Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə48/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   43   44   45   46   47   48   49   50   51

 
 
220 
137. Seləli bulağı (Seləli kəndi) 
138. 
Xanəyədə
 (Tarovlu kəndi) 
139. Qaraqoyunlu piri (Tatar kəndi) 
140. Orta əsr qəbiristanlığı (Teymur Müskanlı kəndi) 
141. Orta əsr qəbiristanlığı (Ulaşlı kəndi) 
142. Kahalı dərə (Ulaşlı kəndi) 
143. Novlu bulaq (Yuxarı Cibikli) 
144. Alban kilsəsi (Yuxarı Cibikli) 
145. Hacı Astanalı Kör piri (Yuxarı Xocamsaxlı) 
146. Yel piri (Yuxarı Mollu) 
147. Çələbi ocağı Hacı Qaraman (Yusifbəyli kəndi) 
148. Orta əsr qəbiristanlığı (Yusifbəyli kəndi) 
149. Kahalar (Zilanlı kəndi) 
150. Qırx ərşin quyu (Zilanlı kəndi) 
151. Orta əsr qəbiristanlığı (Zor kəndi) 
152. Qəcir qayası (Zor kəndi) 
153. Qubadlı daş (Hal kəndi) 
154. Pəhərə daş (Usuplu kəndi) 
155. Koroğlu qalası (Əliquluuşağı) 
156. Xırman piri (Qubadlı şəhəri) 
157. Sığınacaq qala (Bşalahəsənli kəndi) 
158. Sığınacaq qala (Zor kəndi) 
159. Sandıq qəbir (Məmər kəndi) 
160. Körpü (Mahmudlu kəndi) 
161. Sınıq Məscid (Qarqışlaq kəndi) 
162. Xırman yeri (Qubadlı şəhəri)  


 
 
221 
IV FƏSİL  
 RAYONUN HİDRONİMLƏRİ 
 
Hələ  qədim dövrdə insanlar çay, su, göl, dəniz 
və s. mənbələri olan yerlərdə  məskunlaşmışlar. Su 
olan yerlərdə həmişə bolluq və yüksək həyat olmuş-
dur. Ona görə də ulu babalar: “Harada su var, orada 
həyat var”-  demişlər. Təsadüfi deyil ki,  Qubadlı 
rayonunun  ərazisindən axan iki böyük Bərgüşad və 
Həkəri çaylarının hövzələri daima yaşayış  əraziləri 
olmuşdur. Rus alimi S.L.Mecnikov qeyd edir ki, 
qədim sivilizasiyanın yaranmasında  çayların rolu 
böyük olmuşdur. (112.15) 
E.M.Mirzəyev yazır ki, çayın uzunluğu nə qədər 
çox olarsa, adı da bir o qədər qədim olar. (112.348) 
Onda bu fikrə  gəlmək olar ki, çayın müəyyən 
axarında yaşayan tayfa adları çaya verilir. Doğrudan 
da, Bərgüşad çayının mənbəyindən mənsəbinə qədər 
olan  ərazinin müəyyənləşdirsək,  çayın adı  dəyişilə-
cək.  
Çay başlanğıcını Şərur, Dərələyəz, Zəngəzur dağı 
silsiləsindən götürür. İstiqamət uzandıqca adlar 
dəyişir:  Əyri çay, Ulu çay, Üç çay, İlizin çay, Gorus 
çay, Bazar çay istiqamətində uzanır. Bərgüşad çay 
Həkəri çay ilə Qaralar kəndi yaxınlığındakı 
“Hindi-
verd”
  burnunda birləşir. Həkəri adı ilə  Araz  çayına 
tökülür. 


 
 
222 
Bazar çay istiqamətində olan toponimlər Bazar 
kənd (Sisyan rayonu),  Bazar çay (Zəngəzurun  ən 
uzun və bol sulu çayı), Bazar çay (Sisyan rayonunda), 
kənd adı  Bərgüşad istiqamətində  Bərgüşad çay 
(Qubadlı rayonu), Bazar Məzrə (Sisyan rayonu kənd 
adı), Bərgüşad dağ silsiləsi (Qubadlı rayonu). 
Ərazidə Bazar tayfaları  və  Bərgüşad tayfaları 
yaşamışlar. Bərgüşad tayfalarının nəsillərindən olan-
lar Qubadlı rayon mərkəzində yaşayırdılar.  
Su obyektləri çay, göl, arx, kuzə,  kəhriz quyu, 
axmaz və s. Fiziki, kimyəvi, kimyəvi-coğrafi qurulu-
şu  və müxtəlif  əlamətlərilə bir-birindən fərqlənirlər. 
Ona görə  də su obyektlərinin adlarında çox vaxt 
onların xüsusiyyətləri nəzərə alınır. Şirin bulaq, Şor 
bulaq, Sarılıq bulaq, Qotur su, Turş su, Südlü bulaq
Ağ bulaq, Dərə çay. A.Qurbanov düzgün olaraq 
hidronimlərin yaranma tarixini iki yerə bölür: 
1. Qədim və orta əsrlərdə yaranan etnohidro-
nimlər. 
2. Oğuz və Moğal-Türk tayfalarından yaranan 
etnohidronimlər.  
Həkəri çayı  Laçın  rayonu  ərazisində  Şəlvə çayı 
və  Hocaz  çayının birləşməsindən yaranır. Mıxtökən 
silsiləsindən 2580 m hündürlükdən öz başlanğıcını 
götürür. 40 km-dən sonra Zabux çayına qoşulur və 
zənginləşir. Kiçik Həkəri Muradxanlı  kəndində 
Həkəriyə birləşir.  


 
 
223 
Ağa çayı,  (Çayzəmi,  Xocamsaxlı, Zor, Poladlı, 
Dəmirçilər kəndlərini keçib Bərgüşad çayına qovu-
şur). Xallava çayı,  Məmmədli çayı  birləşib Qarqış-
laq çayını yaradır və  Bəxtiyarlı  kəndinin  ərazisində 
Bərgüşada qovuşur. Xələc dərəsi başlanğıcını Çar-
daxlının bulaqlarından götürür. Hacılı  dərəsindən 
keçərək Bərgüşad  çayına qovuşur. Kiçik Həkəri 
başlanğıcını Basarat dərəsindən götürür.  
 
IV.1. Rayonun bulaqları 
 
Ağ bulaq (Armudlu kəndi), Quyubulaq (Aşağı 
Cibikli  kəndi), Quşbulaq (Aşağı Cibikli  kəndi),  Vəli 
bulağı (Aşağı Cibikli kəndi), Dərə bulaq (Aşağı Xo-
camsaxlı  kəndi),  Şırdanlı bulağı (Aşağı  Xocamsaxlı 
kəndi), Mirhüseyn bulağı (Aşağı Xocamsaxlı kəndi), 
Kəklik bulaq (Aşağı Mollu kəndi),  Ceyran bulağı 
(Aşağı Mollu kəndi), Sulu qobu (Aşağı Mollu kəndi), 
Əli bulağı (Başarat kəndi),  Hatın çayı (Başarat 
kəndi),  Çinarlı bulaq (Başarat kəndi),  Quyu bulağı 
(Bəxtiyarlı  kəndi), Qaranlıq bulağı (Cılfır kəndi), 
Abasqulu bulağı (Cılfır kəndi),  Qısraq bulağı (Çar-
daxlı kəndi), Ağ bulaq (Çardaxlı kəndi), Ehsan bulağı 
(Çardaxlı  kəndi),  Çinarlı bulaq (Çərəli kəndi),  Dərə 
bulaq (Destahat kəndi),  Mağal yeri bulağı (Dəmir-
çilər), Sarılıq bulağı (Dəmirçilər kəndi), Arxaltı bulaq 
(Dəmirçilər kəndi),  İncirli bulaq (Dəmirçilər kəndi), 


 
 
224 
Qarağaclıq
 
bulağı (Diləli  Müskanlı),  Şərif bulağı 
(Dondarlı  kəndi),  Soyudlu kanal (Əfəndilər kəndi), 
Şirin bulaq (Məmər kəndi),  Şah bulaq (Qaralar 
kəndi). 
Bəybulaq (Fərcan kəndi), Turşsu bulağı (Fərcan 
kəndi), Güllə bulağı (Göyərəbas kəndi), Quyu bulağı 
(Göyərcik kəndi), Akif bulağı (Göyərcik kəndi), Əli 
bulağı (Göyərcik  kəndi),  Quşçu bulağı (Göyərcik 
kəndi), Göyərəbas çay (Göyərcik kəndi), Muzla bu-
lağı (Göyyal kəndi), Fındıqlı bulaq (Gürcülü kəndi), 
Söyüdlü bulaq (Gürcülü kəndi),  Fəxrəddin bulağı 
(Hacılı  kəndi),  Abdulla bulağı (Hacılı  kəndi),  Sö-
yüdlü bulağı  (Hat kəndi),  Hatın çayı (Hat kəndi), 
Həkəri çayı (Həkəri  kəndi),  Sulu daş (Həmzəli 
kəndi), Mürsəlin bulağı (Hərtiz  kəndi),  Kəhriz bu-
lağı (Qaraqoyunlu kəndi),  Həkəri çay (Qaralar 
kəndi), Əsgər bulağı (Xələc kəndi), Hacıqulu bulağı 
(Xələc  kəndi),  Zeynəb bulağı (Xələc  kəndi),  Şor 
bulaq (Xələc kəndi), Sulu dərə (Xəndək kəndi), Alı 
bulağı (Xıdırlı  kəndi),  Quzey bulağı (Xocahan kən-
di),  Sulu dərə  (İşıqlı  kəndi),  Mahruzlu bulağı 
(Mahruzlu kəndi). 
Bərgüşad çayı (Qubadlı rayonu),  Böyük göl 
(Qaralar  kəndi),  Kiçik göl (Qaralar kəndi),  Abbaslı 
bulağı  (Qiyaslı  kəndi),  Şor bulaq (Qiyaslı  kəndi), 
Qubadlı kanalı (Qubadlı  şəhəri),  Kəklik bulağı 
(Ləpəheyranlı kəndi), Şirin bulaq (Mahmudlu kəndi), 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə