144
“Erab” və “ecam” məqsədilə qoyulan nöqtələr səhv düşməsin deyə, “erab”
nöqtələri qırmızı rənglə, “ecam” nöqtələri isə başqa bir rənglə yazılırdı. Əbu Ab-
dullah Zəncani deyir: “Əndəlüsdə mushəflərin yazılmasında dörd rəngdən istifadə
olunurdu: hərflər qara rənglə yazılır, “erab” nöqtələri qırmızı rənglə qeyd olunur,
həmzələr sarı rənglə göstərilir, “vəsl əlifi” yaşıl rənglə müəyyən edilirdi.”
1
Əbul-Əsvəd, Yəhya ibn Yə`mər, Nəsr ibn Asim və Xəlil ibn Əhməddən sonra
da Quranın yazı xəttində müəyyən islahatlar aparıldı. Lakin “Osmani yazı xətti”nə
çox müdaxilə etməməkdən ötrü – çünki bu xətti müqəddəs hesab edirdilər və
onda “bidət” (yenilik) etməkdən ehtiyatlanırdılar - bu islahatlar çox ehtiyatlı
şəkildə aparıldı. Ümumiyyətlə, Qurani-Kərimdə işarələrin qoyulması aşağıdakı
üç mərhələni keçmişdir:
1. Hər növ “ecam” və “erab”a qarşı çıxılmışdır;
2. “Ecam” və “erab” işlərinin aparılmasına icazə verilmişdir;
3. Bu sahədə islahatlar və təkmilləşdirmə işləri aparılmışdır.
2
Maraqlısı budur ki, “Quranın erab və ecamı”nı zəruri hesab edənlər və bu işə
qarşı çıxanlar eyni hədəfi, məqsədi güdürdülər: bu səmavi kitaba verdikləri böyük
əhəmiyyətə görə onu hər növ dəyişiklikdən qorumaq. Bəziləri bu barədə həddən
artıq ehtiyat göstərdiklərinə görə hətta hicri beşinci əsrin əvvəllərinədək Quranı
nöqtə və işarələrdən xali olan mushəflərdən qiraət edirdilər.
3
Quranın yazı xəttində dəyişikliklər və düzəlişlər
aparmağa icazə verilirmi?
Hal-hazırda dünyanın müxtəlif dillərinin yazı xəttinin özünəməxsus qaydaları var-
dır. Bu qaydalara riayət etmək fikri düzgün ifadə edib başa düşmək, həmçinin səhvlərə
yol verməmək üçün böyük əhəmiyyət daşıyır. Ərəb dili də istisna təşkil etmir və bu
dilin yazı xəttinin müəyyən qaydaları vardır. Lakin Quranın yazı xətti “Osmani yazı
xətti” olduğundan hal-hazırda ərəb dilinin yazı xətti üçün qəbul edilən qaydalara tam
uyğun gəlmir. Nida, sual və s. işarələrin qoyulmamasından əlavə, sözlərin yazılışında
da uyğunsuzluqlar mövcuddur. Məsələn, bir sıra sözlər fərqli surətlərdə yazılmışdır:
5
ِﺔَﻜْﻳَ ْﻷﺍ ُﺏﺎَﺤ ْﺻَﺃ - ٤ِﺔَﻜْﻴَﺌْﻟ ُﺏﺎَﺤ ْﺻَﺃ
7
ِءﺎَﻔَﻌﱡﻀﻟﺍ ﻰَﻠَﻋ َﺲْﻴَﻟ -
6
ﺍُﺆٰﻔَﻌﱡﻀﻟﺍ َﻝﺎَﻘَﻓ
1
“Tarixul-Quran”, s.177.
2
“əl-Muhkəm fi nəq l-məsahif”, s.10-17; Sicistani, “əl-Məsahif”, s.158-161.
3
Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.480.
4
Şuəra surəsi, ayə: 176; Sad surəsi, ayə: 13.
5
Hicr surəsi, ayə: 78; Qaf surəsi, ayə: 14.
6
İbrahim surəsi, ayə: 21.
7
Tövbə surəsi, ayə: 91.
145
2
ًﺔَﻋﺎَﺳ َﻥﻭُﺮِﺧْﺄَﺘْﺴَﻳ َﻻ - ۱ًﺔَﻋﺎَﺳ َﻥﻭُﺮِﺨْﺌَﺘْﺴَﻳ َﻼَﻓ
4
ُءﺎَﺸَﻳ ﺎَﻣ ُﷲ ﺍﻮُﺤْﻤَﻳ -
3
َﻞِﻁﺎَﺒْﻟﺍ ُﷲ ُﺢْﻤَﻳ
6
ﱠﻡُﺃ َﻦْﺑﺍ َﻝﺎَﻗ -
5
ﱠﻡُﺆَﻨْﺒَﻳ َﻝﺎَﻗ
“ət-Təmhid” əsərinin müəllifinin fikrincə, Osmani mushəflərdə yetmış minə
yaxın yazı səhvinə (orfoqrafik səhvə) yol verilmişdir.
7
Burada belə bir sual ortaya çıxır ki, görəsən, Osmani yazı xətti ilə yazılan və
çoxlarının etirafına görə, saysız yazı səhvlərinə yol verilən Quranı müasir ərəb
yazı xəttinin qaydaları əsasında islah etmək mümkündürmü? Bu sual əvvəlki
əsrlərdə də çoxlarını düşündürmüş, lakin cavab mənfi olmuşdur. Zuheyli deyir:
“Alimlər icması, o cümlədən İmam Malik və Əhməd bu əqidədədirlər ki, Quran,
“imam mushəf” olan Osmani mushəfin yazı xətti ilə yazılmalıdır və orada möv-
cud olan səhvlərə baxmayaraq buna qarşı çıxmaq haramdır. Çünki bu yazı xətti
müxtəlif qiraətlərə dəlalət edir.”
Lakin başqaları, o cümlədən, Qazi Əbu Bəkr Baqilani, İzzətdin Əbdussəlam və
İbn Xəldun Quranın müasir dövrdə yazı xətti üçün qəbul edilən qaydalara müva-
fiq yazılmasını icazəli hesab edirlər. Çünki Quranın hökmən “Osmani yazı xətti”
ilə yazılmasına dair heç bir nəss mövcud deyil.
“əl-Əzhər” universitetinin “dini fətva komitəsi” və bu komitənin üzvü olma-
yan bir çox müasir tədqiqatçı alimlər Osmani mushəfin yazı xəttinin qorunub
saxlanması qənaətindədirlər. Çünki:
1. Bu, Quranın mətni xüsusunda – həm Quranın sözləri, həm də yazılışı xüsu-
sunda – ehtiyata riayət etməkdir;
2. Keçmiş əsrlərdə Quran hansı qaydada yazılıbsa, həmin qayda qorunub sax-
lanır, belə ki, tanınmış din alimlərinin mushəfin yazı xəttini dəyişdirdikləri barədə
rəvayət bizə gəlib çatmamışdır;
3. Məqbul və qeyri-məqbul qiarəti yalnız bu yazı xəttindən tanımaq mümkündür;
4. Əgər buna icazə verilsə, istehsan babı açılar və Quran təhrifə məruz qalar.
8
Beyhəqi “Şuəbul-iman” əsərində yazır: “Yaxşı olar ki, mushəf yazmaq istəyən
hər bir kəs Osmani mushəfin yazı xətti ilə yazsın. Çünki onlar bizdən elm və
sədaqət baxımından üstün olmuş, bizdən daha əmanətdar idilər.”
9
1
Yunus surəsi, ayə: 49.
2 Ə`raf surəsi, ayə: 34.
3
Şura surəsi, ayə: 24.
4
Rə`d surəsi, ayə: 39.
5
Taha surəsi, ayə: 94.
6
Ə`raf surəsi, ayə: 150.
7
“ət-Təmhid” c. 1, s. 335.
8
“Ulumul Quran indəl-muffəssirin” c. 1, s. 416.
9
“əl-Burhan”, c.2, s.14.
146
Ustad Həsənzadə Amuli deyir: “Quranı keçmişdən təvatur həddində bizə gə-
lib çatan yazı xəttindən qeyri bir xətlə yazmaq heç kimə icazə verilmir. Beləcə,
Quran olduğu kimi qorunub saxlanılar və təhrifə məruz qalmaz.”
Bu böyük alim sözlərinin davamında birbaşa hökm verir: “Quranın yazı xət-
tini dəyişdirmək birmənalı haramdır. Çünki Quranın yazı xətti “Dinin nişa nə-
ləri”ndəndir və onu qorumaq vacibdir. Beləcə, Quran hər növ müdaxilə və təh-
rif dən qorunar və insanlar Qiyamətədək xatircəmliklə ona istinad edə bilərlər.”
1
Bəziləri Osmani yazı xəttinin qorunub saxlanması barədə başqa bir dəlil gətirirlər:
“Osmani yazı xətti müsəlmanların mədəni irsidir və bu irsi qorumaq lazımdır.”
2
Deyilən bütün bu dəlilləri aşağıdakı bəndlərdə xülasələşdirmək olar:
1. Osmani yazı xətti qorunub saxlanmalıdır, çünki bu yazı xətti müxtəlif
qiraətləri özündə ehtifa edir (İmam Malik və Hənbəl).
2. Quranın mətni xüsusunda – həm Quranın sözləri və həm də kitabəti xüsusunda –
ehtiyata riayət etmək olduğu üçün Osmani yazı xəttinin qorunub saxlanması vacibdir;
3. Qədim alimlərdən heç biri Quranın yazı xəttinin dəyişdirliməsinə dair fətva
verməmişlər.
4. Mövcud yazı xəttində mötəbər qiraətləri qeyri-mötəbər qiraətlərdən ayırd
etmək imkanı vardır.
5. Quranın yazı xəttinin dəyişdirliməsinə icazə verildiyi təqdirdə onun təhrifə
məruz qalması təhlükəsi yarana bilər.
6. Osmani mushəflərin katibləri elm, sədaqət və əmanətdarlıq baxımından
bizdən qat-qat üstün olmuşlar, odur ki, biz onların davamçıları olmalıyıq.
7. Quranın yazı xətti “Dinin nişanələri”ndən sayılır. “Dinin nişanələri”ni qoru-
yub saxlamaq vacib olduğu üçün bu yazı xətti də toxunulmaz qalmalıdır.
8. Quranın yazı xətti müsəlmanların mədəni irsidir və biz mədəni irsimizi qo-
rumalıyıq.
Lakin yuxarıda qeyd edilən dəlillərin əksəriyyəti qaneedici deyildir və yalnız
5, 7 və 8-ci bəndlərdəki dəlilləri müəyyən qədər yaxşı dəlillər hesab etmək olar.
Quranın təhrifi məsələsinə gəlincə, hal-hazırda bu birmənalı olaraq qeyri-müm-
kündür. Əgər keçmişdə Quranı təhrifdən və düşmənlərin müdaxiləsindən qorumaq
üçün onun yazı xətti qorunub saxlanırdısa, - əlbəttə, belə də olmalı idi - lakin hal-
hazırda müsəlmanların ixtiyarında olan imkanları nəzərə almaqla bu nigarançılıq
əbəsdir. Yer üzünün əhalisinin 1⁄5-ni təşkil edən müsəlmanlar kütləvi informasiya
vasitələrindən, müasir səs və görüntü texnikalarından istifadə edərək Quranı mü-
sair yazı xəttinin qaydalarına uyğun yazmaqla yanaşı, Quranın qiraətini olduğu
kimi qoruyub saxlamaq imkanına malikdirlər. Yer üzünün hər bir məntəqəsində
1
“Həşt risaleyi-ərəbi”, s.261-262.
2
“Dirasatun Quraniyyə”, s.147.
Dostları ilə paylaş: |