Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə13/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

 
 
58 
köçən ailələrin nəsilləridir. XVI əsrə aid bir çox 
mənbədə Başaratbəy şəxs adı da çəkilir.  
Toponimləri:  Əli bulağı,  Hatın çayı, Çinarlı 
bulaq, Topağac, Dərə yurd, Hürneyd,  Yağlı  dərə, 
Dərə yurd düzü, Yağlı yurd, Əmən dağı, Abbasın 
yalı
 
və s.  
Boynəkər.  Bazarçay sahilində, Qubadlı rayo-
nunda kənd. Toponim boyun (coğrafi termin məna-
sında) və əkər (əkin mənasında) sözlərinin birləşmə-
sindən  əmələ  gəlib, "təpənin boynundakı sahəni 
əkənlər" mənasını ifadə edir. Kənd Boyunəkər yeri 
adlı sahənin yanında salındığına görə belə adlanıb.  
Toponimləri: Qurd dərəsi, Ağ düz, Qurd ölən
Daşlı yoxuş, Saqqızlı dərə, Hacı Nurzahan günbəzi, 
Nərgizli yeri, Boruqlu dərə, Movlan yolu. Günbəzin 
1800-cü ildə inşa edilməsi güman olunur. Orta 
əsrlərə aid qəbiristanlıq və qəbirüstü daşlar var.  
 
Bəxtiyarlı  kəndi.  Bərgüşad çayının sahilində 
dağətəyi  ərazidə yerləşir. Bu toponim özündə  qızıl-
başların kürdilli  Bəxtiyarlı tayfasının adını  əks 
etdirir. Bəxtiyarlı  Cənub Qərbi  İranda olan, yaşayan 
“Bəxtiyariyyə” tayfaları qrupuna aiddir. Bəxtiyarlı 
kəndi iki çayın:  Bəxtiyarlı  və Xallava-Məmmədli 
çaylarının  əhatəsindədir. Məmmədli kəndində  son 
dövrlərdə suyun olmaması  və çoxlu zəhərli ilanların 
olması səbəbindən köçüb Bəxtiyarlıda sakinləşmişlər. 


 
 
59 
Darlar silsilə dağları  kəndə xüsusi gözəllik verirdi. 
1993-cü ildə kənddə 37 ev, 172 nəfər əhali olmuşdur.  
Məmmədli kəndinin  ərazilərindən bir hissəsi 
Bəxtiyarlı kəndinə verilmişdir.  
Toponimləri: Darlar, Qarı  qışlaq dərəsi, Quzey 
yeri, Göyərcin kahası, Quru dərə, Ardıclı quzey, 
Korabulaq, Daş arası, Quru dərə. Xallava çayı Bəxti-
yarlı və Məmmədlini iki yerə ayırmışdır.  
Ermənistanda olan Məmmədli kəndi Məmmədli 
tayfalarının bir tirəsi idi.   
 
Cılfır. Cılfır kəndi Qubadlı rayonunda Bərgüşad 
silsiləsinin yamaclarında yerləşən kənddir. Bu 
yaşayış  məntəqəsini XIX əsrin sonlarında Göyərcik 
kəndindən köçmüş ailələr Cılfır meşəsi adlanan 
ərazidə saldıqları üçün kənd də belə adlanmışdır. 
Azərbaycan dilinin qərb dialektində cılfır sözü "çətin 
keçilən, sıx kollu-koslu yer" mənasını verir.  
Toponimləri: Abasqulu bulağı, Pənah düzü, Qa-
ranlıq bulaq, Səlkin qayası, Hüseynli yeri, Çətən 
qaya, Səlkin dağı və s.  
 
Çaytumas. Həkəri çayı sahilində kənd. Yaşayış 
məntəqəsinin keçmiş adı Tumaslı olub. Qarşılığın-
dakı Dağtumas kəndidir (Cəbrayıl rayonu). Çaytu-
mas toponiminin əvvəlinə çay sözü onu eyni adlı 
digər yaşayış  məntəqəsindən fərqləndirmək üçün 
əlavə edilmişdir. Kənd IX əsrdə indiki Cəbrayıl 


 
 
60 
rayonunun Dağtumas kəndindən köçmüş ailələrin 
Həkəri çayının sahilində məskunlaşması nəticəsində 
yaranıb. Tumas (tumaslı) tayfa adıdır. Toponim tu-
maslı tayfasının çay sahilində məskunlaşması ilə bu 
adı almışdır.  
Toponimləri:  Yel piri, Dəvə aynaq, İbrahim 
kahası,  İbadlar dərəsi, Bəylər dərəsi, Qəbiristanlıq 
dərəsi, Mal yolu, Bayram dərəsi, Köhnə  kənd yeri, 
Humay bulağı, Nuru bulağı,  Şirə arxı, Su arxı, 
Çinarlı, Çəpik ata, Yuat yeri, Zeynəb yeri,  Xəndək 
bağı, Nətfə yeri, Böyük yer, Ağ yer, Səməd yeri, 
İydəlik, Kahalar, Şaftalı bağı.   
 
Çardaxlı.  Rayon mərkəzindən 10 km dəniz sə-
viyyəsindən 1150 metr hündürlükdə dağətəyi ərazidə 
yerləşən kənddir.  
Çardaxlı yaşayış  məntəqəsi rayon ərazisində 
mövcud olmuş ən qədim kəndlərdən biridir. Çardaxlı 
düzünün Pəyhan adlanan ərazisində  orta  əsrlərə aid 
qəbiristanlıq, daş kitabələr, Gözətçi qalasının sökün-
tüləri qalmaqdadır. Xalq etimologiyasına görə, Çar-
daxlı toponimi keçmişdə orada gözətçi məntəqəsi 
kimi mövcud olmuş çar dağının adı ilə  əlaqələn-
dirilir.  
Çardaxlı  kəndinin 1500 m-liyində  Cəfərxanlar 
kəndi yerləşir. O kəndin  əhalisi Korcalanlı  kəndin-
dən köçərək həmin ərazidə sakinləşmişdir. Çardaxlı 
adlı toponimlər  Şəmkir-Çardaxlı, Tərtər-Çardaxlı, 


 
 
61 
Zaqatala-Çardaxlar, Ayqır dağda Təpəlik və 
Yaylağın adı-Çardaxlı  təpəsi, Çardaxlı yaylağıdır. 
Türkiyədə isə Çardaxlı adlı çoxlu köylər,  Qərbi 
Azərbaycanda  Pəmbək vilayəti, Çardaxlı düzü, 
Çardaxlı  təpəsi mövcud olmuşdur. Qızıl qaya adla-
nan  ərazidə köhnə  kənd yerinin qalıqları bizlərə 
Çardaxlı  kəndinin daha qədim olmasından xəbər 
verir.  
mləri: Keçi qayası, Ballı qaya, Qızıl qaya, 
Zaman güneyi, Həcətgə, Ayı ölən, Ehsan bulağı, 
Porsuq çuxuru, Səfər bulağı, Keçəl təpə, Top daş, 
Pəyhan, Bədi dərəsi, Əmirxanlar, Daşlı dərə, Camal 
yeri, Qənbər bulağı, Quru qobu, 
Dərə, bağ.
 
 
Bu gün Beyləqan rayonu Aşağı  Çəmənli kəndi 
ərazisində Çardaxlı abidələri və  qədim kənd yeri 
qalmaqdadır.  
 
Çərəli kəndi.  Çərəli kəndi dağlıq və dağətəyi 
ərazidədir. Rayon mərkəzinin cənub qərbində 13 
km-də  dəniz səviyyəsindən 920 m hündürlükdə 
yerləşir. Yaşayış məntəqəsi Sofulu tayfasına mənsub 
olan ailələr Çərəli adlı yerdə yurd saldıqlarına görə 
belə adlandırılmışdır.  
Bəzi tədqiqatçılara görə,  toponim Çərə (Çörə 
(Örüş) sözündən və li şəkilçisindən ibarət olub, 
otlaq, örüş yeri mənasını verir.  
Xalq etimologiyasına görə, Çərəli toponimi Çarə 
edən, kömək duran, əl tutan kimi də  əlaqələndirilir. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə