Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə92/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   110

270
onun nəzərdə tutduğu mənada belə, özündə  əks etdirməmişdir. Bir daha onun 
verdiyi tərifə nəzər salaq:
  ِﻡﺎَﻜْﺣ ْﻷﺍ  َﻦِﻣ ُﻊَﻔَﺗْﺮُﻤْﻟﺍ ُﺮْﻣَ ْﻻﺍ َﻚِﻟ ٰﺫ  َﻥﺎَﻛَﺃ ٌءﺍَﻮَﺳ ،ِﻪِﻧﺎَﻣَﺯ َﻭ ِﻩِﺪَﻣﺃ ِﻉﺎَﻔِﺗْﺭﺎِﺑ ،ِﺔَﺳﱠﺪَﻘُﻤْﻟﺍ ِﺔَﻌﻳِﺮﱠﺸﻟﺍ ﻰِﻓ ٍﺖِﺑﺎَﺛ ٍﺮْﻣﺍ ُﻊْﻓَﺭ َﻮُﻫ
...ِﺔﱠﻴِﻌ ْﺿَﻮْﻟﺍ ِﻡﺃ ِﺔﱠﻴِﻔﻴِﻠْﻜَﺘْﻟﺍ
Bu tərifdən müqəddəs  şəriətdə mövcud olan hökmün zaman baxımından 
daimilyi şərti əsla əldə edilmir. Əksinə, “ِﻪِﻧﺎَﻣَﺯ َﻭ ِﻩِﺪَﻣﺃ ِﻉﺎَﻔِﺗْﺭﺎِﺑ” ifadəsi belə bir güman 
yaradır ki, zahirdə  həmin hökm müəyyən bir zaman üçün imiş. Halbuki, onun 
nəzərdə tutduğu məna, tərifdən əldə edilən mənanın tam əksinədir. Terminoloji 
“nəsx” üçün tərif verən alimlərin heç biri “ِﻪِﻧﺎَﻣَﺯ َﻭ ِﻩِﺪَﻣﺃ ِﻉﺎَﻔِﺗْﺭﺎِﺑ” ifadəsini işlətməmişlər.
*   *   *
“Mənsuxun bihi” hökmün (ikinci hökmün) şərtləri:
1) Zaman baxımından “mənsux”dan sonra gəlməlidir. 
2) Bu hökm, “şəriət sahibi” Allah tərəfindən verilməlidir:
Odur ki, “əql” və “icma” əsasında əvvəlki hökm “nəsx” oluna bilməz. İkinci 
hökmün şəri dəlili yalnız “Kitab” və “sünnə”də gəlməlidir.
Bu  şərtə diqqət yetirmək, bir qədər  əvvəldə “nəsx” üçün qeyd etdiyimiz 
təriflərin çoxunda olan nöqsanı üzə çıxarır. Əgər biz, şəri təsdiqi olduğuna görə 
“əql” və “icma”nı “şəri dəlil” hesab ediriksə, onda bu ifadənin qeyd edildiyi bütün 
təriflərə irad tutmaq mümkündür:
 .ٍﺮﱠﺧَﺄَﺘُﻣ ﱟﻰِﻋْﺮَﺷ ٍﻞﻴِﻟَﺪِﺑ ﱢﻰِﻋْﺮﱠﺸﻟﺍ ِﻢْﻜُﺤْﻟﺍ ُﻊْﻓَﺭ
Təkcə Ustad Mərifətin verdiyi tərifdə  “şəri dəlil” (ﱟﻰِﻋ ْﺮَﺷ  ٍﻞﻴِﻟَﺩ) ifadəsi yerinə 
“təşri” (ﻊﻳِﺮْﺸَﺗ) ifadəsi işlənmişdir.    
“Xitab” məktəbinin tərəfdarlarının tərifinə bildirilən irad aydındır. Çünki 
“nəsx”i aşağıdakı ifadələrlə:
 
۳
ﻝﱠﻭﻷﺍ ﻢﻜﺤﻟﺍ ﻡﺍﻭﺩ ﻁْﺮَﺷ ءﺎَﻔِﺘْﻧﺍ ِﺭﻮُﻬُﻅ ﻰَﻠَﻋ ﱡﻝﺍﱠﺪﻟﺍ ُﻆْﻔَﻠﻟﺍ – 
۲
ﻪْﻨَﻋ ٍﺥﺍَﺮَﺘُﻣ ٍﺏﺎَﻄِﺨِﺑ – 
۱
ٍﺏﺎَﻄِﺨِﺑ ﱢﻰِﻋْﺮﱠﺸﻟﺍ ِﻢْﻜُﺤْﻟﺍ ُﻊْﻓَﺭ
bəyan edən təriflərdə, terminoloji “nəsx”də “mənsuxun bihi”, Məsumun (ə) 
“fe`l” (ﻞْﻌِﻓ) və “təqrir”inə  (ﺮﻳِﺮْﻘَﺗ)  şamil olmayacaqdır. Çünki “xitab” sözündən 
başa düşülən məna, “söz”dür (ﻝ ْﻮَﻗ). Halbuki, “sünnə” təkcə Məsumun (ə) “söz”ü 
ilə xülasələşmir.
Bu səbəbdən də, “xitab” məktəbinin “nəsx” üçün verdiyi tərif mükəmməl 
deyildir. Çoxları elə bu səbəbə görə, verdikləri təriflərdə “ّﻰِﻋ ْﺮَﺷ ٍﻖﻳِﺮَﻁ” ifadəsindən 
istifadə etmişlər. 
1
  Əbdul-Vəhhab Səbkinin tərifi.
2
 İbn Qudamənin tərifi.
3
 Cuveyninin tərifi.


271
3) “Mənsuxun bihi” ilə “mənsux” hökm bərabər olmalıdır. Buna görə də, bir 
ayənin “nəsx”ində yalnız başqa bir ayəyə və ya mütəvatir bir hədisə istinad etmək 
olar. Ayə, “vahid xəbər” ilə “nəsx” oluna bilməz, yaxud mütəvatir hədis və sünnə, 
qeyri-mütəvatir hədis ilə “nəsx” oluna bilməz. Bu şərtə diqqət yetirməmək bais 
olmuşdur ki, bəziləri “nəsx” bahanəsi ilə Quran ayələrinə qarşı olduqca cəsarətlə 
davranmış və ayənin “vahid xəbər” ilə nəsx edilməsini icazəli hesab etmişlər.
1
*   *   *
Nasixin şərti:
“Nasix” yalnız və yalnız “şəriət sahibi” Allah olmalıdır. Həzrət Peyğəmbər (s) və 
Məsum İmamlar (ə) hökmləri vəhy mənbəyindən alıb çatdırdıqlarına görə
2
, onlara 
da “şəriət sahibi” ünvanı aid edilir. Qeyrilərinin isə “nəsx etmə” haqqı yoxdur.
*   *   *
“Nəsx”in digər şərtləri də vardır. “Nəsx”in ən mühüm və vacib şərtlərindən 
biri budur ki, “nəsx” yalnız “mənsux”un ləfzinə deyil, hökmünə aid olur. Başqa 
sözlə, müəyyən bir hökmü bəyan edən bir ayə, başqa bir ayə ilə “nəsx” olunduqda, 
“mənsux” ayə Quran ayələri məcmusundan silinmir. Aradan qaldırılan, ayənin 
özü deyil, hökmüdür. Ayənin “nəsx”ini qəbul etmək – belə ki, buna “tilavətin 
nəsxi” deyilir – Qurani-Kərimin təhrifini qəbul etməklə  nəticələnir ki, heç bir 
müsəlman bunu qəbul etmir. “Nəsx”in tərifində işlənən bu ifadə:
 ﱢﻰِﻋ ْﺮﱠﺸﻟﺍ ِﻢْﻜُﺤْﻟﺍ ُﻊْﻓَﺭ
elə bu mətləbə  dəlalət edir. Yəni “nəsx” tilavətin deyil, hökmün aradan 
qalxmasıdır. Lakin təəssüflər olsun ki, nasix və mənsux ayələri artırmağa rəğbət 
gəstərən bir çox əhli-sünnə alimləri “tilavətin nəsxi”nə  də etiqad bəsləmişlər. 
Səkkizinci fəsildə onların fikirlərini və onlara olan iradlarımızı qeyd edəcəyik. 
Ayətullah Mərifətin “nəsx”üçün verdiyi dəqiq tərif belə, bu nöqsandan kənar 
qalmamışdır. Həmin tərifə bir daha nəzər salaq:
...ﺎًﻌﻣ ﺎَﻤُﻬُﻋﺎﻤِﺘْﺟﺍ ُﻦِﻜْﻤُﻳ  َﻻ ُﺚْﻴَﺤِﺑ ٍﻖِﺣ َﻻ ٍﻊﻳِﺮْﺸَﺘِﺑ – ِﻩِﺮِﻫﺎَﻅ َﺐَﺴَﺣ َﻡﺍَﻭﱠﺪﻟﺍ ﻰِﻀَﺘْﻘَﻳ َﻥﺎَﻛ – ٍﻖِﺑﺎَﺳ ٍﻊﻳِﺮْﺸَﺗ ُﻊْﻓَﺭ َﻮُﻫ
Bu tərif  “tilavətin nəsxi”nə də şamil olur. Çünki “ٍﻖِﺑﺎَﺳ ٍﻊﻳِﺮْﺸَﺗ ُﻊْﻓَﺭ” iki şəkildə 
təsəvvür oluna bilər:
1) Hökmün aradan qalxması;
2) Hökmün ləfz və tilavət ilə birgə aradan qalxması.
*   *   *
1
  Ətraflı məlumat səkkizinci fəsildə veriləcəkdir.
2
  “Nəcm” surəsinin 3-4-cü ayələrində oxuyuruq: ﻰ
َﺣﻮُﻳ ٌﻰ ْﺣَﻭ  ﱠﻻِﺇ َﻮُﻫ  ْﻥِﺇ .ﻯَﻮَﻬْﻟﺍ ِﻦَﻋ ُﻖِﻄْﻨَﻳ ﺎَﻣ َﻭ.


272
“Bəyan” məktəbinə bu iradı bildirməklə kifayətlənirik ki, bu məktəbin verdiyi 
tərif həqiqətdə “muqtəzayi-nəsx”i (ﺦﺴﻧ ﻯﺎﻀﺘﻘﻣ) bəyan edir. Çünki hökmün za ma-
nı nın başa çatmasını göstərmək üçün “bəyan”a ehtiyac vardır, yoxsa ki, “nəsx”, 
“bəyan” deyildir. 
Bura qədər dediklərimizdən, “nəsx”in şərtlərinin aşağıdakılardan ibarət oldu-
ğu nu  əldə edirik:
1) “Mənsux” (birinci hökm) şəri hökm olmalıdır, əqli hökm deyil;
2) “Mənsux” hökmdə “hökmün müəyyən bir zaman üçün olduğu” qeyd edil-
mə məlidir;
3) “Mənsuxun bihi” (ikinci hökm) zaman baxımından “mənsux”dan sonra gəl-
mə lidir;
4) “Mənsuxun bihi” şəriət sahibi tərəfindən verilməlidir;
5) “Mənsuxun bihi” ilə “mənsux” hökm bərabər olmalıdır;
6) Birinci dəlil ilə ikinci dəlil arasında “zati təaruz” və ya “xas dəlil vasitəsi ilə 
təaruz” mövcud olmalıdır;
7) İki dəlil arasındakı təaruz “tam və külli təaruz” olmalıdır; 
8) “Nasix” yalnız və yalnız müqəddəs şəriət sahibi olmalıdır. 
“Nəsx”in tərifi 
Qeyd olunan şərtləri nəzərə alaraq, Ayətullah Mərifətin terminoloji “nəsx” üçün 
verdiyi tərifi - bəzi əlavələr etməklə və bəzi izahları ixtisar etməklə - mükəmməl 
tərif hesab etmək olar:
  ْﻭﺃ ﺎًﺗﺍَﺫ ﺎﱠﻣﺇ ﺎًﻌَﻣ ﺎَﻤُﻬُﻋﺎَﻤِﺘْﺟﺍ  ُﻦِﻜْﻤُﻳ  َﻻ  ُﺚْﻴَﺤِﺑ ٍﻖِﺣ َﻻ ٍﻊﻳِﺮْﺸَﺘِﺑ – ِﻩِﺮِﻫﺎَﻅ  َﺐَﺴَﺣ َﻡﺍَﻭﱠﺪﻟﺍ ﻰِﻀَﺘْﻘَﻳ  َﻥﺎَﻛ – ٍﻢْﻜُﺣ ُﻊْﻓَﺭ
.ﺎًّﺼَﻧ
Fəslin əsas mətləbləri:
1.  Qədim alimlər bəzən “nəsx”i “mutləqin təqyidi”nə, “ümumun təxsisi”nə 
və “mubhəm və mucməlin bəyanı”na da aid edirdilər, necə ki, sonrakı şəri hökm 
vasitəsilə  əvvəlki  şəri hökmün aradan qalxmasını “rəf`” (ﻊْﻓَﺭ) hesab edirdilər. 
Buna görə də onların nəzərincə, nasix və mənsux ayələrin sayı çox olmuşdur. 
2. “Nəsx”in üç sütunu vardır: mənsux, mənsuxun bihi və nasix.
3. “Nəsx”in gerçəkləşməsi üçün səkkiz şərt tələb olunur.
4. “Nəsx”in dəqiq tərifi belədir:
.ﺎًّﺼَﻧ  ْﻭﺃ ﺎًﺗﺍَﺫ ﺎﱠﻣﺇ ﺎًﻌَﻣ ﺎَﻤُﻬُﻋﺎَﻤِﺘْﺟﺍ ُﻦِﻜْﻤُﻳ  َﻻ ُﺚْﻴَﺤِﺑ ٍﻖِﺣ َﻻ ٍﻊﻳِﺮْﺸَﺘِﺑ – ِﻩِﺮِﻫﺎَﻅ َﺐَﺴَﺣ َﻡﺍَﻭﱠﺪﻟﺍ ﻰِﻀَﺘْﻘَﻳ َﻥﺎَﻛ – ٍﻢْﻜُﺣ ُﻊْﻓَﺭ


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə