Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə95/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   110

279
Altıncı fəsil
“Nəsx”in qisimləri
Quran alimlərinin əksəriyyəti Quran ayələrində “nəsx”in üç qismə ayrıldığını 
qeyd etmişlər:
1) Tilavətin və hökmün nəsxi:
Quranda “nəsx”in bu qisminin baş verdiyini iddia edənlər bu inancdadırlar ki, 
Quranda bəzi ayə və ya ayələr mövcud olmuş, lakin onların tilavəti hökmləri ilə 
birlikdə “nəsx” olmuşdur. Onların göstərdikləri nümunə, Aişədən nəql edilən hədis 
əsasındadır. Aişə demişdir: “Peyğəmbərə (s) nazil olan ayələrdən biri də bu idi: 
. َﻦْﻣﱢﺮَﺤُﻳ ٍﺕﺎَﻣﻮُﻠْﻌَﻣ ٍﺕﺎَﻌَﺿَﺭ ُﺮْﺸَﻋ
“On dəfə məlum süd vermək haramlığa bais olur.”
Bu ayə, beş dəfə süd vermə hökmü ilə nəsx oldu. Rəsulallah (s) vəfat etdikdən 
sonra bu ayə, hələ də, camaat arasında qiraət olunurdu.”
1
Maraqlısı budur ki, bu ayənin aradan getməsi əhvalatını belə nəql edirlər: Bu 
ayənin yazıldığı səhifə Rəsulallah (s) vəfat etdiyi vaxt onun taxtının altında idi. 
Onlar Rəsulallahı (s) dəfn etməklə  məşğul olduqları vaxt bir ev heyvanı içəri 
daxil olub bu səhifəni yedi. 
Bu sözlərin nə qədər əsassız və gülünc olduğu, həmçinin “nəsx”in bu qisminin 
əsassızlığı olduqca aydındır. Şiənin bu iddianı rədd etməsinə ehtiyac belə yoxdur. Bu 
hədis, “vahid xəbər”dir. Onlar bu hədis vasitəsilə kimsənin məlumatı olmadığı bir 
ayənin mövcudluğunu, sonra yenə həmin hədis vasitəsilə bu ayənin “nəsx” olduğunu 
isbat etmək istəmişlər. Əhli-sünnə tədqiqatçıları belə, bu növ “nəsx”i inkar etmişlər. 
Qazi Əbu Bəkr “İntisar” adlı kitabında bu növ “nəsx”in bir dəstə tərəfindən 
rədd edildiyini qeyd etmişdir. 
2
Sərxəsi “Usul” adlı kitabında, Cəziri və Həsən Əriz bu növ “nəsx”i qəbuledilməz 
hesab etmişlər.
3
Subhi Saleh bu fikirdədir ki, bu növ “nəsx”, Quranda çox sayda “nəsx” baş 
verdiyini qəbul edənlərin qorxub çəkinmədən etdikləri iddiadır.
4
Bu növ “nəsx”, Quranda təhrifin baş verdiyinə dəlalət edir.
1
  əl-Burhan, c.1, s.169-170; əl-İtqan, c.2, s.705; Mənahilul-irfan, c.2, s.212.
2
  əl-Burhan, c.2, s.171; əl-İtqan, c.2, s.705.
3
  ət-Təmhid, c.2, s.282-286.

 Məbahisun fi Ulumil-Quran, s.256.


280
2) Hökmün qalması və tilavətin nəsxi:
Yəni ayənin sözləri “nəsx” olmuş  və Qurandan silinmiş, lakin ayənin bəyan 
etdiyi hökm qüvvədə qalmış və bu hökmə əməl olunmaqdadır. Bu növ “nəsx”i qəbul 
edənlər belə deyirlər: “Nur” surəsində “rəcm” adlanan bu ayə mövcud olmuşdur: 
...ِﷲ  َﻦِﻣ  ًﻻﺎﻜﻧ ﺔﺘﺒﻟﺍ ﺎَﻤُﻫﻮُﻤِﺟْﺭﺎَﻓ ﺎَﻴَﻧَﺯ ﺍَﺫﺍ ُﺔَﺨْﻴﱠﺸﻟﺍ َﻭ ُﺦْﻴﱠﺸﻟﺍ
Lakin sonralar onun tilavəti “nəsx” olmuş, zinakar qoca kişi və qoca qadının 
daşqalaq edilməsi hökmü isə qüvvədə qalmışdır. 
Başqa bir hədisdə isə, bu ayənin “Əhzab” surəsinin ayələrindən – belə ki, 
bu surənin ayələrinin sayı “Bəqərə” surəsinin ayələrinin sayı  qədər olmuşdur - 
olduğu qeyd edilmişdir. 
1
Şiənin əqidəsinə görə, “nəsx”in qismi də birinci qisim kimi qəbuledilməzdir və 
Quranda baş verməmişdir. Bu iki qisim üçün yalnız bir-iki nümunə göstərilmişdir 
ki, bu hədislər də “vahid xəbər”dir. Bir halda ki, Quranın “sübut”u “təvatur” 
əsasındadır və onun “nəsx”i də “təvatur”  əsasında olmalıdır. Ona görə  də bu 
qəbildən olan hədislərə istinad edilə bilməz. Ayətullah Xoi bu barədə deyir:
“Quran ayəsinin “nəsx”i kimi mühüm bir hadisə  əgər baş vermiş olsaydı, 
hökmən bu hadisənin xəbəri geniş yayılar, danışılardı. Ravinin yalanına ən aydın 
dəlil budur ki, başqaları bu hadisəni nəql etməmişlər...”
2
“Nəsx”in bu qismini qəbul etmək, Quranın təhrif olunduğunu qəbul etməkdir. 
Quranın təhrif olunduğunu isə heç bir müsəlman qəbul etmir.
Subhi Saleh “nəsx”in bu qismini şiələr kimi kökdən qəbul etmir və öz fikrini 
çox gözəl bəyan edir:
“Məsələlərin qisimlərə ayrılması o vaxt düzgün olar ki, hər bir qisim üçün saysız 
və ya ən azı kifayət qədər nümunələr olmuş olsun. Beləcə, bu nümunələr əsasında 
ümumi bir qaydanı qəbul etmək mümkün olsun. Halbuki, “nəsx”in bu iki qismini qə-
bul edənlərin yalnız bir və ya iki nümunəsi vardır. Eyni zamanda, bu hədislər “vahid 
xəbər”dir. Bilirik ki, Quran ayəsinin nazil olmasına və həmçinin onun “nəsx” olmasına 
əmin olmaq üçün hüccət hesab olunmayan “vahid xəbər”ə əsaslanmağa icazə verilmir.”
3
3)  Hökmün nəsxi və tilavətin qalması:  
“Nəsx”in yalnız bu qismi qəbul olunur və “nasix və mənsux” barədə əsər yazan 
alimlər yalnız bu qisim üzərində dayanmışlar.
4
Qurani-Kərimin bəzi ayələri “nəsx olmuş” və “nəsx” onların yalnız hökmünə 
aiddir. Ayənin ləfzi və tilavəti isə Quranda yazılıb qorunmaqdadır. 
“Nəsx”in bu qismində üç növ “nəsx” barədə bəhs edilir:
1
  əl-Burhan, c.2, s.166.
2
  əl-Bəyan, s.285.
3
  Məbahisun fi Ulumil-Quran, s.265.
4
  əl-İtqan, c.2, s.706.


281
a) Quranın Quran ilə nəsxi;
b) Quranın mütavatir xəbər ilə nəsxi;
c) Quranın vahid xəbər ilə nəsxi.
Birinci növ “nəsx” barədə fikirayrılığı yoxdur. 
İkinci növ “nəsx” barədə isə alimlər arasında fikirayrılığı vardır. Alimlərdən bir 
dəstəsi bu növ “nəsx”in icazəli, digər bir dəstəsi isə qadağan olduğunu söyləmişlər. 
Bu növ “nəsx”in icazəli olduğunu söyləyən alimlərin özü də iki dəstəyə ayrılır: 
Bu növ “nəsx”in baş verdiyini qəbul edənlər və baş vermədiyini qəbul edənlər.
Bu növ “nəsx”in icazəli olduğunu söyləyənlərin gətirdikləri dəlil budur ki, 
Quranın sünnə ilə “nəsx”i nə “biz-zat”, nə də “bil-ğeyr” qeyri-mümkün deyildir. 
“Biz-zat” qeyri-mümkün olmadığı aydındır. “Bil-ğeyr” də qeyri-mümkün deyildir, 
çünki Quran ilahi vəhy olduğu kimi, sünnə də ilahi vəhydir. Allah-Təala buyurur: 
. ٰﻰَﺣﻮُﻳ ٌﻰ ْﺣَﻭ  ﱠﻻِﺇ َﻮُﻫ  ْﻥِﺇ . ٰﻯَﻮَﻬْﻟﺍ ِﻦَﻋ ُﻖِﻄْﻨَﻳ ﺎَﻣ َﻭ
“O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona vəhy olunan vəhydir.”
1
Zərqani bu bəhsin sonunda belə nəticə çıxarır: “Quranın sünnə ilə “nəsx”inin 
əql və  şəriət baxımından heç bir maneəsi yoxdur. Lakin bu növ “nəsx” baş 
verməmişdir və onun baş verdiyini qəbul edənlərin dəlilləri mükəmməl deyildir.”
2
Ayətullah Xoi bu barədə deyir: 
“Quran vasitəsilə sabit olan hökm, “mütəvatir sünnə” ilə və ya “qəti icma” ilə 
- belə ki, “nəsx”i Məsumun (ə) tərəfindən hökm verdiyi üzə çıxır – nəsx olur. Bu 
növ “nəsx”in əqli və nəqli maneəsi yoxdur. Odur ki, bu növ “nəsx” əgər müəyyən 
ayələr barədə sübuta yetirilsə, qəbul edirik. Əks təqdirdə, bu növ “nəsx”in baş 
verdiyini israrla söyləmirik.”
3
Belə görünür ki, bu növ “nəsx” Quranda baş verməmişdir. 
Lakin üçüncü növ “nəsx”, yəni Quranın “vahid xəbər” ilə “nəsx”i qəbul edil-
məzdir. Çünki “nasix” dəlilin şərtlərindən biri, “mənsux” dəlilə bərabər olmasıdır.
Fəslin əsas mətləbləri:
1. Quranda “nəsx”, 3 qismə ayrılmışdır: 1- Tilavətin və hökmün nəsxi; 2- Tila-
və tin  nəsxi və hökmün qalması; 3- Hökmün nəsxi və tilavətin qalması. 
Şiə və əhli-sünnə alimləri yalnız üçüncü qismi düzgün hesab edirlər. 
2. Qurani-Kərimdə hökmün nəsxi və tilavətin qalması üç şəkildə  təsəvvür 
olunur: Quranın Quran ilə  nəsxi, Quranın mütəvatir xəbər ilə  nəsxi, Quranın 
vahid xəbər ilə  nəsxi. Üçüncü növ “nəsx” qəbulolunmazdır.  İkinci növ “nəsx” 
qeyri-mümkün olmasa da, lakin baş verməmişdir. 
1
 (Nəcm surəsi, ayə: 3-4.) əl-İtqan, c.2, s.701; Mənahilul-irfan, c.2, s.237.
2
  Mənahilul-irfan, c.2, s.244.
3
  əl-Bəyan, s.286.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə