Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə10/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

 
 
44 
Qəsəbələr 
 
Uluxanlı (Masis), Alagöz (Araqas), Arpa çay 
(Axuryan), Ağababa (Amasiya), Vedi (Ararat), Orta-
kilsə (Minasyan), Göyçə (Maralik), Əbilkənd (Kali-
nino), Basarkeçər (Vardenis), Talıboğlu (Lusakert), 
Tovuzqala (Berd), Allahverdi (Tumanyan) və s.  
Əlbəttə, 30-cu illərin ab-havası türk mənşəli 
toponimlərin tədqiq olunması  və türk mənşəli digər 
sahələrə fikir yürütmək imkanı verilmədiyi üçün 
uzun müddət bu sahə unudulur. Azərbaycanlılara ya-
xılan böhtanlarından istifadə edən ermənilər 1935-ci 
ildən başlayaraq türk mənşəli yer-yurd adlarını, 
xüsusilə xəritələrə düşən böyük yaşayış məskənləri-
ni,  dağ, çay adlarının  dəyişdirilməsinin bünövrəsini 
qoyurlar. Çardaxlı,  Əyin kəndinə yaxın olan Zeyvə 
kəndi Davud bek,  Zəngəzur  ərazisində bütöv kənd 
adları dəyişdirilir. Zəngəzurun adı isə Sisiyan qoyulur.  
Müharibədən sonra bir çox alimlərimiz bu deyi-
lənlər barəsində öz mövqelərini bildirmiş, toponimlər 
haqqında dəyərli fikirlər söyləmişlər. C.Mollazadə, 
B.Budaqov, Y.Yusifov, Yüzbaşov,  Ə.Abdullayev və 
başqaları  təhrifə  uğramış toponimlər haqqında öz 
yazılarını verib  “gəlmə erməni” köçəri tayfalarının 
fikirlərini alt-üst etsələr də, ermənilərin havadarları 
ruslar bu fikirlərin üstündən səthi keçmişlər. 


 
 
45 
Onların yaratdığı sanballı  əsərlər qalmaqdadır. 
Azərbaycan tarixini və toponomiyasını əhatə edən bu 
əsərlərdə türkoloji mənbələrə istinad etməklə həm də 
toponimlərin yayılma areallarını araşdırmışlar.  
Türk tarixçilərindən M.Türkər Acaroğlu və  baş-
qalarının coğrafi adlara  – toponimlərə aid yazıları, 
doğrudan da çox maraq doğurur, fikirləşirsən ki, bu 
millət nə düşünür? Başqasının torpağına nə üçün göz 
dikir?!  
1960-cı ildə Azərbaycan Coğrafiya Cəmiyyəti 
yanında toponimika bölməsi, 1967-ci ildə Azərbay-
can Ali Soveti yanında Toponimika komissiyası, 
1972-ci ildə Elmlər Akademiyası yanında toponomi-
ka  şöbəsinin açılması, 1974-cü ildə toponomiyanın 
öyrənilməsinə həsr edilmiş birinci, 1981-ci ildə ikin-
ci konfrans keçirilməsi toponomikanın inkişafına 
yaxşı şərait yaratmışdır.  
1986, 1990-1992, 1994-1996, 2000-2004, 
2008-
2012-ci
  illərdə keçirilmiş elmi konfranslar topono-
mikanın öyrənilməsində elmi praktik əhəmiyyət 
kəsb etdi.  
Çünki bütün türk xalqlarının nümayəndələri bu 
konfransda iştirak edirdilər. Müxtəlif funksiyaları 
olan coğrafi adlar gənclərimizdə  vətənpərvərlik, 
yurdsevərlik hissi yaradır.  


 
 
46 
II FƏSİL  
RAYONUN OYKONİMLƏRİ 
 
Tarixdə  Bərgüşad mahalı kimi tanınan hazırkı 
Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngə-
zur mahalının tərkibində Cənubi Azərbaycan dövlə-
tinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi 
tabe olmuşdur. Lakin sonradan zəmanəsinin gör-
kəmli  şəxsiyyəti olan Qarabağ xanı  Pənahəli xanın 
uzaqgörən siyasəti və  əzmkarlığı sayəsində  Zəngə-
zurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının 
idarəçiliyinə verilmişdir. Hamımıza məlum olan və 
xalqımızın tarixi faciəsi kimi yaşanan 1921-ci ildə 
rus-erməni, eləcə  də daşnak-bolşevik ittifaqının 
məntiqi nəticəsi olaraq, imperiya mahalı iki yerə 
bölmüşdür. Qubadlı, Laçın və  Zəngilan rayonları 
çətinliklə də olsa, Azərbaycan Respublikasının inzi-
bati  ərazisində qalmışdır. Çox keçmədən bu cür 
bölgü erməni-rus cütlüyünü tam təmin etmədiyindən 
gələcəkdə həmin rayonları da Ermənistan ərazilərinə 
qatmaq məqsədilə Qubadlı, Laçın və  Kəlbəcər 
rayonlarında Azərbaycan Respublikasının tərkibində 
"Qırmızı Kürdüstan" adında muxtariyyət təşkil 
olunmuşdur. Bununla yanaşı, hər üç rayon ərazi 
vahidi kimi öz statuslarını saxlamışdır. Bu muxtariy-
yətə qarşı qubadlılar, sözün həqiqi mənasında,  əsl 
mübarizə aparmışlar. Xüsusilə,  Əlyanlı  kəndinin 


 
 
47 
sakinlərinin bu qərara qarşı  fədakar mübarizəsi çox 
böyük hörmətə layiqdir. Bir neçə ildən sonra Qara-
bağın Ermənistana verilməməsi, Azərbaycan Res-
publikasının tərkibində  və tabeliyində saxlanılması 
məsələsi həll olunandan sonra "Qırmızı Kürdüstan" 
muxtariyyəti öz əhəmiyyətini itirdi. 
Bir mənbəyə görə, Qubadlı toponimi Qubadlı 
tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə 
görə, Qarabağ xanı  İbrahimxəlil xan kəndə  məxsus 
torpaq sahəsini pulla satın almış  və qardaşı Mehdi-
qulu xana bağışlamışdı. Azərbaycanın  şimalının 
Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış 
kəndi rus generalı P.S. Kotlyarevski göstərdiyi 
xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə 
vermişdir. Bəzi məlumatlarda Qubadlı toponimini 
V-VI  əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın 
adı ilə bağlayanlar da vardır. 
Hələ indiyə  qədər Bərgüşad toponimi barədə 
dəqiq izah yoxdur. XIX əsrin 50-ci illərinə aid 
ədəbiyyatda Naxçıvanda Bərgüşad adlı türkdilli tay-
fanın adı  çəkilir. Bu tayfa adını  Bərgüşad zonasın-
dan alıb. Səfəvi dövründə Bərgüşad qızılbaş tayfala-
rının tərkibinə daxil idi. Orta əsrlərdə  Bərgüşad 
mahalı Araza tökülən Həkəri çayı ilə  Bərgüşadçay 
arasındakı ərazini əhatə etmişdir. Bir çox tədqiqatçı-
lara görə, toponimin birinci komponentini təşkil 
edən bərgü sözü qədim türk mənşəli barq tayfasının 


 
 
48 
adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə 
qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı 
bərgü tayfasının torpaqlarını tutması tarixdən bizə 
məlumdur.  İran tarixçisi Fəxrəddin Mübarəkşah  
(XII əsr) 58 türk tayfası arasında bərgü tayfasının da 
adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etno-
nimi bərküt (bərgülər) kimi qeydə almışdır.  Tədqi-
qatçıların fikrinə görə, bərgülər monqol işğalından 
xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponi-
min tərkibindəki  şad/şat sözü isə bir növ cəmlik 
bildirir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad 
çökəyi toponimləri "bərgülərin dağı", "bərgülərin 
çayı", "bərgülərin çökəyi" mənasındadır. XV əsr 
Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bər-
güşad coğrafi adı  çəkilir. Bərgüşad toponimi çox 
geniş coğrafi areala sahibdir. Ucar rayonunda Bərgü-
şad adlı kənd var... 
Zaman keçdikcə  ətraf  ərazilər Laçın rayonunda 
məskunlaşan həkəri tayfasının adı ilə adlanmışdır. 
Böyük el sənətkarı Sarı Aşığın qəbri Həkəri çayının 
sağ sahilində, nakam sevgilisi Yaxşının qəbri isə sol 
sahilindədir. Taleyin hökmü ilə bu nakam sevgililə-
rin qəbirləri də çayın üzərindən bir-birinə "baxırlar”. 
 
Abdalanlı.  Qubadlıda dağətəyi  ərazidə yerləşən 
kənd. XIX əsr mənbələrində Ocaqqışlaq adı ilə 
qeydə alınıb. Bu,  yaşayış  məntəqəsinin keçmiş  qış-
laq yerində salındığını bildirir. Bir çox tədqiqatçının 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə