Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə110/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

326
48. Qurani-Kərimin türk dilinə olan tərcüməsinin h.q. 734-cü ilə aid olan bir 
nüsxəsi  İstanbulun “Türk-İslam incəsənət muzeyi”ndə qorunub saxlanılır. Bu 
tərcümə Qurani-Kərimin türk dilinə olan ən qədim tərcüməsi hesab edilir.
49. Qurani-Kərimin ordu dilinə (Hindistan, Pakistan əhalisinin dili) olan 
ilk tərcüməsi Mövlanaşah Rəfiuddin Dehləvinin tərcüməsidir (h.q. 1190-cı il). 
Lakin Dehləvidən sonra ordudillilər dörd əsr ərzində Quranın tərcüməsi və təfsiri 
sahəsində nəfis əsərlər qələmə almışlar ki, onların sayı min əsərdən çoxdur. 
50. Qurani-Kərimin latın dilinə ilk tərcüməsini Robert Ketuni (Robertos 
Kontenenses) miladi təqvimi ilə 1143-cü ildə qələmə almışdır. Bu tərcümə əsrlər 
sonra Martin Lüterin icazəsi ilə çap edilmişdir. 
51. Qurani-Kərim avropa dilləri arasında  ən çox ingilis dilinə  tərcümə 
edilmişdir. Hal-hazırda ingilis dilinə Quranın kamil nüsxəsinin 40-dan çox 
tərcüməsi, bəzi surə və ayələrinin isə 120-dən çox tərcüməsi mövcuddur. Quranın 
kamil nüsxəsini ingilis dilinə ilk dəfə Aleksandr Ras miladi 1648-ci ildə Quranın 
fransız dilinə olan tərcüməsindən tərcümə etmişdir. Qeyri-müsəlmanlar arasında 
ən yaxşı tərcümə Artur Arberinin tərcüməsidir. Müsəlman tərcüməçiləri arasında 
isə ən yaxşı tərcümə Piktal və Abdullah Yusuf Əlinin tərcüməsidir. 
52. Qurani-Kərimin fransız dilinə olan ən yaxşı  tərcüməsi Kazimerski və 
Blaşrın tərcüməsidir. 
53. Qurani-Kərimin alman dilinə olan ən yaxşı  tərcüməsi Heningin və son 
dövrdə şərh və “vajenamə” (sözlərin izahlı lüğəti) ilə birlikdə olan Rudi Paretin 
tərcüməsidir. 
54. Qurani-Kərimin rus dilinə olan ən yaxşı tərcümələrindən biri Kraçkovski-
nin tərcüməsidir. Son illərdə isə professor Osmanovun tərcüməsini yaxşı tərcü-
mə lərindən biri hesab etmək olar. 
55. Qurani-Kərimin ilk müfəssiri Həzrət Rəsulallahdır (s). O həzrətin təf-
sir lərindən bəzi nümunələri surə ardıcıllığı ilə Siyuti “əl-İtqan”  əsərində qeyd 
etmişdir. Həmçinin o həzrətin buyurduğu bir sıra hədislərdə bir çox Quran 
ayələrinin mənaları açıqlanmışdır ki, belə hədislər təfsir hədisləri adlanır. 
56.  Həzrət Rəsulallahdan (s) sonra İslamın zühur etdiyi ilk dövrdə 
müsəlmanlar arasında  ən böyük quranşünas və müfəssir Həzrət  Əli ibn Əbu 
Talib (ə) olmuşdur. O, and içərək buyurmuşdur ki, əgər istəsəm, “Həmd” 
surəsini 70 dəvənin yükü qədər kitab həcmində  təfsir edərəm. Həzrət  Əli (ə) 
Quran hafizi və  vəhy katibi olmuşdur. O, Həzrət Rəsulallahın (s) vəfatından 
sonra Qurani-Kərimi bir həftədən az bir müddət ərzində bir yerə toplamış və 
müsəlmanlara təqdim etmişdir. Lakin onun mushəfində bəzi izahlar və təfsirlər 
olduğundan, məsələn, Quranda adı açıqlanmayan münafiqlərin adlarını açıq 
şəkildə qeyd etdiyindən və bu kimi başqa mətləblərə toxunduğundan nüzul 


327
tərtibi ilə olan bu nüsxə dövrün hakimiyyəti tərəfindən qəbul edilmədi. Əvvəlcə 
Həzrət Əli (ə) bu rəftardan narahat olsa da, lakin sonra xəlifə Osmanın dövründə 
“imam mushəf”in yığılması və tərtib olunması işində Zeyd ibn Sabitin başçılığı 
altında olan heyətin böyük diqqət və ehtiyatını görüb onların mushəfini qəbul 
etdi və öz mushəfini üzə çıxarmayıb buyurdu: “Əgər Osmanın öhdəsinə düşən 
bu məsuliyyət mənim öhdəmə düşsəydi, mən də Qurani-Kərimin yığılıb tərtib 
edilməsində elə bu işləri görərdim.”
57. Həzrət Rəsulallah (s) və  İmam  Əlidən (ə) sonra İslamın ilk əsrinin  ən 
böyük quranşünası hörmətli səhabə və İmam Əlinin (ə) şagirdi olan Abdullah ibn 
Abbas olmuşdur. “Təbərinin təfsiri”ndə yer alan İbn Abbasın təfsir zəminində 
olan bəyanlarını “Qamus” əsərinin sahibi Firuzabadinin böyük səyi ilə “Tənvirul-
miqbas  fi  təfsiri  İbn Abbas” adı altında ayrıca bir kitabda yığılmış  və hazırkı 
dövrdə çap edilmişdir.
58.  İbn Abbasdan sonra onun böyük şagirdi Mücahid tanınmış müfəssirdir. 
Deyilənə görə o, İbn Abbasın təfsir dərslərində Qurani-Kərimi 30 dəfə  xətm 
etmişdir. Həmçinin deyilənə görə o, İmam Əlinin (ə) də şagirdi olmuşdur. Son 
illərdə onun təfsiri iki cilddə çap edilmişdir. 
59. İslam dünyasının ən mühüm və qədim təfsir əsəri böyük tarixçi və hədisçi 
olan iran mənsubiyyətli Təbərinin təfsir əsəridir (vəfat tarixi: h.q. 310-cu il). Onun 
bu əsəri “Camiul-bəyan” adı ilə tanınmış və 30 cilddə çap edilmişdir.    
60. Şiələrə mənsub ən qədim təfsir əsəri Əli ibn İbrahim Quminin təfsiridir və 
bu əsər 2 cilddə çap edilmişdir. Digər bir təfsir əsəri isə Fərat Kufinin əsəridir ki, 
bu əsər də çap edilmişdir. Qumi və Kufi hicri-qəməri 3-cü əsrin sonları və 4-cü 
əsrin əvvəllərində yaşayan alimlərdir. 
61. Fars dilində  şiələrə  mənsub  ən qədim təfsir  əsəri  Əbul-Futuh Razinin 
“Rəvzul-cinan və  rəvhul-cənan” adlı  təfsir  əsəridir (vəfat tarixi: h.q. 6-ci əsrin 
birinci yarısı). Bu təfsir əsəri 20 cilddədir. Ötən əsrdə Əllamə Qəzvini, mərhum 
Qumşei, mərhum Şi`ranin böyük zəhmətləri, son dövrdə isə Dr. Məhəmmədcəfər 
Yahəqqi və Dr. Mehdi Nasihin səyi ilə çapa hazırlanaraq nəşr edilmişdir.
62. Fars dilində olan ən qədim irfani təfsir Rəşidəddin Əbulfəzl Meybodinin 
“Kəşful-əsrar və uddətul-əbrar” əsəridir (vəfat tarixi: h.q. 520-ci il). O, bu əsəri 
Xacə Abdullah Ənsarinin təfsir “Əmali”sinə istinadən qələmə almışdır.
63. Mötəzilə firqəsinin ən mühüm təfsir əsəri Zəməxşərinin “Kəşşaf” əsəridir 
(vəfat tarixi: h.q. 538-ci il).
64.  Əş`əri  firqəsinə  mənsub  ən mühüm kəlami təfsir  İmam Fəxr Razinin 
“Kəbir” təfsiridir (vəfat tarixi: h.q. 606-cı il). Bu təfsir 30 cilddən çoxdur. 
65. İmamiyyə şiələrinə mənsub ən geniş və qədim təfsir Əbu Əli Əminul-
İslam Fəzl ibn Həsən Təbərsinin “Məcməul-bəyan” adlı təfsir əsəridir (vəfat 


328
tarixi: h.q. 548-ci il). Bu təfsir  ərəb dilindədir və fars dilinə  də  tərcümə 
olunmuşdur. 
66. Hicri-qəməri 14-cü əsrdə şiənin ən mühüm təfsir əsəri Əllamə Təbatəbainin 
“əl-Mizan”  əsəridir (vəfat tarixi: h.ş 1361-ci il). Bu əsər  ərəb dilində  və 20 
cilddədir, fars dilinə də tərcümə edilibdir. 
67. İslam dünyasının (əhli-sünnə alimləri arasında) ən mühüm yeni təfsir əsəri 
Ustad Zuheylinin qələmə aldığı “ət-Təfsirul-munir” əsəridir (32 cilddən ibarətdir 
və h.q. 1411-ci ildə çap edilmişdir). Dr. Zuheyli Suriyanın və islam ölkələrinin 
əksər universitetlərində fiqh ustadıdır. 
68. “Qurani-Kərimin  ədəd möcüzəsi” Quran araşdırmaları sahəsində yeni 
sahələrdən biridir. Burada məqsəd Qurani-Kərimdə möcüzəvi bir ədədi nəzmin 
mövcud olduğunu göstərməkdir.  İlk dəfə bu məsələni ortaya çəkən və dünya 
müsəlmanlarını heyrətləndirən  şəxs misirli olan Amerika universitetlərində 
kompyuter müəllimi Dr. Rəşad Xəlifə olmuşdur. O, 19 ədədinin fərziyyəsini ortaya 
çəkdi. Belə ki, “ﻢﻴِﺣﱠﺮﻟﺍ ِﻦﻤْﺣﱠﺮﻟﺍ ِﷲ ِﻢْﺴِﺑ” (Bismilləhir Rahmənir Rahim) cümləsində 19 
hərf vardır, “ﻢْﺳﺍ” sözü Quranda  19 dəfə  işlənmişdir, “ِﷲ” sözü Quranda 2698 
dəfə işlənmişdir və bu, 19x142-nin hasilidir, “ِﻦﻤْﺣﱠﺮﻟﺍ” sözü 57 dəfə işlənmiş və 
bu, 19x3-ün hasilidir, “ﻢﻴِﺣﱠﺮﻟﺍ” sözü 114 dəfə işlənmişdir və bu, 19x6-nın hasilidir. 
Lakin Dr. Rəşad Xəlifənin nəzəriyyəsi iki cəhətdən səs-küyə səbəb oldu: 
Birinci cəhət budur ki, Quranda 19 ədədi cəhənnəm gözətçilərinin sayıdır 
(ﺮﺸﻋ ﺔَﻌْﺴِﺗ ﺎَﻬْﻴَﻠَﻋ). Bu, bir çətinlik törətmir, lakin 19 ədədi babilərin və bəhailərin 
müqəddəs ədədidir. Odur ki, müsəlmanlar bu nəzəriyyədən  hiddətləndilər və bu 
hiddət Dr. Rəşad Xəlifənin teroru və ya qətlə yetirilməsi ilə nəticələndi. 
Digər cəhət isə budur ki, onun göstərdiyi bəzi ədədlərdə müdaxilə izləri görünür. 
O cümlədən, Quranın söz və ifadələrinin ən dəqiq sayını əks etdirən lüğətlərdən
1
 
iranlı böyük Quran tədqiqatçısı Dr. Mahmud Ruhani Quranda “Allah” sözünün 
neçə  dəfə  işləndiyi üzərində  dəqiq araşdırma aparmış  və qeyd etmişdir ki, bu 
söz Quranda 2699 dəfə işlənib. Bu ədəd ilə Dr. Rəşad Xəlifənin göstərdiyi ədəd 
arasında bir vahid fərq vardır, Məhəmməd Fuad Əbdul-Baqinin “əl-Mu`cəmul-
mufəhris” adlı lüğətində isə göstərilən ədəd arasında isə 2 vahid fərq vardır.
69.  Lakin Dr. Rəşad Xəlifənin açdığı bu yolu başqaları, o cümlədən, sünni 
Quran tədqiqatçısı Əbdur-Rəzzaq Nofəl və şiə Quran tədqiqatçısı Əbu Zəhra ən-
Nəcdi davam etdirdilər, onlar təəccübdoğuran  ədədlər və hesablamalar ortaya 
qoydular. Əbur-Rəzzaq Nofəlin “Qurani-Kərimdə ədəd möcüzəsi” adlı əsərindəki 
bir sıra ədədlərə nəzər salaq: 
- Qurani-Kərimdə “dünya” 115 dəfə işlənmişdir və axirət sözü də eyni sayda 
işlənmişdir;
1
  Ferhəng-e amariye kələmat-e Qurani-Kərim, 3 cilddə.


329
 - “Şeytanlar” sözü 68 dəfə və “mələklər” sözü də eyni sayda işlənmişdir;
- “Həyat” sözü 71 dəfə, “ölüm” sözü də eyni sayda işlənmişdir;
- “Elm və mərifət”, eləcə də, bu sözlərdən düzələn sözlər 811 dəfə, “iman” və 
ondan düzələn sözlər də eyni sayda işlənmişdir; 
- “İblis” sözü 11 dəfə, şeytandan Allaha sığınmaq mənasını bildirən “istiazə” 
sözü də eyni sayda işlənmişdir;
- “Gün” sözü (tək halda) ilin günlərinin sayı qədər, yəni 365 dəfə, cəm halda 
isə ayın günlərinin sayı qədər, yəni 30 dəfə işlənmişdir;
- “Ay” sözü ilin aylarının sayı qədər, yəni 12 dəfə işlənmişdir.
70.  Şiə Quran tədqiqatçısı olan Əbu Zəhra ən-Nəcdinin kitabının adı “Minəl-
icazil-bəlaği vəl-ədədi lil-Quranil-Kərim”dir. Adından göründüyü kimi, bu kitab 
ərəb dilindədir. Baxmayaraq ki, bu əsər ədəd möcüzələri baxımından Dr. Rəşad 
Xəlifə  və  Əbdur-Rəzzaq Nofəlin kitabından geridə qalır, lakin burada həmin 
kitabdan bəzi məqamları nəzərinizə çatdırırıq:
- Qurani-Kərimdə “saat” sözü 24 dəfə işlənmişdir və bu, bir sutkanın saatları 
sayındadır;
- “Yeddi göy” ifadəsi 7 dəfə işlənmişdir;
- “Səcdə” sözü və ondan düzələn sözlər 34 dəfə işlənmişdir və bu, gündəlik 17 
rəkət vacib namazların səcdələrinin sayı qədərdir;
- “Vəsi” sözü və ondan düzələn sözlər 12 dəfə  işlənmişdir və bu, 12 ilahi 
vəsinin sayı qədərdir;
- “Firqə” sözü 72 dəfə işlənmişdir və bu, islami firqələrin sayı qədərdir.
Sonda bu məqama toxunmaq istərdik ki, bu kimi araşdırmalar elmi dəyərə 
malik deyil və sadəcə müəyyən diqqət və hesablama tələb edir. 
Onuncu hissənin sualları:  
1. Quran surələrinin “rukuat”a bölünməsi nə deməkdir və bu bölgü hansı meyar 
əsasında aparılır?
2. Quranda xüsusi isimlərin beş qrupunu sadalayın.
3. “Zəhravəyn”, “qərinətəyn”, “hamidat” və “musəbbəhat” hansı surələrə de-
yi lir?
4. Qurani-Kərimin ingilis, fransız və alman dillərinə olan ən yaxşı tərcümələrinin 
adını qeyd edin.
5.  Quranın “tərcibənd”ə malik olan surələrinin adını deyin və  təkrar olunan 
ayələri qeyd edin.
6. Şiənin ən qədim ərəb və fars dilində olan təfsir kitablarının adını deyin.
7. Son əsrdə qələmə alınan şiə və əhli-sünnə təfsir kitabları arasında ən mühüm-
lərinin adını çəkin.


330
8. Nəqli, irfani və kəlami təfsirlərin hər birinə bir nümunə göstərin.
9. Həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlar arasında ən böyük quranşünaslar 
kimlər olmuşdur?
10. Quranın ədəd möcüzəsi barədə nə bilirsiniz? İzah edin.
Araşdırma üçün sual:
Qurana aid üç başqa mətləb təqdim edin.


331
İstifadə olunan ədəbiyyat:
1) Qurani-məcid: Məhəmmədməhdi Fuladməndin tərcüməsi, Tehran, İslam tarixi və 
maarifi araşdırmalar mərkəzi, h.q. 1415-ci il, h.ş. 1373-cü il.
2) Aşenayi ba Ulumi-Quran (Quran elmləri ilə tanışlıq):  Əliəsğər Hələbi, Tehran, 
Əsatir, h.ş. 1369-cu il.
3) Afərineş-e hunəri dər Quran (Quranda incəsənət yaradıcılığı): Seyid Qutb, 
Məhəmmədməhdi Fuladməndin tərcüməsi.
4) Alaur-Rəhman: Məhəmmədcavad Bəlaği, Beyrut, Ərəb ədəbi irsinin dirçəldilməsi 
mərkəzi.
5) əl-Əbanətu  ən məanil-qiraat: Məkki ibn Əbu Talib, Əbdul-Fəttah  Şələbinin 
araşdırması, h.q. 1405-ci il, miladi 1985-ci il.
6) əl-İtqan fi Ulumil-Quran: Cəlaləddin Əbdur-Rəhman Əbu Bəkr Siyuti, Dəməşq, 
Beyrut İbn Kəsir mərkəzi, h.q. 1414-cü il.
7) Əsbabun-nuzul: Cəlaləddin Siyuti, Beyrut, əl-Həcərə mərkəzi, h.q. 1410-cu il, miladi 
1990-ci il.
8) Əsbabun-nuzul:  Əli ibn Əhməd Vahidi Nişapuri,  İman Saleh Şəbanın tədqiqatı, 
Qahirə, əl-Hədis mərkəzi.
9) Usuli-kafi: Məhəmməd ibn Yaqub Kuleyni, Əliəkbər Qəffarinin düzəlişləri 
əsasında.
10) E`cazul-Quran: Mustafa Rafe`i, Beyrut.
11) Biharul-ənvar: Məhəmmədbaqir Məclisi, Beyrut, əl-Vəfa, h.q.1403-cü il, miladi 
1983-ci il.
12) əl-Burhan fi Ulumil-Quran: Məhəmməd ibn Bəhadur Abdullah Zərkeşi, Əbdur-
Rəhman Mər`əşəli, Həmdi Zəhəbi və  İbrahim Abdullah Kurdinin tədqiqatı, 
Beyrut, əl-Mə`rifə mərkəzi, h.q. 1410-cu il, miladi 1990-cı il.
13)  əl-Bəyan fi təfsiril-Quran: Əbul-Qasim Xoi, Tehran, Ənvarul-huda, h.q. 1401-ci 
il, miladi 1981-ci il.
14)   Pəjuheşi dər tarix-e Qurani-Kərim (Qurani-Kərimin tarixinin araşdırılması): 
Məhəmmədbaqir Huccəti, Tehran, İslam mədəniyyətinin yayılması mərkəzi,  h.ş. 
1365-ci il.
15) Tarixul-Quran: Əbu Abdullah Zəncani, Məhəmməd Əbdur-Rəhimin araşdırması, 
Dəməşq, əl-Hikmə mərkəzi, h.q. 1410-cu il, miladi 1990-cı il.
16) Tarix-e Quran (Quranın tarixi): Mahmud Ramyar, Tehran, Sepehr, h.ş.1362-ci il.


332
17) Nümunə təfsiri: Nasir Məkarim Şirazi və alimlər heyəti.
18) ət-Təmhid fi Ulumil-Quran: Məhəmmədhadi Mərifət, Qum, İslami nəşrlər mərkəzi.
19) əl-Təysir fil-qiraatis-səb`: Əbu Əmr Osman ibn Səid Dani, Beyrut, əl-Kitabul-
ərəbi mərkəzi.
20) əl-Huccətu fil-qiraatis-səb`: Hüseyn ibn Əhməd ibn Xaləvəyh, Əbdul-Al Salim 
Mukərrəmin tədqiqatı, Küveyt, ər-Risalə, miladi 1990-cı il.
21) əl-Huccətu lil-qurrais-səb`: Əbu Əli Həsən ibn Əbdul-Qəffar əl-Farsi, Bədrəddin 
Qəhvəçi və Bəşir Cuveycatinin tədqiqatı, Dəməşq, əl-Məmun lit-turas mərkəzi, 
h.q. 1404-cü il.
22) Hərəzul-əmani və  vəchut-təhani  fil-qiraatis-səb`: Qasim ibn Fəyyirə  Şatibi, 
Beyrut, əl-Kitabu nəfis mərkəzi, h.q. 1407-ci il, miladi 1987-ci il.
23) Həqaiqun hammətun houləl-Quranil-Kərim: Cəfər Murtəza Amuli, Qum, İslami 
nəşrlər mərkəzi, h.q.1410-cu il.
24) Dairətul-maarif-e bozorq-e İslami: Kazim Musəvi Becnəvərdi, Tehran, Dairətul-
maarif-e bozorq-e İslami mərkəzi, h.ş. 1372-ci il.
25) Dirasatu Quraniyyə: Məhəmməd Hüseyn Əliyus-səğir, Qum, əl-Ə`lamul-islami 
kitabxanası, h.q. 1413-cü il.
26) əz-Zəri`ə fi təsanifiş-şiə: Ağabozorg Tehrani.
27) Rouzul-cinan  və rouhul-cənan  fi  təfsiril-Quran:  Əbul-Futuh Razi, Məhəm-
məd cəfər Yahəqqi və Məhəmmədmehdi Nasihin tədqiqatı, İslami araşdırmalar 
mərkəzi, h.q. 1371-ci il.
28) Səhih-Buxari: Məhəmməd ibn İsmail ibn İbrahim Buxari, Qasim əş-Şəmai ər-
Rufa`inin tədqiqatı, Beyrut, əl-Qələm, h.q. 1407-ci il, miladi 1987-ci il.
29) Siyanətul-Quran minət-təhrif: Məhəmmədhadi Mərifət, Qum, İslami nəşrlər 
mərkəzi, h.q. 1413-cü il.
30) Ulumil-Quran indəl-mufəssirin: Qurani-Kərim mədəniyyəti və maarifi mərkəzi, 
Qum, İslam təbliğatı nəşrləri mərkəzi, h.ş. 1375-ci il.
31) Ulumi-Quran  və fehrest-e mənabe:  Əbdul-Vəhhab Taliqani, Qum, əl-Quranil-
Kərim mərkəzi, h.ş. 1361-ci il.
32) Ferhəng-e amariye kələmat-e Qurani-Kərim: Mahmud Ruhani, Məşhəd, Astan-e 
Quds-e Rəzəvi nəşriyyatı, h.ş. 1368-ci il.
33) Fəslul-xitab fi təhrifi kitabi rəbbil-ərbab: Mirza Hüseyn Nuri.
34) Quran-pəjuhi: Bəhauddin Xurrəmşahi, Tehran, Şərq mədəniyyəti nəşrləri 
mərkəzi, h.ş. 1372-ci il.
35) Quran dər İslam: Əllamə Məhəmmədhüseyn Təbatəbai.


333
36) Quran-şenaxt: Bəhauddin Xurrəmşahi, Tehran.
37) Qətrei  əz dərya (Dənizdən bir damla): Qurani-Kərim sərgisi mərkəzi, Tehran, 
İslam mədəniyyət və maarif  nazirliyi, h.ş. 1373-cü il.
38) əl-Kamil fit-tarix: İbn Əsir, Beyrut, əl-Fikir mərkəzi, h.q. 1399-cu il, miladi 1979-
cu il.
39) Kitabus-səb`ə  fil-qiraat:  Əbu Bəkr  Əhməd ibn Musa ibn Mücahid, Dr. Şövqi 
Zeyfin tədqiqatı, Qahirə, əl-Mə`arif mərkəzi.
40) Kitabul-məsahif: Süleyman ibn Əş`əs  əs-Sicistani, Misir, ər-Rəhmaniyyə 
nəşriyyatı, h.q. 1355-ci il, miladi 1936-cı il.
41) əl-Kəşşaf: Mahmud ibn Ömər Zəməxşəri, Beyrut, əl-Fikir mərkəzi.
42) əl-Kəşfu ən vucuhil-qiraatis-səb` və iləluha və hucəcuha: Məkki ibn Əbu Talib, 
Muhyiddin Ramazanın tədqiqatı, Beyrut, ər-Risalə, h.q. 1417-ci il.
43) əl-Kunəyyu vəl-əlqab:  Şeyx Abbas Qummi, Tehran, əl-Sədr kitabxanası, h.q. 
1397-ci il.
44) Məbahisun  fi Ulumil-Quran: Dr. Subhi Saleh, Beyrut, əl-Elmu lil-məlayin 
mərkəzi, miladi 1990-cı il.
45) Məcmə`ul-bəyan: Əminul-İslam Təbərsi, Beyrut, əl-Mərifə mərkəzi, ikinci çap 
növbəsi, h.q. 1408-ci il, miladi 1988-ci il.
46) əl-Muhtəsəb fi təbyini vucuhil-qiraat və iləluha və hucəcuha: Osman ibn Həni, 
Muhyiddin Ramazanın tədqiqatı, Beyrut, ər-Risalə, h.q. 1407-ci il.
47) əl-Muhkəm  fi nuqətil-məsahif:  Əbu  Əmr Osman ibn Səid Dani, Beyrut, əl-
Kutubul-elmiyyə mərkəzi, h.q. 1405-ci il.
48) Mədxəlut-təfsir: Məhəmməd Fazil Lənkərani,  əl-Heydəri nəşriyyatı, h.q. 
1396-cı il.
49) Mu`cəmul qiraatil-Quraniyyə: Muxtar Ömər və  Əbdul-Al  Əhməd Salim 
Mukərrəm, Tehran, Usvə, h.q. 1412-ci il, miladi 1991-ci il.
50) əl-Mu`cəmul-mufəhris li-əlfazil-Quranil-Kərim: Məhəmmədfuad  Əbdul-Baqi, 
Qahirə, əl-Hədis mərkəzi, h.q. 1411-ci il, miladi 1991-ci il. 
51) Mu`cəmu məqayisil-luğət: Əhməd ibn Faris, Əbdus-Səlam Məhəmməd Harunun 
tədqiqatı, Qum, İslam təbliğatı mərkəzi, h.q. 1404-cü il.
52) Mə`rifətul-qurrail-kibar: Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi, Bəşşar 
Əvvad Mərufun tədqiqatı, ər-Risalə, h.q. 1404-cü il, miladi 1984-cü il.
53) Muqəddəmei bər tarix-e qiraat-e Qurani-Kərim:  Əbdul-Hadi  əl-Fəzli, Seyid 
Məhəmmədbaqir Hüccətinin tərcüməsi, Tehran, Usvə nəşriyyatı.
54) əl-Mənar: Məhəmməd Rəşid Rza, Tehran, əl-Fikir mərkəzi.


334
55) Mənahilul-irfan  fi Ulumi-Quran: Məhəmməd  Əbdul-Əzim Zərqani, Qahirə, 
İhyaul-kutubil-ərəbiyyə mərkəzi.
56) Mucəzu Ulumil-Quran: Davud əl-Əttar, Tehran, Quranul-Kərim müəssisəsi, h.q. 
1403-cü il.
57) əl-Mizan  fi  təfsiril-Quran: Məhəmmədhüseyn Təbatəbai, Beyrut, əl-Ə`ləmi 
müəssisəsi, h.q. 1394-cü il, miladi 1974-cü il.
58) Nasixul-Quranil-əziz və  mənsuxihi:  İbn Barizi, Dr. Hatəm Saleh Zaminin 
tədqiqatı.
59) ən-Nasix vəl-mənsux: Nəhhas, Dr. Süleyman İbrahimin tədqiqatı, Beyrut, ər-
Risalə, miladi 1991-ci il.
60) Nasix və mənsux dər Quran və didqah-e Əllamə: Seyid Möhsin Musəvi, diplom 
işi.
61) ən-Nəsxu fil-Quranil-Kərim: Dr. Mustafa Zeyd, Beyrut, əl-Fikir mərkəzi, miladi 
1987-ci il.
62) ən-Nəşru  fil-qiraatil-əşr:  Əbul-Xeyir Məhəməd ibn Məhəmməd Cəzri, Beyrut, 
əl-fikir mərkəzi.
63) Nəhcul-bəlağə: Dr. Subhi Salehin tədqiqatı.
64) Həşt resale-ye ərəbi: Həsən Həsənzadə Amuli.
65) əl-Fihrist: İbn Nədim, Tehran, Ofset çapı.   
 
  


335
QEYD ÜÇÜN
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
_______________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
_______________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
________________________________________________________________
_________________________________________________________


336
QURAN ELMLéRI
DéRSLŽYŽ
Elnur ЯЩМЯДОВ
Фяхри ВЯЛИЙЕВ
Sядагят КЯRИМОВА
Техники редактор: 
Бядии редактор:
Сящифяляйиъи: 
Йыьылмаьа верилмишдир: 24.10.2014.
Чапа имзаланмышдыр: 12.11.2014.
Няшрин юлчцсц: 70х100 1/16.
Физики чап вяряги: 21
Сифариш:156/14 Сайы: 500 ядяд.
Бакы, Az1122, Зярдаби пр. 78  /  Тел: 4977021
Faks: 4971295 / Е-почту: office@nurprint.com
НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə