Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə36/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

 
 
159 
kitabında 1830-cü il yazılmışdır. İçərisində üç qəbir 
yerləşir. Kənd camaatının dediklərinə görə,  qəbirlər 
Hacı Nurzahın və iki övladının dəfn olunduğu 
yerdir. Ziyarət olunur.  
 
Hacılı kahası.  Qılınc təpə istiqamətində  dərin-
liyi 6-7 m olan daş kahadır. 1991-ci il Qubadlının 
işğalı günlərində  İzzət adlı  şəxsin yeddi gün həmin 
kahada qalması haqda məlumatlar var. Bir neçə 
əşyasını da kahada qoyub gəlmişdir. 
 
Hacı Allahyar tapı.  Korcalanlı (ölü kənd) 
kəndinin cənubunda olan tapın adıdır.  Ayaq hissə-
sində qədim yurd yeri və qəbir daşları var. 
 
Həcərin qəbir abidəsi.  Aşağı Mollu kəndində-
dir. Xalq qəhrəmanı Qaçaq Nəbinin ömür-gün yol-
daşı, silahdaşı, xalqımızın qəhrəman xanımı  Həcər 
xanımın uyuduğu məzar.  
 
Həmid ağa ziyarətgahı.  Xocahan kəndindədir. 
Yerli əhali tərəfindən həmişə ziyarət olunurdu.  
 
Hacıməmməd yerləri. Xəndək kəndindədir. İn-
formatorların dediklərinə görə,  həm də  kəndin bü-
növrəsini qoyan Hacı Məmməd adlı şəxs olmuşdur.   
 
Xanagah dağı. “Dərvişlərin məkanı” mənasında 
işlənir. Görünür,  dağın  əhatəsində xanəgah olmuş-
dur.  Məzirə  kəndində Xanagah adlı böyük ərazi  də 
var. Müqəddəs yerlərin üstündə tikilən abidələrə 
deyilir. 


 
 
160 
Xocamsaxlı qalası. Azərbaycanın qədim qalala-
rından biridir. Bu günümüzə qədər bu qalalarda hec 
bir tədqiqat işi aparılmamışdı. Gözətçi qala bu mü-
hafizə qalasından 1200 m kənarda yerləşir.  
 
Xanəyə.  Tarovlu kəndinin  ərazisini  dağlıq və 
düzənlik sahələri  əhatə edir. Zəngilan rayonu ərazi-
sində Xanəqə düzü, Saldaş ərazisində Xanzadə yeri, 
Dərvişlərin toplandığı  ərazi kimi qeydə  alınmışdır. 
Rayonun Teymur Muskanlı  ərazisində Xanzadə bu-
lağı da var. 
 
Xələc dağı.  XVII  əsrdə Adam Oleari Muğanda 
yaşayan tayfalardan birinin Xələc olduğunu yazmış-
dır. Mahmud Kaşğarinin yazdığına görə tayfa 
oğuzlarından bir tayfasının adı da Xələc olub. Azər-
baycanın müxtəlif rayonlarında Xələc tayfa adını əks 
etdirən toponimlər mövcuddur. Xələc dağı (Qubadlı 
rayonu), Xələc dağı  (Şamaxı rayonu), Xələc dağı 
(Şərur rayonu), Xələc dağı (Salyan rayonu), Xələc 
dağı (Ucar rayonu Lək kəndi). 
Bu gün Səngər adlandırdığımız dağ Xələc dağı-
dır. Dağın əhatə etdiyi ərazinin hamısı palıd, ağcaqa-
yın, vələs meşələri ilə  əhatə olunmuşdur.  Ərazinin 
bir hissəsi “Qaşqa daş” adlanır.  Ərazidə meşə örtü-
yünün orta hissəsində  nəzərləri cəlb edən kəmərə 
olduğuna görə belə adlandırılmışdır. 


 
 
161 
Xan dərəsi.  Padar kəndindədir. Dərənin bitki 
örtüyü çox olduğuna görə adlandırılmışdır.  
 
Xanım qız piri.  Altınca (Qiyaslı)  ərazisindədir. 
Ziyarət olunurdu.  
 
Xocahan bazarı. 1727-ci ilin tərtib edilmiş 
“Gəncə, Qarabağ  əyalətlərinin Müfəssəl dəftərin”də 
göstərilmişdir. 
Zəngəzur mahalında 3 (üç) məşhur bazardan biri 
Xocahan bazarı olmuşdur. Hətta,  İran  ərazisində 
yaşayan insanlar Xocahan bazarına gəlib alış-veriş 
edərmişlər.  
Xocahan çarşı bazar 
Naşı içində azar. 
Əlində kağız qələm 
Dərdliyə dərman yazar. 
 
Xələc səngəri.  Əyin kəndi  ərazisində At 
irizi 
adlanan pirin 1 km-liyində daşdan hörülmüş mühafi-
zə məqsədli səngərdir.  
 
Xanzadə bulağı. Teymur Müskanlı kəndindədir. 
Dərvişlərə aid olan yerdə bulaq anlamına gəlir. Xan-
zadə yeri Saldaş kəndində də var. 
 
Xan yeri.  Xan düzü toponimlərinə  də rast 
gəlinir.  İnformatorların məlumatlarına  əsaslanaraq, 
həmin  ərazilər başqa yerlərdən qışlama məqsədilə 


 
 
162 
əraziyə  gələn qonaqlara verirlərmiş. Ona görə  də 
Xan yeri adlandırılmışdır. 
 
İncə düzü.  Bərgüşad çayının sahilinə yaxın 
ərazidə yerləşir.  
Azərbaycan toponomiyasında qıpçaq tayfasının 
adını daşıyan çoxlu adlar var. Tədqiqatlara  əsasən, 
belə məlum olur ki, eramızın əvvəllərindən XII əsrə 
qədər Azərbaycanın bu ərazilərinə qıpçaqların axını 
bir neçə dəfə olub. Azərbaycanın etnogenezində qıp-
caqların da rolu böyük olmuşdur. Qıpçaqların incə, 
tərtər, kül, tuk və s. tayfalarının adları bir çox topo-
nimlərdə qorunub saxlanılmışdır:  İncə  kəndi (Şəki, 
Göyçay), İncəli (Qazax),  İncə dərəsi əhatəsində İncə 
çay (Qazax), Oncalı (Qax), Oncaqala (Masallı). 
 
İmamzadə.  Novlu kəndi  ərazisindəki qədim 
qəbiristanlıqda qoç heykəllər olduğuna görə bu yerə 
el arasında Qoçlar deyilir. Həmin qəbiristanlıqda 
müqəddəs hesab edilən bir neçə yanaşı qəbir vardır. 
Rəvayətə görə bu qəbirlər imam övladlarınındır. 
 
Keçəl təpə.  Hacılı  kəndi. Bu toponim həmin 
ərazidə yer səthinin bitkisiz olması  ilə  əlaqələndi-
rilir. Toponim Azərbaycanın başqa rayonlarında da 
qeydə  alınmışdır. Qazax, Şərur, Kəlbəcər rayonla-
rında isə Keçəl güney kimi toponimləşmişdir.  
 
Kəklik dərəsi.  Ləpəheyranlı  kəndi toponim 
kəkliyin çox olması ilə  əlaqələndirilir. Quş adı ilə 


 
 
163 
yaranan oronimlərdəndir. Ağsu, Cəbrayıl rayonunda 
Kəklik qayası, Biləsuvar rayonunda Kəklik təpəsi 
kimi toponimlər mövcuddur. Kəklik bulağı (Mollu) 
 
Kəmər qaya.  Azərbaycanın bir neçə inzibati 
ərazilərində Kəmər oronimi qeydə alınmışdır. Görü-
nür,  insanların həmin qayanın kəmərə oxşadığına 
görə ad vermişlər. Rayonun Zor və Tarovlu kəndin-
də  də  Kəmərə toponimi mövcuddur. Kənardan 
baxanda qayanın ortasında zolaq şəkilli xətt uzun 
məsafəyə  qədər gedir. Həmin hissədə  rəng çalarları 
da fərqlənir. Daşkəsən, Tovuz, Gədəbəy,  Şəmkir, 
Kəlbəcər rayonlarında da Kəmərə qaya adlı topo-
nimlər mövcuddur. 
 
Kisə kaha.  Əliquluuşağı  kəndindədir.  İlk insan 
yaşayış  məskənlərindən hesab olunur. I-V  əsrlərə 
aiddir. 
 
Kürd düzü. Rayonumuzun Qunnanlı  kəndində 
yerləşən  Kürd  düzü  hibrit  toponimlərdəndir. Kürd 
qobu (İsmayıllı rayonu), Kürd düzü (Goranboy rayo-
nu) Kürd meşəsi (Bərdə rayonu). 
 
Keçəl təpə.  Məzrə  kəndi  ərazidə olan hündür 
təpədir. Təpənin zirvəsində bitki örtüyü olmadığına 
görə belə adlanır.  Ərazidə böyük ölçülü çoxlu daş 
qalıqları da var.  
 
Günbəz dağ.  Rayon  ərazisində dağ adıdır. 
Bərgüşad çayının sol sahilindədir. Hündürlüyü 1002 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə