Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə37/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   110

114
Xuzeymə  Ənsaridə tapdım. Ayə belə idi: “Minəl-muʼmini͠nə ricə͂lun sədəqu͂ 
mə͂  ʻa͂hədulla͂hə  ʻələyh...” Peyğəmbər (s) Xuzeymənin  şahidliyini iki nəfərin 
şahidliyinə bərabər bildiyi üçün, ayəni həmin surədə qərar verdik.
1
 
Yuxarıdakı hədisdən məlum olur ki:
1) Həmin ayə yazılı surətdə yalnız Xuzeymədə imiş. Çünki Zeyd ibn Sabit 
etiraf edir ki, həmin ayəni Peyğəmbər (s) qiraət edərkən eşidibmiş. Buradan 
məlum olur ki, sözügedən iki şahid təqdim edilən hansısa bir Quran əlyazmasının 
Peyğəmbərin (s) hüzurunda yazıldığına şahidlik etməli imiş.
2)  İki şahid dedikdə, əlyazmanı təqdim edən şəxsdən əlavə olaraq iki nəfər 
nəzərdə tutulmayıbmış.  Şahidlərdən biri həmin  şəxsin özü, digəri isə onun 
dediklərini təsdiqləyən bir şəxs olubmuş. Xuzeymənin şahidliyi, ikinci bir şahidin 
olmadığı surətdə ondan ötrü qəbul olunur ki, Peyğəmbər (s) onun şahidliyini iki 
nəfərin şahidliyinə bərabər bilmişdir.
Qeyd:
“Səhih-Buxari”yə istinadən nəql edilən bu hədislərdə  “Əbu Xuzeymə” adı ilə 
təqdim edilən səhabənin düzgün adı Xuzeymə ibn Sabit Ənsaridir. Çünki Peyğəmbər 
(s) Xuzeymə ibn Sabit Ənsarinin şahidliyini iki nəfərin şahidliyinə bərabər bilmişdir.
2
Nəticə:
Beləliklə, tarixi faktlara və eləcə  də bir sıra Quran tədqiqtçılarının rəyinə 
əsasən, Qurani-Kərim xəlifə  Əbu Bəkrin dövründə Zeyd ibn Sabitin rəhbərliyi 
altında qari səhabələrdən ibarət bir heyət tərəfindən cəm edilmişdir.
Quranın Həzrət Peyğəmbərin (s) vəfatından qabaq 
cəm edildiyini qəbul edənlərin dəlilləri
Quranın Peyğəmbərin (s) vəfatından qabaq cəm edildiyini qəbul edənlər bir 
sıra əqli və nəqli dəlillərə əsaslanırlar. Burada həmin dəlilləri müxtəsər şəkildə 
qeyd edirik:
1. Quranın Peyğəmbərin (s) vəfatından sonra cəm edildiyi barədə olan 
hədislər arasında - qeyd edək ki, bu hədislərin əksəriyyəti əhli-sünnə qay-
naqlarındadır – ziddiyyətlər vardır. 
Ayətullah Xoi “əl-Bəyan” əsərində Quranın cəm edilməsi barədə olan 22 ən 
mühüm hədisi müfəssəl araşdırıraraq bu hədislər arasında ziddiyyətli məqamlara 
toxunmuş, nəticədə bir-birinə zidd olduqları üçün onların hamısını qeyri-mötəbər 
hesab etmişdir.
3
1
  Səhih-Buxari, c.6, s.581; əl-Burhan, c.1, s.328; əl-İtqan, c.1, s.187; Biharul-ənvar, c.89, s.77.
2  
Haşiyeye əl-Burhan, c.1, s.328; ət-Təmhid, c.1, s.301.

 “əl-Bəyan”, s.240-249.


115
Cavab: Əlbəttə, bu hədislər arasında müəyyən ziddiyyətlərin, uyğunsuzluqların 
olması inkar edilmir. Əllamə Məhəmmədcavad Bəlaği də öz əsərində
1
 bu hədislər 
arasındakı ziddiyyətlərə toxunur, lakin buna baxmayaraq Quranın Peyğəmbərin 
(s) vəfatından sonra cəm edildiyini tam qətiyyətlə qəbul edir.
Əllamə Təbatəbai həmin hədislərdən bir neçəsini qeyd etdikdən sonra belə bir 
nəticəyə gəlir:
“Bu hədisləri araşdırdıqdan sonra azad düşüncəyə söykənərək bu qənaətə 
gəlirik ki, “vahid xəbər” və “qeyri-mutəvatir” olmalarına baxmayaraq onlarda 
“qəti qərinələr” (danılmaz nişanə və əlamətlər) mövcuddur...”
2
Əslində, bu hədislər arasındakı ziddiyyətləri, uyğunsuzluqları asanlıqla həll 
etmək və ziddiyyətli məqamlara aydınlıq gətirmək, ümumi bir nəticəyə gəlmək 
mümkündür.
3
Mərhum Dr. Ramyarın nəzəri isə belədir:
“Ümumiyyətlə, hədis işində belə ziddiyyətlər və uyğunsuzluqlar mövcuddur. 
Elə isə, hədisdən necə istifadə edilməlidir? Hansı bir fiqh və ya kəlam mövzusu 
ətrafında mübahisələr və müxtəlif fikirlər yoxdur? Əgər hər bir mətləbi öz yerində 
düzgün yerləşdirsək, əgər pərakəndə olan hissələrin hər birini öz yerinə qoysaq, 
əsaslı və faydalı bir bünövrəmiz olar. Bu hədislər məcmusunda heç bir hədislə 
uyğunlaşmayan və tək qalan hədisi kənara qoymaq, çox sayda hədislər arasından 
həqiqətləri üzə çıxarmaq və əldə etmək lazımdır.”
4
2. Quranın Peyğəmbərin (s) vəfatından sonra cəm edildiyi barədə çox say-
da hədis mövcud olsa da, bu səmavi kitabın Peyğəmbərin (s) vəfatından qa-
baq cəm edildiyi barədə də hədislər mövcuddur və bunun özü ziddiyyətli bir 
məqamdır. 
Şi`bi deyir: “Ənsardan olan altı səhabə Peyğəmbərin (s) dövründə Quranı cəm 
etmişdilər: Ubəyy ibn Kə`b, Zeyd ibn Sabit, Məaz ibn Cəbəl, Əbud-Dərda, Sə`d 
ibn Ubeyd və Əbu Zeyd.” 
Qitadə,  Ənəs ibn Malikdən Peyğəmbərin (s) dövründə Quranı  cəm edənlər 
barəsində soruşduqda Ənəs belə cavab verir: “Onlar dörd nəfər olub və hamısı 
ənsardan idi: Ubəyy ibn Kə`b, Məaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd.”
5
Cavab: Bu məzmunlu hədislər təkcə ayələrin və surələrin kitabətinə  dəlalət 
edir, nəinki bu səhabələr Peyğəmbərin (s) dövründə “mushəf” tərtib etmiş və Qu-
ran surələrini hal-hazırkı ardıcıllıqla sıralamışlar.

 “Alaur-Rəhman”, c.1, s.19.

 “əl-Mizan”, c.12, s.124.

 “ət-Təmhid”, c.1, s.285.
4  
“Tarix-e Quran”, s. 327-328.
5  
“əl-Bəyan”, s.269; “Səhih-Buxari”, c.6, s.586.


116
3. Mütəvatir hədislərdən sayılan “Səqəleyn” hədisində Peyğəmbər (s) belə 
vəsiyyət edir:
...ﻲﺗَﺮْﺘِﻋ َﻭ ﷲ ﺏﺎﺘِﻛ ﻦْﻴَﻠَﻘﱠﺜﻟﺍ ُﻢُﻜﻴﻓ ٌﻙِﺭﺎﺗ ﻲّﻧﺇ
“Həqiqətən mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Allahın 
kitabı və itrətim...”
Bu hədisə istinadən, Quran Peyğəmbərin (s) dövründə  cəm edilmişdi, 
çünki pərakəndə vərəqlərə  “kitab” deyilmir, “suhuf” (ﻒ ُﺤُﺻ) deyilir.
1
Cavab: Bəli, “kitab”, bir məcmuəyə deyilir. Lakin burada bu məna nəzərdə 
tutulmur. Necə ki, bir sıra məkki ayələrdə Quran barədə “kitab” sözü işlənsə 
də, bu məna nəzərdə tutulmur. Çünki belə ayələrdən sonra çox sayda ayə və 
surələr nazil olubdur. Deməli, burada “kitab” dedikdə, kamil məcmuə nəzərdə 
tutulmamışdır. Nümunə üçün “Hicr” və “Nəml” surələrinin birinci ayəsinə 
nəzər salın.
4. Əql hökm edir ki, Quran Peyğəmbərin (s) vəfatından qabaq cəm edil-
mişdir. Heç mümkündürmü ki, Quranın təlimi və kitabətinə bu qədər əhəmiyyət 
verən Peyğəmbər (s), həyatda ikən onu cəm etməsin və dinin əsas istinad mənbəyi 
olan Quran pərakəndə qalsın?! 
2
Cavab:  Şübhəsiz, Peyğəmbər (s) Quranın təlimi və kitabətinə, habelə, 
surə lər də ayələrin yerləşdirilməsi və  sıralanmasına böyük əhəmiyyət vermiş-
dir. Peyğəmbərin (s) dövründə Quranın yazılması, habelə, surələrdə ayələrin 
Peyğəm bərin (s) nəzarəti altında yerləşdirilməsi danılmaz faktdır. Lakin Quran 
surələrinin sıralanması, əvvəldə qeyd olunan səbəblərə görə, Peyğəmbərin (s) 
vəfatından sonraya təsadüf edir. Bu isə Quranın toxunulmazlığına heç bir xələl 
gətirmir.
5. Bir sıra hədislərdə qeyd olunub ki, səhabələr Quranı Peyğəmbərin (s) 
hüzurunda və qarşısında qiraət etmişlər.
6. Bir sıra hədislərdə qeyd olunub ki, səhabələr Peyğəmbərin (s) dövründə 
Quranı xətm etməyə böyük əhəmiyyət vermişlər.
7. Tarixi faktlara əsasən, Peyğəmbərin (s) vəfatından qabaq kamil və ya 
naqis mushəflər mövcud olmuşdur. Məsələn, Peyğəmbərdən (s) belə nəql olunur: 
.ٍﺔَﻨَﺴَﺣ  ِﻒْﻟﺄَﻛ ـ َﻝﺎﻗ َﻪﱡﻨُﻅﺄَﻓ ـ ِﻒَﺤ ْﺼُﻤﻟﺍ ِﺮْﻴَﻏ ﻰِﻓ ُﻩَﺃَﺮَﻗ  ْﻦَﻣ َﻭ ٍﺔَﻨَﺴَﺣ ﺎَﻔْﻟﺃ ُﻪَﻟ  َﻥﺎَﻛ ِﻒَﺤْﺼُﻤْﻟﺍ ﻰِﻓ  َﻥٰﺍْﺮُﻘْﻟﺍ َﺃَﺮَﻗ  ْﻦَﻣ
“Hər kim Quranı mushəfdən oxusa, onun iki min savabı, hər kim əzbərdən 
oxusa – güman edirəm ki, buyurdu – min savabı olar.”
Yaxud Ümmül-möminin Aişədən belə nəql olunub:
.ٌﺓَﺩﺎَﺒِﻋ ِﻒَﺤ ْﺼُﻤْﻟﺍ ﻰِﻓ ُﺮَﻈﱠﻨﻟﺍ

 “əl-Bəyan”, s.270; Dr. Ramyar, “Tarix-e Quran”, s.285.
2
  Dr. Ramyar, “Tarix-e Quran”, s.288.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə