219
Birincisi: Şiə qaynaqlarında təhrif barədə nəql edilən hədislər əhli-sünnə qay-
naqlarında təhrif barədə nəql edilən hədislərdən qat-qat azdır;
İkincisi: Şiə qaynaqlarında olan hədislərin əksəriyyəti sərih şəkildə (birbaşa
və aydın şəkildə) təhrifə dəlalət etmir və onların bir təfsir, təvil və yozum olduğu-
nu söyləmək mümkündür. Halbuki, əhli-sünnə qaynaqlarında təhrif barədə olan
hədislərin çoxu təhrifə sərih şəkildə dəlalət edir.
Üçüncüsü: Əhli-sünnə qaynaqlarında təhrif barədə nəql edilən hədislərin
sənədlərini araşdırdıqda görürük ki, bu hədislərin raviləri əhli-sünnə alimlərinin
nəzərində etibarlı ravilər hesab olunur. Çünki bu hədislərin əksəriyyəti onla-
rın “Səhih”lərində nəql edilmişdir. Halbuki, şiə kitablarında təhrif barədə olan
hədislərin əksəriyyəti “sənədi zəif” və “etibarsız” hədislərdir.
1
Təhrif barədə olan hədislərin sayı, dəlaləti və sənədinin etibarlılığı baxımın-
dan əhli-sünnə və şiə mənbələrində olan bu fərqlər bir çox qaranlıq məqamlara
aydınlıq gətirir, Ehsan İlahi Zəhir kimi qərəzlilərin niyyət və məqsədini üzə çı-
xararaq ittiham meydanını onlara dar edir, İslam vəhdətini istəməyənlərin məkrli
planlarını ifşa edir. Burada bir daha xatırladırıq ki, “əhli-sünnə qaynaqlarında
təhrif barədə hədislər nəql edilmişdir” deməkdə bizim məqsədimiz, əhli-sünnə
alimlərinin, xüsusilə də tədqiqatçı alimlərin bu hədislərin məzmununa etiqad
bəslədiklərini söyləmək deyildir. Biz bunu demək istəyirik ki, bəzi məlumatsız
oxucular bilsinlər, təhrif barədə şiə qaynaqlarında hədislər nəql edildiyi kimi,
əhli-sünnə qaynaqlarında da nəql edilmişdir. Əlbəttə, Quranın təhrif olunmadı-
ğına dair yetərli və qəti dəlillər, həmçinin təhrifə etiqad bəsləyənlərin dəlillərinin
əsassız olduğunu göstərən cavablar bu zəmində heç bir şübhə yeri qoymur.
Təhrifə etiqad bəsləyənlərin on iki dəlili:
Mərhum Mirza Nuri öz kitabının birinci bölümündə Quranın təhrif olunduğuna
dair bir neçə dəlil qeyd etmişdir ki, aşağıda onları qısa şəkildə nəzərinizə çatdırırıq:
1- Bəzi hədislərdə buyurulur ki, keçmiş ümmətlərdə baş vermiş hadisələr İslam
ümmətində də baş verəcəkdir. Bu hadisələrdən biri də keçmiş ümmətlərin səmavi kitab-
larının təhrif olunmasıdır. Deməli, İslam ümmətinin də səmavi kitabı təhrif olunacaqdır.
2- İslamın zühur etdiyi ilk əsrdə Quranın yazılması və yığılması üsulu adətən
bu kitabın təhrif və müdaxilələrə məruz qalmasına zəmin yaratmışdır.
3- Əhli-sünnənin “tilavətin nəsxi” barədə qeyd etdikləri, Quranda “azaltma
təhrifi”nin baş verməsi deməkdir.
2
4- Əli ibn Əbu Talibin (ə) cəm etdiyi mushəf mövcud mushəfdən fərqlidir və
onun mushəfində mövcud mushəfdən əlavə mətləblər olmuşdur.
1
Geniş məlumat üçün müraciət edin: Əvvəlki qaynaq, s.32.
2
Əlbə ə, Hacı Mirza Nuri bu əqidəni yanlış hesab edib rədd etmişdir.
220
5- Etibarlı mushəf sayılan Abdullah ibn Məs`udun mushəfində mövcud
mushəfdən fərqli mətləblər olmuşdur.
6- Mövcud mushəfdə Ubəyy ibn Kə`bin mushəfində olan mətləblərin hamısı -
belə ki, onun da mushəfi etibarlı sayılırdı – qeyd olunmamışdır.
7- Xəlifə Osman ibn Əffan Quranı cəm edərkən bəzi kəlmə və ayələri nəzərə
almamışdır.
8- Əhli-sünnə Quranda “azaltma təhrifi”nin baş verdiyinə sərih şəkildə dəlalət
edən çoxlu hədislər nəql etmişlər.
9- Mütəal Allah əvvəlki səmavi kitablarda Öz xəlifələrinin ad və xüsusiyyətlərini
açıqlamışdır. Əvvəlki kitabların “muhəymin”i olan Quranda da, heç şübhəsiz, Al-
lah belə etmişdir.
10- Quran bir qiraətdə nazil olduğu halda onun hərflərinin və sözlərinin
müxtəlif şəkillərdə qiraət edildiyi məlum məsələlərdəndir.
11- Çoxlu hədislər Quranda “azaltma təhrifi”nin baş verdiyinə sərih şəkildə
dəlalət edir.
12- Bəzi ayələrin təhrif olduğu barədə hədislər mövcuddur.
İndi yuxarıdakı dəlilləri qısaca cavablandıraq:
Birinci dəlilə cavab: Deyilir ki, yəhudi və məsihi ümmətlərində baş vermiş
hadisələrin İslam ümmətində də baş verəcəyinə dair şiə və əhli-sünnə qaynaq-
larında mütəvatir hədislər vardır. Bu hədislərin məzmunu dəlalət edir ki, Həzrət
Rəsulallah (s) buyurmuşdur: “Keçmiş ümmətlərdə baş vermiş hadisələr bu
ümmətdə də baş verəcəkdir”. Keçmiş ümmətlərin səmavi kitabları təhrifə uğra-
dığı üçün, deməli, Quran da təhrifə uğrayacaqdır. Əgər bunu qəbul etməsək, bu
hədislərin mənası səhih olmayacaqdır, halbuki, Həzrət Rəsullah (s) buyurubdur:
.ِﺓﱠﺬُﻘْﻟﺎِﺑ ِﺓﱠﺬُﻘْﻟﺍ َﻭ ِﻞْﻌﱠﻨﻟﺎِﺑ ِﻞْﻌﱠﻨﻟﺍ َﻭْﺬَﺣ ،ُﻪُﻠْﺜِﻣ ِﺔﱠﻣُ ْﻷﺍ ِﻩِﺬﻫ ﻰِﻓ ُﻥﻮُﻜَﻳ ُﻪﱠﻧﺈَﻓ ،ِﺔَﻔِﻟﺎﱠﺴﻟﺍ ِﻢَﻣُ ْﻻﺍ ﻰِﻓ َﻥﺎَﻛ ﺎَﻣ ﱡﻞُﻛ
“Keçmiş ümmətlərdə baş vermiş hadisələr heç bir əskikliyi olmadan bu
ümmətdə də baş verəcəkdir”.
1
Baxmayaraq ki, bu hədislərin zahiri “ümumiliyi” çatdırır, lakin belə deyildir ki,
bütün hadisələrə şamil olur. Çünki bir çox hadisələr, məsələn, üçallahlılıq, buzo-
va pərəstiş və Samirinin əhvalatı, Fironun suda qərq olması, İsa peyğəmbərin (ə)
səmaya meracı, “artırma təhrifi” və s. hadisələr İslam ümmətində baş verməmişdir.
Deməli, hədislərdə bütün hadisələr deyil, bir sıra hadisələr nəzərdə tutulmuşdur.
Buna görə də “Şübhəsiz ki, bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz ki, Biz onu
qoruyarıq” ayəsinə istinad edərək, Quranın təhrifə uğrmadığını istisna edə bilərik.
Əgər kimsə bu hədislərin istisna qəbul etmədiyini iddia edərsə, onda Quranda
“artırma təhrifi”ni də qəbul etməlidir. Çünki Bəni-İsrail özlərinin kitabında həm
1
Ayətullah Xoi, “əl-Bəyan”, s.240.
221
“artırma təhrifi”, həm də “azaltma təhrifi” etmişlər. Halbuki, Quran barəsində
kimsə “artırma təhrifi”ni qəbul etmir.
Digər dəlilə cavab: Deyilir ki, Əli ibn Əbu Talibin (ə) cəm etdiyi mushəf mövcud
mushəfdən fərqli imiş. O, Həzrət Peyğəmbərin (s) vəfatından sonra evində oturaraq
şəxsən Quranı cəm etmişdir. Cəm etdiyi Quranı məscidə gətirərək orada toplaşan ca-
maata təqdim etmiş, lakin onlar o həzrətin cəm etdiyi mushəfi qəbul etməmişlər. Bəzi
hədislərdə qeyd olunur ki, İmam Əlinin (ə) mushəfində hal-hazırkı mushəfdə mövcud
olmayan mətləblər var idi və bu, Quranın təhrifindən qeyri bir anlama gəlmir.
Bu dəlilin cavabı bu kitabın əvvəlki hissələrində Quranın tarixi barədə etdi-
yimiz bəhslərdən və Əli ibn Əbu Talibin (ə) mushəfi barəsində qeyd etdiyimiz
məlumatlardan tamamilə aydındır. Heç şübhəsiz, Əli ibn Əbu Talibin (ə) mushəfi
var idi və o həzrətin mushəfi o dövrdə mövcud mushəflərdən fərqli idi. Lakin bu
fərqlərin Quran ayələri xüsusunda olması, yəni o həzrətin mushəfində olan ayələrin
mövcud mushəfdə olmaması əsassız iddiadır. Əli ibn Əbu Talibin (ə) mushəfinin
xüsusi üstünlükləri var idi. O cümlədən, ayələrin şəni-nüzulu (nazilolma səbəbi)
yazılmışdı, ayələr təfsir və şərh edilmişdi, nasix və mənsux ayələr və onların şərhi
qeyd edilmişdi, ayə və surələr “nüzul ardıcıllığı” ilə yazılmışdı və s. başqa cəhətlərə
malik idi. Söz yox ki, bu cəhətlər Quran ayələrinin daha asan və düzgün başa
düşülməsinə şərait yaradardı. Əgər həmin mushəf indi bizim əlimizdə olsaydı, heç
şübhəsiz, Quranı dərk etməkdə və ona istinad etməkdə müsəlmanlar üçün etibarlı
bir xəzinə olardı. Lakin hal-hazırkı Quranın bu üstünlüklərə malik olmaması, ondan
nəyinsə azaldığı və təhrifə uğradığı anlamında deyildir. Çünki Əli ibn Əbu Talib (ə)
öz xəlifəliyi dövründə Quranın təhrif olunduğu barədə bir söz deməmişdir.
Ayətullah Xoi təhrifə dəlalət etdiyi iddia edilən hədislər barədə deyir:
1
Bu hədislər təhrifin baş verdiyinə dəlalət etmir. Onların çoxunun sənədi zəifdir.
Çünki bu hədislərin bir qismi Əhməd ibn Məhəmməd Səyarinin kitabından götü-
rülmüşdür, halbuki, rical elminin alimləri onun əqidə azğınlığında olduğunu ha-
mılıqla qəbul etmişlər. Yaxud bu hədislərin bir qismi Əli ibn Əhməd Kufidən nəql
olunmuşdur ki, yenə də rical elminin alimləri onun yalançı və azğın bir fərd ol-
duğunu bildirmişlər. Əlbəttə, bu hədislər sayca o qədərdir ki, onlardan bəzilərinin
Məsumlar (ə) tərəfindən söylənildiyinə yəqinlik yaranır. Odur ki, həmin hədislər
araşdırılmalı və onlarda nəzərdə tutulan məqsəd aydınlaşmalıdır.
Ayətullah Xoinin nəzərinə görə həmin hədislər dörd qrupdur və biz burada
onların iki qrupunu qeyd edirik:
1) Bir qrup hədislərdə “təhrif” sözü işlənmişdir, məsələn, hədislərin birində
İmam Sadiq (ə) buyurur:
.ِﻪِﻌِﺿﺍَﻮَﻣ ْﻦَﻋ ﱠﻞَﺟ َﻭ ﱠﺰَﻋ ِﷲ َﻡ َﻼَﻛ َﻥﻮُﻓﱢﺮَﺤُﻳ ِﺔﱠﻴِﺑَﺮَﻌْﻟﺍ ُﺏﺎَﺤْﺻَﺃ
1
Öncəki qaynaq, s.226-233.
Dostları ilə paylaş: |