Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə50/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   43   44   45   46   47   48   49   50   51

 
 
230 
Eldar bulağı.  Əyin kəndindədir. Suyu ilə  məş-
hur olan bulağın adıdır.  
 
Göllər. Köhnə Qışlaq kəndinin ərazisidir. Qurd-
lu bulağın suyunun həmin ərazidə kiçik göllər əmələ 
gətirdiyinə görə Göllər adlandırılmışdır. 
 
Həkəri çay adının mənşəyinə dair.  Qubadlı 
ərazisindən axan digər böyük çay Həkəri çayıdır. 
Həkəri çayı Araz çayının sol qoludur. Həkəri çayı öz 
başlanğıcını  Mıxtökən dağ silsiləsinin cənub-şərq 
yamaclarındakı 3454 metr yüksəklikdən götürür və 
Qilican kəndi yaxınlığında Bərgüşad çayı ilə birlə-
şərək Araz çayına qovuşur. Onun ümumi uzunluğu 
129 kilometrdir.  
VII  əsrə aid xəritədə  Həkəri çayının qədim adı 
Alban çayı kimi verilmişdir. Görünür, Alban çayı bu 
vilayətdə  qədim zamanlardan yaşayan Həkəri tayfa 
adı ilə əvəz olunmuşdur və onun əvvəlki adı unudul-
muşdur. Buna görə də Həkəri çayının adının mənşəyi 
ilə bağlı müxtəlif fikirlər var. Bu fikirlərə görə, 
Həkəri adı mənşə etibarilə “əkin, əkin yeri” mənasını 
verən  şumer-akkad “aqar/akar” sözündən götürül-
müşdür.  
 
Kosa Kərən çayı.  Başlanğıcını  Şurnuxu və 
Yuxarı Cibiklinin bulaqlarından götürərək Bərgüşad 
çayına qovuşur. Kosa Kərən həm də Cibikli kən-
dinin qədim adıdır. 
 


 
 
231 
Korabulaq. Bəxtiyarlı kəndindədir. Bulaq çıxdı-
ğı yerdən bir qədər aşağıdan yenidən batdığına görə 
belə adlandırılmışdır. 
 
Kəhriz.  Mərdanlı  kəndi Gəyən düzündədir.  16 
quyudan ibarətdir. Çox şirin suyu var.   
 
Quyu bulaq. Xallava ərazisində, Xələc, Xallava 
yolunun sol tərəfində, kəndin 2 km-də yerləşir.  
 
Qarağac bulağı. Eyvazlı kəndindədir. Əhatəsin-
də çox qədim yaşı olan bir neçə qarağac ağacı var. 
Suyu çox keyfiyyətlidir. Qarağac bulağı Korcalanlı 
və Çardaxlı kəndlərinin ərazisində də var.  
 
Qaranlıq bulağı.  Cılfır kəndində  dərənin dib 
hissəsindən çıxdığına görə qaranlıq adlandırılmışdır. 
 
Qotur bulaq suyu. Ağa çayına tökülür. Şəfave-
ricidir. Dəri xəstəliklərinin müalicəsində istifadə 
edilirdi.  
 
Qırmızı bulaq.  Çay zəminin Cəvizlik adlanan 
ərazisindən qırmızı daş süxurlarının arasından qay-
nayıb çıxan bulağın adıdır. Suyu Ağa çayına tökülür.  
Quzu bulaq (Yataq bulaq da deyilir). 
Mərdanlı kəndinin yataqlar olan ərazisindədir. Suyu 
çox soyuq və dadlıdır.  
 
Məşədi Allahverdi bulağı. (Əliquluuşağı) 1834-
cü ildə  kəndin sayılan  şəxslərindən olan Məşədi 
Allahverdi tərəfindən tikilmişdir. İki çömçəli, iki daş 


 
 
232 
çəni olan bu bulağın üstündəki tağbənd örtük son 
vaxtlara qədər qalırdı. Daş kitabədə həm ad, həm də 
tarix oxunurdu. O şəxs həmin Məşədi Allahverdi idi 
ki, oğlu Əmrah yüzbaşı haqqında Nəzər Heydərovun 
kitabında geniş məlumat verilmişdir. 
 
Paşa bulağı. Daş kitabədə Yazı yaylasının qərb 
yamacındakı Paşa bulağının 1885-ci ildə tikildiyi 
göstərilmişdir. Suyunun keyfiyyətinə görə nadir 
sayılan bu bulaq, əsasən, tərəkəmə-elatlar və Əliqu-
luuşağı kəndinin Ermənistanla həmsərhəd ərazisində 
1000 hektara yaxın  əkin sahəsində  əkin-biçin 
mövsümü üçün tikilmişdir (Paşa Nəcəf oğlu kəndin 
yüzbaşısı olmuşdur). 
 
Sarılıq bulağı. Dəmirçilər kəndindən keçən Ağa 
çayının qərb sahilində, "Hacı  Bədəl kişinin arpa 
yeri" adlanan bağdan çıxan "Sarılıq bulağı".  İnama 
görə, sarılıq xəstəliyi tutmuş adam bu bulağın su-
yundan içsə, müəyyən vaxt keçdikdən sonra tam 
sağalırmış. Bakıdan, Sumqayıtdan  və respublikanın 
digər bölgələrindən sarılıq xəstəliyinə tutulan adam-
lar bu bulağın suyundan içməklə şəfa tapmışlar. 
 
Soyuq bulaq.  Səngər dağının Aşağı Cibikli 
istiqamətində olan bulaqdır. Yay vaxtı suyu çox 
soyuq olur. Əli içərisində bir dəqiqə saxlamaq ol-
mur. Ona görə soyuq bulaq adlandırılır.  
 


 
 
233 
Südlü bulaq.  Məmmədli, Xallava, Qarqışlaq 
kəndlərini birləşdirən yolun alt hissəsindədir. Südü 
az olan qadınlar o bulağın üstünə nəzir-niyaz aparar-
mışlar və suyundan içərmişlər ki, südləri çoxalsın. 
Ziyarət olunan bulaqdır. 
 
Suqovuşan.  Muradxanlı  kəndi kiçik  Həkərinin 
Həkəri çayına qovuşan yerdə düz ərazinin adıdır. 
 
Sarı bulaq.  Hacılı  kəndi  ərazisində Qaranlıq 
dərənin qurtaracağında suyu çox, rəngi isə sarıya 
çalır. Tərkibində kükürd birləşmələri çoxluq təşkil 
edir. Suyundan lax yumurta iyi gəlir. Bulağın 
suyundan istifadə edilmirdi. Çünki tərkibi haqqında 
məlumat yox idi.  
 
Şirin bulaq.  Məmər kəndindən 1 km aralıda, 
Çərəli kəndinə gedən yolun üstündə yerləşir. Bulaq 
dağ yamacında kiçik kaha şəkilli oyuqdadır. Su 
mağaranın divarından 4 istiqamətdən sanki çapılmış 
yarıqlardan süzülür və at ayağı izinə oxşayan çökəyə 
tökülür.  Rəvayətə görə, Həzrəti  Əlinin qılıncı ilə 
çapılıb və ordan su çıxıb, qoşunları su ilə  təmin 
olunub. 
 
Şəhrabanunun gölü. Qaralar kəndi. Şəhrabanu-
nun həmin göldə çimməsini görənlər elə o vaxtdan 
Şəhrabanunun gölü deyə müraciət etmişlər. 


 
 
234 
 
Şəlalə. Xələc kəndi 22 m hündürlükdən tökülür. 
Ayaq hissəsində göl yaranıb, mənzərəsi adamları 
valeh edərdi. 
 
Şirin bulaq.  Qayalı  kəndi  ərazisindədir. Suyu 
olduqca dadlıdır, şəfavericidir.  
 
Şor bulaq. Mərdanlı kəndindədir. Suyu şor yox, 
minerallarla zəngin olan bulaqdır. Dəri xəstəlikləri 
zamanı  həmin bulağın suyundan istifadə olunurdu. 
Şor bulaq Qayalı, Mollu kəndində də var. 
 
Şorca dərəsi.  Mərdanlı  kəndindədir. Həmin 
dərədə bir neçə bulaq çıxır. Həm də  həmin dərənin 
qumundan tikinti üçün istifadə edilirdi.   
 
Turşsu bulağı. Poladlı kəndi ərazisində mineral-
larla zəngin bulaqdır. Laçında olan turş su ilə eyni 
tərkibə malik idi. Kənd camaatı  və qonşu kəndlər 
istifadə edirdi. 
 
Yeddi bulaq.  Balahəsənli kəndində olan bu-
laqların adıdır. SSRİ Elmlər Akademiyasının ilk 
azərbaycanlı  həqiqi üzvü olmuş  Əli  Əmiraslanovun 
doğulduğu kənddədir. 
 
Zəlili bulaq.  Usuplu kəndi  ərazisində olan 
bulaqdır. Bulaq Bəxtiyarlı yolunun kənarında iki 
böyük çinar altından çıxır. İçərisində daima zəli olur. 
O zəlilər yığılıb təbabətdə istifadə olunurdu. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə