147
saysız audio və video Quran kasetləri mövcuddur, həmçinin müasir avadanlıqlar-
la təchiz olunan nəşriyyat və çapxanalarda Quran çox böyük diqqətlə nəşr edilir.
Lakin Osmani yazı xəttinin “dinin nişanələri”ndən, eləcə də, mədəni irs he-
sab edilməsi üzərində bir qədər düşünmək lazımdır və əlbəttə, əgər bu məsələlər
isbat olunarsa, nəticə məlumdur. Bunu da qeyd etmək lazımdır ki, bir sıra mü-
asir tədqiqatçılar Osmani yazı xəttinin qorunub saxlanmasını vacib hesab edən
alimlərin fikri ilə razılaşmır və öz fikirlərini belə əsaslandırırlar: “Əslində, Os-
mani yazı xəttinin hökmən qorunub saxlanmasını qəbul etmək elmi metodla uy-
ğunlaşmır və həmçinin qədimdəkilərin layiq olduqları məqamı həddindən artıq
şişirtmək, onları qeyri-məntiqi şəkildə müqəddəsləşdirmək deməkdir.”
1
Osmani yazı xəttinin nümunələrindən
1. Bir sıra sözlərdə “ﺍ” hərfinin yazılmaması, o cümlədən:
... ْﻦِﻜٰﻟ ،َﻚِﺌٰﻟﻭﺃ ،ْﻢُﻜِﻟ ٰﺫ ،َﻚِﻟ ٰﺫ ،ﻦ ٰﻤ ْﺣﱠﺮﻟﺍ ،ِﻢﻴِﺣﱠﺮﻟﺍ ِﻦ ٰﻤْﺣﱠﺮﻟﺍ ِﷲ ِﻢْﺴِﺑ
2. Qeyri-ərəb adlarda “ﺍ” hərfinin yazılmaması, o cümlədən:
... ﻦ ٰﻤْﻴَﻠُﺳ ،ﻥﻭُﺮٰﻫ ،ﻖ ٰﺤْﺳﺇ ،ﻞﻴِﻌ ٰﻤْﺳﺇ ،ﻢﻴِﻫ ٰﺮْﺑﺇ
3. Nida olmayan yerlərdə “ءﺎَﻳ” hərfinin yazılmaması və “kəsrə” ilə
kifayətlənmək, o cümlədən, “Bəqərə” surəsində olan bu kəlmələrə diqqət yetirin:
.
٦
ِﺏﺎَﺒْﻟَ ْﻷﺍ ﻰِﻟ ْﻭُﺄٰﻳ ِﻥﻮُﻘﱠﺗﺍ َﻭ ،
٥
ِﻥﺎَﻋَﺩ ﺍَﺫِﺇ ِﻉﺍﱠﺪﻟﺍ َﺓَﻮْﻋَﺩ ُﺐﻴِﺟُﺃ ،
٤
ِﻥﻭُﺮُﻔْﻜَﺗ َﻻ َﻭ ،
۳
ِﻥﻮُﻘﱠﺗﺎَﻓ َﻯﺎﱠﻳِﺇ َﻭ ،
۲
ِﻥﻮُﺒَﻫ ْﺭﺎَﻓ َﻯﺎﱠﻳِﺇ َﻭ
4. Bəzi sözlərdə “ﻡ” hərfindən sonra “ﺍ” hərfinin əlavə edilməsi, o cümlədən:
.ﻦْﻴَﺘَﺋﺎِﻣ ،ﺔَﺋﺎِﻣ
5. İki kəlmədə xəfifə “ﻥ” hərfinin “ﺍ” kimi yazılması:
.
۸
ِﺔَﻴِﺻﺎﱠﻨﻟﺎِﺑ ﺎًﻌَﻔْﺴَﻨَﻟ ،
۷
َﻦﻳِﺮِﻏﺎﱠﺼﻟﺍ َﻦﱢﻣ ﺎًﻧﻮُﻜَﻴَﻟ َﻭ
Fəslin əsas mətləbləri:
1. Şərqşünaslar bu qənaətdədirlər ki, ərəb yazı xətti 2 qisimdir:
1) “Kufi” xətti: bu xəttin mənşəyi “istərəncili” yazı xətti ilə tanınan “siryani” xəttidir;
1
Dr. Məhəmmədhüseyn Əli əs-Səğir, “Dirasatun Quraniyyə”, s.147.
2
Bəqərə surəsi, ayə: 40.
3
Bəqərə surəsi, ayə: 41.
4
Bəqərə surəsi, ayə: 152.
5
Bəqərə surəsi, ayə: 186.
6
Bəqərə surəsi, ayə: 197.
7
Yusuf surəsi, ayə: 32.
8
Ələq surəsi, ayə: 15.
148
2) “Hicazi” və ya “nəsx” xətti: bu xəttin mənşəyi “nəbti” xəttidir.
2. Müsəlmanlar Qurani-Kərimi hicri dördüncü əsrin sonlarınadək “kufi” xətti
ilə yazırdılar. Sonra isə Qurani-Kərim “nəsx” xətti ilə yazıldı.
3. “Vahid mushəf”in yaradılmasından çox keçməmişdi ki, ərəblərlə qeyri-
ərəblər arasında əlaqələrin genişlənməsi nəticəsində ərəb dili müəyyən təsirlərə
məruz qaldı və buna görə də mushəflərdə işarələrin qoyulması zərurəti yarandı.
4. Quranın hərəkələnməsi “nöqtələmə” ilə həyata keçirildi və bu işi ilk olaraq
Əli ibn Əbu Talibin (ə) şagirdi Əbul-Əsvəd Duəli yerinə yetirdi. Bu işi yerinə
yetirməsinin səbəbi barədə isə müxtəlif rəvayətlər vardır.
5. Əbul-Əsvəd Duəli sözlərin hərəkələrini bu qaydada göstərmişdir: hərfin
üstündə qoyulan bir nöqtə “fəthə” idi, hərfin altında qoyulan bir nöqtə “kəsrə”
idi, hərfin ortasında qoyulan bir nöqtə “zəmmə” idi, iki nöqtə “sükun” işarəsi idi.
6. “ﻡﺎَﺠْﻋﺇ” sözü “aydın olmayan və anlaşılmayan bir mənanı aydınlaşdırmaq”
mənasını bildirir. Quranın yazı xətti terminində isə “hərflərin nöqtələnməsi”
mənasını bildirir. Çünki oxşar yazılışı olan hərflər nöqtələr vasitəsilə bir-birindən
ayırd edilir (hansı hərf olduğu aydınlaşır).
7. Əbdul-Məlikin xilafəti dövründə İraqın valisi Həccac ibn Yusuf Səqəfinin
təklifi ilə Yəhya ibn Yə`mər və Nəsr ibn Asim oxşar yazılışı olan hərflərin
nöqtələnməsi işini yerinə yetirdilər.
8. Əbul-Əsvəd Duəli sözlərin hərəkələnməsini işini “nöqtələmə” ilə həyata
keçirmişdisə, hicri ikinci əsrdə Xəlil ibn Əhməd Fərahidi hərəkələri bildirən
nöqtələri hərflərin kiçik formasında olan işarələrlə əvəz etdi.
9. Osmani yazı xətti ilə yazılan hal-hazırkı mushəfdə yazı səhvləri (orfoqrafik
səhvlər) vardır və hətta bəziləri bu səhvlərin sayının təxminən yeddi min olduğu-
nu qeyd etmişlər.
10. Əgər Quranın yazı xəttinin “dinin nişanələri”ndən biri olduğu və ya mədəni
irs olduğu qəbul edilərsə, bu yazı xəttini qoruyub saxlamaq zəruri olacaqdır.
Dördüncü hissənin sualları:
1. Vəhy katiblərinin adlarını çəkin və Peyğəmbərin (s) dövründə yazı vasitələri
nə idi?
2. Vəhy katibləri Quran ayələrini surələrin tərkibində hansı şəkildə yazırdılar?
3. Bəzi ayələrin ardıcıllığının toqifi olmadığı barədə Əllamə Təbatəbainin
nəzərini açıqlayın.
4. Nə üçün Əli (ə) Quranı mushəfdə cəm etdi və onun mushəfinin əsas xü su-
siy yətləri hansılar idi?
5. “Quranın cəm edilməsi” termini hansı mənaları bildirir və bu mənalardan
hansının ətrafında müsəlmanlar arasında fikirayrılığı vardır?
149
6. Quranın Peyğəmbərin (s) vəfatından sonra cəm edildiyinə dair üç dəlil gətirin.
7. Zeyd ibn Sabit Quranı hansı üslubda cəm etmişdir?
8. Quranın Peyğəmbərin (s) dövründə cəm edildiyini qəbul edənlərin gətir dik-
ləri dəlillərdən beşini açıqlayın və onları qısaca cavablandırın.
9. Zeyd ibn Sabit “suhuf” cəm etmişdir, yoxsa “mushəf”? İddianızı necə əsas-
landıra bilərsiniz?
10. Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`uda mənsub mushəflərin əsas xüsu-
siy yətlərini yazın.
11. Ümumiyyətlə, Quran surələri necə qruplaşdırmışdır?
12. Vahid qiraəti təmin etməkdən ötrü “vahid mushəf”in yaradılmasını kim
təklif etdi? Bu təklifin yaranmasına hansı hadisə səbəb oldu? Bu iş hansı xəlifənin
dövründə və neçənci ildə həyata keçirildi?
13. Vahid mushəfin yaradılması üçün təşkil edilən heyətin üzvləri kimlər idi?
14. Vahid mushəfin yaradılmasına qarşı çıxan səhabə kim idi? O, nə üçün eti-
raz mövqeyi tutdu?
15. Vahid mushəfin yaradılması işi hansı mərhələləri keçdi?
16. Osmani mushəflərin sayı neçə idi və bu mushəflər hansı məntəqələrə gön də rildi?
17. Surələrin ardıcıllığı toqifidirmi? Nə üçün?
18. Quranın xəlifələr tərəfindən cəm edilməsi işinə qarşı Məsum İmamlar (ə)
hansı mövqeni tutmuşlar?
19. Quranın “erab” və “ecam”ı nə deməkdir? İlk dəfə bu işi kimlər yerinə ye-
tirmişdir?
Araşdırma üçün suallar:
1. “əl-Bəyan” əsərinin müəllifi Quranın cəm edilməsi barədə olan rəvayətləri
necə dəyərləndirmişdir? (Müraciət edin: “əl-Bəyan”, “ət-Təmhid”, c.1, s.285.)
2. Vahid mushəfin yaradılmasının tarixi barədə araşdırma aparın.
3. Tarixi mənbələrdə Osmani mushəflərin sayı və taleyi barədə araşdırma apa-
rın. (Müraciət edin: “Tarix-e Quran”, Dr. Ramyar və Dr. Huccəti.)
4. Vahid mushəfin yaradılmasından sonra Quranın “erab” və “ecam”ı üç mər-
hə ləni - qadağan edilmə, icazə verilmə və təşviq edilmə mərhələlərini – geridə
qoy muşdur. Bu məsələni izah edin.
5. “əl-Muqni” və bu kimi əsərlərə müraciət edərək Qurana xas olan yazı xətti
nümunələrindən bir neçəsini qeyd edin.
Dostları ilə paylaş: |