142
1
...ُﻪُﻟﻮُﺳَﺭ َﻭ َﻦﻴِﻛِﺮْﺸُﻤْﻟﺍ َﻦﱢﻣ ٌء ﻯِﺮَﺑ َﷲ ﱠﻥﺃ
aşağıdakı şəkildə ucadan oxusun:
2
...ِﻪِﻟﻮُﺳَﺭ َﻭ َﻦﻴِﻛِﺮْﺸُﻤْﻟﺍ َﻦﱢﻣ ٌء ﻯِﺮَﺑ َﷲ ﱠﻥﺃ
Bu, Əbul-Əsvədi çox narahat edir və həmin kişiyə deyir: “Mütəal
Allah Öz
Peyğəmbərindən (s) uzaq olduğunu buyurmaqdan ucadır.” Elə oradan birbaşa Zi-
yadın yanına gedir və ona deyir: “Mən sənin təklifini qəbul edirəm. Quran sözlərini
hərəkələməyi (erab) qərara aldım. Buna görə mənim yanıma bir katib göndər.” Zi-
yad da onun yanına bir neçə katib göndərir. Əbul-Əsvəd onların arasından Əbdul-
Qeysdən olan bir katibi seçib ona deyir: “Mushəfi götür və qaradan qeyri bir rəng
seç. Əgər hərfi tələffüz etdiyim vaxt dodaqlarımı açsam, həmin hərfin üstündə bir
nöqtə qoy (fəthə). Əgər hərfi tələffüz etdiyim vaxt dodaqlarımı aşağı endirsəm,
həmin hərfin altında bir nöqtə qoy (kəsrə). Amma əgər
hərfi tələffüz etdiyim vaxt
dodaqlarımı yığsam, hərfin ortasında bir nöqtə qoy (zəmmə).” Deyəsən, Əbul-
Əsvəd “sükun” işarəsini iki nöqtə ilə göstərmişdir.
Beləliklə, Əbul-Əsvəd Quranı asta-asta oxudu və katib də onun dediyi qayda-
da nöqtələri qoydu. Camaat bu üsulu bəyəndi və onun üsulunu təqlid etdi.
3
Bu və ya digər rəvayətlərdən aydın olur ki, ilk əvvəl hərəkələr nöqtə ilə
göstərilmişdir. Hətta bu işi Yəhya ibn Yə`mərə mənsub edən tədqiqatçılar da Qu-
ranın hərəkələnməsini “ﻂﻴِﻘْﻨَﺗ” və ya “ﻒِﺣﺎَﺼَﻤْﻟﺍ ُﻂْﻘَﻧ” ifadəsi ilə qeyd etmişlər.
4
Əbu Əmr Dani deyir: “ﻂﻴِﻘْﻨَﺗ” Quranda iki şəkildə aparılmışdır:
1. “ﻡﺎَﺠْﻋ ْﻹﺍ ُﻂْﻘَﻧ”: oxşar qrafikası olan hərflərin nöqtələnməsi;
2. “ﺏﺍَﺮْﻋﻹﺍ ُﻂْﻘَﻧ” və ya “ﺕﺎَﻛَﺮَﺤْﻟﺍ ُﻂْﻘَﻧ”: müxtəlif hərəkələri ayırd etməkdən ötrü
hərflərin nöqtələnməsi, məsələn, hərfin üstündə “fəthə” nöqtəsi, hərfin altında
“kəsrə” nöqtəsi, hərfin qarşısında “zəmm” nöqtəsinin qoyulması.
5
Bəzi hərflərin oxşarlığı və ya qısa saitlərin qeyd edilməməsi baxımından ərəb
yazı xəttində yaranan
çətinliklər, “siryani” yazı xəttində də var idi. Məsələn,
“ﻭ” hərfinə oxşar hərf həm “ﺩ”, həm də “ﺭ” oxunurdu. Amma sonralar bu hərfin
üstündə bir nöqtə qoymaqla “ﺭ” hərfini, altında isə bir nöqtə qoymaqla “ﺩ” hərfini
göstərdilər və bu hərflərin qarışıq düşməsinin qarşısını aldılar. Həmçinin qısa
saitləri göstərməkdən ötrü “nöqtələmək” üsulundan istifad etdilər. Lakin bu üsul
tezliklə tərk edildi. Uzaq ehtimal deyil ki, şair və alim Əbul-Əsvəd siryanilərin
əsərlərindən məlumat əldə etmişdir.
6
1
“Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur).” Tövbə
surəsi, ayə: 3.
2
“Allah müşriklərdən və Peyğəmbərindən uzaqdır.” Allaha pənah aprırıq!
3
Dr. Ramyar, “Tarix-e Quran” s.534; Zəncani “Tarixul-Quran”, s.171-173; “əl-Muhkəm fi nəq l-məsahif”, s.3-4.
4
Sicistani, “Kitabul-məsahif”, s.158.
5
“əl-Muhkəm fi nəq l-məsahif”, s.26.
6
“Böyük İslam ensiklopediyası”, c.5, s.189.
143
Hərflərin nöqtələnməsi
Ərəb dilində “ﺔَﻤْﺠُﻋ” (ucmə) sözü “aydın olmayan, anlaşılmayan” mənasını bil-
dirir. Buna görə də ərəblər qeyri-fəsih danışığa “ﻢَﺠْﻋَﺃ” deyirlər. “İf`al” babının
mənalarından biri “səlb” olduğu üçün “ﻡﺎَﺠْﻋﺇ” sözü “aydın olmayan və anlaşıl-
mayan bir mənanı aydınlaşdırmaq” mənasını bildirir. Nöqtəli hərfləri
ondan ötrü
“ﺔَﻤَﺠْﻌُﻣ” adlandırmışlar ki, bir-birinə oxşar hərflər (məsələn, “ﺙ - ﺕ – ﺏ” və ya “ﺩ
ﺫ -” və ya “ﺽ - ﺹ”) nöqtə vasitəsilə ayırd edilir və aydın olur. “ﺔَﻤَﺠْﻌُﻣ” hərflərin
müqabilində nöqtəsiz hərflər “ﺔَﻠَﻤْﻬُﻣ” adlanır.
Əbul-Əsvəd Duəli yazı xəttindən qaynaqlanan çətinliklərdən birini aradan qal-
dırdı və sözləri hərəkələyərək Quranın düzgün qiraətini müəyyən qədər təmin etdi.
Lakin oxşar yazılışı olan hərflərin oxunuşunda hələ də çətinlik yaranırdı. Hətta
demək olar ki, Quran sözlərinin səhv tələffüzü “erab”dan daha çox, oxşar yazı-
lışı olan hərflərin səhv salınmasından irəli gəlirdi. Başqa sözlə desək, sözlərinin
hərəkəsi
qoyulmayan bir mətni oxumaq, oxşar hərflərinin nöqtələri qoyulmayan
bir mətni oxumaqdan qat-qat asandır.
Baxmayaraq ki, bəzi tədqiqatçılar ərəb yazı xəttinin mənşəyi sayılan “siryani”
və “nəbti” yazı xətlərində oxşar hərflərin nöqtələr ilə ayırd edildiyini və hərflərin
nöqtələndiyini inkar edirlər, lakin hərflərin nöqtələnməsinin daha qədim tarixə
malik olduğunu danmaq qeyri-mümkündür. Bir qrup tədqiqatçı bəzi sübutlara
əsaslanaraq demişlər: “Ərəb yazı xəttində oxşar hərflərin nöqtələnməsi İslamdan
əvvəllərə qayıdır. Lakin bu üsul tədricən kənara qoyulmuşdu.”
1
Heç mümkündürmü ki, qədim sivilizasiyaya və yazı xəttinə sahib
olan bir
mil lət oxşar yazılışı olan hərfləri bir-birindən ayırd etmək üçün bir həll yolu
fikirləşməsin?!
Quran elmləri tədqiqatçıları qeyd edirlər ki, Əbdul-Məlikin xilafəti dövründə
İraqın əmiri olan Yusuf Səqəfi katiblərə göstəriş verir ki, oxşar hərfləri ayırd
etməkdən ötrü nişanələr təyin etsinlər. Əbul-Əsvəd
Duəlinin şagirdləri olan Xo-
rasanın qazisi Yəhya ibn Yə`mər Ədvani (vəfat tarixi: hicri 129-cu il) və Nəsr ibn
Asim Leysi (vəfat tarixi: hicri 89-cu il) öz ustadlarının işini davam etdirərək oxşar
hərflərin nöqtələnməsi işinə başladılar. Müəyyən faktlara görə, Yəhya ibn Yə`mər
bu işə başlamış, Nəsr ibn Asim onun işini davam etdirmişdir.
2
Quranın hərəkələnməsi Əbul-Əsvəd Duəli tərəfindən “nöqtələmə” ilə həyata
keçirilsə də, sonralar Xəlil ibn Əhməd Fərahidi (vəfat tarixi: hicri 175-ci il) fəthə,
kəsrə, zəmmə və tənvinləri uyğun hərflərin kiçik ölçüdə yazılışı ilə əvəz etdi. Xəlil
ibn Əhməd Fərahidi “ﻂْﻘَﻧ” (nöqtələmə) mövzusunda əsər qələmə alan ilk alimdir.
3
1
Zəncani, “Tarixul-Quran”, s.174;
Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.473.
2
Zəncani, “Tarixul-Quran” s. 175; Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.469; Dr. Ramyar,
“Tarix-e Quran”, s.535.
3
əl-Muhkəm fi nəq l-məsahif”, s.9.