------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
135
HƏSƏNOV DАVUD ABDULHƏSƏN OĞLU
1919 cu il təvəllüdlü.
Salyan rayonu,
Şorsulu kənd sakini. Pedaqoq.
Mən Аğа Mirbаğır аğаnı ilk dəfə 1929-cu ildə kəndimizin
ağsaqqalı Məşədi Hümmətalı Hümmətovun vəfatının dördüncü
günü atam üçün yemək aparanda görmüşəm. Belə ki, o vaxt ev
sahibi hüzürə gələnlərə yemək vermirdi. Hər kəs üçün evdən
yemək gəlirdi. Аğа Mirbаğır аğа çox nurani görkəmli,
əmmaməli, əynində uzun ləbbadə məclisdə oruc və namaz
barədə söhbət edirdi. Mən uşaq olduğum üçün bir kənarda durub
qulaq asırdım. Yazın ortaları olduğu üçün hava çox xoş idi. Аğа
Mirbаğır аğа çox rəvan və məlahətli danışırdı. Hamı dərin sükut
içində ona qulaq asırdı. O, molla deyildi, din xadimi idi, alim
idi. Çünki molla kimi yox, sonralar institutda gördüyüm
professorlar, alimlər kimi, mən deyərdim ki, onlardan dа çox-
çox yüksək səviyyədə danışırdı. Onun söhbətindən yadımda
qalan o oldu ki, hamı daima halal zəhmətlə çalışmalı, xeyirxah
olmalı və gecə-gündüz oxuyub öyrənməlidir. Millətin tərəqqisi
elmdədir.
Аğа Mirbаğır аğаya qarşı hamıda böyük inam, etibar var idi.
O, mollalıq etmirdi. Sadəcə olaraq o, məclisə gələndə camaat
ondan söhbət etməyini xahiş edirdi.
Eyni kənddə yaşadığımızdan sonra dəfələrlə Аğа Mirbаğır
аğаnın mübarək üzünü görmək mənə qismət olubdur. O vaxtlar
komsomolun, kommunistlərin çox güclü olduqları bir vaxtda,
adamlara zorla Аllahın olmadığının təlqin etdikləri, bilet
verdikləri vaxtda xalqda Аğа Mirbаğır аğаya qarşı ilahi bir sevgi
var idi. Xalq ona müqəddəs varlıq kimi inanırdı.
1935-ci ildə mən Salyanda pedaqoji məktəbdə oxuyanda
demək olardı ki, əksəriyyətimizin komsomolçu olmağımıza
baxmayaraq, Аğа Mirbаğır аğа and yerimiz idi. Mən bir əsrə
yaxın ömür yaşamışam və bu gün çox fəxr edirəm ki, ömrümün
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
136
sonunda Аğа Mirbаğır аğа haqqında söz demək mənə də qismət
oldu. Deməli, yaşamağa dəyərmiş.
AĞАYEV MİRBÖYÜKАĞА SEYİDАĞА OĞLU
El ağsaqqalı. Neftçala rayonu,
Qaraymanlı kənd sakini.
Аğа Nərimаn Nərimаnovu xilаs edir
Mən o vaxtlar kəndimizdə yaşayan Şeyx İslamdan Аğа
Mirbаğır аğа haqqında çox söhbətlər eşitmişəm. Əsas yadımda
qalan isə Nəriman Nərimanovun Salyana gəlişi barədə olan
söhbətdir. O, danışırdı ki, Sovet hökumətinin təzə qurulduğu
illərdə Nəriman Nərimanov əhali ilə görüşmək üçün Salyana
gəlir və hansı məqamdasa allahsızlığı təbliğ edən söhbət aparır.
Belə hal çox dindar olan Salyan əhalisinin qəzəbinə səbəb olur
və Nəriman Nərimanovu Salyanda döymək istəyirlər. Аğа
Mirbаğır аğа vəziyyəti belə gördükdə Nəriman Nərimanovun
həm azərbaycanlı, həm də qonaq olduğunu nəzərə alaraq
əsəbləşən əhalini sakitləşdirmək üçün əbasını Nəriman
Nərimanovun çiyninə atır. Аğа Mirbаğır аğаnın əbasını
Nəriman Nərimanovun çiynində görən əhali Аğа Mirbаğır аğаya
böyük hörmət əlaməti olaraq sakitləşirlər. Danışırdılar ki,
sonralar Nəriman Nərimanov özü bu söhbəti çox danışıb
deyərmiş ki, Salyanda Аğа Mirbаğır аğаnın təkcə əbası bizim
bir çox dövlət xadimlərindən hörmətli və nüfuzludur.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
137
MƏMMƏD MUSА OĞLU ƏLİYEV
1925-ci il təvəllüdlü.
Neftçala rayonu,
Bankə qəsəbəsinin sakini.
Bütün Neftçаlаlılаr Ağаyа inаm bəsləyirlər
Neftçala rayonunun elə bir yaşayış məntəqəsi olmaz ki,
orada öz dövrünün dahi şəxsiyyəti olmuş Аğа Mirbаğır аğа
dərin hörmətlə xatırlanmasın. Kür çayı boyu kəndlərin əhalisi
isə Аğа Mirbаğır аğаnı öz nəsillərinin xilaskarı sayırlar. 1918-ci
ildə erməni terrorçu dəstələri Аğа Mirbаğır аğаnın dəvət etdiyi
türk qoşunu və ərazidən təşkil etdiyi könüllülər tərəfindən məhv
edilmişdir. Həmin dövrdən 80 ildən də artıq bir vaxt ötməsinə
baxmayaraq, Аğа Mirbаğır аğаnın şücaəti bütün məclislərdə
böyük minnətdarlıq hissi ilə xatırlanır. Eyni zamanda xalq
böyük şəxsiyyətin təyin etdiyi dini ayinlərə, xüsusən də əza
məclislərində ehsanın əzа məclisinin 4-cü günü verilməsinə
dəqiq əməl edir. Böyük dini bilici alim, filosof olan Аğа
Mirbаğır аğа bunun Həzrəti Peyğəmbərimizin əmisinin şəhadəti
ilə sıx əlaqəli olduğunu mənəvi dəyərlərə əsaslandıraraq elmi
sürətdə sübut etmişdir. Belə ki, döyüşdə şəhid olan Həzrəti
Peyğəmbərimizin əmisi Həmzə şühədanın cəsədini döyüş
meydаnındаn götürməyə imkan olmur və cəsəd üç gün
meydanında qalır. Məhz 4-cü gün Həmzeyi şühədanın cəsədi
döyüş meydanından götürülərək dəfn olunur. Həzrəti
Peyğəmbərimizin bununla əlaqədar dediklərini əsas götürərək
Аğа Mirbаğır аğа ehsanın əza məclisinin 4-cü günü verilməsini
tövsiyə etmiş və buna bu gün də əməl edilir.
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
138
ZEYNАL ZEYNАLOV
1914-cü il təvəllüdlü
Neftçala rayonu,
Bankə qəsəbəsinin sakini.
Pedaqoq.
O, dünyəvi elmlərə böyük mаrаq cöstərirdi
Аğа Mirbаğır аğаnı bəziləri ancaq din xadimi kimi tanıyır.
Ancaq bu heç də belə deyil. Çünki Аğа Mirbаğır аğа təkcə dini
biliklər üzrə deyil, eləcə də astronomiya, riyaziyyat, kimya,
fizika, həndəsə, botanika, tibb, incəsənət üzrə böyük alim
olmuşdur. Yaşlı nəslin nümayəndələri çox yaxşı xatırlayırlar ki,
Аğа Mirbаğır аğа öz söhbətlərində xalqa daima oxumağı, elm
öyrənməyi tövsiyə edərmiş və hər söhbətinin sonunda
bildirərmiş ki, xalqın, millətin nicatı elmdədir, bilikdədir. Аğа
Mirbаğır аğаnın daima məktəblərlə əlaqə saxlamasının,
gələcəyimiz olan balalarımızın təhsili, dünyagörüşləri,
intellektual səviyyələri ilə maraqlanmasını dəfələrlə eşitmiş və
şahidi olmuşam. Belə ki, 1934-cü ildə mən Salyan şəhərindəki 1
saylı orta məktəbdə işləyirdim. O vaxtlar məktəblərdə
şagirdlərin əl işlərindən ibarət müxtəlif mövzularda tez-tez
sərgilər təşkil edilərdi. Növbəti sərgilərdən birində Аğа Mirbаğır
аğа da məktəbə gəlmişdi. O, sərgi ilə tanış olduqdan sonra
məktəbin şagirdlərinə və eləcə də pedaqoji kollektivə gələcəkdə
sərgilərin təşkili üçün çox dəyərli məsləhətlər verdi. Onun
məsləhətlərinin hamımız üçün çox səmərəli olmasının nəticəsi
olaraq sonrakı sərgilərdə məktəbimiz həmişə birincilər sırasında
olurdu. Mən elə o vaxt bütün dərinliyi ilə dərk etdim ki, Аğа
Mirbаğır аğа əsl elm fədaisi, elmin ən uca zirvələrini fəth
etməyə qadir bir şəxsiyyətdir.
Dostları ilə paylaş: |