301
məsələlər, varlıqlar
ilə ünsiyyətdə olubsa, deməli, hansısa bir məfhum və mənanı
ona yalnız həmin məsələlər və varlıqlar vasitəsilə çatdırmaq mümkündür. Yaxud
əgər bir fərd “külli mənalar”a nail olubsa, bu mənalara nail olduğu ölçüdə hansısa
məna və məfhumu ona çatdırmaq mümkün olacaqdır.
Digər tərəfdən dinin hidayəti insanların müəyyən bir dəstəsinə aid deyildir,
əksinə bütün dəstələri və təbəqələri əhatə edir.
Bir tərəfdən insanların düşünmə səviyyəsinin müxtəlifliyi, digər tərəfdən
dini hidayətin hamıya aid olması bais olmuşdur ki, Quranın bəyanları misallar
qəlibində olsun. Belə ki, insan zehninə tanış olan məfhum və mənalar seçilir və
bu mənalar vasitəsilə onun bilmədikləri ona bəyan olunur.”
1
Başqa sözlə:
“Quran kəlmələri haqq ilahi marif üçün bir növ misallardır. Ümumi insanların
düşüncəsi hiss olunan məsələləri, varlıqları dərk etdiyindən
və külli mənalara nail
ola bilmədiklərindən, bu maarif misallar və maddi məsələlər qəlbində təqdim
olunur. Bu təqdirdə əgər ilahi maarifin alınmasında insanın düşüncəsi həmin
hiss mərhələsində donub qalarsa, Quranın bəyanları və misalları bu kimi fərdlər
üçün həqiqət kimi görünəcək, “misal” “muməssəl” kimi nəzərə çarpacaqdır. Bu
təqdirdədir ki, ayələrdə nəzərdə tutulan məna aradan gedəcəkdir. Əgər
insanlar
mənaları dərk etməkdə misallar üzərində donub qalmasalar, bəyan edilən
misallardan hiss olunmayan və mücərrəd mənalara nail olsalar, bu təqdirdə də
mücərrəd mənaları dərk etmək və misalların xüsusiyyətlərini onlardan ləğv etmək
hamı üçün eyni olmadığına görə hiss olunan misallardan mücərrəd mənalara nail
olmaqda təfavütlər yaranacaqdır.”
2
Bir sözlə, Quranın ali və mənəvi mənalarını insanlara çatdırmaq yalnız
söz və
ifadə vasitəsilə mümkün olduğundan, bu maddi sözlər həmin məna və məzmunu
əhatə edə bilmir. Buna görə də “təşabuh” yaranır.
Bəzi Quran tədqiqatçıları bu sualın: “Quran fəsahət və bəlağətin ən üstün
nümunəsi olduğu bir halda nə üçün şübhə doğuran və gec anlaşılan mütəşabih
ayələrə malikdir?”- cavabında deyirlər:
Quran insanların təbii danışıq üslubu qəlibində nazil olmuşdur. İnsanın
danışığında gündəlik işlənən sadə söz və ifadələrdən tutmuş bədii ifadələr, məcazi
məna bildirən sözlər, kinayələr və s. ifadələr vardır. Məcazi
məna bildirən sözlər
olduğu yerdə “təşabuh”un olması labüddür.
3
Beləliklə, bir tərəfdən ən dəqiq mənəvi mənaların maddi kəlmələr qəlibində
çatdırılması digər tərəfdən Quranın insanların işlətdiyi söz və ifadələrdən,
1
əl-Mizan, c.3, s.60-61.
2
əl-Mizan, c.3, s.62.
3
Quranpəjuhi, s.736-737.
302
məsələn, məcazi məna bildirən sözlərdən istifadə etməsi Quranda sayı iki yüzə
çatan
1
mütəşabih ayələrin olmasını labüd və zəruri etmişdir. Əslində, bundan
qeyri olsaydı, sual və tərəddüdə yer olardı.
Fəslin əsas mətləbləri:
1. İbn Ruşd deyir: “Təşabuh” çox az sayda fərdlər üçün və yalnız qeybi və hiss
ilə dərk edilməyən məsələlər, varlıqlardan bəhs edən bir sıra ayələrdə irəli gəlir.
Bunun
səbəbi isə, qeybi məsələlərin hissi məsələlər ilə ifadə edilməsidir.
2. Əllamə Təbatəbainin əqidəsi budur ki, bir tərəfdən dinin hidayəti bütün
insanlar üçün olduğuna görə, digər tərəfdən də insanların düşüncə səviyyələri
müxtəlif olduğuna görə – belə ki, bəziləri yalnız hiss olunan varlıqları və
fenomenləri dərk etməyə, bəziləri isə külli və mücərrəd mənaları da dərk etməyə
qadirdir –,
bundan əlavə, ilahi məfhumlar və Quranın ali maarifi maddi kəlmələr
qəlibində bəyan olunduğundan təşabuh irəli gəlir. Bu məsələ qaçılmaz və labüddür.
3. Bəziləri Quranda təşabuhlərin olmasını bu cəhətdən təbii hesab edirlər ki,
Quran öz maarifini bəyan etmək üçün bəşərin işlətdiyi sadə kəlmə və ifadələrdən
tutmuş bədii ifadələrə qədər istifadə etmişdir. Məcazi məna bildirən söz və
ifadələrin istifadəsi təşabuhun irəli gəlməsini labüd etmişdir.
4. Belə başa düşülür ki, yuxarıdakı fikir Əllamə Təbatəbainin fikrini tamamlayır
və Quranda mütəşabihlərin olmasının səbəbi bu iki məsələdən biri ola bilər. Belə
olduğu təqdirdə Quranda mütəşabihlərin olmasının nəinki iradı yoxdur, hətta belə
ifadələrin işlədilməsi özü bir üstünlükdür.
1
ət-Təmhid, c.3, s.14.
303
Üçüncü fəsil
Mütəşabih ayələrin bəzi nümunələri
1
Heç şübhəsiz, Quranda mütəşabih ayələrin ən bariz nümunələri Mütəal
Allahın sifətlərinə və fellərinə aid olan bir sıra ayələrdir. Bu ayələrdən əlavə,
insanın hidayət və zəlalətindən bəhs edən bir sıra ayələr, həmçinin vəhy və qeybi
varlıqlardan bəhs edən ayələr bəziləri üçün təşabuh yaratmışdır.
Demək olar ki, hicri-qəməri birinci əsrdən indiyədək bəziləri bu ayələrdən
səhv nəticələr çıxarmış, bu da öz növbəsində azğın firqələrin meydana gəlməsinə
gətirib çıxarmışdır. Burada həmin ayələrdən bir neçəsinə nəzər salacağıq. Eyni
zamanda xatırlatmaq istərdik ki, azğın firqələr Quran ayələrindən nəticə çıxararkən
iki məsələni unutmuşlar:
Birincisi, müəyyən bir mövzuya aid ayə ilə rastlaşdıqda (məsələn,
hidayət
və zəlalət mövzusu) həmin mövzuya aid bütün ayələri nəzərə alıb nəticə
çıxarmalıdırlar.
İkincisi, müəyyən bir mövzuya aid bütün ayələri nəzərə almaqla yanaşı,
bu kimi ayələri Quranın möhkəm ayələrinə istinad etdirmək və ana ayələr ilə
tutuşdurmaq lazımdır.
Azğın firqələrin, məsələn “mucəssəmə”, “cəbriyyə” və s. firqələrin meydana
gəlməsinin səbəbi barədə başqa bir ehtimal da budur ki, onların havadarlarında
əvvəlcədən mucəssəməliyə və cəbriliyə təmayül var imiş. Odur ki, Quran ayələri
arasından da ilk baxışda Allahın cismaniliyinə, yaxud “məcburiyyət”ə dəlalət
edən
ayələri seçib götürmüş, bu ayələrin müqabilində olan ayələri isə məqsəddən
uzaq bir mənada mənalandırmağa çalışmışlar.
Mütəşabih ayələrə qısa baxış
a) Allahın sifətləri:
Allahın taxtda əyləşməsi barədə olan ayələr:
1) “Fussilət” surəsi 11-ci ayə:
... ٌﻥﺎَﺧُﺩ َﻰِﻫ َﻭ ِءﺎَﻤﱠﺴﻟﺍ ﻰَﻟِﺇ ٰﻯَﻮَﺘْﺳﺍ ﱠﻢُﺛ
“Sonra səmanın (yaradılışına) başladı və o, bir tüstü idi.”
1
Müraciət edin: ət-Təmhid, c.3, s.83-dən başlayaraq.