Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə35/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

108
3.  “ﻥﺍَء ْﺮُﻗ  ﻊْﻤَﺟ”  - “Qurani-Kərimin mushəfdə  cəm edilməsi”  mənasında 
işlənib: Yəni hər surənin ayələri nüzul ardıcıllığı ilə, surələr də müəyyən ardıcıl-
lıqla yığılmış və Quran bir kitab şəklində tərtib edilmişdir.
4.  “ﻥﺍَء ْﺮُﻗ  ﻊْﻤَﺟ” -  “Bütün qiraətləri cəm etmək və Quranı vahid qiraətdə 
tərtib etmək” mənasında işlənib (ٍﺓَﺪِﺣﺍﻭ ٍﺓءﺍﺮﻗ ﻰﻠﻋ ﺱﺎّﻨﻟﺍ ُﻊْﻤَﺟ). 
Birinci fəsildə  məlum oldu ki“cəm”  sözünün birinci və ikinci mənaları 
(yəni Quranın  əzbərlənməsi və kitabəti) Həzrət Peyğəmbərin (s) dövründə 
gerçəkləşmişdir və bu barədə heç bir şəkk-şübhə yoxdur. Dördüncü fəsildə də ay-
dınlaşacaq ki, “cəm” sözünün dördüncü mənası üçüncü xəlifə Osmanın dövründə 
gerçəkləşmişdir və bu barədə bütün alimlər eyni fikirdədirlər. Mübahisə “cəm” 
sözünün üçüncü mənası üzərindədir, yəni Quranın mushəfdə cəm edilməsi, yəni 
bir kitab şəklində yığılması hansı dövrə təsadüf edir?
Bəzi tədqiqatçılar elə güman etmişlər ki, Qurani-Kərimin Həzrət Peyğəmbərin 
(s) vəfatından sonra bir kitab şəklində yığıldığını söyləyənlər, o həzrətin dövründə 
Quranın kitabət edildiyini qəbul etmirlər. Əslində isə, belə deyildir. Çünki qeyd 
etdiyimiz kimi, Həzrət Peyğəmbərin (s) dövründə Quran ayələri kitabət edilmiş 
və hər surənin ayələri nüzul ardıcıllığı ilə yazılmışdır, kimsə də bu məsələni inkar 
etmir. Mübahisə bu məsələ üzərindədir ki, Quran hal-hazırkı tərtibatla - surələrin 
sıralanması etibarilə - Həzrət Peyğəmbərin (s) dövründə cəm edilmiş və bir kitab 
şəklində tərtib edilmişdir, yoxsa bu iş Həzrət Peyğəmbərin (s) vəfatından sonra 
görülmüşdür? 
İndi ki, mübahisə mövzusu aydın oldu, gəlin hər iki dəstənin öz müddəalarına 
gətirdiyi dəlilləri araşdıraq. Lakin ilk öncə “birinci cəm”, “ikinci cəm”  “üçün-
cü cəm” terminləri ilə tanış olmağı lazımlı hesab edirik. “Birinci cəm” dedikdə 
Quranın Həzrət Peyğəmbərin (s) vəfatından qabaq cəm edilməsi,  “ikinci cəm” 
dedikdə Quranın Həzrət Peyğəmbərin (s) vəfatından sonra birinci xəlifə Əbu Bəkrin 
dövründə cəm edilməsi və “üçüncü cəm” dedikdə isə üçüncü xəlifə Osman ibn 
Əffanın xəlifəliyi dövründə vahid mushəfin yaradılması nəzərdə tutulur. 
Quranın Həzrət Peyğəmbərin (s) vəfatından sonra 
cəm edildiyini qəbul edənlərin dəlilləri
1. Hədis qaynaqlarında, xüsusilə də böyük əksəriyyəti əhli-sünnə qaynaq-
larında olan saysız hədislər:
Bu dəstənin fikrincə, Quranın cəm edilməsi məsələsi tarixi bir hadisə olduğun-
dan, həqiqəti tarixi mənbələrdə araşdırıb axtarmaq lazımdır. Tarixi faktlar göstərir 
ki, Quran Həzrət Peyğəmbərin (s) vəfatından sonra mushəfdə cəm edilmişdir. Bu 
faktlardan bir neçəsinə nəzər salaq:


109
a) Vəhy katiblərindən olan Zeyd ibn Sabit deyib:
.ٍء ْﻰَﺷ ﻰِﻓ َﻊِﻤُﺟ  ُﻥﺍَء ْﺮُﻘْﻟﺍ ِﻦُﻜَﻳ ْﻢَﻟ َﻭ ﱡﻰِﺒﱠﻨﻟﺍ  َﺾِﺒُﻗ
“Həzrət Peyğəmbər (s) vəfat etdi, bir halda ki, Quran bir mushəfdə cəm edil-
məmişdi.”
b) Xəttabi deyir: “Bütün Quran Həzrət Peyğəmbərin (s) dövründə yazılmışdı, 
lakin surələr müəyyən bir ardıcıllıqla bir yerə cəm edilməmişdi (yığılmamışdı).”
1
c) Beyhəqi isə deyir: 
Biz Zeyd ibn Sabitdən nəql etdik ki, Quran ayələri Həzrət Peyğəmbərin (s) 
dövründə kitabət edilmişdi. Həmçinin Zeyd ibn Sabitdən nəql etdik ki, Quran 
birinci xəlifə  Əbu Bəkrin dövründə mushəfdə  cəm edilmiş  və “mushəflərin 
nüsxəsinin çıxarılması” (üzünün köçürülməsi) üçüncü xəlifə Osmanın dövründə 
olmuşdur. Onların cəm etdikləri və ya nüsxəsini çıxartdıqları Quran, camaatın 
sinəsində (hafizəsində) yer aldığından onlara məlum idi. Bu iki işin (yəni birinci 
xəlifənin dövründə Quranın mushəfdə cəm edilməsi və üçüncü xəlifənin dövründə 
Quranın nüsxələrinin çıxarılması) bütün mərhələləri səhabələrlə və Əli ibn Əbu 
Taliblə (ə) məşvərət aparılaraq həyata keçirilmişdir.
2
 
ç) Qazi Əbu Bəkr Baqilani “əl-İntisar” adlı əsərində qeyd edir ki, Əbu Bəkrin 
xilafəti dövründə Quranın cəm edilməsi, Quranın “bir mushəfdə cəm edilməsi” 
olmuşdur.
3
 
d) Əbu Abdullah Haris ibn Əsəd Məhasibi “Fəhmus-sunən” adlı əsərində yazır:
“Quranın kitabəti yeni bir iş deyildi. Quranın yazılmasını Həzrət Peyğəmbər (s) 
əmr verərdi. Lakin “riqa”, “əktaf” və “usub” üzərində yazılan Quran, pərakəndə 
idi. Həzrət Peyğəmbərin (s) evində olan bu kitabələr  Əbu Bəkrin göstərişi ilə 
başqa bir məkana köçürüldü və bir şəxs onları bir yerə cəm edərək iplə bağladı ki, 
ondan heç nə itməsin.”
4
2. Quran ayələri tədricən nazil olduğuna görə və Quranın nüzulu Həzrət 
Peyğəmbərin (s) ömrünün son günlərinə qədər davam etdiyinə görə Quran 
mushəfdə cəm edilməmişdir. Çünki hər zaman ayə və surələrin nazil olması 
gözlənilirdi, buna görə də Həzrət Peyğəmbər (s) özü surələri ardıcıllıqla yığ-
mamış, Quranı bir mushəfdə cəm etməmişdi.
Əllamə Məhəmmədcavad Bəlaği öz təfsirində yazır:
“Həzrət Peyğəmbər (s) həyatda ikən vəhyin nüzulu davam etdiyinə görə Quran 
bir mushəfdə cəm edilmədi. Söz yox ki, nazil olan bütün ayələr müsəlmanların 
sinələrində və onların əlyazmalarında yer almışdı... Həzrət Peyğəmbər (s) dünya 

 “əl-İtqan”, c. 1, s. 181; “əl-Mizan”, c. 12, s. 120.
2
  əl-Burhan, c.1, s.329.

 əl-İn sar, s.330; əl-İtqan, c.1, s.189.
4  
əl-Burhan, c.1, s.332; əl-İtqan, c.1, s.185; Mənahilul-irfan, c.1, s.250.


110
ilə vidalaşdıqdan və  vəhyin nüzulu sona çatdıqdan sonra  – belə ki, artıq vəhy 
nüzulu gözlənilmirdi – müsəlmanlar qərara aldılar ki, Quranı bir mushəfdə yığ-
sınlar. Beləliklə, Quran ayələrini minlərlə Quran hafizinin nəzarəti altında və 
Peyğəmbərə (s) mənsub olan əlyazmalara, habelə, vəhy katiblərinin və digər 
müsəlmanların ixtiyarında olan əlyazmalara istinadən – belə ki, bu kitabələrdə 
bir neçə ayə, yaxud bir silsilə ayələr və ya surələr yazılmışdı - Quranı cəm etdilər. 
Bəli, bu “cəm edilmə”də Quran, nüzul ardıcıllığı ilə  cəm edilmədi və  mənsux 
ayələr nasix ayələrdən qabaq yerləşdirilmədi.”
1
  
Bu dəlili çoxları öz əsərlərində qeyd etmişlər.
2
3. Həm şiə, həm də əhli-sünnə qaynaqlarında saysız hədislər mövcuddur 
ki,  Əli ibn Əbu Talib (ə) Həzrət Peyğəmbərin (s) vəfatından sonra Qura-
nı cəm etmişdir. Əgər Quran Həzrət Peyğəmbərin (s) sağlığında hal-hazırkı 
tərtibatla cəm edilmişdisə, onda nə üçün Əli ibn Əbu Talib (ə) o həzrətin 
vəfatından sonra belə bir addım atmışdır? Nə üçün Həzrət Peyğəmbər (s) Əli 
ibn Əbu Talibə (ə) tapşırmışdır ki, onun vəfatından sonra Quranı cəm etsin?
Əllamə Məhəmmədcavad Bəlaği öz təfsirində yazır:
“Hamıya məlumdur ki, Həzrət Peyğəmbərin (s) vəfatından sonra Quranı nüzul 
ardıcıllığı ilə cəm etməkdən ötrü Əli ibn Əbu Talib (ə) yalnız namaz üçün əbasını 
çiyninə saldı.”
3
Əllamə  Təbatəbai qeyd edir ki, Həzrət Peyğəmbərin (s) vəfatından sonra 
Həzrət Əlinin (ə) Quranı cəm etməsi, şiə hədislərində məlum məsələ və danılmaz 
bir həqiqətdir.
4
4. Quranın Həzrət Peyğəmbərin (s) dövründə  cəm edilmədiyini sübu-
ta yetirən dəlillərdən biri də budur ki, əgər hal-hazırkı mushəf Həzrət 
Peyğəmbərin (s) dövründə  və o həzrətin nəzarəti altında cəm edilibsə
onda bu mushəflə Əli ibn Əbu Talibin (ə) mushəfi arasındakı fərqləri qəbul 
etməliyik. Çünki Quranın Həzrət Peyğəmbərin (s) dövründə cəm edildiyini id-
dia edənlər deyirlər ki, mushəf hal-hazırkı tərtibatla cəm edilmişdir. Bəs nə üçün 
Həzrət Əli (ə) Quranı nüzul ardıcıllığı ilə cəm etdi? Buna inanmaq mümkündür-
mü ki, Həzrət Peyğəmbərin (s) dövründə Quran cəm edildi, lakin Həzrət Əli (ə) 
öz üslubunu Peyğəmbərin (s) üslubundan daha düzgün hesab edib Quranı nüzul 
ardıcıllığı ilə cəm etdi?!
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Əli ibn Əbu Talibdən (ə) savayı bir 
çox möhtərəm səhabələr də özləri üçün mushəf cəm etdilər. Bu mushəflərdə - 
bir qədər irəlidə bu barədə məlumat veriləcək – surələrin ardıcıllığı baxımından 

 Alaur-Rəhman, c.1, s.18.

 əl-Burhan, c. 1, s.329; Mənahilul-irfan, c.1, s.247; ət-Təmhid, c.1, s.287.

 Alaur-Rəhman, c.1, s.18; Biharul-ənvar, c.89, s.40-dan e barən. 
4  
əl-Mizan, c.12, s.128.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə