Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə75/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   110

219
Birincisi: Şiə qaynaqlarında təhrif barədə nəql edilən hədislər əhli-sünnə qay-
naqlarında təhrif barədə nəql edilən hədislərdən qat-qat azdır; 
İkincisi: Şiə qaynaqlarında olan hədislərin əksəriyyəti sərih şəkildə (birbaşa 
və aydın şəkildə) təhrifə dəlalət etmir və onların bir təfsir, təvil və yozum olduğu-
nu söyləmək mümkündür. Halbuki, əhli-sünnə qaynaqlarında təhrif barədə olan 
hədislərin çoxu təhrifə sərih şəkildə dəlalət edir.
Üçüncüsü:  Əhli-sünnə qaynaqlarında təhrif barədə  nəql edilən hədislərin 
sənədlərini araşdırdıqda görürük ki, bu hədislərin raviləri əhli-sünnə alimlərinin 
nəzərində etibarlı ravilər hesab olunur. Çünki bu hədislərin  əksəriyyəti onla-
rın “Səhih”lərində  nəql edilmişdir. Halbuki, şiə kitablarında təhrif barədə olan 
hədislərin əksəriyyəti “sənədi zəif” və “etibarsız” hədislərdir.
1
   
Təhrif barədə olan hədislərin sayı, dəlaləti və sənədinin etibarlılığı baxımın-
dan əhli-sünnə və şiə mənbələrində olan bu fərqlər bir çox qaranlıq məqamlara 
aydınlıq gətirir, Ehsan İlahi Zəhir kimi qərəzlilərin niyyət və məqsədini üzə çı-
xararaq ittiham meydanını onlara dar edir, İslam vəhdətini istəməyənlərin məkrli 
planlarını ifşa edir. Burada bir daha xatırladırıq ki, “əhli-sünnə qaynaqlarında 
təhrif barədə  hədislər nəql edilmişdir” deməkdə bizim məqsədimiz,  əhli-sünnə 
alimlərinin, xüsusilə  də  tədqiqatçı alimlərin bu hədislərin məzmununa etiqad 
bəslədiklərini söyləmək deyildir. Biz bunu demək istəyirik ki, bəzi məlumatsız 
oxucular bilsinlər, təhrif barədə  şiə qaynaqlarında hədislər nəql edildiyi kimi, 
əhli-sünnə qaynaqlarında da nəql edilmişdir. Əlbəttə, Quranın təhrif olunmadı-
ğına dair yetərli və qəti dəlillər, həmçinin təhrifə etiqad bəsləyənlərin dəlillərinin 
əsassız olduğunu göstərən cavablar bu zəmində heç bir şübhə yeri qoymur.
Təhrifə etiqad bəsləyənlərin on iki dəlili:
Mərhum Mirza Nuri öz kitabının birinci bölümündə Quranın təhrif olunduğuna 
dair bir neçə dəlil qeyd etmişdir ki, aşağıda onları qısa şəkildə nəzərinizə çatdırırıq:
1- Bəzi hədislərdə buyurulur ki, keçmiş ümmətlərdə baş vermiş hadisələr  İslam 
ümmətində də baş verəcəkdir. Bu hadisələrdən biri də keçmiş ümmətlərin səmavi kitab-
larının təhrif olunmasıdır. Deməli, İslam ümmətinin də səmavi kitabı təhrif olunacaqdır. 
2- İslamın zühur etdiyi ilk əsrdə Quranın yazılması və yığılması üsulu adətən 
bu kitabın təhrif və müdaxilələrə məruz qalmasına zəmin yaratmışdır. 
3-  Əhli-sünnənin “tilavətin nəsxi” barədə qeyd etdikləri, Quranda “azaltma 
təhrifi”nin baş verməsi deməkdir. 
2
4- Əli ibn Əbu Talibin (ə) cəm etdiyi mushəf mövcud mushəfdən fərqlidir və 
onun mushəfində mövcud mushəfdən əlavə mətləblər olmuşdur.

 Geniş məlumat üçün müraciət edin: Əvvəlki qaynaq, s.32.

 Əlbə ə, Hacı Mirza Nuri bu əqidəni yanlış hesab edib rədd etmişdir.


220
5- Etibarlı mushəf sayılan Abdullah ibn Məs`udun mushəfində mövcud 
mushəfdən fərqli mətləblər olmuşdur.
6- Mövcud mushəfdə Ubəyy ibn Kə`bin mushəfində olan mətləblərin hamısı - 
belə ki, onun da mushəfi etibarlı sayılırdı – qeyd olunmamışdır.
7- Xəlifə Osman ibn Əffan Quranı cəm edərkən bəzi kəlmə və ayələri nəzərə 
almamışdır. 
8- Əhli-sünnə Quranda “azaltma təhrifi”nin baş verdiyinə sərih şəkildə dəlalət 
edən çoxlu hədislər nəql etmişlər. 
9- Mütəal Allah əvvəlki səmavi kitablarda Öz xəlifələrinin ad və xüsusiyyətlərini 
açıqlamışdır. Əvvəlki kitabların “muhəymin”i olan Quranda da, heç şübhəsiz, Al-
lah belə etmişdir.
10- Quran bir qiraətdə nazil olduğu halda onun hərflərinin və sözlərinin 
müxtəlif şəkillərdə qiraət edildiyi məlum məsələlərdəndir. 
11- Çoxlu hədislər Quranda “azaltma təhrifi”nin baş verdiyinə sərih şəkildə 
dəlalət edir.
12- Bəzi ayələrin təhrif olduğu barədə hədislər mövcuddur.
İndi yuxarıdakı dəlilləri qısaca cavablandıraq: 
Birinci dəlilə cavab: Deyilir ki, yəhudi və məsihi ümmətlərində baş vermiş 
hadisələrin  İslam ümmətində  də baş verəcəyinə dair şiə  və  əhli-sünnə qaynaq-
larında mütəvatir hədislər vardır. Bu hədislərin məzmunu dəlalət edir ki, Həzrət 
Rəsulallah (s) buyurmuşdur: “Keçmiş ümmətlərdə baş vermiş hadisələr bu 
ümmətdə də baş verəcəkdir”. Keçmiş ümmətlərin səmavi kitabları təhrifə uğra-
dığı üçün, deməli, Quran da təhrifə uğrayacaqdır. Əgər bunu qəbul etməsək, bu 
hədislərin mənası səhih olmayacaqdır, halbuki, Həzrət Rəsullah (s) buyurubdur:
.ِﺓﱠﺬُﻘْﻟﺎِﺑ ِﺓﱠﺬُﻘْﻟﺍ َﻭ ِﻞْﻌﱠﻨﻟﺎِﺑ ِﻞْﻌﱠﻨﻟﺍ َﻭْﺬَﺣ ،ُﻪُﻠْﺜِﻣ ِﺔﱠﻣُ ْﻷﺍ ِﻩِﺬﻫ ﻰِﻓ  ُﻥﻮُﻜَﻳ ُﻪﱠﻧﺈَﻓ ،ِﺔَﻔِﻟﺎﱠﺴﻟﺍ ِﻢَﻣُ ْﻻﺍ ﻰِﻓ  َﻥﺎَﻛ ﺎَﻣ ﱡﻞُﻛ
“Keçmiş ümmətlərdə baş vermiş hadisələr heç bir əskikliyi olmadan bu 
ümmətdə də baş verəcəkdir”.
1
Baxmayaraq ki, bu hədislərin zahiri “ümumiliyi” çatdırır, lakin belə deyildir ki, 
bütün hadisələrə şamil olur. Çünki bir çox hadisələr, məsələn, üçallahlılıq, buzo-
va pərəstiş və Samirinin əhvalatı, Fironun suda qərq olması, İsa peyğəmbərin (ə) 
səmaya meracı, “artırma təhrifi” və s. hadisələr İslam ümmətində baş verməmişdir. 
Deməli, hədislərdə bütün hadisələr deyil, bir sıra hadisələr nəzərdə tutulmuşdur. 
Buna görə də “Şübhəsiz ki, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz ki, Biz onu 
qoruyarıq” ayəsinə istinad edərək, Quranın təhrifə uğrmadığını istisna edə bilərik.
Əgər kimsə bu hədislərin istisna qəbul etmədiyini iddia edərsə, onda Quranda 
“artırma təhrifi”ni də qəbul etməlidir. Çünki Bəni-İsrail özlərinin kitabında həm 

 Ayətullah Xoi, “əl-Bəyan”, s.240.


221
“artırma təhrifi”, həm də “azaltma təhrifi” etmişlər. Halbuki, Quran barəsində 
kimsə “artırma təhrifi”ni qəbul etmir. 
Digər dəlilə cavab: Deyilir ki, Əli ibn Əbu Talibin (ə) cəm etdiyi mushəf mövcud 
mushəfdən fərqli imiş. O, Həzrət Peyğəmbərin (s) vəfatından sonra evində oturaraq 
şəxsən Quranı cəm etmişdir. Cəm etdiyi Quranı məscidə gətirərək orada toplaşan ca-
maata təqdim etmiş, lakin onlar o həzrətin cəm etdiyi mushəfi qəbul etməmişlər. Bəzi 
hədislərdə qeyd olunur ki, İmam Əlinin (ə) mushəfində hal-hazırkı mushəfdə mövcud 
olmayan mətləblər var idi və bu, Quranın təhrifindən qeyri bir anlama gəlmir. 
Bu dəlilin cavabı bu kitabın  əvvəlki hissələrində Quranın tarixi barədə etdi-
yimiz bəhslərdən və  Əli ibn Əbu Talibin (ə) mushəfi barəsində qeyd etdiyimiz 
məlumatlardan tamamilə aydındır. Heç şübhəsiz, Əli ibn Əbu Talibin (ə) mushəfi 
var idi və o həzrətin mushəfi o dövrdə mövcud mushəflərdən fərqli idi. Lakin bu 
fərqlərin Quran ayələri xüsusunda olması, yəni o həzrətin mushəfində olan ayələrin 
mövcud mushəfdə olmaması əsassız iddiadır. Əli ibn Əbu Talibin (ə) mushəfinin 
xüsusi üstünlükləri var idi. O cümlədən, ayələrin şəni-nüzulu (nazilolma səbəbi) 
yazılmışdı, ayələr təfsir və şərh edilmişdi, nasix və mənsux ayələr və onların şərhi 
qeyd edilmişdi, ayə və surələr “nüzul ardıcıllığı” ilə yazılmışdı və s. başqa cəhətlərə 
malik idi. Söz yox ki, bu cəhətlər Quran ayələrinin daha asan və düzgün başa 
düşülməsinə şərait yaradardı. Əgər həmin mushəf indi bizim əlimizdə olsaydı, heç 
şübhəsiz, Quranı dərk etməkdə və ona istinad etməkdə müsəlmanlar üçün etibarlı 
bir xəzinə olardı. Lakin hal-hazırkı Quranın bu üstünlüklərə malik olmaması, ondan 
nəyinsə azaldığı və təhrifə uğradığı anlamında deyildir. Çünki Əli ibn Əbu Talib (ə) 
öz xəlifəliyi dövründə Quranın təhrif olunduğu barədə bir söz deməmişdir. 
Ayətullah Xoi təhrifə dəlalət etdiyi iddia edilən hədislər barədə deyir: 
1
Bu hədislər təhrifin baş verdiyinə dəlalət etmir. Onların çoxunun sənədi zəifdir. 
Çünki bu hədislərin bir qismi Əhməd ibn Məhəmməd Səyarinin kitabından götü-
rülmüşdür, halbuki, rical elminin alimləri onun əqidə azğınlığında olduğunu ha-
mılıqla qəbul etmişlər. Yaxud bu hədislərin bir qismi Əli ibn Əhməd Kufidən nəql 
olunmuşdur ki, yenə də rical elminin alimləri onun yalançı və azğın bir fərd ol-
duğunu bildirmişlər. Əlbəttə, bu hədislər sayca o qədərdir ki, onlardan bəzilərinin 
Məsumlar (ə) tərəfindən söylənildiyinə yəqinlik yaranır. Odur ki, həmin hədislər 
araşdırılmalı və onlarda nəzərdə tutulan məqsəd aydınlaşmalıdır. 
Ayətullah Xoinin nəzərinə görə  həmin hədislər dörd qrupdur və biz burada 
onların iki qrupunu qeyd edirik:
1) Bir qrup hədislərdə “təhrif” sözü işlənmişdir, məsələn, hədislərin birində 
İmam Sadiq (ə) buyurur:
.ِﻪِﻌِﺿﺍَﻮَﻣ  ْﻦَﻋ ﱠﻞَﺟ َﻭ ﱠﺰَﻋ ِﷲ َﻡ َﻼَﻛ  َﻥﻮُﻓﱢﺮَﺤُﻳ ِﺔﱠﻴِﺑَﺮَﻌْﻟﺍ  ُﺏﺎَﺤْﺻَﺃ

 Öncəki qaynaq, s.226-233.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə