Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə98/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   110

288
arasında aydın məsələ idi. Həzrət Peyğəmbər (s) öz səhabələri arasında qardaşlıq 
əhd-peymanı bağladı və onlar bu qardaşlıq vasitəsilə bir-birindən irs aparırdılar. 
“Məcməul-bəyan” təfsirində İmam Baqirin (ə) bu hədisi qeyd olunub:
 .ِﺓﺎَﺧﺍَﺆُﻤْﻟﺎِﺑ  َﻥﻮُﺛَﺭﺍَﻮَﺘَﻳ ﺍﻮُﻧﺎَﻛ ْﻢُﻬﱠﻧِﺍ
“Onlar din qardaşlığı vasitəsilə bir-birindən irs aparırdılar.”
“Durrul-mənsur” təfsirində qeyd olunur ki, İbn Abbas dedi: “Həzrət Peyğəmbər 
(s) öz səhabələri arasında qardaşlıq yaratdı və onları bir-birinə varis etdi. Bu ayə: 
...ِﷲ ِﺏﺎَﺘِﻛ ﻰِﻓ ٍﺾْﻌَﺒِﺑ  ٰﻰَﻟْﻭَﺃ ْﻢُﻬُﻀْﻌَﺑ ِﻡﺎَﺣْﺭَ ْﻷﺍ ﺍﻮُﻟﻭُﺃ َﻭ
“Allahın Kitabında qohumlar bir-birlərinə daha yaxındırlar (onlar vərəsəlikdə 
möminlər və mühacirlərdən öndə dururlar)”
1
 nazil olanadək, bu belə idi.”
Sözügedən ayə nazil olduqda qohumluq vasitəsilə varislik, iman vasitəsilə 
varisliyin yerinə gəldi.
2
5) “Nəcva”(məxfi söhbət)  ayəsi:
 ...ًﺔَﻗَﺪَﺻ ْﻢُﻛﺍَﻮ ْﺠَﻧ  ْﻯَﺪَﻳ  َﻦْﻴَﺑ ﺍﻮُﻣﱢﺪَﻘَﻓ َﻝﻮُﺳﱠﺮﻟﺍ ُﻢُﺘْﻴَﺟﺎَﻧ ﺍَﺫِﺇ ﺍﻮُﻨَﻣﺍَء  َﻦﻳِﺬﱠﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
“Ey iman gətirənlər, Peyğəmbərlə  məxfi  və xüsusi söhbət etmək istədiyiniz 
zaman öz söhbətinizdən qabaq bir sədəqə verin...”
3
 
Bütün  şiə quranşünasları  və  əhli-sünnə alimlərinin  əksəriyyəti yuxarıdakı 
ayənin Quranın mənsux ayələrindən olduğunu bildiriblər. Bir qədər əvvəldə qeyd 
etdik ki, Ayətullah Xoi təkcə bu ayəni mənsux ayə hesab etmişdir. Bu ayənin nazil 
olma səbəbi (şəni-nüzulu) barədə demişlər: Müsəlmanlar çoxlu lazımsız suallar 
ilə Həzrət Peyğəmbərin (s) vaxtını boş yerə alırdılar. Bu ayə nazil oldu və hər dəfə 
söhbət üçün bir dirhəm sədəqə vermək vacib buyuruldu. 
Əllamə Təbatəbai yazır: 
Möminlər və səhabələr sədəqə vermək qorxusundan Peyğəmbər (s) ilə məxfi 
söhbəti tərk etdilər. Əli ibn Əbu Talibdən (ə) başqa heç kim Peyğəmbərlə (s) məxfi 
söhbət etmədi. Əli (ə) on dəfə bu işi gördü və hər dəfə sədəqə verdi. Beləcə, bu 
ayədən sonrakı ayə nazil oldu və ayədə səhabələr və möminlər bərk qınanıldı:
    ...ٍﺕﺎَﻗَﺪَﺻ ْﻢُﻛﺍَﻮ ْﺠَﻧ  ْﻯَﺪَﻳ  َﻦْﻴَﺑ ﺍﻮُﻣﱢﺪَﻘُﺗ  ْﻥَﺃ ْﻢُﺘْﻘَﻔْﺷَﺃَء
“Yoxsa (Peyğəmbərlə) məxfi və xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən 
qorxdunuz?...”
4
Bu  ayə nazil olmaqla əvvəlki ayənin hökmü nəsx oldu.
5
1
  Əhzab surəsi, ayə: 6.
2
  əl-Mizan, c.9, s.141-143; ət-Təmhid, c.2, s.309-310.
3
  Mucadilə surəsi, ayə: 12.
4
  Mucadilə surəsi, ayə: 13.
5
  əl-Mizan, c.19, s.189; əl-Bəyan, s.373-380; ət-Təmhid, c.2, s.300.


289
6) “Döyüşçülərin sayı” ayəsi:
 ٌﺔَﺋﺎِﻣ ْﻢُﻜْﻨِﻣ  ْﻦُﻜَﻳ  ْﻥِﺇ َﻭ ِﻦْﻴَﺘَﺋﺎِﻣ ﺍﻮُﺒِﻠْﻐَﻳ  َﻥﻭُﺮِﺑﺎَﺻ  َﻥﻭُﺮْﺸِﻋ ْﻢُﻜْﻨِﻣ  ْﻦُﻜَﻳ  ْﻥِﺇ ِﻝﺎَﺘِﻘْﻟﺍ ﻰَﻠَﻋ  َﻦﻴِﻨِﻣْﺆُﻤْﻟﺍ ِﺽﱢﺮَﺣ ﱡﻰِﺒﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
. َﻥﻮُﻬَﻘْﻔَﻳ  ﱠﻻ ٌﻡ ْﻮَﻗ ْﻢُﻬﱠﻧَﺄِﺑ ﺍﻭُﺮَﻔَﻛ  َﻦﻳِﺬﱠﻟﺍ  َﻦِﻣ ﺎًﻔْﻟَﺃ ﺍﻮُﺒِﻠْﻐَﻳ
“Ey Peyğəmbər, möminləri döyüşə  həvəsləndir.  Əgər sizdən iyirmi nəfər 
səbirli olsa, kafirlərin iki yüz nəfərinə qalib gələr. Əgər sizdən yüz nəfər səbirli 
olsa, kafirlərin min nəfərinə qalib gələr. Çünki onlar anlamaz bir tayfadır.”
1
“ət-Təmhid” kitabının müəllifi bu ayənin sonrakı ayə ilə nəsx olduğunu qeyd 
etsə də
2
, lakin “əl-Bəyan” və “əl-Mizan” əsərlərinin müəllifləri qeyd edirlər ki, bu 
ayə ilə sonrakı ayənin siyaqı onların eyni vaxtda nazil olduğunu göstərir. Buna 
görə də onlar sonrakı ayənin bu ayə üçün nasix oduğunu qəbul etmirlər.
3
Fəslin əsas mətləbləri:
1. Teminoloji “nəsx”in  şərtləri müəyyənləşməklə, keçmiş alimlərin mənsux 
ayələrin sayı barədə olan nəzərlərinin – belə ki, onların bəziləri Quranda beş yüzə 
qədər mənsux ayə olduğunu qeyd etmişlər – artıq elmi dəyəri yoxdur.
2. Müasir şiə və əhli-sünnə quranşünasları mənsux ayələrin sayının az oldu-
ğunu qeyd edirlər. Dr. Subhi Saleh 10 ayənin, Ayətullah Mərifət 8 ayənin, Əllamə 
Şi`rani və Əllamə Təbatəbai 5 ayənin, Ayətullah Xoi isə yalnız 1 ayənin mənsux 
olduğunu qeyd etmişlər. 
3. Mənsux ayələrin beşi aşağıdakılardır:
“Döyüşdən vaz keçmək” ayəsi, “ramazan ayının gecələrində cinsi əlaqənin 
haramlığının aradan qaldırılması” ayəsi, “zinakar qadının cəzası” ayəsi, “iman 
vasitəsilə varislik” ayəsi, “nəcva” (məxfi söhbət) ayəsi.
Səkkizinci hissənin sualları:
1. “Nəsx”in lüğəvi mənasını izah edin. “Nəsx”in terminoloji tərifində mövcud 
olan üç məktəb hansılardır? İzah edin.
2. Müasir quranşünaslar “nəsx”in terminoloji tərifində hansı  məktəbi qəbul 
edirlər?
3. “Nəsx”in şərtlərini açıqlayın.
4. “Nəsx”in şərtlərini nəzərə alaraq onun dəqiq tərifini bəyan edin.
5. Quranda “nəsx”in baş verdiyinə dəlalət edən iki ayə qeyd edin.
6. Qanunlarda “nəsx”in həqiqi və məcazi mənalarını açıqlayın və izah edin ki, 
şəri hökmlərdə “nəsx”, hansı mənada olan “nəsx”dir?
1
  Ənfal surəsi, ayə: 65.
2
  ət-Təmhid, c.2, s.301.
3
  əl-Bəyan, s.354; əl-Mizan, c.9, s.125.


290
7. “Nəsx”i inkar edənlər hansı  məsələlərə istinad etmişlər? Onlara verilən 
cavablar nədir?
8.  Quran üçün “nəsx”in hansı qismi qəbul olunur? Digər qisimlərin qəbul 
olunmamasının səbəbi nədir?
9. Quranın “mütəvatir hədis” və “vahid xəbər” ilə “nəsx” olunması düz gün-
dürmü? Düzgün olduğu fərz olunduğu təqdirdə, belə bir “nəsx” baş vermişdirmi?
10. Üç mənsux ayəni onların nasix ayələri ilə birlikdə qeyd edin, onları qisaca 
izah edin.
Araşdırma üçün suallar:
1.  Keçmiş  və müasir alimlərin nəzərində “nəsx”in hüdudlarını  və  şərtlərini 
açıqlayın.
2. Şiə kəlam elmində “Bəda” mövzusunda araşdırma aparın.
3. “Tilavətin və hökmün nəsxi” və “tilavətin nəsxi və hökmün qalması” qisim-
lə rini  bəzi  əhli-sünnə alimləri qəbul etmişlər. Onların göstərdikləri nümunələri 
qeyd edin, sonra onların əsassız olduğunu açıqlayın.
4. “Nəsx” olunduğu iddia edilən beş ayəni (kitabda qeyd edilən ayələrdən qeyri 
ayələri) araşdırın, onların “nəsx” olunduğunu inkar və ya qəbul etdiyinizi bildirin.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə