Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

 
 
189 
olan Mir Həmzə Seyid Nigaridən üzü bəri adamların 
inanc, nicat yeri olmuşdur. Bu ocağa üz tutanlar
pənah gətirənlər həmişə  şəfa tapar, diləkləri hasil 
olardı. Mir Sədi baba bir el ağsaqqalı, inanc yeri 
olmaqla bərabər, həm də özünün fenomenal keyfiy-
yətləri ilə  fərqlənirdi. O, çox vaxt bu müqəddəs 
ocağa üz tutanların fikrini, niyyətini soruşmadan, 
fəhmlə hiss edərdi. Hər hansı dilək üçün yanına 
gələnlərin fikrini özündən qabaq deməsi, olacaqları 
öncə görməsi onun müqəddəs bir övliya olmasını 
təsdiq edən amil kimi qəbul edilirdi. Məhz buna görə 
sovet hakimiyyətinin sərt rejimi də adamların bu 
ocağa və onun müqəddəslərinə olan etiqadını  qıra 
bilməmişdi. 
Xeyirxahlığı, nəcib insani keyfiyyətləri ilə bu 
müqəddəs nəslin  ənənələrini yaşadan Mir Məhəm-
məd ağa haqq dünyasına çox tez (45 yaşında) 
qovuşsa da, el arasında böyük hörmət qazanmışdı. O 
da atası kimi qan yatızdıran olub, neçə-neçə küsü-
lünü, bir-birinə düşmən kəsilən dəli-dolunu barış-
dırmışdı. Qurub yaradan bir Ağa idi. Yol çəkdirirdi, 
körpü tikdirirdi, kimsəsizə arxa-kömək dururdu.  
 
Mirmehdi ağa ocağı.  Zəngəzurun müqəddəs 
ocaqlarından biri də  Dondarlı  kəndində yerləşən 
Mirmehdi ağa ocağıdır. Mirmehdi ağa kimdir? Elə 
bilirəm ki, Qubadlı və onun ətraf kəndlərinin  əhali-


 
 
190 
sinin dilindən düşməyən aşağıdakı ifadələr çox şey 
deyir: "Mirmehdi ağanın cəddi haqqı!", "Mirmehdi 
ocağına and olsun!", “Yalan deyirəmsə, Mirmehdi 
ağanın cəddi mənə  qənim olsun!". İnsanlarda güclü 
inam, etiqad yaradan bu adın arxasında dayanan 
sözsüz ki, allahın sevimli bəndəsidir. Həmişə  əhali-
nin gözü qabağında gecə-gündüz çalışan, belə 
demək mümkünsə, adidən-adi bir ömür sürən  insa-
nın böyüklüyü təsadüfən ortaya çıxmır. Qətrə-qətrə 
qazanılan, yüz illərin sınağından çıxan, acıdan-
şirindən keçib cilalanan pirliyin bircə sirri var: Allah 
yolunu tutmaq, babalardan gələn sədaqətə xidmət 
etmək. Mirmehdi ağa böyük Hacaxun nəslindəndir. 
Bu nəslin kökü Laçın rayonunun Cicimli kəndindəki 
məşhur seyidlərdəndir. Qubadlı rayonu işğal olunana 
qədər Mirmehdi ağa ocağına gəlib ziyarət edərdilər.  
 
Mirələm ağa ocağı.  Mahruzlu kəndindədir. 
Mirələm ağa Mir Həmid ağanın övladıdır. Həmişə 
insanlar tərəfindən ziyarət olunurdu.   
 
Məscid.  Mahruzlu kəndindən  Kərbəlayı  Mirəli 
və Kərbəlayi Səməd Kərbəlaya gedib gələndən sonra 
Muğanlı kəndində inşa etdirmişlər. 
İşğala qədər məscid yararlı  vəziyyətdə qalırdı. 
Sovet hökuməti vaxtında anbar kimi istifadə olunan 
məscid yetmişinci illərdə camaat tərəfindən bərpa 
olunmuşdur. 


 
 
191 
 
Məscid.  XIX  əsrə aid olan bu tarixi abidə 
Dəmirçilər kəndinin ağsaqqallarının təşəbbüsü və 
vəsaitləri hesabına tikdirilmişdir. Məscid öz gözəl-
liyi və arxitektura quruluşuna görə unikal abidə idi. 
Qədim türk üslubunda sütunsuz tikilmiş  məscidin 
həmin dövrdəki abidələrə  bənzəri yox idi. Bərpa 
olunmuşdu və 31 avqust 1993-cü ilə qədər qalırdı. 
 
Məscid. Məmər kəndində XVIII əsrdə inşa edil-
miş  məscid var. Sovet dövrünədək fəaliyyət gös-
tərmişdir.  Anbar binası kimi istifadə olunan həmin 
məscid müstəqillik  əldə edildikdən sonra yenidən 
ibadət yerinə çevrilmişdi. 
 
Muncuqlu düzü.  Qiyaslı  kəndi  ərazisindədir. 
Əkin sahəsidir. 
 
Maralyatağı.  Cılfır kəndi  ərazisində vaxtı ilə 
həmin ərazidən maral buynuzu tapılmışdır. Ona yaxın 
ərazidə Maralla bağlı olan totemlərin adı  çəkilir. 
Maraldağ (Fərcan kəndi), Maraluçan qaya (Göyərcik 
kəndi, Xələc kəndi), Maral dərəsi (Qayalı kəndi) və s.  
 
Mirbağır ağa ziyarətgahı. Aşağı Cibikli kəndin-
dədir. Bütün ətraf kəndlər tərəfindən ziyarət olunurdu. 
 
Müseyibin  səngəri.  Səngər dağının arxa hissə-
sində daşdan hörülmüş  səngərdir. Müharibələr 
zamanı istifadə olunmuşdur. 


 
 
192 
Məşədi Dadaş novu. Həmzəli kəndinin ərazisin-
də daşdan düzəldilmiş novdur. 
 
Mir Yusif türbəsi.  Mahmudlu kəndindədir. 
Həmişə ziyarət olunurdu.  
 
Məmmədli ocağı. (Piri) Ziyarətgah,  tarixi mə-
lum olmayan qədim uçmuş binadır, divarlarında 
Ərəb dilində yazılmış daş kitabələr var.  
Ziyarətgahı  kənardan tarixi çox qədim olan 
qəbirlər əhatə edir.  
Tarixi abidə olan Məmmədli ocağı ilə bağlı heç 
bir tədqiqat işi aparılmamışdır. Yerli əhali ziyarət-
gahı İmamzadə kimi qəbul edirdilər.  
 
Muğanlı. Rayonumuzda Azərbaycan mənşəli to-
ponimlərdən biri də Muğanlı toponimidir. 
Bəri başdan qeyd edim ki, P.Zeliniskinin tərtib 
etdiyi siyahıda Muğanlı oykoniminin adına rast gəli-
rik. Heç şübhəsiz ki, toponim türk-Azərbaycan mən-
şəlidir və muğ tayfasının adı ilə bağlıdır. Azər-
baycanda bu adda 17 kənd və qəsəbə var. VI yüzil-
likdə yaşamış  Herodotun  qeyd etdiyinə görə,  hətta 
Muğanda Muğ  şəhəri də olmuşdur. Muğların yaşa-
dığı  ərazilər haqqında elmi ədəbiyyatlarda müsbət 
mənada çoxlu fikirlər söylənilmişdir.  
B.A.Nikonov  Muğ sözünün atəşpərəstliklə bağ-
lılığını qeyd edir. Digər mənbələrdə VI əsr Hun 


 
 
193 
sərkərdəsi Muğan xanın adı ilə bağlı məlumatlar da 
var. 
C.Qarayev də Muğ sözünü atəşpərəstliklə bağla-
yır. Professor A. Qurbanova görə,  dilimizdəki ma-
ğar, muğan, muğənni sözləri də muğ komponentinin 
müxtəlif variantlarıdır. Böyük muğan düzü-geniş 
ərazi. (A.Nikonov Kratkin toponomicski slovar 
1966. səhifə 278) 
 
Muncuqlu təpə. Dondarlı kəndində çox da hün-
dür olmayan təpədir. Göy rəngli kiçik daşlar çoxluq 
təşkil etdiyinə görə adlandırılır. Rayon ərazisində 
Muncuqlu  düzü də var. Muncuqlu kələk (Mollu 
kəndi) 
 
Narlı dərə. Rayonumuzda nar adı ilə bağlı fito-
nimlər çoxdur. Nar meyvə ağacı və dərə terminindən 
yaranmışdır. Narlı təpə, Narlı dərə (Hacılı kəndi). 
 
Nərgizli yeri.  Boynakər kəndi  ərazisində  zəmi 
yerləridir.  
 
Oğlan-qız ziyarətgahı.  Rayonun Dəmirçilər 
kəndində olan ziyarətgahdır. Qoşa insan heykəli for-
masında daşdır.  Əfsanəyə  görə,  bu qədim abidə  şər 
qüvvələrə qarşı mübarizə  aparıb. Bir dəfə  şər qüv-
vələrinə güzəştə getdiklərinə görə Allah-Təalanın 
qəzəbinə düçar olub, daşa dönüblər. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə