Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

 
 
115 
darlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kəndin 
ərazisi Aşağı Mollu kəndinin binə yeri olub. XVIII 
əsrin axırlarında və XIX əsrin  əvvəllərində  Aşağı 
Mollu kəndindən ayrılmış ailələr burada məskun-
laşaraq Yuxarı Mollu yaşayış  məntəqəsini salmışlar. 
Xalq qəhrəmanı Qaçaq Nəbinin arvadı  və silahdaşı 
Həcər burada anadan olub. Mollu tirəsi Arazın 
şimalına XVI-XVII  əsrlərdə  Cənubi Azərbaycandan, 
Mollu kəndindən gəlmişlər.  
Toponimləri:  Dəlik daş, Tülkülü dərə, Tapan 
dərəsi, Babaxan kələyi, Üç qadaş piri, Əyri dərə, 
Sınıq qaya, Orta güney, Kəklik bulağı,  Şor bulaq, 
Kəhriz, Sətinin qayası, Qaya başı, Sarı  təpə, Mun-
cuqlu təpə, Mürsəlin kələyi, Kortuzan, Tutbağı, 
Düyü torpağı, Böyük dərə, Zilinin bağı, Kişnişli 
dərə, Səf dərə, Kağ yeri, Təhnə
 
daş, Qoçulular, 
Tənəkli dərə, Temurun inciri,  Şiş kahanın dərəsi, 
Kolluqlu quzey, Bağ yeri, Haqverdinin tut bağı, 
Seyidin yeri, Bayramın saqqızı, Tək saqqız, Ataki-
şinin saqqızı,  İncilli dərəsi,  İlanölən dərəsi,  Əhəng 
yanan yer, Orta güney, Göyüsün yeri, Nəsibin bağı, 
Qulunun bağı, Fərzalının bağı,  Əlişin çay yeri, 
Kəcəbli, Qulu navı,  İlan ölən, Abış  əkən, Top daş, 
Əlləri çaylağı,  Kənd altı  qəbiristanlıq, Kənd üstü 
qəbiristanlıq, Bağ yeri,  Qəbiristanlıq, Qalaxlı, Orta 
yal, Ballı qaya, Dəvə Boynu, Tubulğalı quzey  


 
 
116 
Yuxarı Xocamusaxlı. Dağətəyi ərazidə yerləşən 
kənd. XIX əsrdə bu rayonun Dondarlı  kənd 
icmasında Xocamusaxlı adlı iki yaşayış  məntəqəsi 
vardı. Onları bir-birindən fərqləndirmək üçün biri 
Qalacıq Xocamusaxlı (yəni, qalacıq yaxınlığındakı 
Xocamusaxlı), o biri isə Məziti Xocamusaxlı (Məziti 
yerindəki Xocamusaxlı) adlanırdı. Xocamusaxlı 
(xocamsaxlı) XVIII-XIX əsrlərdə və elə son vaxtlara 
qədər Sisyan rayonunun Qafanla sərhəd kəndlərin-
dən  biri idi. Onların Dəstəyird, Qalacıq və Mazutlu 
adlı qışlaqları da olub. Yuxarı Xocamusaxlı toponi-
mi orta əsrlərdə Qafan mahalında yaşamış xocaə-
buishaqlı (xacəəbuishaqlı) tayfasının adının təhrif 
olunmuş formasıdır. Kəndin adındakı Yuxarı kom-
ponenti onu eyniadlı digər kənddən fərqləndirmək 
üçün əlavə edilib.  
Toponimləri:  Quzey zəmi,  Rus dərəsi, Daban 
daş, Ayı qalası, Laçın qaya, Sandıq təpə. 
 
Yuxarı Cibikli.  Bərgüşad çayının qolu olan 
Kosakərəm çayı sahilində kənd. Əvvəlki adı Təzəcür 
olub. Aşağı Cibikli kəndinə nisbətən yuxarı  tərəfdə 
yerləşdiyi üçün Yuxarı Cibikli adlanıb. Toponim 
Cibikli tayfasının adını özündə  əks etdirir. Cibikli 
kürd tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" de-
məkdir. Bəzi qaynaqlarda XV əsrdə bu ərazidə 


 
 
117 
qədim türk tayfası olan cibiklilərin (cibikluların) 
yaşaması haqqında məlumatlar vardır.  
Toponimləri:  Qanlı  gədik, Almalıq, Qaradaş, 
Qurd daşı, Üç ağac. 
 
Yusifbəyli kəndi.
  Yusifbəyli kəndi Qubadlı 
rayon mərkəzindən 23 km cənub-şərqdə yerləşir. 
Dəniz səviyyəsindən 730 metr yüksəklikdə yerləşir. 
Həkəri çayının sol sahilindədir.  Ərazisindən Laçın-
Həkəri  şose yolu keçir. Həkəri dəmir yolu stansiyası 
ilə arasındakı  məsafə 24 km-dir. Kənd  şimaldan 
Əfəndilər, cənubdan Həmzəli, şərqdən Cəbrayıl rayo-
nunun Dağtumas kəndi və  qərbdən Yuxarı Mollu 
kəndi ilə  həmsərhəddir. Kənd Hacı  Cəbrayıl bəyin 
babası Yusif bəyin adına salınıb. Əhalisi, əsasən, Yusif 
bəyin törəməsi olduğu üçün kənd Yusifbəyli 
adlandırılıb. Kənd XVIII əsrdə salınıb. Yusifbəyli 
kəndi  ərazisində Yastı  təpə, Dəlləklər, Gəyən düzü, 
Xəlil bəy bağı, Dəyirman arxı,  İncə bulağı, Dəvəay-
nağı, Məcid yurdu, Yusif yurdu, Yoncalıq, Muxtar 
bulağı, Qazax Qənbər talası, Hacı Cəbrayıl yurdu, İncə 
kəhrizi kimi yer adları mövcuddur. 
 
Zilanlı.  Dağətəyi düzənlikdə yerləşir. Zilanlı 
toponimi kürdlərin zilan tayfasının adı ilə bağlıdır. 
Rusiya-Iran müharibəsindən (1826-28) sonra zilan-
lılar İrandan köçüb Azərbaycanda məskən salmışlar. 


 
 
118 
Zilan tayfası bir neçə tirəyə bölünmüşdü. XIX əsr 
mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan 
Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra 
yaşayış məntəqələri salmışlar.  
Toponimləri:  Yazı düzü, Kahalar, Qırxarşın qu-
yu, Narlı dərə, Uzun dərə, Əyri dərə. 
 
Zor. Dağətəyi ərazidə yerləşir. Keçmişdə kəndin 
salındığı sahə Qafanda yaşamış sarallı tayfasının 
qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış 
məskəninə çevrilmiş  və  salındığı yerin adı ilə Zor 
kəndi adlanmışdır. Zor sözü "qala", "yarğanlı yer", 
“çətin keçilən yer”  mənasını verir. Doğrudan da, 
kəndin salındığı yer bunu deməyə əsas verir. Belə ki, 
əksər tərəfi hündür qayalıq, daşlıq olan bu yerdən 
ətraf qayalıqdan və  səmadan başqa heç bir yer 
görünmür.  
Toponimləri:  Qəcir qalası,  Əyri güney, Ağ gü-
ney, Xatın bağı, Top meşə, Kora bulaq, Taxın bu-
lağı, Namazın bulağı, Xanəyə bulağı, Muradın bu-
lağı, Ağa çayı, Kəmərə dağı, Qəndaş dağı, Tısbağa 
daşı, Daşlı dərə, Çatıqıran dərə, Zoğallı dərə, Vənni 
çuxur, Sayadın yalı,  Əhmədli yalı, Səngər yeri, 
Pələnginin yalı, Küfülün yolu, Şərif yeri.  


 
 
119 
II.1. Hidronimlərdən törənən oykonimlər 
 
Məlumdur ki, çayların adı onun ətrafında yaşa-
yan kəndlərin onomostikasını  əks etdirir. Bir çox 
hallarda çay, göl, bulaq, arx və s. hidronomik adlar 
oykonimlərdə öz əksini tapır. Oykonimlərin birinci 
tərəfinin yerində ikinci tərəfin düşümü nəticəsində 
törəndiyi hidronomik ad coğrafi nomenli hidronim-
lərdən azdır.  
Rayonumuzun ərazisində Həkəri (Muradxanlı k.) 
Gölcük (Bəxtiyarlı  kəndi ilə Müskanlı kəndləri ara-
sında yerləşən kənd olmuşdur). Ağa çay (Dəmir-
çilər) Böyük göl (Qaralar k). 
Qara bulaq rayonun bir çox ərazilərində suyu 
çox ağır, içdikdə narahatlıq yaratdığına görə adlan-
dırılıb. 
 
II.2. Memorial oykonimlər 
 
Rayonumuzun toponimiyasında bir sıra oyko-
nimlər var ki, bunlar müəyyən  şəxslərin və  şəxsiy-
yətlərin adları ilə adlanır.  
Soltan bəyin yurdu (Qızılbaş k.), Nəcəf bəyin 
fındıqlığı (Çardaxlı k.), Vəli duzu (Çayzəmi k.), 
Şəhidlər dərəsi (Mirlər k), Qaraxan yurdu (Çayzəmi 
ərazisi),  İsgəndər bəyin damları,  Qələndər qalası 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə