Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə38/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

 
 
169 
karkinlərin oğuz xanının üçüncü oğlu Yulduz xanın 
nəvələrindən törənən olduğunu qeyd edir. (Q. Ə. Qey-
bullayevdə eyni fikirdədi.  
Qubadlının Aşağı Mollu və  Qəzyan kəndləri 
ərazisində  də Qaraun adlı toponimlər mövcuddur. 
Qaraun dərə adlanan yerdə həm də qədim qəbirlərin 
izləri qalmışdır.  
Yevlax rayonunda Qarxun, Quba və Naxçıvanda 
Qarahun, Qərbi Azərbayacan  ərazisində isə Qaraon 
kimi göstərilmişdir.  
 
Qoşa kaha. Göyərabbas kəndində Zağlığın dərə-
sində yerləşir.  İnformatorların dediklərinə görə 
kahalardan birindən digərinə keçmək üçün yol var, 
çox dərin kahalardır.  
 
Qızılqaya. Toponimi rayonun bir neçə ərazisin-
də var. Daşlarının qırmızı rəngdə olması ilə bağlıdır. 
Qızıl rəng, qaya isə müsbət relyef formasında ifadə 
edilən toponimdir. Qızıl qaya oronimi Çardaxlı, Əli-
quluusagı, Xocamsaxlı  və  Qayalı  kəndlərində  də 
qeydə alınmışdır.  
 
Qızıldaş.  Rayonda olan dağ adıdır. Dağın adı 
qızıl (qırmızı) və daş sözlərindən ibarətdir. Qırmı-
zıya çalan daş süxurlarına görə belə adlandırılıb. 
Qızıldaş oronimi digər rayonlarda da mövcuddur. 
Şuşa, Qaradağ, Xanlar və  Zəngilan rayonlarında da 
var.. 


 
 
170 
Qanqlı yal.  Xocahan kəndi  ərazisində yerləşir. 
Kanqlı tayfası  qədim türkdilli tayfalardan biridir. 
Özbək, Qazax, Qırğız, Qaraqalpaqların etnogenezində 
bu türk tayfaları  fəal iştirak etmişlər. Onlar əvvəllər 
VIII əsrdə Sırdərya hövzələrində yaşamışlar.  
VI-VII  əsrlərdə bir hissəsi oğuzlara, 1218-ci 
illərdə isə monqollara qatılmışlar.  
Azərbaycanın  monqollar  tərəfindən işğalında 
Uyğur,  Xələc,  Kanqlı tayfalarının birlikdə  iştirakı 
mənbələrdə göstərilir.  
 
Qanlı  gədik.  Bəzi toponimlərin tarixi bir 
hadisəni özündə uzun illər  əks etdirir. Qubadlıdakı 
Qanlı  gədik toponimi də baş vermiş hadisələrin adı 
ilə bağlı olmuşdur. Qanlı  gədik toponiminə Xoca-
vənd və Laçın rayonunda rast gəlinir.  
 
Qaraquzey.  Bu cür oronimlər rayonumuzun 
ərazisində çoxluq təşkil edir. Qara toponimi heç də 
rəng yox, böyük, iri, geniş  mənasında işlənmişdir. 
Bir neçə  kənddə Qara quzey adlanan ərazilər var: 
Mollu kəndi, Qəzyan kəndi. Bəzi tədqiqatlar quzeyin 
gün düşməyən üzünə  də Qara quzey, qara rəngin, 
kölgənin olması kimi izah edirlər.  
 
Qaraquç.  Tarovlu kəndində yer adıdır.  Ərazi 
Kəpirli dağın Keçi qayasına qədər uzanan hissəsidir.  
“Kitabi- Dədə Qorqud”un VII boyunda Qaraquc 
yer adı 4 dəfə  çəkilir. Buradan aydın olur ki, bu 


 
 
171 
torpaqlar Qazan xanın hakim olduğu torpaqlardır. 
“Kitabi – Dədə Qorqud” dastanında deyilir: “ Qara-
quçda qazlıq at bundan keçdimi?” Bu toponimlər 
Babək rayonu ərazisində  də qeyd edilmişdir. Qara-
quç kəndinin  həm də  qədim yurd yeri olduğu  qeyd 
olunub. (KDQ 297. DQK -200) 
 
Qoşa çinar. Xocik kəndində  tarixi çox qədim 
olan qoşa çinar ağaclarıdır.   
 
Qaq düzü. (Davudlu kəndindəndir) Qədim mən-
bələrdə Qaq düzü (Leninqrad Slovar derevnil Turk-
skiy 1969 səh 422.)  Qara güney (Güney cənub 
mənasında  işlənir) (Qəzyan) Qaralar kəndi (Həmin 
kənddə Hinduvırt qalasının qalıqları qalmaqdadır). 
Həm də burunda Həkəri, Bərgüşad çayları birləşir. 
Leninqdad, Slovar, Drevnik, Turkskiy (1969 səh 
428). 
 
Qaragül təpəsi.  Qarakişilər kəndində  təpənin 
adıdır. İnformatorların oronimlə bağlı verdiyi məlu-
matlar üst-üstə düşmür.  
 
Qarapərilər.  Köhnə yurd yeri Qədili kəndinin 
ərazisindədir. Məlumatlara əsasən, kəndin qədim adı 
da Qarapərilər olmuşdur.  
 
Qaraquzey.  Qaranlıq dərə, Qəzyan  kəndi, Qara 
yer göstərilən oykonimlərdəki “qara” təyinedici söz-
ləri heç də rənglə əlaqəli deyildir. Qara təyini burada 
“igid” böyük, hörmətli çalarlarında ifadə olunur. Bu 


 
 
172 
mənada həmin sözləri arxaik sözlər hesab etmək 
olar.  
Şəxs adları ilə ifadə olunan ikinci növ ismi 
birləşmə modulunda formalaşan antropooykonimlər. 
Əli (yurdu), Məşədi Həsən  (yurdu), Məşədi 
Qaranin (yurdu), İsmayıl (yurdu), Kəlba Mütəllim 
(yurdu), Qaraxan (yurdu). (Leninqrad Slovar Drev-
nik Turkskiy (1969 səh 431).  
Kəndlərin toponimlərinin xeyli hissəsini oroni-
mik oykonimlər təşkil edir. Qara daşın gədiyi,  Ağ 
yazının gədiyi, Sarı dərənin gədiyi. 
 
Gül üstə arı ola 
Pətəkdə balı ola, 
Tanrı, burda
 
bir ovuc 
Quzeyin qarı ola. 
 
Qara güney.  Əfəndilər kəndindədir. Çox geniş 
ərazidir. 
 
Qaramanlı qışlağı. Həmişə qışlaq yeri kimi isti-
fadə edilmişdir.  Qaramanlı  kəndinin  cənubunda 
yerləşir.  
 
Qaraqoyunlu Piri. Tatar kəndi  ərazisində 
yerləşir. Yaxın kəndlərin əhalisi tərəfindən ziyarət 
olunardı. 
 
Quru boğaz.  Çardaxlı  kəndində  olan  ərazidir. 
Heç vaxt su olmadığına görə adlandırılıb. 


 
 
173 
Qanlı yal rəvayəti.  Belə  rəvayət edilir ki, 
keçmiş zamanlarda bir kişinin gözünün ağı, qarası 
bircə  oğlu varmış. Kişi bütün var-dövlətini oğluna 
qurban deyib, onu böyüdərmiş. Aylar, illər keçir bu 
oğlan böyüyüb, boya-başa çatır. Eşq sevdası onun da 
başına dolur. O, kəndlərinin qonşuluğunda olan 
kənddən bir qıza aşiq olur. Hər gün qızla  Gizli yal 
adlanan yerdə görüşüb, söhbət edərmişlər. Sən 
demə,  qızı öz kəndlərində varlı bir kişinin oğlu da 
istəyirmiş. Di gəl ki, qız varlı kişinin oğlunu istəmir-
miş. Məsələ çox müşkülləşir. Qız da ki, açıb ürəyini 
anasına deyə bilmir. Xəlvətcə yenə yalın arxasına 
gəlib oğlana xəbər göndərir ki, qoşulub qaçsınlar. Bu 
vaxt qızı güdən varlı kişi onları bir yerdə görür. Qan 
vurur başına, hər ikisini yaralayır. Qan bunları götü-
rür. Oğlan ölür, qızı götürüb yaralı aparmaq istəyir. 
Qız heç cür razılaşmır. Onu da qan aparır, hər 
ikisinin də meyitləri yalın üstündə qalır. O gündən o 
yerə “Qanlı yal” deyirlər.  
 
Qaralar çökəyi.  Qaralar və Kavdadıq  kəndləri 
ərazisindədir. Dərin çökəkdir, belə bir çökək həm də 
Qərbi Azərbaycanda Saral kəndinin  şərqində olan 
geniş  dərənin adidir. Bu ərazi keçmişdə, kənddə 
yaşayan Qaralar tayfasına aid torpaq sahəsidir. Hə-
min ərazidə olan torpaqlar və biçənəklər qaralar adı 
ilə adlandırılır. (Aslan Bayramov səh 196). 
 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə