Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə99/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   110

291
DOQQUZUNCU HŽSS€
MÖHK€M V€ 
MÜT€šABŽH


292
Doqquzuncu hissə: Möhkəm və mütəşabih
Birinci fəsil: Möhkəm və mütəşabih
İkinci fəsil: Quranda mütəşabihlərin olmasının fəlsəfəsi
Üçüncü fəsil: Mütəşabih ayələrin bəzi nümunələri
Dördüncü fəsil: Təvil
Bu hissədə nəzərdə tutulan hədəflər:
- Möhkəm və mütəşabih ayələr, onların Quran təfsirində  və Quran 
elmlərində rolu;
- Möhkəm və mütəşabih ayələri təyin etməkdə quranşünasların rəyi;
- Quranda mütəşabih ayələrin olmasının hikməti və fəlsəfəsi;
- Mütəşabih ayələrin bəzi nümunələri;
- Quranın təvili və onu bilməyin mümkünlüyü, yaxud qeyri-
mümkünlüyü.
Bu hissədə istifadə olunan əsas mənbələr:
əl-Mizan, c.3; ət-Təmhid, c.3; Ulumul-Quran indəl-mufəssirin, 
c.3; “Möhkəm və mütəşabih” adlı bir neçə əsər. 


293
Müqəddimə
Qurani-Məcidin müəyyən özəllikləri vardır. Elə bu özəlliklərinə görə bu kitab 
digər kitablardan fərqlənir. Bu səmavi kitabdan bəhrələnmək, onun uca maarifini 
və qiymətli məzmununu mənimsəmək bir sıra məsələləri bilməyə bağlıdır. Quranı 
düzgün başa düşməkdə bu məsələlərin hər birinin öz rolu vardır və onlara əhəmiyyət 
verməmək bu səmavi kitabın məzmunundan uzaqlaşmağa bərabərdir. Həmin 
məsələlərdən biri Quranda möhkəm və mütəşabih ayələri tanımaqdır. Bu məsələ 
elə bir əhəmiyyət və  dəyərə malikdir ki, bütün müfəssirlər Qurani-Kərimin hər 
ayəsində buna diqqət yetirməyi lazımlı hesab etmiş, bu məsələyə qarşı diqqətsizliyi 
isə Quranın səhv təfsir olunması ilə nəticələndiyini bildirmişlər. Quran, hissələri bir-
biri ilə əlaqəli olan bir məcmuə olub – Quranın özündə vurğulanır ki, onun ayələri 
arasında heç bir ixtilaf, ziddiyyət yoxdur – möhkəm və mütəşabih ayələrə ayrılır. 
Bəzi ayələr “ana ayələr”dir, yəni bu ayələr istinad yeridir. Bəzi ayələr isə birinci dəstə 
ayələrə - ana ayələrə - istinad edilməlidir. Bu səbəbdən də, Quranı təfsir edərkən 
ikinci dəstə ayələrə müstəqil yanaşma, Quranı düzgün dərk etmək yolundan insanı 
tamamilə çıxarır və insan özü də bilmədən Allahın kitabının əksinə hərəkət edir. 
Heç şübhəsiz, İslam ümmətində müxtəlif firqə və cərəyanların yaranmasının səbəbi 
mütəşabih ayələri əsas götürmək, onlara müstəqil yanaşma olmuşdur.
Mucəssəmə, Mucbirə, Mufəvvəzə kimi azğın  firqələrin yaranmasının səbəbi 
mütəşabih ayələrə  əsaslanmaq və möhkəm ayələri nəzərə almamaq olmuşdur. 
Təəssüflər olsun ki, belə bir yanaşma İslamın ilk əsrlərindən indiyədək mövcud olmuş
hər bir dövrdə müəyyən dəstələr zaman və  məkanın tələbinə görə bu ayələri  əsas 
götürüb dinə bidətlər gətirmişlər. Onlar Qurani-Məcidin ayələrini öz nəfsi istəklərinə 
çatmaq üçün dəstavüz edib din və Quran pərdəsi altında gizlənmişlər. Bəlkə elə 
buna görədir ki, İslamın ilk əsrlərindən indiyədək müfəssirlər və quranşünaslar 
“möhkəm və mütəşabih” mövzusuna xüsusi diqqət ayırmışlar. Səhabə və tabeindən 
olan müfəssirlərin, sonralar isə böyük din alimlərinin bu mövzuda geniş  bəhsləri 
dediklərimizə sübutdur. Şiə və sünni müfəssirlərinin təfsir kitablarında “möhkəm və 
mütəşabih” ayələrin şərhində bu mövzu geniş açıqlanmaqla yanaşı, bir çox müfəssirlər 
və Quran alimləri bu mövzuya geniş yer vermiş, hətta ayrıca əsərlər yazmışlar.
1
1
   Nümunə üçün bu kitabları göstərmək olar: “Təfsirul-muhkəm vəl-mutəşabih”, Seyid Mürtəza Ələmul-Huda 
(h.q. 355-436); “Həqaiqut-təvil fi mutəşabihit-tənzil”, Seyid Rəzi (h.q. 359-406); “Kitabun fi muhkəmil-Quran 
və mutəşabihi”, Sur İbn Abdullah Əş`əri (vəfat tarixi: h.q. 300); “Mutəşabihul-Quran”, Qazi Əbdul-Cabbar 
İbn  Əhməd Həmədani (h.q. 359-415); “Mutəşabihul-Quran”  Əli ibn Həmzə  Kəsai (vəfat tarixi: h.q.183); 
“Mutəşabihatul-Quran”, Sədrul-mutəəllihin Məhəmməd ibn İbrahim Şirazi (h.q.979-1050); “Ulum-e Quran 
və fehrest-e mənabe”, c.1, s.391-dən başlayaraq, Dr. Seyid Əbdul-Vəhhab Taliqani.


294
Yuxarıda deyilənlər, “möhkəm və mütəşabih” mövzusunun əhəmiyyətini 
aydınlaşdırdı. Həmçinin gələcək bəhslərdə aydın olacaq ki, Quranı təfsir etməkdə 
ən yaxşı üsul, “Quranın Quranla təfsiridir”. Belə ki, mütəşabih ayələri möhkəm 
ayələrə istinad etdirmək, mütəşabih ayələri düzgün başa düşmək üçün möhkəm 
ayələrə diqqət yetirmək  “Quranın Quranla təfsiri”nin bir nümunəsidir. Bəzi hallarda 
isə, mənası dərhal başa düşülməyən bəzi ayələrin mənasını aydınlaşdırmaq, yaxud 
həmin ayələrin hüdudlarını müəyyənləşdirmək üçün mənası aydın olan ayələrə 
istinad etmək “Quranın Quranla təfsiri”nin nümunələridir. Söz yox ki, bu iş Quran 
sahəsində böyük biliklərə yiyələnməyi tələb edir.
Həm şiə, həm də əhli-sünnə qaynaqlarında olan saysız hədislərdə “təfsir be-rəy”, 
yəni şəxsi rəyə əsaslanıb Quranı təfsir etmək qadağan edilmişdir. Bu hədislərdə 
deyilir: Hər kim Quranı öz rəyinə əsaslanıb təfsir edərsə, cəhənnəmlikdir.
1
Bu hədislərdən belə  qənaətə  gəlirik ki, Quran ayələrinə müstəqil yanaşmaq 
və digər ayələrə müraciət etmədən təkcə ayənin özünə əsaslanmaq, Quranı dərk 
etməkdə naqis yoldur. Quran, özü ilə təfsir olunmalıdır.
2
Burada Quranda “möhkəm və mütəşabih” mövzusunun əhəmiyyətini bəyan 
edən bir neçə hədisi nəzərinizə çatdırırıq:
1) “Uyunu əxbari-Rza (ə)” kitabında qeyd edilir ki, İmam Rza (ə) buyurdu:
 ...  ٍﻢﻴِﻘَﺘْﺴًﻣ ٍﻁﺍَﺮِﺻ  ٰﻰَﻟﺇ َﻯِﺪُﻫ ِﻪِﻤَﻜ ْﺤُﻣ  ٰﻰَﻟﺇ ﻥﺍَء ْﺮُﻘْﻟﺍ َﻪِﺑﺎَﺸَﺘُﻣ ﱠﺩَﺭ  ْﻦَﻣ
“Kim Quranın mütəşabihini onun möhkəminə istinad etdirsə, düz yola hidayət 
olunar...”
3
2) “Nu`mani təfsiri”ndə qeyd edilir ki, İsmayıl ibn Cabir dedi: “Mən eşitdim 
ki, Əba Əbdullah Cəfər ibn Məhəmməd əs-Sadiq (ə) buyurdu:
  َﻦِﻣ  ﱠﺹﺎَﺨْﻟﺍ َﻭ ِﺥﻮُﺴْﻨَﻤْﻟﺍ  َﻦِﻣ َﺦِﺳﺎﱠﻨﻟﺍ ﱠﻞَﺟ َﻭ ﱠﺰَﻋ ِﷲ  َﺏﺎَﺘِﻛ  ْﻑِﺮْﻌَﻳ ْﻢَﻟ  ْﻦَﻣ ُﻪﱠﻧﺇ – ُﷲ ُﻢُﻜَﻤِﺣَﺭ – ﺍﻮُﻤَﻠْﻋﺍ َﻭ ... 
 .ِﻪِﻠْﻫَﺃ  ْﻦِﻣ َﻮُﻫ  َﻻ َﻭ ِﻥﺍَءْﺮُﻘْﻟﺎِﺑ ٍﻢِﻟﺎَﻌِﺑ  َﺲْﻴَﻠَﻓ ... ِﻢﺋﺍَﺰَﻌْﻟﺍ  َﻦِﻣ  َﺺَﺧﱡﺮﻟﺍ َﻭ ِﻪِﺑﺎَﺸَﺘُﻤْﻟﺍ  َﻦِﻣ َﻢَﻜْﺤُﻤْﻟﺍ َﻭ ﱢﻡﺎَﻌْﻟﺍ
“Bilin ki - Allah sizə rəhmət etsin – hər kim izzətli və cəlalətli Allahın kitabının 
nasixini mənsuxundan, xassı ammdan, möhkəmi mütəşabihdən, ruxəsi əzaimdən 
... ayırd edə bilmirsə, o, Quranı bilmir və Quran əhli deyildir.”
4
3) Həzrət Əli (ə) buyurub: 
.ٍﺺْﻌَﺒِﺑ ُﻪُﻀْﻌَﺑ ُﻖِﻄْﻨَﻳ َﻭ ٍﺾْﻌَﺑ  ٰﻰَﻠَﻋ ُﻪُﻀْﻌَﺑ ُﺪَﻬْﺸَﻳ ...
“Quranın bir dəstə ayələri digərlərinə şəhadət verir və bəyan edir.”
5
1
  əl-Mizan, c.3, s.75:   ِﺭﺎﱠﻧﻟﺍ  َﻥِﻣ ُﻩَﺩَﻌْﻘَﻣ َﺍ ﱠﻭَﺑَﺗَﻳْﻠَﻓ ِﻪِﻳْﺃ َﺭِﺑ  َﻥﺍَء ْﺭٌﻘْﻟﺍ  َﺭﱠﺳَﻓ  ْﻥَﻣ.
İmam Rza (ə) buyurub: 
.ٌﺮْﻔُﻛ ِﷲ ِﺏﺎَﺘِﻛ ﻰِﻓ ُﻱْﺃﱠﺮﻟﺍ .َﺄَﻄ ْﺧَﺍ ْﺪَﻘَﻓ  َﺏﺎَﺻَﺄَﻓ ِﻪِﺑْﺃَﺮِﺑ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ ﻰِﻓ َﻢﱠﻠَﻜَﺗ  ْﻦَﻣ 
2
  əl-Mizan, c.3, s.76-80.
3
  əl-Mizan, c.3, s.68; Təfsir-i Safi, c.1, s.319.
4
  əl-Mizan, c.3, s.80.
5
  Nəhcul-bəlağə, xütbə: 131.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə