Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə100/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   110

295
Birinci fəsil
Möhkəm və mütəşabih
Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur:
 ْﻢِﻬِﺑﻮُﻠُﻗ ﻰِﻓ  َﻦﻳِﺬﱠﻟﺍ ﺎﱠﻣَﺄَﻓ  ٌﺕﺎَﻬِﺑﺎَﺸَﺘُﻣ ُﺮَﺧُﺃ َﻭ ِﺏﺎَﺘِﻜْﻟﺍ ﱡﻡُﺃ  ﱠﻦُﻫ  ٌﺕﺎَﻤَﻜْﺤُﻣ  ٌﺕﺎَﻳﺍَء ُﻪْﻨِﻣ  َﺏﺎَﺘِﻜْﻟﺍ َﻚْﻴَﻠَﻋ َﻝَﺰﻧَﺃ ﻯِﺬﱠﻟﺍ َﻮُﻫ
  َﻥﻮُﻟﻮُﻘَﻳ ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ  َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ َﻭ ُﷲ  ﱠﻻِﺇ ُﻪَﻠﻳِﻭْﺄَﺗ ُﻢَﻠْﻌَﻳ ﺎَﻣ َﻭ ِﻪِﻠﻳِﻭْﺄَﺗ َءﺎَﻐِﺘْﺑﺍ َﻭ ِﺔَﻨْﺘِﻔْﻟﺍ َءﺎَﻐِﺘْﺑﺍ ُﻪْﻨِﻣ َﻪَﺑﺎَﺸَﺗ ﺎَﻣ  َﻥﻮُﻌِﺒﱠﺘَﻴَﻓ ٌﻎْﻳَﺯ
.ِﺏﺎَﺒْﻟَ ْﻷﺍ ﺍﻮُﻟ ْﻭُﺃ  ﱠﻻِﺇ ُﺮﱠﻛﱠﺬَﻳ ﺎَﻣ َﻭ ﺎَﻨﱢﺑَﺭ ِﺪْﻨِﻋ  ْﻦِﻣ ﱞﻞُﻛ ِﻪِﺑ ﺎﱠﻨَﻣﺍَء
“Kitabı (Quranı) sənə nazil edən Odur. Onun bir qismi möhkəm ayələrdir 
(mənası aydın ayələrdir) ki, bu ayələr “Kitabın anası”dır. Bir qismi isə mütəşabih 
ayələrdir (neçə cür mənalandırıla bilən ayələrdir). Qəlblərində  əyrilik (şəkk-
şübhə, haqdan dönüklük) olanlar fitnə-fəsad salmaq və  təvil etmək (istədikləri 
kimi məna vermək) məqsədilə mütəşabih ayələrin ardınca olarlar (onlara tabe 
olarlar). Halbuki, onun tə`vilini Allahdan və elmdə qüvvətli olanlardan başqa 
heç kim bilmir. Onlar (elmdə qüvvətli olanlar) isə: “Biz ona iman gətirdik, onun 
hamısı (istər möhkəm, istərsə  də mütəşabih ayələr) Rəbbimiz tərəfindəndir” - 
deyərlər. (Bunu) ağıl sahiblərindən başqası başa düşməz.” 
Yuxarıdakı ayədə Quran ayələri iki dəstəyə - möhkəm və mütəşabihə bölünür 
və hər birinin özünəməxsus cəhəti bəyan olunur. Lakin ilk öncə “möhkəm” və 
“mütəşabih” sözlərinin mənaları ilə tanış olmaq lazımdır.
“Möhkəm” və “mütəşabih”in izahı
1- “Möhkəm” (ﻢَﻜ ْﺤُﻣ): 
Rağib İsfahani “Mufrədat” kitabında yazır: 
“َﻢَﻜَﺣ” sözü “َﻊَﻨَﻣ” mənasını, yəni “mane oldu” mənasını bildirir. Buna gorə də 
ərəb dilində atın cilovuna “ﺔَﻤَﻜَﺣ” deyilir. (Çünki cilov heyvanın hərəkət etməsinə 
və vurnuxmasına mane olur.)
Beləliklə, bu söz bir növ “mane olma” və “nüfuz olunmaz” mənasını özün də 
daşıyır. “Qazi hökm verdi” dedikdə bu məna nəzərdə tutulur ki, hökm veril mə mişdən 
qabaq məsələ qətiləşməmişdi, lakin hökm verildikdən sonra məsələ qətiləşdi və təsbit 
oldu. Bir şeyin “möhkəm” olması o deməkdir ki, heç bir kənar amil ona nüfuz edə 
bilmir. Rağib İsfahani deyir: “Möhkəm odur ki, nə ləfz, nə də məna baxımından onda 
şəkk-şübhə yaranmır.” Bu xüsusiyyət bir kəlamda o zaman yaranır ki, kəlam mənanı 
ifadə etməkdə heç bir qaranlıq məqama və eyhama yer qoymur, nəzərdə tutulan məna 
və məqsədə açıq-aydın şəkildə və bütünlüklə dəlalət edir. 


296
 2- “Mütəşabih” (ﻪِﺑﺎَﺸَﺘُﻣ):
Rağib İsfahani yazır: 
““ﺔَﻬْﺒُﺷ” (şubhə) – “aralarında olan oxşarlığa görə iki şeyi bir-birindən ayırd 
edə bilməmək” mənasını bildirir. (İstər bu oxşarlıq zahiri baxımdan olsun, istərsə 
də məna baxımından olsun). Quranda “mütəşabih kəlam” o kəlamdır ki, ləfz və 
ya məna baxımından başqa bir şeyə müəyyən oxşarlığına görə onu şərh etmək 
çətinləşmişdir. Fəqihlər deyirlər: Mütəşabih kəlam odur ki, onun zahiri batinindən 
xəbər vermir, yəni kəlamın zahiri nəzərdə tutulan mənanı çatdırmır.” 
Beləliklə, Quran terminində “mütəşabih” o sözdür ki, onun bir neçə mənası 
olduğu ehtimal verilir. Bu səbəbdən də, həmin söz barəsində şəkk-şübhə yaranır. 
Onu düzgün təvil etmək (mənalandırmaq) imkanı olduğu kimi, səhv təvil etmək 
ehtimalı da mövcuddur. Azğınlar da bu sözləri öz məqsədlərinə uyğun təvil 
etməyə, yəni mənalandırmağa səy göstərmişlər.
1
“Ali-İmran” surəsinin 7-ci ayəsində Quran ayələri iki dəstəyə - “möhkəm” 
və “mütəşabih”ə ayrılsalar da, lakin başqa ayələrdə “möhkəm” və “mütəşabih” 
ifadələri ayrı-ayrılıqda bütün Qurana aid edilmişdir. 
“Hud” surəsinin 1-ci ayəsində buyurulur: 
.ٍﺮﻴِﺒَﺧ ٍﻢﻴِﻜَﺣ  ْﻥُﺪَﻟ  ْﻦِﻣ  ْﺖَﻠﱢﺼُﻓ ﱠﻢُﺛ ُﻪُﺗﺎَﻳﺍَء  ْﺖَﻤِﻜْﺣُﺃ  ٌﺏﺎَﺘِﻛ
“(Bu Quran) ayələri möhkəmlənmiş, sonra isə hikmətli və  xəbərdar (Allah) 
tərəfindən müfəssəl (izah) edilmiş bir kitabdır.”     
“Zumər” surəsinin 23-cü ayəsində buyurulur:
        ... َﻰِﻧﺎَﺜﱠﻣ ﺎًﻬِﺑﺎَﺸَﺘﱡﻣ ﺎًﺑﺎَﺘِﻛ ِﺚﻳِﺪَﺤْﻟﺍ  َﻦَﺴْﺣَﺃ َﻝﱠﺰَﻧ ُﷲ
“Allah sözün ən gözəlini (ayələri) bir-birinə bənzər və bağlı olan kitab şəklində 
nazil etmişdir.”
“Hud” surəsinin 1-ci ayəsində Quran ayələrinə aid edilən “ ْﺖَﻤِﻜْﺣُﺃ” (“möhkəm-
lən miş”) ifadəsində - ayədə işlənən “ ْﺖَﻠﱢﺼُﻓ” (“müfəssəl edilmiş”) ifadəsini nəzərə 
alaraq - ayələrin tədrici nüzuldan, yəni ayə-ayə nazil olmamışdan qabaq vəziyyəti 
nəzərdə tutulur. Quran, tədrici nüzuldan qabaq “vahid və sabit bir həqiqət” 
mərhələsində idi, onda hissələr və saysız ayələr yox idi. Lakin tədrici nüzul 
zamanı “ﻡﺎَﻜ ْﺣﺇ” ( ْﺖَﻤِﻜْﺣُﺃ)  
mərhələsi öz yerini “ ْﺖَﻠﱢﺼُﻓ) “ﻞﻴِﺼْﻔَﺗ) mərhələsinə verdi.
2
    
“Zumər” surəsinin 23-cü ayəsində bütün Qurana “ﺎًﻬِﺑﺎَﺸَﺘﱡﻣ” sifətinin aid edilməsi 
bu mənanı daşıyır: Quran elə bir kitabdır ki, onun bütün ayələri bir-birilə əlaqəlidir, 
ayələr arasında heç bir ziddiyyət və ixtilaf mövcud deyildir, bütün ayələr eyni bir 
hədəfi izləyir.
3
1
  ət-Təmhid, c.3, s.9.
2
  əl-Mizan, c.3, s.20.
3
  Nisa surəsi, ayə: 82.
.ﺍًﺮﻴِﺜَﻛ ﺎًﻓ َﻼِﺘ ْﺧﺍ ِﻪﻴِﻓ ﺍﻭُﺪَﺟَﻮَﻟ ِ ﱠﷲ ِﺮْﻴَﻏ ِﺪْﻨِﻋ  ْﻦِﻣ  َﻥﺎَﻛ ْﻮَﻟ َﻭ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ  َﻥﻭُﺮﱠﺑَﺪَﺘَﻳ  َﻼَﻓَﺃ 


297
“Möhkəm” və “mütəşabih” terminlərini izah etdikdən sonra “Ali-İmran” surəsinin 
7-ci ayəsinin izahına qayıdırıq. Bu ayədə “möhkəm ayələr”, “ﺏﺎَﺘِﻜْﻟﺍ ﱡﻡُﺍ” - “Kitabın anası” 
tanıtdırılıb. “ﱞﻡُﺍ”  sözünün kökü “ُﺪُﺼْﻘَﻳ َﺪَﺼَﻗ”  mənasını bildirən “ﱡﻡُﺆَﻳ ﱠﻡَﺍ” sözüdür. Övlad 
anaya tərəf üz tutduğu üçün ərəblər anaya “ﱞﻡُﺍ” deyirlər. “ﱞﻡُﺍ”  sözü “müraciət yeri” 
mənasını bildirir. “ﺏﺎَﺘِﻜْﻟﺍ ﱡﻡُﺍ”  dedikdə, o qisim ayələr nəzərdə tutulur ki, digər qisim 
ayələr üçün müraciət və istinad yeridir. Quranın açıq-aydın ifadəsinə görə “möhkəm 
ayələr” ana ayələrdir, əsas götürülən və istinad yeri olan ayələrdir. Bu ayələrdə heç bir 
qeyri-aydın və anlaşılmayan məna və məqam yoxdur, əksinə, onlar mütəşabih ayələrdə 
anlaşılmayan məqamlara aydınlıq gətirirlər. Elə bu ayədən belə bir nəticə əldə olunur 
ki, Quranın bir qisim ayələrinin “mütəşabih” olmasına baxmayaraq, mütəşabih ayələri 
möhkəm ayələrə istinad etdirməklə mütəşabih ayələrdə anlaşılmayan məna aydınlaşır, 
möhkəm ayələr sayəsində onların mənası məlum olur. Başqa sözlə, Quranın bir qisim 
ayələrinin (kiçik bir qisim ayələrin) mütəşabih olmasına baxmayaraq, bu ayələrdə olan 
mütəşabihlik “zati və daimi” deyildir. Çünki Quranın özü mütəşabihlərin mənasını 
aydınlaşdırmağın yolunu müəyyən etmişdir.   
 
Möhkəm və mütəşabihin müəyyən edilməsi
(nəzəriyyələr)
Ümumiyyətlə, “möhkəm” və “mütəşabih” barədə aşağıdakı nəzriyyələr möv-
cud dur:
1
1- Mütəşabihlər bəzi surələrin ilk ayəsi olan “muqəttə`ə hərflər”dir və qalan 
ayələr möhkəm ayələrdir. 
2- Möhkəm ayələr “muqəttə`ə hərflər”dir və qalan ayələr mütəşabih ayələrdir.
3- Quranda “mubəyyən” ayələr möhkəm ayələr, “mucməl” ayələr isə mütəşabih 
ayələrdir. 
4- Nasix ayələr möhkəm, mənsux ayələr isə mütəşabih ayələrdir. 
5- Möhkəm ayələr aydın və vazeh dəlilləri olan ayələrdir. Amma mütəşabihlərin 
müəyyən edilməsində ətraflı düşünməyə və götür-qoya ehtiyac vardır. 
6- Möhkəm o ayələrdir ki, onların mənasını dərk etmək – istər məxfi, istərsə 
də  aşkar bürhan ilə - mümkündür. Mütəşabihlər isə bunun əksidir, məsələn, 
Qiyamətin vaxtını bilmək və s. 
7- Ehkam ayələri Quranın möhkəm ayələri, qalan ayələr isə mütəşabih ayələrdir. 
8- Möhkəm ayələrin bir izahı və mənası var, halbuki, mütəşabih ayələr üçün 
bir neçə izah və məna ehtimal verilir.
9- Ayələrin möhkəm və mütəşabihə bölünməsi qissə (hekayət) ayələrinə aid-
dir: Peyğəmbərlərin və onların ümmətlərinin hekayətləri aydın  şəkildə  bəyan 
1
  Müraciət edin: Məcməul-bəyan, c.1, s.699 və c.2, s.700; əl-Mizan, c.3, s.32-40.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə