas mərkəzlərindən biri idi. Babəkin başçılıq 
etdiyi qoşunun  əsas hissəsi vaxtilə Azərbaycanda 
yaşayan yerli türk tayfalarından toplanmışdı. Bütün 
yazılı qaynaqlarda qeyd edilir ki, həmin türk 


 
 
181 
tayfaları  həmişə öz döyüşkənliyi ilə  fərqlənmişlər. 
Bu, Qubadlı  əhalisinin türk əsilli olduğunu  sübut 
edən danılmaz faktdır.  
Qubadlı adının Qızılbaş-şahsevən tayfaları ilə 
bağlılığına dair fikirlər də mövcuddur. Mənbələrə 
əsasən, onların burada məskunlaşması  Səfəvi  şahı 
Şah I Abbasın buraya səfəri dövrünə  təsdüf edir. 
Həmin dövrdə  Şahsevən tayfası Azərbaycanın hər 
iki hissəsində  (əsasən Muğan düzündə) yaşayırdı. 
M.V.Vəliyevin (Baharlının) yazdığına görə  Şah-
sevən tayfalarının Bəydili nəsli var idi. Bəydili 
nəslinin tərkibində Cilovlu, Cəyirli, (Çakırlı) və 
Kobadlı oymaqları yaşayırdı.  
Mənbələrin təhlili nəticəsində “Kobatlı” Qubadlı 
yer adının Bəydili nəsli ilə əlaqələndirilməsi bu tor-
paqların bilavasitə türk yurdu olduğunu bir daha təs-
diqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan 
olan nəvəsi idi. 
 
Qısıraq əfsanəsi. Ölkənin padşahının qızı xəstə-
lənir. Padşahın vur-tut bir qız övladı var idi. 
Loğmanlar çağrılır, heç bir nəticəsi olmur.  
Padşah elan edir ki, qızımı kim sağaltsa, onu 
dünya malı ilə qane edəcəyəm.  
Bir gün şahın elçi daşında bir qocanın oturdu-
ğunu götürürlər. Sən kimsən? Mən padşahı görmək 
istəyirəm, Padşaha qocanı göstərirlər. Görün qoca nə 
istəyir. Qoca cavab verir: -  Mən heç nə istəmirəm. 


 
 
182 
Padşahı görmək istəyirəm. Bir də gəlişimin məqsədi 
odur ki, padşahın  qızı  xəstədir, icazə versə, ona 
baxaram.  
Qoca dediyini padşaha çatdırırlar. Qocanı yanına 
çağırır: Qızımı müalicə etsən, səni dünya malı ilə 
qane edərəm.  
Qoca qıza baxır, padşaha deyir ki, qızının dərma-
nı var, dediklərimi tapsanız, qızınız sağalar. Qızını-
zın dərmanı  Qız südü, qısıraq suyu, dəvə buynuzu
yumurta tüküdür.  
Ancaq mən bunlardan qısıraq suyunu tapıb 
gətirərəm. Qoca həmin sudan gətirir. Ancaq qıza bu 
sudan verin yaxın zamanda qız xəstəlikdən qurtular. 
Günü-gündən xəstə  qız yaxşılaşır. Qısıraq bulağı 
Çardaxlı kəndindədir. 
 
Qala boynu.  Qədim qalalardan biridir. Qurd-
qalaq kəndinin yaxınlığında olan meşəlikdə Çayzəmi 
ilə  Ağa çayının üstündə olan sıldırım qayalığın çox 
hündür yerində olan qədim bir tikilidir. Bəhlul Beh-
cətin 1938-ci ildə  nəşr olunmuş “Qaçaq Nəbinin 
tarixi”  əsərində bu qalanın Nəbinin dəstəsinin sığı-
nacağı olduğu qeyd edilir. Nəbinin atının bağlandığı 
yer, arpa verdiyi axur da son illərə qədər qalırdı.  
 
Qurd qaya.  Yuxarı Cibikli kəndinin  Türklərin 
totemi olan Qurdların yaşadığı qaya kimi mənalan-
dırılır. “Qaçaq Nəbi tarixi” əsərində Qurd qayasının 


 
 
183 
adı çəkilir. Rayonun bir neçə ərazisində qurdla bağlı 
etonimlər təkcə qurdu yox, həm də  kəngərlərin 
Qurdlar tayfasının adı ilə də bağlılığını bizlərə deyir. 
Türkün qayası  mənasındadır. Qurd dərə, Qurd ölən 
Boynakər kəndində də bu cür toponimlər var. 
 
Qayaqaşqa.  Ulaşlı  kəndinə dağ massivi rəng 
dəyişkənliyinə görə adlandırılır.  
 
Quyuluq.  Hacılı  kəndinin  ərazisində  əhəng 
istehsal etmək, 5 ədəd əhəng quyusu, əhəng daşı qu-
yunun içərisində tağbənd şəklində nəfəsliyi olmaqla 
yığılıb yandırılarmış. Sadə şəkilli əhəng mədənləri. 
 
Qızıl qaya.  İşıqlı  kəndindədir. Qayanın hündür 
yerindən yay aylarında bal süzülür. Toponim rayo-
nun digər kəndlərində də qeydə alınmışdır.  
 
Quzuqıran.  Saldaş  kəndində olan ərazidə  otu-
nun  zəhərli olmasına görə  səhər-səhər quzular 
yeyərkən ölürmüşlər.  O  səbəbdən də Quzuqıran 
adlandırılıb.  
 
Qılınc təpə.  Bu toponim Hacılı  kəndindədir, 
təpənin güncıxan tərəfindən nazik daş layı uzanır, 
kənardan baxanda qılınca oxşayır. 
 
Qala boynu. Fərcan kəndindədir. Həmin ərazidə 
gözətçi qalanın qalıqları bu günə qədər qalmaqdadır. 
Qala təpəsi kəndin hündür təpələrindən biridir.   


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə