Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə6/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   2   3   4   5   6   7   8   9   ...   51

 
 
25 
gürşad düşdüyünün nəticəsində çay həddən çox artıb 
– çoxalır. 
İstər Bərgüşad çayı, istərsə də Həkəri çaylarının 
sularından geniş əkin sahələrinin suvarılmasında isti-
fadə olunur.  
Əvvəllər Bərgüşad çayı sahilində yaşayış məntə-
qələrinin  əhalisi həmin sulardan içim suyu kimi 
istifadə edirdilər. Lakin sonradan Sisyan rayonu 
ərazisində  olan Dəstəyirddə  çıxarılan qazıntıların, 
zəhərli maddələrin ermənilər tərəfindən çaya 
axıdıldığından, həmin suların (çayda olan) içim suyu 
kimi istifadəsi mümkünsüz olmuşdur.  
Qubadlı kəndi XIX əsrin birinci yarısında çayın 
sağ sahilində, Dəf düzü deyilən yerdə  quzey 
hissəsində olub. Onların  əkin sahəsinin çox hissəsi 
isə çayın sol sahilində olmuşdur. Körpü olmadığına 
görə,  çayın daşqın vaxtında becərmə apara 
bilmədiklərindən sol sahilə köçüb kənd salmışlar.  
Çayın sağ sahilində  Dəf düzü deyilən yerdə 
baramaqurdu bəsləyib məhsul (ipək) alırmışlar. Ona 
görə  də  həmin yerə  Dəf düzü deyilir. Həmin yerin 
yaxınlığında böyük sahə tutan tut bağı var. Bağın 
içərisində  də barama saxlanan dəflər  var idi. Bizim 
yerli etnologiyada ona dəf, bir qədər balacasına isə 
dəfcə deyilir.  


 
 
26 
Qubadlı rayonu Ermənistanın Qafan, Gorus ra-
yonları ilə 82 km məsafədə həmsərhəddir.  
1882-ci ildə Qubadlıda ilk realnı məktəbi açılıb. 
Sonradan bu məktəbə  onu  təşkil edən Həsən bəyin 
məktəbi deyilmişdir. Məktəbin 1984-cü ildə 100 il-
liyi, 1996-cı ildə isə Sumqayıtda 115 illiyi çox geniş 
qeyd olunmuşdur.  
Qubadlı  şəhərində çayın hər iki sahilində, 
yüksək mərtəbəli binalar, məktəblər, mədəniyyət 
ocaqları, parklar var, hər iki sahilini bir-biri ilə əla-
qələndirən çox möhkəm bünövrəli körpülər  tikil-
mişdir  Bu mənada Qubadlını Macarıstanın paytaxtı 
kiçik Budapeşt  şəhərinə  bənzətmək olar. Qubadlıda 
olan  asfalt döşənmiş küçələr,  səkilərin  hər iki 
tərəfindəki yaşıllıqlar,  gecələr elektrik işığının par-
laqlığı şəhərə xüsusi gözəllik verirdi.  
Böyük fransız yazıçısı Aleksandr Düma “Qafqaz 
səfəri”  əsərində yazır “...Bu xalq vaxtilə müzəffər 
olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq 
qalır. Hər hansı azərbaycanlı ilə bir şey barədə 
sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə 
ehtiyac yoxdur. Söz verdi, qurtardı”. Bu hikmət dolu 
sözləri Azərbaycanın bir parçası olan Qubadlıya da 
şamil etmək olar. Qubadlı Odlar diyarının od ürəkli 
balası, qəhrəmanlıq qalasıdır.  


 
 
27 
Azərbaycan dünyanın gözəllik diyarıdır. Bəlkə, 
qənirsiz gözəlliyinə göz dikənlər onun mənəvi sərvə-
tini də daşıyıb aparıblar? Bəlkə,  şəhərləri, kəndləri 
dönə-dönə alt-üst edilən, yurduna-yuvasına od vuru-
lan bir ölkənin tarixi də neçə yol yandırılmışdır? 
Mənim xalqım buna görəmi öz şanlı tarixinə  dərdli 
muğamlarında, mahnılarında, nisgilli bayatılarında 
əbədi ömür vermişdir?! “Kəsmə şikəstə” Vətən ikiyə 
bölünəndəmi, “Qarabağ  şikəstəsi” bayrağımıza qara 
dağ basılandamı yaranmışdır? Bəli, bütün bunlar 
səbəbsiz deyildir. Xalqımız özünün zəngin folklo-
runu da, musiqisini də, daş əsərlərini də canlı, əbədi 
bir tarix kimi yaratmışdır. Vətənin hər yerində 
olduğu kimi, Qubadlı torpağına da səpələnmiş 
tarixin daş yaddaşları,  abidələr uzaq-uzaq keçmiş-
lərdən xəbər verir. Görünür, ulu babalar bu abidələri 
daha etibarlı tarix hesab etmişlər.  
Tarixin hər bir dövründə olduğu kimi, ötən 
yüzillikdə  də Azərbaycanın başına çox müsibətlər 
gəldi. Elə bil ki, torpağın Babək, Koroğlu yurdu 
olduğu zalımların yadından çıxmışdı. Zülm ərşə 
dayandı. Səbri tükənən Vətən oğul istədi. Qubadlı 
torpağında sanki güclü  bir zəlzələ qopdu. Bu 
zəlzələnin dalğası  ərazinin  hər yerinə yayıldı. 
Torpaq zalımların ayağının altında dayanmırdı... 
İnildəyirdi.  Yazı düzündə  dəliqanlı bir cavanın 


 
 
28 
əlindəki dəyənək azğınlaşmış bir zalımın kürəyinə 
çırpıldı. Tilsim qırıldı. Sehrli qapılar açıldı. Bu, cana 
doymuş, boğaza yığılmış bir xalqın öz igid oğlunun 
– Nəbinin qəlbində partlayan qəzəbi idi. Bu, illərdə 
güc toplayan vulkanın “lapdan püskürməsi” idi. 
Nəbi Bozatın belinə  şığıdı, Aynalını havada oyna-
daraq öz xalqına güvəndi.  
“Aslanın erkəyi, dişisi olmaz” – demişlər. Nəbi-
nin vəfalı ömür yoldaşı, sədaqətli silahdaşı Həcər də 
atlanıb qəhrəmanın səsinə səs verdi. 
Koroğlu ürəkli, Babək qeyrətli, Cavanşir hünərli 
Azərbaycan oğulları Qırat misallı, Dürat misallı atla-
rın belinə qalxdılar.  Hər biri zamanın tələbinə, 
xalqın çağırışına səs verdi.  Azərbaycan oğulları  hər 
tərəfdən axışıb Nəbinin dəstəsinə qoşuldular. 20 il-
dən çox bir müddətdə  ədalətsiz quruluşa qarşı 
vuruşdular, xalqın qisasını aldılar.  
İlləri,  əsrləri yaşadan igidlər, dahilərdir. Qaçaq 
Nəbi XIX yüzilliyi şöhrətləndirən, onu tarix boyu 
yaşadan igidlərdən biridir. Dahi insanlar xalqını, və-
tənini, yurdunun tarixini kitabların  səhifələrində 
şöhrətləndirirlər.
 
Belə  səhifələrdən biri də ACE-nin 
III cildinin 104-cü səhifəsidir. Oradakı odlu sətirləri 
oxuduqca yurdunla, torpağınla, onun igidləri ilə fəxr 
edirsən. “Nəbi Alı  oğlu (təqribən 1854, Zəngəzur 
qəzasının Aşağı Mollu kəndi  indiki Qubadlı rayo-


 
 
29 
nunda) – 12.03.1896. Larni k. (İran Azərbaycanı) – 
XIX  əsrdə Azərbaycanda məşhur kəndli hərəkatı 
başçısı,  xalq qəhrəmanı... Xalq kütlələrinin məna-
feyini müdafiə etməsi və fövqəladə  şəxsi igidliyi 
Qaçaq Nəbiyə  böyük  şöhrət qazandırmışdı. Çar 
hökuməti Qaçaq Nəbiyə qarşı polis, kazak dəstələri 
göndərirdisə də onu ələ keçirə bilmirdi. 20 il ərzində 
Qaçaq Nəbinin dəstəsini məhv etmək üçün görülən 
bütün tədbirlər müvəffəqiyyətsizliyə uğradı.  
 
I. 2. Əhalisi, sosial-iqtisadi inkişafı 
 
Qubadlıda 94 yaşayış məskəni vardı. Sahəsi 802 
km
2
, əhalisi 30 min nəfər idi. (1988-ci il, 1 yanvar).  
Dünyəvi təhsilə ikisinifli bir rus-tatar məktəbi ilə 
başlayan Qubadlıda erməni işğalından əvvəl 21 orta, 
26 səkkizillik, 15 ibtidai, bir əyani-qiyabi orta 
məktəb var idi. Bu təhsil ocaqlarında 5852 şagird 
təhsil alırdı. Qubadlı  məktəblilərinin təlim-tərbiyəsi 
ilə 1380 nəfər müəllim məşğul olurdu. Onların  
1025 nəfəri ali təhsilli idi. 7 məktəbəqədər maarif 
müəssisəsinə 272 nəfər uşaq cəlb edilmişdi. Bu 
müəssisələrdə 43 nəfər xalq maarifi işçisi fəaliyyət 
göstərirdi.  
Xanlıq kəndindəki 126 №-li orta texniki-peşə 
məktəbində  hər il 300 nəfər gənc  müxtəlif peşələrə 
yiyələnirdi.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə