Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə77/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   110

224
8. Quran və hədis dəlillərinə, habelə, əqli, tarixi və qeyri-tarixi dəlillərə əsasən 
deyə bilərik ki, Quranın təhrif olunduğunu isbat etmək üçün xəlifə Osmanın 
dövründə Quranın cəm edilmə üsuluna, yaxud qiraətlər arasında fərqlərin möv-
cud olduğuna, yaxud Abdullah ibn Məs`ud və Ubəyy ibn Kə`b kimi səhabələrin 
mushəflərində bəzi mətləblərin olub-olmadığına əsaslanmaq tamamilə yanlışdır. 
 Altıncı hissənin sualları:
1. Təhrifin lüğəvi və terminoloji mənasını izah edin.
2. Təhrifin qisimlərini bəyan edin. Quranda hansı növ təhrifin baş verdiyi iddia 
olunur?
3. Hansı dəlilə əsasən deyə bilərik ki, Quranda məna təhrifi baş vermişdir?
4. Quranda təhrifin baş verdiyini rədd edən şiə alimlərindən on alimin adını çəkin.
5. On birinci əsrdə təhrif iddiasını ortaya atan kim olub və ondan sonra kim bu 
məsələni irəli sürüb?
6. Hansı Quran ayələri təhrifi rədd edir? İzah edin. 
7. Quranın təhrif olunmadığını isbat etmək üçün “Səqəleyn” hədisinə necə 
əsaslanmaq olar?
8. Quranın təhrifə uğramadığına dair əqli dəlili bəyan edin.
9. İzah edin ki, Quranın bir sıra cəhətləri bu səmavi kitabın təhrifdən amanda 
qalmasına necə zəmin yaratmışdır?
10. Şiə və əhli-sünnə qaynaqlarında təhrif barədə olan hədislərin müqayisəsindən 
əldə edilən nəticələr hansılardır?
11. Quranın təhrifə  uğradığını isbat etmək üçün “əvvəlki ümmətlərdə baş 
verən hadisələrin  İslam ümmətində  də baş verəcəyini” bəyan edən hədislərə 
əsaslananlara hansı cavab verilir?
12. Zahiri təhrifə dəlalət edən hədislər necə mənalandırılır?
13. Həzrət Əlinin (ə) mushəfi ilə mövcud mushəf arasındakı fərqlər Quranın 
təhrifinə dəlalət edirmi? Nə üçün?
14.  Bəzi səhabələrin mushəflərində  bəzi mətləblərin olub-olmaması  təhrifə 
dəlalət edirmi? Nə üçün?
Araşdırma üçün suallar:
1. Məna təhrifinin baş verdiyini bəyan edən beş hədisi qeyd edin.
2.  Quranın tarixi zəminində araşdırma aparan qərbli  şərqşünasların təhrif 
barədə olan hədislər xüsusunda nəzəri nədir?
3. Son əsrdə şiələrə atılan iftira barədə, yəni şiələrin Quranın təhrif olunduğuna 
etiqad bəslədiklərinə dair hansı kitablar nəşr edilmişdir?
4. Qarşınızdakı kitabda Quranın təhrif olunmadığına dair qeyd edilən dəlillərdən 
əlavə dəlillər qeyd edə bilərsinizmi?


225
YEDDŽNCŽ HŽSS€
QURAN¯N 
MÖCÜZ€LŽYŽ


226
Yeddinci hissə: Quranın möcüzəliyi
Birinci fəsilKülliyyat
İkinci fəsil: Təhəddi
Üçüncü fəsil: Quranın möcüzəvi cəhətləri
Bu hissədə nəzərdə tutulan hədəflər:
- Peyğəmbərlərin möcüzələrinin müxtəlifliyinin fəlsəfəsini öyrən mək;
- Təhəddi ayələri ilə və bu ayələrdən əldə edilən nəticələrlə tanış ol-
maq;
- Təhəddi ayələrinin “artmağa doğru”, yoxsa “azalmağa doğru” oldu-
ğunu öyrənmək;
- Quranın bir sıra möcüzəvi cəhətlərini araşdırmaq.
Bu hissədə istifadə olunan əsas mənbələr:
əl-Mizan fi təfsiril-Quran, c. 1; ət-Təmhid fi Ulumil-Quran, c.4 
və c.5; Ulumul-Quran indəl-mufəssirin, c.2; əl-Bəyan fi təfsiril-
Quran, Mu`tərəkul-əqran fi i`cazil-Quran; Mədxəlut-təfsir.


227
Birinci fəsil
Külliyat
Müqəddimə
“Möcüzənin fəlsəfəsi” mövzusu “Kəlam” elminin “Peyğəmbər tanıma” 
bölməsinin mövzularındandır və “Quran elmləri”nə aid mövzu deyildir. Odur ki, 
“Möcüzəyə nə ehtiyac var və nə üçün peyğəmbərlər möcüzə göstərmişlər” su-
alına cavab “Quran elmləri” mövzularından xaricdir. Burada təkcə bu məqama 
toxunuruq ki, həqiqi peyğəmbərləri yalançı iddiaçılardan ayırmağın yollarından 
biri də “möcüzə” olmuşdur.    
 
“Ecaz” sözünün lüğəvi mənası
Lüğətdə “ecaz” (ﺯﺎﺠﻋﺍ) sözü üçün 3 məna qeyd olunub:
“Bir şeyin əldən çıxması, bir şeyi əldən vermək”, bir kəsi “aciz görmək” və ya 
“aciz qoymaq”.
“Qamus”da yazılıb:
.ﺍًﺰِﺟﺎَﻋ ُﻩَﺮﱠﻴَﺻ ﻭ ﺍًﺰِﺟﺎَﻋ ُﻩَﺪَﺟَﻭ :ﺎًﻧ َﻼُﻓ ﻭ ُﻪَﺗﺎَﻓ :ُءْﻲﱠﺸﻟﺍ ُﻩَﺰَﺠْﻋَﺃ
Yəni: O şey onun əlindən çıxdı. O şəxsi aciz gördü və ya aciz qoydu. 
.ﺐﻴِﻟﺎَﺳَ ْﻷﺍ ِﻎَﻠْﺑَﺄِﺑ ِﻪﻴِﻧﺎَﻌَﻣ  ٰﻯﱠﺩَﺍ :ﻡ َﻼَﻜْﻟﺍ ﻰِﻓ َﺰَﺠْﻋَﺃ
Yəni: Mətləbi (fikri) ən aydın və anlaşılan şəkildə bəyan etdi.
Rağib İsfahani “Mufrədat”da qeyd edir:
“ﺰ ْﺠَﻋ” sözünün lüğəvi mənası “bir şeyin digər bir şeyin ardınca və ondan sonra 
gəlməsi, ortaya çıması” deməkdir. Lakin ürfdə (camaat arasında) “müəyyən bir işi 
yerinə yetirməyə qadir olmamaq” mənasında işlənir. 
Rağib  İsfahani demək istəmişdir ki, “ﺰ ْﺠَﻋ” sözünün lüğəvi mənası (birinci 
mənası) “ﺮﱡﺧَﺄَﺗ”, yəni “bir şeyin digər bir şeyin ardınca gəlməsi, ortaya çıxması” 
deməkdir. Lakin gücsüz və zəif insanlar adətən başqalarından geri qaldıqları, on-
lardan arxada olduqları üçün “ﺰ ْﺠَﻋ” sözü “ﻒْﻌَﺿ” (zəif, güzsüz) sözü ilə eynimənalı 
söz kimi işlənmişdir.   


228
“Ecaz” və “möcüzə” sözünün terminoloji mənası
Turəyhi “ecaz” və “möcüzə” sözü üçün bu tərifi qeyd etmişdir:
.ﻯﱢﺪَﺤﱠﺘﻟﺎِﺑ  ُﻥﻭُﺮْﻘَﻤﻟﺍ ،ﻯِﻮْﻋﱠﺪﻠِﻟ ُﻖِﺑﺎَﻄُﻤﻟﺍ ،ِﺓَﺩﺎَﻌْﻠِﻟ ُﻕِﺭﺎَﺨﻟﺍ ُﺮْﻣَﻷﺍ ُﺰِﺠْﻌُﻤﻟﺍ
“Möcüzə xariqül-adə (qeyri-adi və bəşər qüdrətinin fövqündə olan) bir iş olub, 
nübüvvət (peyğəmbərlik) iddiası ilə uyğun və təhəddi ilə yanaşıdır”.
1
 
Ayətullah Xoi “ecaz” və “möcüzə”nin tərifində qeyd edir:
“Möcüzə, Allah elçisi olduqlarını söyləyən ilahi peyğəmbərlərin göstərdikləri 
bir işdir. Belə ki, bu iş təbii qanunların fövqündə olur və başqaları onu təkrarlamaqda 
acizdir. Möcüzə adlanan iş, ilahi peyğəmbərlərin sözünün doğruluğunu göstərən 
şahiddir”.
2
Ən yaxşı möcüzə 
(Möcüzələrin müxtəlifliyinin fəlsəfəsi)
Ən yaxşı möcüzə öz dövrünün geniş yayılan elm və  sənətinə oxşar olan 
möcüzədir. Çünki hər sənətin ustadı öz işinin incəliklərini bildiyi üçün dövrün 
peyğəmbərinin göstərdiyi möcüzələri daha yaxşı dərk və təsdiq edəcəkdir.
Bu səbəbdən də ilahi hikmətin tələbi ilə hər bir peyğəmbər öz dövrünün geniş 
yayılan və əhəmiyyətli hesab edilən elm və sənətinə oxşar möcüzə ilə gəlmişdir.
Musa peyğəmbərin (ə) dövründə sehrbazlıq və cadugərlik geniş yayıldığı üçün 
Allah-Təala ona “əsa” və “nur saçan əl” möcüzələrini vermişdi. Sehrbazlar sehr 
ilə möcüzənin fərqini görüb Musanın (ə) qarşısında dayana bilməyəcəklərini 
yaxşı başa düşdülər. Elə buna görə də Musanın (ə) möcüzəsini gördükdən sonra 
ona iman gətirən ilk şəxslər sehrbazlar oldular. Hətta Firon öz məğlubiyyətini 
ört-basdır etməkdən ötrü sehrbazlara: “Musa sehrbazlıqda sizin ustadınızdır”
3
 – 
dedikdə, adi camaat bu hiyləyə aldansa da, lakin sehrbazlar möcüzənin həqiqətini 
başa düşdükləri üçün bu sözə aldanmadılar.
Yunanıstanda və onun müstəmləkəsi olan Fələstin, Suriya kimi məntəqələrdə 
tibb elminin inkişaf etdiyi və  həkimlərin möcüzəvi müalicələr təqdim etdikləri 
bir dövrdə  İsa peyğəmbər (ə) Allah elçisi olaraq anadangəlmə korların görmə 
qabiliyyətini onlara bəxş edir, əlacsız xəstəlikləri müalicə edir, hətta ölüləri dirildir. 
İslam dininin zühur etdiyi dövrdə ərəblər arasında ədəbiyyat və şeir özünün inki-
şaf zirvəsində idi. Söz ustadları olan xətiblər və ədiblər “söz allahı” adlanırdı, onla-
rın gözəl şeirlərini dinləməkdən ötrü xüsusi bazarlar qurulurdu. Hətta yeddi ən gözəl 
1
  Məcməul-Bəhrəyn, “ﻉﹶﺝﹾﺯ” sözü.
2
  əl-Bəyan, s.33.

 Taha surəsi, ayə: 71; Şuəra surəsi, ayə: 49.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə