Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə7/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   2   3   4   5   6   7   8   9   10   ...   51

 
 
30 
Qubadlı rayonunda 300 yerlik 4 xəstəxana və  
33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. Həmin 
müəssisələrdə 511 tibb işçisi  əhalinin sağlamlığı 
keşiyində dayanırdı. Onların da 56 nəfəri ali təhsilli 
həkimlər idi. 
Rayonda 111 mədəni  -  maarif müəssisəsi, o 
cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 
6 avtoklub, 23 kino qurğusu fəaliyyət göstərirdi.  
125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti 
müəssisəsində əhaliyə xidmət göstərilirdi.  
Rayonda 21 rabitə müəssisəsi vardı. Qubadlı qə-
səbəsində 1200, Hal, Muradxanlı  kəndlərinin hər 
birində 150, Teymur Müskanlı, Balasoltanlı, Çar-
daxlı, Aşağı Mollu kəndlərinin hər birində 100, 
Qayalı  kəndində 50 nömrəli ATS fəaliyyət göstə-
rirdi.  
1990-cı illərə qədər qəsəbə və kəndlərdə onlarla 
yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, 
xiyabanlar, meydanlar, körpülər salınmış, yollar 
çəkilmişdir. Rayonda əvvəlki illərə nisbətən qat-qat 
artıq tikinti-abadlıq işləri aparılmışdır. Qəsəbədə 
1176, Çərəli, Dondarlı, Mahruzlu kəndlərinin hər 
birində 422, Muradxanlı kəndində 325, Balasoltanlı, 
Çardaxlı, Qaracallı  kəndlərinin hər birində 192, 
Göyərcik kəndində 164 yerlik orta, Qayalı kəndində 
216, Dəmirçilər, Xəndək kəndinin hər birində 192, 


 
 
31 
Qarakişilər, Tarovlu, Aşağı Xocamsaxlı  kəndlərinin 
hər birində 164 yerlik səkkizillik, Mərdanlı, Padar, 
Qiyaslı, Abdalanlı, Mirlər kəndlərində ibtidai 
məktəb binaları bu illərdə istifadəyə verilmişdir.  
Rayon mərkəzində müasir tipli xəstəxana şəhər-
ciyi,  ATS, ticarət mərkəzi, univermaq, universam, 
bazar, mehmanxana, kitab evi, Mahruzlu kəndindəki 
poliklinika, Qaralar kəndindəki ambulatoriya, Xocik, 
İşıqlı, Diləli Müskanlı kəndlərindəki kitabxana bina-
ları da son illərin bəhrəsi idi. Bu müddət  ərzində 
rayon mərkəzində 30-a qədər inzibati bina tikilib 
istifadəyə verilmişdir.  
Rayon mərkəzini  Əliquluşağı, Həkəri, Xanlıq, 
Əyin Fərcan, Mirlər, Dəmirçilər, Hərtiz, Çərəli, Mu-
radxanlı, Qaracallı, Eyvazlı  və Yuxarı Mollu ilə 
birləşdirən yeni asfalt və  şosse yollar çəkilmiş, 
köhnə yollar genişləndirilmişdir. Xanlıq–Yuxarı 
Mollu, Ulaşlı–Mahruzlu, Qəzyan–Xocahan və başqa 
kəndarası yollar öz əvvəlki görkəmini büsbütün 
dəyişmişdi. Qubadlı–Dondarlı, Sarıyataq–Padar, 
Qaralar–Mahruzlu, Teymur Müskanlı–Balahəsənli, 
Mahmudlu–Hacılı körpüləri həsrətli sahilləri bir-
birinə qovuşdurduğu kimi, yolçulara da qol-qanad 
vermişdir. Səngər dağının səfalı bir guşəsində cənnət 
misallı Armudlu bağında tikilən pansionat hamını 
sevindirmişdir. Qubadlılar  öz sevimli qəsəbə  və 


 
 
32 
kəndlərində tikinti-abadlıq işlərini həvəslə davam 
etdirirdilər.  
Qubadlı  kənd təsərrüfatı rayonu idi. Burada  
12 kolxoz, 10 sovxoz və kənd təsərrüfatı ilə əlaqəli 
sənaye müəssisələri fəaliyyət göstərdi. Rayonun 
təsərrüfatları, əsasən, taxılçılıq, üzümçülük, tütünçü-
lük, heyvandarlıq və baramaçılıq sahələrində ixtisas-
laşmışdır. Kənd təsərrüfatına yararlı torpaqların 
13958 hektarı  şum  yeri, 1365 hektarı çoxillik 
bitkilər, 0,6 min hektarı biçənəklər, 18,6 min hektarı 
otlaqlardır. 13958 hektar əkin sahəsinin 6 min hek-
tarında dənli və  dənli-paxlalı bitkilər (əsasən buğda 
və arpa) 600 hektarında texniki bitkilər (tütün),  
96 hektarında tərəvəz-bostan bitkiləri, kartof, 4689 
hektarında isə yem bitkiləri becərilirdi.  
Son  illər rayonda heyvandarlığın inkişaf etdiril-
məsinə xüsusi qayğı göstərilirdi.  Heyvandarlığın 
bazasının möhkəmləndirilməsi, cinsinin yaxşılaşdı-
rılması sahələrində xeyli iş görülmüşdür.  Rayonun 
ictimai təsərrüfatdakı 10 min baş qaramalın 60 faiz-
dən çoxu “Qara-ala”, “Kostroma” cinsli heyvanlar 
idi. Rayonun 31 süd-əmtəə fermasından 
27-si
 mexa-
nikləşdirilmişdi.  
Rayonda suvarma məsələlərinə diqqət artırılırdı. 
Suvarılan torpaqlar 4825 hektara çatmışdı ki, bu da 
1980-ci ildəkindən 2477 hektar çox idi. Bu müvəf-


 
 
33 
fəqiyyət Balasoltanlı kəndində iri nasos stansiyasının 
tikilməsi və Gəyən düzünə su çıxarılması sayəsində 
qazanılmışdır. Rayonda nəhəng Bazarçay dəryaçası-
nın tikintisi planlaşdırılmışdır. Bu iş başa çatdırı-
landa Yazı düzünə  də su çıxarılmalı  və suvarılan 
torpaqlar 13 min hektara çatdırılmalı  idi. Suvarılan 
torpaqların genişləndirilməsinə, kənd təsərrüfatının 
inkişaf etdirilməsinə, məhsuldarlığın artırılmasına 
gözəl şərait yaradılırdı.  
Rayonda ehtiyat mənbələri öyrənilirdi, üzə çıxa-
rılırdı, onlardan səmərəli istifadə etməyə səy göstəri-
lirdi. Yeni sahə kimi balıqçılıq inkişaf etdirilirdi.  
Kənd təsərrüfatında  əməyin təşkilinin yeni, 
mütərəqqi forması olan briqada, ailə və fərdi podrat 
formaları  tətbiq olunur. Tütünçülükdə 2366 nəfər, 
üzümçülükdə 1061 nəfər, heyvandarlıqda 406 nəfər, 
baramaçılıqda 1598 ailə podrat üsulu ilə  işləyirdi. 
Burada icarə podratının da təşkilinə başlanmışdı. 
7444 hektar sahə,  1058 baş qaramal icarəyə veril-
mişdi. 30 bitkiçilik və heyvandarlıq briqadası icarə 
münasibətləri ilə işləyir. Lakin zaman sübut etdi ki, 
sovet quruluşu məhsul bolluğu yaradılmasına imkan 
vermir. Ona görə  də torpaq tamamilə  kəndlilərə 
verildi.  
 


 
 
34 
I. 3. Qubadlının fəxarətlə anılan şəxsiyyətləri 
 
Qubadlı vətənin hər günündə - keçmiş əyyamlar-
da da, dəhşətli müharibə illərində də, dinc quruculuq 
vaxtlarında da həmişə ön cərgələrdə getmiş, sınaq-
lardan alnıaçıq çıxmış, özünü ləyaqətli bir övlad 
kimi göstərmişdir. Müharibə dövründə Qubadlıdan 
cəbhəyə gedən 3557 döyüşçüdən 1587-si doğma 
yurda qayıtmamışdır. Qubadlılar müharibədən geri 
dönməyən həmyerlilərini heç vaxt unutmur, onların 
xatirəsini həmişə  əziz tuturlar. Qəsəbədə döyüşdə 
həlak olanların yarımçıq ömürlərini tamamlayan, 
əbədiləşdirən abidənin önündən tər çiçək dəstələri 
əskik olmurdu.  
Qubadlının tarixində  qılıncla qələm qoşa 
dayanır. Hər ikisi də ucada. Biri qəhrəmanlıq, digəri 
istedad zirvəsində. Bu torpaq milli qəhrəmanlar, 
görkəmli elm və dövlət xadimləri, məşhur yazıçı və 
alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişdirmişdir. 
Əmək cəbhəsində Nəbi hünərli, Həcər təpərli qubad-
lılardan tanınmış  əmək  qəhrəmanları  İsbənd  Əliqu-
liyeva, Çiçək Həsənova, Möhsün Əsgərov, Məmməd 
Qənbərov,  Əsəd Məmmədəliyev,  Şəfaət Mehdiyev 
dediklərimizə əyani misal ola bilər.  
Müasir Azərbaycan nəsrinin banilərindən xalq 
yazıçıları S.Rəhimov, Ə.Vəliyev, şair və alim Q. Qa-
sımzadə, istedadlı yazıçı  və  şairlər  C.Bərgüşad, 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə