Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə4/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   2   3   4   5   6   7   8   9   ...   51

 
 
16 
Təkzibolunmaz faktdır ki, qoyulmuş və deyilmiş 
adlar hansı dildədirsə, o ərazi həmin dildə danışan 
xalqın tarixi ərazisidir. Toponim torpağın dilidir, 
özündə olan sirləri bizlərə açıb danışır.  
Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani 
Azərbaycanın və  gəzdiyi digər yerlərin adlarını 
kitablarında yazarkən  Qubadlı  ərazisindən bir çox 
yer adlarını da göstərmişdir (Göy qala, Quşçu düzü, 
Məmər məscidi).  Xalqımızın böyük şair və alim 
oğlu A.Bakıxanov bir çox tayfa və yer adlarını izah 
edərkən onların  çox qiymətli mənbə olmasını belə 
yazırdı:  “Nəinki  əsrlər, hətta min illər belə ölkənin 
çox yerlərinin və tayfalarının adlarını  məhv edə 
bilməmişdir.  Əgər o yerin dağını, daşını, qəbrini 
tədqiq edirsənsə, o xalqın mənşəyini bilmiş olursan”.  
Rayonumuzun əkin sahələrini, kənd təsərrüfatını, 
çaylarını, bulaqlarını, göllərini, orada yaşayan baba-
larımızı araşdırarkən o yerlərdə olan adlar xalqı-
mızın həmin ərazilərdə qədim dövrdə yaşamaları və 
məşğuliyyətləri haqqında ətraflı məlumat verir.  
Bu gün Ermənistan adlandırılan  respublikanın 
Qafan  və Gorus rayonu ərazilərində olan daşların, 
qayaların, meşələrin, bulaqların adını çəkəndə, doğ-
rudan da, o ərazilərin vaxtilə Qubadlı bəylərinə mən-
sub  olması bir daha sübut olunur.  Məsələn, Kəpəz 
dağı, Ağbulaq kəndi,  Şamsız kəndi, Qurdqalaq, 
Qotur su, Çay zəmi, Aləmşah, Çarıq dələn, Qala 


 
 
17 
boynu,  Üçtəpə, Qazı göl, Mac, Yellicə, Qız  oğlan, 
Gəlin qaya, Qızıldaş və başqaları.  
Qədim oğuz türk yurdu olan Qubadlı ərazisi çox-
saylı tarixi abidələri və yaşayış  məskənləri ilə  zən-
gindir. Bunların içərisində  qədim qəbristanlıqlar, 
mağaralar, məbədlər, qalalar, Tağlı körpülər, türbə-
lər var ki, bunlar onun daha qədim olduğunu 
göstərir.  
Qədim insanlarının – Qubad xanın, Hasan xanın, 
Fətəli xanın, Mustafa xanın, Sultan bəyin, Qorcu 
bəyin,  İsgəndər bəyin, Behbud bəyin, Camal bəyin
Səlim bəyin,  qəhrəman kişi və qadınların:  Nəbinin, 
Həcərin, kişi Tavatın, Qaçaq Lətifin, Dəli Xanların, 
Əliyanlı Qəbilin yurdu-yuvası, bütün bunlar gələcək 
qubadlılara, o cümlədən, xalqımıza deyir ki, bu yurd 
mənim, sənin və gələcək nəsillərin əmanətidir.  
XVII-XVIII əsrlərdə Səfəvilərin yaratdığı Təbriz 
Qarabağ xanlığının tərkibində  ərazi idarəetmə xan-
lıqları, bəylikləri fəaliyyət göstərmişdir.   
“Şirin bulaq” ətrafında olan ərazilər  Qəmər xa-
nın,  Hərtiz  ətrafında olan ərazilər  Hasan xanın, 
Mədən dərəsi Öysan xanın və Fətəli xanın tabeliklə-
rində olmuşdur.  
Məmər kəndi ərazisində Xanlığın böyük iqamət-
gahı varmış. 
Məmər kəndindən Dəmirçilər, Ucanüs-Novruz-
lara qədər  ərazi Qəmər xana,  Kaftarlıdan Qaralar, 


 
 
18 
Xocahan,  Tatar, Ağalıya qədər  ərazi Fətəli xana 
məxsus olub. 
Kafan dərəsi,  Xələc,  Məmmədli,  Korcalanlı, 
Novluya qədər olan ərazi Öysan xana tabe imiş. Öy-
san xan öz gücünü türk sultanlarından alarmış. 
Adlarını  çəkdiyimiz xanlıqlar  ərazilərin qorun-
ması, idarəedilməsini həyata keçirər, töycü və vergi 
yığılmasını təmin edərmiş.  
Qubadlı  ərazisində vaxtilə müdafiə  məqsədi ilə 
tikilmiş gözətçi qalalar vardır. Çay zəmi dağının 
hündür yerində Qalacıq  (Gözətçi  qala),  Xocamsaxlı 
ərazisində Qalacıq (Gözətçi qala),  Qaralar kəndin-
dəki istehkam qala, Əliquluuşağı  kəndində üzbəüz 
iki istehkam qala. Göyərcik kəndindəki Qalacıq. 
Əyin səngərinin hündür yerində  qalacıq yeri. Yazı 
düzündə gözətçi qala Çardaxlı  kəndi  ərazisində 
gözətçi qala və başqaları buna misal ola bilər.  
Tarixi mənbələrə görə,  Qəmər xanla Fətəli xan 
arasında qız üstündə  ədavət  olmuş, bir-birinə qarşı 
ölüm-dirim savaşı aparmışlar. Bu vəziyyəti  Öysan 
xan Türk sultanına məlumat vermiş, Sultan da  zəif 
düşmüş xanlıqları özünə tabe etdirmişdir. (Ağalıdan 
Hərtiz dağına qədər). 
Hərtizli Hasan xan Türklərə tabe olmaqla hökm-
ranlıq etdiyi əraziyə Türkləri  gətirmişdir. (Dəmirçi, 
Dondarlı ərazisində yerləşdirilir) Çərəli, Çinarlı Sal-
daş, Fərcan, Göyyal,  Ballıqaya,  Zor,  Almalıq, Boy-


 
 
19 
nəkər,  Gödəkli, Qaraçəmən, Bəkdaş, Seyidlər, 
Şinher,  Şabadin, Oxdar, Muncuqlu, Sirnək, Tışab, 
Şkao, Xustab, Sunik, Həyrək, Ördəkli və digər 
kəndlər Hasan xanın tabeliyində olmuşdur.  
Deyilənə görə, Hasan xan kəndləri gəzərkən Hü-
canis  adlı bir erməninin evində qalır. Onun gözəl 
qızı Hasmikə vurulur. 
Onunla evlənmək fikrinə 
düşür və evlənir. Hasmikdən bir oğlu olur.  
Bundan sonra erməni  töycüdən, vergidən azad 
olur. Xan oğlunun dayılarına  əlavə torpaq  mülkləri 
verir. Hasmik Hasan xanı  ələ alır. Yaxın qohumla-
rından olan 5-6 erməni ailəsi yeni torpaq mülklərinə 
köçürlər. Kəndin adını da babalarının şərəfinə Huca-
nis qoyurlar. Hasan xan on koma tikdirib erməni qo-
humlarına verir. Bu minvalla neçə-neçə erməni 
kəndi yaranıb.  
(“Azərbaycan tarixi” Rəşid bəy İsmayılov 1923). 
Farslar sadaladığımız yerlərdə  sərhədləri möh-
kəmləndirirlər və bu ərazidə olan ermənilərdən isti-
fadə etməklə Öysən xanın üzərinə hücum edirlər. 
Ermənilər xanı tuturlar. Ona olmazın işgəncəsin ve-
rib, dar ağacından asırlar. 
Öysən xanın anası  Məryəm xanım  bu qisası 
almaq üçün çox fikirləşir, Qarsa gedir. Orada müəy-
yən tədbirlər hazırlayıb nəvəsi Fətəli xanın rəhbərlik 
etdiyi  böyük ordu ilə geri dönür. Yazılanlara  görə, 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə