Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə73/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   110

214
b) Qurani-Məcidin tədricən nazil olması müsəlmanlara imkan yaradırdı ki, on-
lar ayələri asanlıqla öyrənə, əzbərləyə və qiraət edə bilsinlər. Şübhəsiz ki, əgər 
Quran ayələri birdəfəyə nazil olsaydı, onları dərk etmək, əzbərləmək və qorumaq 
o şəraitdə müsəlmanlar üçün çox çətin və hətta qeyri-mümkün bir iş olardı.
c) Səmavi kitabların ehtiva etdiyi ismarıclar, göstərişlər və çağırışların məz-
munu hər zaman zalımların və qüdrəttələblərin mənafelərinə zidd olmuşdur. Buna 
görə də onlardan bir dəstəsi səmavi kitabların həqiqətlərini gizlətməyə və onları 
təhrif etməyə cəhd göstərmişlər. Səmavi kitablar silsiləsinin sonuncu halqası olan 
Quran öz ismarıclarını və göstərişlərini çatdırmaqda elə bir üslub seçmişdir ki, 
həqiqətləri gizlətmək və  təhrif etmək imkanını  qərəzli insanların, düşmənlərin 
və münafiqlərin əlindən almış, bu əbədi kitabı onların xəyanətindən qorumuşdur. 
Quran öz mətləblərini ümumi şəkildə  bəyan etmiş, onların izahını  və 
təfsirini sünnəyə həvalə etmişdir. Məsələn, Qurani-Məciddə vəhyin nazil olduğu 
dövrün layiqli insanları və Allah övliyaları təriflənərkən, mədh edilərkən onların adı 
açıqlanmamışdır. Eləcə də, hansısa bir şəxs və ya bir hadisə məzəmmət edilərkən və 
lənətlənərkən ad çəkilməmişdir. Bu, Quranın üslubudur. Təkcə Əbu Ləhəb və onun 
zövcəsinin lənətlənməsi istisna təşkil edir. Əlbəttə, bunun da öz hikməti, fəlsəfəsi 
vardır. Çünki Əbu Ləhəb və onun zövcəsinin  İslama qarşı qatı  ədavəti hamıya 
məlum idi və Əbu Ləhəbin Qureyş qəbiləsinə mənsub olub Peyğəmbər (s) ilə qo-
humluğu səbəb olmuşdur ki, bu cəhətdən Quran hansısa bir təhlükə ilə üzləşməsin.
1
 
Başqa bir yerdə də Rəsulallahın (s) oğulluğu Zeydin (Zeyd ibn Harisənin) adı 
çəkilir ki, bu əhvalatın da kiminsə tərifi və ya məzəmməti ilə əlaqəsi yoxdur.
2
Burada Quranın mədh və ya məzəmmət etdiyi, eyni zamanda adını açıqlama-
dığı şəxslər barədə nazil olan ayələrdən bir neçəsini qeyd edirik:
1. Təthir ayəsi: Bu ayədə kimlərin nəzərdə tutulduğunu sünnə açıqlayır. 
(Əhzab surəsi, 33-cü ayə: “Allah siz əhli-beytdən bütün çirkinlikləri təmizləmək
sizi pak etmək istəyir”.)
2. Mübahilə ayəsi: Bu ayədə Həzrət Əlinin (ə), Xanım Fatimə-Zəhranın (s.ə), 
İmam Həsənin (ə) və  İmam Hüseynin (ə) adı qeyd olunmamışdır. (Ali-İmran 
surəsi, 61-ci ayə.)
3. Ləylətul-firaş ayəsi: Saysız şiə və sünni hədislərinə istinadən, bu ayə Həzrət 
Peyğəmbərin (s) hicrət etdiyi gecə Əli ibn Əbi Talibin (ə) barəsində nazil olmuş-
dur. (Bəqərə surəsi, 207-ci ayə.)
4. Mübarək Kövsər surəsi:  Bəzi hədislərə istinadən, bu surə Xanım Fatimə-
Zəhra (s.ə) barəsində nazil olmuşdur. Bu surədə Peyğəmbərə (s) təhqiramiz sözlər 
deyənlərin adı, yəni As ibn Vailin, yaxud Uməyyə ibn Xələfin adı qeyd olunmamışdır.

 Müraciət edin: “Keyhan-e əndişə” dərgisinin 27-ci sayı, Ustad Seyid Murtəza Əskərinin məqaləsi.

 Əhzab surəsi, ayə: 37.


215
5. “Əgər bir fasiq sizə bir xəbər gətirsə...” ayəsi: Osmanın süd qardaşı Vəlid 
barədə nazil olmuşdur. (Hucurat surəsi, 6-cı ayə.) 
6. Munafiqun surəsi:  Bu surə münafiqlərin başçısı Abdullah ibn Ubəyy 
barədə nazil olmuşdur, lakin burada onun adı çəkilməmişdir. 
Yuxarıda qeyd olunanlar Qurandan yalnız bir neçə nümunədir.  Əgər Quran 
bir dəstəni açıq-aşkar mədh edib digər bir dəstəni açıq-aşkar məzəmmət etsəydi, 
sizcə mədh olunanların müxalifləri və məzəmmət olunanların özləri Quranın ba-
şına hansı bəlaları gətirərdilər? Xüsusilə də, Quranın “lənətlənmiş şəcərə”
1
 adlan-
dırdığı Bəni-Uməyyə tayfası sonralar xilafəti ələ keçirdilər.
Bunu da qeyd edək ki, ayələrdə insanların ad və ləqəblərinin açıqlanmama-
sı müsəlmanları çaşqınlıqda qoymadı. Çünki Quran bu məsələnin həlli yolunu 
göstərmişdi. Səhih bir hədisdə Əbu Bəsirdən belə nəql olunur: “Mən bu ayədə: 
ْﻢُﻜْﻨِﻣ ِﺮْﻣَ ْﻷﺍ ﻰِﻟْﻭُﺃ َﻭ َﻝﻮُﺳﱠﺮﻟﺍ ﺍﻮُﻌﻴِﻁَﺃ َﻭ َﷲ ﺍﻮُﻌﻴِﻁَﺃ ﺍﻮُﻨَﻣﺍَء  َﻦﻳِﺬﱠﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
“Ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə  və özünüzdən olan əmr 
sahiblərinə itaət edin”
2
 ayəsində  “əmr sahiblərin”in kimlər olduğunu  İmam 
Sadiqdən (s) soruşdum. İmam (ə) buyurdu: “Bu ayə Əli ibn Əbu Talib (ə), İmam 
Həsən (ə) və İmam Hüseyn (ə) barədə nazil olmuşdur.” Dedim: “Camaat deyir 
ki, nə üçün Əlinin (ə) və Əhli-beytin adı Allahın kitabında gəlməmişdir?” İmam 
(ə) buyurdu: “Onlara de ki, namaz əmri Peyğəmbərə (s) nazil oldu, amma Allah-
Təala rəkətlərin sayını açıqlamadı. Çünki bunu Peyğəmbər (s) camaata açıqlamalı 
idi. Həmçinin zəkat əmri Peyğəmbərə (s) nazil oldu, amma Allah açıqlamadı ki, 
hər qırx misqal gümüşdən bir misqal zəkat verilməlidir. Həcc əmri Peyğəmbərə 
(s) nazil oldu, amma Allah buyurmadı ki, yeddi dəfə təvaf etmək lazımdır. Çünki 
bu ayələrin təfsir və bəyanı Peyğəmbərin (s) öhdəsindədir.”  
Daha sonra İmam Sadiq (ə) buyurdu: “ِﺮْﻣَ ْﻷﺍ ﻰِﻟْﻭُﺃ” (əmr sahibləri) ayəsi Əli ibn 
Əbu Talib (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) barədə nazil olub. Rəsulullah 
(s) Qədir-Xum günü buyurdu: 
ُﻩﻻ ْﻮَﻣ ﱞﻰِﻠَﻋ ﺍَﺬَﻬَﻓ ُﻩﻻ ْﻮَﻣ  ُﺖْﻨُﻛ  ْﻦَﻣ
“Mən kimin mövlası və başçısıyamsa, bu Əli onun mövlası və başçısıdır.”
3
Bu və digər hədislərdən tam aydın olur ki, dini maarifi bəyan etmək Həzrət 
Peyğəmbərin (s) və o həzrətdən sonra İmamların (ə) öhdəsinədir. Qurani-Kərimin 
özü dəfələrlə bunu Peyğəmbərin (s) imtiyazlarından biri hesab etmişdir. Ayələrin 
birində Peyğəmbər (s) Quranın müfəssiri kimi tanıtdırılır, buyurulur:
 ْﻢِﻬْﻴَﻟِﺇ َﻝﱢﺰُﻧ ﺎَﻣ ِﺱﺎﱠﻨﻠِﻟ  َﻦﱢﻴَﺒُﺘِﻟ َﺮْﻛﱢﺬﻟﺍ َﻚْﻴَﻟِﺇ ﺎَﻨْﻟَﺰْﻧَﺃَﻭ
1
  İsra surəsi, ayə: 60.

 Nisa surəsi, ayə: 59.

 “əl-Vafi”, c.2, bölüm: 30, s.63 (“əl-Bəyan”, s.251-ə is nadən).


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə