Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə12/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

 
 
53 
Düz zəmi, Anabad meşəsi, Bərəherlər, Anabad 
bulağı, Quş bulaq, Qoşa bulaq, Bostanlar, Əyricə, 
Qəbiristanlığın altı, Yal yeri, Məşədqara qalan, Göl 
yeri, Taxcalar, Aralıq dərə, Vənlik, Qara qaya. Qır-
nıq Çalayer, Kolavat, Meşə yeri, Mirbağır ağa 
ziyarətgahı.  
 
Ağbulaq.  Gorus rayonunun ərazisidir. Qubadlı 
şəhərindən Ağbulaq kəndinə 31 km-dir. Kəpəz dağı-
nın ətəyində güney ərazidə yerləşir. Kəndin kənarları 
çox da qalın olmayan meşəlikdir.  
Kəndin ortasında çıxan bulaq Ağ bulaq adlanır. 
Belə ehtimal olunur ki, kəndin adı bulaqla əlaqələn-
dirilib. Azərbaycanda 15-dən çox Ağbulaq adlı kənd 
var.  
Ağbulaq kəndi Xələc tayfaları tərəfindən salınıb. 
Xələcdə yaşayan qardaşlardan biri Qaraxan Xələcdə 
qalır. O biri qardaş Qələndər Ağbulaq ərazisinə kö-
çür, orda özünə binə salır. Deyilənə görə, onun çoxlu 
qaramal,  qoyun sürüləri olub. Tikilmiş binə qala 
(Qələndər qalası) XVII əsr abidəsi kimi qeydiyyata 
alınmışdır.  
Ağbulaq camaatı 1942-50-ci illərdə Yevlaxın 
Mal binəsi, Qoyun binəsi,  Beyləqanın  Xələc kəndi-
nə, Kəbirli kəndinə, Ağdamın özünə köçürülmüş və 
o ərazilərdə sakinləşmişlər. Az hissəsi qayıdıb kəndi 
yenidən bərpa edir.  


 
 
54 
1988-ci ildə Ağbulaq kəndindən 70 ev 260 sakin 
ermənilər tərəfindən zorla çıxarılmışdır.  Əhalisinin 
çox hissəsi Sumqayıt, Bakı şəhərlərində, Azərbayca-
nın 10 bölgəsində  qanuni olaraq yaşayır. Kəndin 
toponimləri: Zaman təpəsi, Çırışlı, Dəfyalı,  Şingir-
lik, Qala quzeyi, Çarıq dələn, Vənni güney, Mac, 
Kəndirbaz yurdu, Gəlin qayası, Qanbel, Oğlan-Qız, 
Yellicə, Göllü, Seyidlər düşən, Aləmşah, Alma bağı. 
Bulaqları: Ağ bulaq, Çömçə bulaq, Xor-xor bulaq, 
Daş bulaq, Novlu bulaq. 
 
Aliyanlı-Kanlı.  Bir çox tədqiqatçılar (Kəngər 
Alıyanlı Kanlı) etnonimini eyni kökdən sayırlar.  
F.Rəşadəddinin “Oğuznaməsində” Aliyanlar oğuz-
lara  qoşulan qəbilə kimi verilmişdir. Hətta orada 
göstərilir ki, araba düzəldib,  yüklərini daşıyanlara 
Oğuzlar deyirdilər.  
“Oğuznamə”ni  şərh edən P.Şükürova görkəmli 
türkoloqlar B.A.Qordlevski, C.Maslov, B.B.Bartold, 
B.Radlova istinadən göstərmişdir ki, həqiqətən 
kanqlı “minik araba” mənasını bildirir. (168-25) 
Bəlkə,  konka  sözü kanklılarla bağlıdır. Kəngər 
tayfasından bir neçə tirələr  də ayrılmışdır. Rayonu-
muza aid həmin tirələrdən Qaracallı, Qarapapaqlıları 
göstərmək olar.  
Bu gün Famil Süleymanov göstərdiyi kimi, Qa-
rapapaqların Türkiyənin bir çox bölgələrində yaşa-


 
 
55 
dıqları, miqrasiya olunaraq toponimləşməsi həqiqətə 
uyğundur.  
“Kitabi Dədə-Qorqud” dastanlarında da VI boy-
da etnonim kimi Qanli (Qanlı Qoca oğlu Qanturalı 
adı  çəkilir 102). Eyni türkdilli tayfanın Kanqar və 
Qanlı kimi  müxtəlif dövrlərdə yazı sistemləri ilə 
əlaqədar söz dəyişiklikləri olmuşdur.  
Burada “-ar” və “-lı” şəkilçisindən biri (ar) igid, 
kişi,  döyüşkən anlamını ifadə edirsə, (-lı) isə adilik 
bildirir.  
Kanlı  (İrəvan) Kanlı (Kutaisi) Kanlı (Göycə) 
Qanlıca (Zəngəzur) 
Qanlıca qədim türk və oğuzlarla bağlı etnooyko-
nimdir. Ermənilər isə bunu Qan (“Qanlıca”) tök-
məklə bağlayıb, guya o yerlərdə erməniləri qırıb, 
qanlarını axıtmışlar. Türklərə böhtan atmışlər (99, 
58) Z.Balayan. 
Tarixə  nəzər salsaq, Yuxarı Aylanlı (Yuxarı 
Əliyanlı), Aşağı Aylanlı (Aşağı Əliyanlı) formasında 
yazılıb. Musa Kalankatlı əsərlərində Haylantürk tay-
faları kimi,  S.Sumbatyanın yazılarında isə  Haylan-
türkləri Türk sayılan xalq kimi izah etmişdir.  
Aylan sözünün mənası səsləyən, irəliləyən, hayla-
yan və s. olmuşdur.  
Deməli, Aylan V əsrdə  səslənən Türk etnosunu 
əks etdirən Aylan tayfasına aid olmasını ifadə edir.  


 
 
56 
Gəncə quberniyasında,  Zəngəzur, Cavanşir qəza-
larında qeyd edilən Aylanlı  kəndləri,  Qubadlı rayo-
nunda, 
Əliyanlı
 Başarat kəndləri də Aylanlı tayfası ilə 
əlaqədardır.  
Tədqiqatçılar Aylan türk formasını (seçmə türklər) 
bildirildiyini yazırlar: əliyanlıyam, dəliqanlıyam. 
 
Almalıq.  Rayon  ərazisində ölü kənd.  Göyyal, 
Fərcan kəndlərinin yaxınlığında yerləşirdi. Kənd alma 
bağının salındığı yerdə yerləşdiyinə görə belə adlanıb. 
Əhalisi sovet hökuməti tərəfindən sürgün edilib. 
Rayonda almalıqlı Baba Məmmədov adı çoxlarına 
məlumdur.  
 
Balasoltanlı.  Rayon mərkəzindən 25 kilometr 
şərqdə, Qarabağ silsiləsinin  ətəyində, Həkəri çayının 
sol sahilində yerləşən kənd. Yaşayış məntəqəsini XIX 
əsrdə indiki Soltanlı (Cəbrayıl rayonu) kəndindən 
köçmüş ailələr salmışlar. Kəndin adı  şahsevənlərin 
Soltanlı tirəsinin adı ilə bağlıdır.  
Toponimləri:  Mal təpə, Qurd dərə, Xocik yolu, 
Şərab zavodu. 
 
Balahəsənli.  Bərgüşad çayının sahilində, Qara-
bağ yaylasının  ətəyində,  rayon mərkəzindən 8 km 
aralı, dəniz səviyyəsindən 600 m hündürlükdə, Yazı 
düzü ərazisində yerləşir. Yerli məlumata görə, kəndi 
1918-ci ildə milli qırğın zamanı indiki Ermənistan 
ərazisindəki Ağvanlı  kəndindən didərgin salınmış 


 
 
57 
ailələr salmışdır. Toponim Balahəsənli nəslinin adı 
ilə əlaqədardır.  
Toponimləri:  Arif dərə, Damcılı bulağı, Yeddi 
bulaq, Uzun dərə, Uzun tala, Tubu bulağı, Mal təpə, 
Quru dərə. 
 
Ballıqaya.  Dağətəyi  ərazidə yerləşən kənd. 
Qədim adı Mahmuduşağı olub. Vaxtılə Sofulu tayfa-
sının qışlaq yeri olmuşdur. Ballıqaya kəndi toponi-
minin mənası ”Bal arısının yuvası olan qaya" 
deməkdir.  
Toponimləri: Vənni dərə, Şamanlı dərəsi, Taxta-
la düzü, Ballıqaya dərəsi. Kənd  rayon mərkəzindən 
cənubda 13 km-də  dəniz səviyyəsindən 750 m 
hündürlükdə yerləşir. 
 
Başarat.  Rayon mərkəzindən 50 km şimal-
şərqdə, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyə-
sindən 1410 m hündürlükdə  Kiçik Həkəri çayı 
sahilində yerləşən dağ kəndi. 
Bu toponim "baş" və"arat" sözlərindən ibarətdir. 
Baş sözü coğrafi mövqe bildirir. Bəlkə  də, bir 
zamanlar rayon ərazisində  Aşağı Arat adlı  kənd 
olub. Səpindən qabaq torpağın aşına, suvarılmış arat 
deyilir.  Kəndin köklü sakinləri XVIII əsrin axırla-
rında ictimai-siyasi hadisələrlə  əlaqədar Türkiyə 
ərazilərinə köçmüşlər. Kəndin indiki əhalisi isə XIX 
əsrdə yaxınlıqda mövcud olmuş Hürneyit kəndindən 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə