Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə89/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   110

262
İkinci fəsil
“Nəsx”in lüğəvi və terminoloji mənası
“Nəsx”in lüğəvi mənası
“Nəsx” sözü üçün lüğətdə müxtəlif mənalar qeyd olunubdur: aradan aparmaq 
(ﻪﻟﺍﺯﺍ), dəyişdirmək (ﺮﻴﻴﻐﺗ), ləğv etmək (ﻝﺎﻄﺑﺍ), bir şeyi başqa bir şeyin yerində qərar 
vermək (ﻥﺩﺍﺩ ﺭﺍﺮﻗ ﺮﮕﻳﺩ ﺰﻴﭼ یﺎﺟ ﺍﺭ یﺰﻴﭼ). 
.ِﻪِﺿِﺭﺎَﻌُﻣ  ْﻦَﻋ ُﻪَﺒَﺘَﻛ : َﺏﺎَﺘِﻜْﻟﺍ َﺦَﺴَﻧ
Kitabı (o biri kitabdan) köçürüb yazdı.
1
 
Cövhəri “Sihah”da yazır: 
“Nəsx” iki mənada işlənmişdir: aradan aparmaq (ﻪﻟﺍﺯﺍ) və dəyişdirmək (ﺮﻴﻴﻐﺗ).
.ُﻪْﺘَﻟﺍَﺯَﺃ :ﱠﻞﱢﻈﻟﺍ  ُﺲْﻤﱠﺸﻟﺍ ِﺖَﺨَﺴَﻧ
Günəş kölgəni aradan apardıdı.
.ﺎَﻬْﺗَﺮﱠﻴَﻏ :ﺭﺍﱠﺪﻟﺍ َﺭﺎَﺛﺍَء ُﺢﻳﱢﺮﻟﺍ ِﺖَﺨَﺴَﻧ
Külək evin qalıqlarını (xarabalıqlarını) dəyişdirdi. 
Cövhəri “bir ayənin başqa bir ayəni nəsx etməsi”ni ayənin hökmünün aradan 
qaldırılması mənasında olduğunu qəbul edir. 
Rağib İsfahani “Mufrədat” kitabında yazır: 
Nəsx, “bir şeyin ondan sonra gələn bir şey ilə aradan qaldırılması” mənasını 
daşıyır. Məsələn, günəşin kölgəni və ya kölgənin günəşin işığını aradan qaldırması, 
qocalığın cavanlığı aradan qaldırması (yəni qocalığın gəlişi ilə cavanlığın getməsi, 
aradan qalxması). “Nəsx” sözü bəzən “aradan aparmaq”, bəzən isə “təsbit etmək” 
mənasını (yəni birinci mənanın əksini) bildirir.
“Nəsxi-Quran” dedikdə, ayənin hökmünün ondan sonra gələn ayə vasitəsilə 
aradan qaldırılması nəzərdə tutulur. Mütəal Allah buyurur:
.ﺎَﻬِﻠْﺜِﻣ  ْﻭَﺃ ﺎَﻬْﻨِﻣ ٍﺮﻴَﺨِﺑ ِﺕْﺄَﻧ ﺎَﻬِﺴْﻨُﻧ ْﻭَﺃ ٍﺔَﻳﺍَء  ْﻦِﻣ ْﺦَﺴْﻨَﻧ ﺎَﻣ
“Hər hansı bir ayəti aradan aparsaq, yaxud unutdursaq (yaddaşlardan silsək), 
ondan daha xeyirlisini, yaxud onun bənzərini gətirərik.”
2
   
“Nəsxi-kitab” dedikdə isə, kitabın üzünün köçürülməsi nəzərdə tutulur. 
Burada  əvvəlki kitab aradan aparılmır,  əksinə, onun surəti başqa bir yerdə 
1
  Firuzabadi, əl-Qamusul-muhit.
2
  Bəqərə surəsi, ayə: 106.


263
təsbit edilir. Bu məna bəzən “ﺥﺎﺴﻨﺘﺳﺍ” kəlməsi ilə ifadə olunur. Mütəal Allah 
buyurur:
. َﻥﻮُﻠَﻤْﻌَﺗ ْﻢُﺘْﻨُﻛ ﺎَﻣ ُﺦِﺴْﻨَﺘْﺴَﻧ ﺎﱠﻨُﻛ ﺎﱠﻧِﺇ
“Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük”. 
1
Zərqaninin  nəzərincə, “nəsx” sözü ərəb dilində iki mənada işlənmişdir:
1) Aradan aparmaq (ﻪﻟﺍﺯﺍ) və məhv etmək (ﻡﺍﺪﻋﺍ):
  ُﻥﺎَﻄْﻴﱠﺸﻟﺍ ﻰِﻘْﻠُﻳ ﺎَﻣ ُﷲ ُﺦَﺴْﻨَﻴَﻓ ِﻪِﺘﱠﻴِﻨْﻣُﺃ ﻰِﻓ  ُﻥﺎَﻄْﻴﱠﺸﻟﺍ ﻰَﻘْﻟَﺃ  ٰﻰﱠﻨَﻤَﺗ ﺍَﺫِﺇ  ﱠﻻِﺇ ﱟﻰِﺒَﻧ  َﻻ َﻭ ٍﻝﻮُﺳَﺭ  ْﻦِﻣ َﻚِﻠْﺒَﻗ  ْﻦِﻣ ﺎَﻨْﻠَﺳْﺭَﺃ ﺎَﻣ َﻭ
   .ٌﻢﻴِﻜَﺣ ٌﻢﻴِﻠَﻋ ُﷲ َﻭ ِﻪِﺗﺎَﻳﺍَء ُﷲ ُﻢِﻜ ْﺤُﻳ ﱠﻢُﺛ
“Biz səndən  əvvəl də elə bir rəsul və  nəbi göndərmədik ki, o (öz kitabının 
ayələrini) oxuyanda şeytan onun sözlərində şübhə yaratmasın (təlqin və vəsvəsələr 
etməsin). Lakin Allah şeytanın təlqinlərini məhv edir, sonra Öz ayətlərini 
möhkəmləndirərək bərqərar edir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.”
2
 
2) Bir şeyin qorunması şərti ilə onun başqa bir şeyə köçürülməsi:
“Nəsxi-kitab”, “kitabın üzünün köçürülməsi” deməkdir. “ َﻥﻮُﻠَﻤْﻌَﺗ ْﻢُﺘْﻨُﻛ ﺎَﻣ ُﺦِﺴْﻨَﺘْﺴَﻧ ﺎﱠﻨُﻛ ﺎﱠﻧِﺇ” 
ayəsində işlənən “ُﺦِﺴْﻨَﺘْﺴَﻧ” kəlməsi də bu mənanı bildirir. Ayədə əməllərin səhifələrə 
və səhifələrdən başqa yerə köçürülməsi nəzərdə tutulur. 
3
 
“Aradan aparmaq”, “dəyişdirmək”, “ləğv etmək” və “köçürmək” mənalarının 
hansının “nəsx” sözünün həqiqi, hansının isə məcazi mənası olması barədə alimlər 
arasında  fikirayrılığı vardır. Dr. Mustafa Zeyd müxtəlif  fikirləri qeyd etdikdən 
sonra  Əbul-Huseyn Bəsrinin  fikirinin düzgün olduğunu qəbul edib, “Əhdi-
Qədim” və “Qurani-Kərim”də işlənən bir sıra ifadələri sübut gətirir. Əbul-Huseyn 
Bəsrinin fikrincə, “aradan aparmaq”, “nəsx” sözünün həqiqi mənası, “köçürmək” 
isə onun məcazi mənasıdır.
4
Azad mütaliə
Usuli-fiqh alimləri və quranşünaslar “nəsx” üçün müxtəlif təriflər və şərhlər 
vermişlər. Müxtəlif dövrlərdə “nəsx” termini üçün verilən təriflərə nəzər salaq:
“Nasix və mənsux” mövzusunda qələmə alınan və bizə gəlib çatan ən qədim 
əsər İbn Həzm Əndəlusinin (vəfat tarixi: h.q. 320-ci il) əsəridir. O, “nəsx” üçün 
bu tərifi qeyd etmişdir:
.ِﻪِﺗﻮُﺒُﺛ َﺪْﻌَﺑ ِﻢْﻜُﺤْﻟﺍ ُﻊْﻓَﺭ ُﻪﱠﻧﺇ :ْﻢُﻬُﻀْﻌَﺑ  َﻝﺎَﻗ َﻭ ،ُﻡﺍَﻭﱠﺪﻟﺍ ﺎَﻫُﺮِﻫﺎَﻅ ﻰِﺘﱠﻟﺍ ِﺓَﺩﺎَﺒِﻌْﻟﺍ ُءﺎَﻀِﻘْﻧﺍ :ﻞﻴِﻗ َﻭ ،ِﺓَﺩﺎَﺒِﻌْﻟﺍ ِﺓﱠﺪُﻣ ِءﺎَﻬَﺘْﻧﺍ ُﻥﺎَﻴَﺑ ُﻪﱠﻧﺇ
1
  Casiyə surəsi, ayə 29.
2
  Həcc surəsi , ayə: 52.
3
  Mənahilul-irfan, c.2, s.175.
4
  ən-Nəsxu fil-Quranil-Kərim, s.55-65.


264
Dr. Süleyman ibn İbrahim – belə ki, Əbu Cəfər Nəhhasın (vəfat tarixi: h.q. 
338-ci il) “ən-Nasix vəl-mənsux”  əsəri Dr. Süleyman ibn İbrahimin tədqiqat 
əsəri olaraq çap edilmişdir - “nəsx” barədə verilən müxtəlif tərifləri araşdıraraq, 
sözügedən  əsərin müqəddiməsində  həmin tərifləri müəlliflərin yaşadıqları tarix 
etibarilə ardıcıllıqla qeyd etmişdir:
1. Əbu Bəkr Cəssas (vəfat tarixi: h.q. 370-ci il):
.ِﺓَﻭ َﻼﱢﺘﻟﺍ َﻭ ِﻢْﻜُﺤْﻟﺍ ِﺓﱠﺪُﻣ  ُﻥﺎَﻴَﺑ
2. Qazi Əbu Bəkr Baqilani (vəfat tarixi: h.q. 403-cü il):
.ُﻪْﻨَﻋ ِﻪﻴِﺧﺍَﺮَﺗ َﻊَﻣ ِﻪِﺑ ﺎًﺘِﺑﺎَﺛ  َﻥﺎَﻜَﻟ ُﻩﻻ ْﻮَﻟ ٍﻪْﺟَﻭ  ٰﻰَﻠَﻋ ﻡّﺪَﻘَﺘُﻤْﻟﺍ ِﺏﺎَﻄِﺨْﻟﺎِﺑ ِﺖِﺑﺎﱠﺜﻟﺍ ِﻢْﻜُﺤْﻟﺍ ِﻉﺎَﻔِﺗْﺭﺍ  ٰﻰَﻠَﻋ ﱡﻝﺍﱠﺪﻟﺍ ُﺏﺎَﻄِﺨْﻟﺍ َﻮُﻫ
Hazimi, Xətib Bağdadi (vəfat tarixi: h.q. 463-cü il), Ğəzali (vəfat tarixi: h.q. 
505-ci il) və İbn Ətiyyə (vəfat tarixi: h.q. 546-cı il) bu tərifi seçmişlər.
3. Əbdul-Qahir Bağdadi (vəfat tarixi: h.q. 429-cu il):
 .ﺪﱡﺒَﻌﱠﺘﻟﺍ ِﺓﱠﺪُﻣ ِءﺎَﻬَﺘْﻧﺍ  ُﻥﺎَﻴَﺑ ُﻪﱠﻧﺇ
4. Əbul-Huseyn Bəsri Mötəzili (vəfat tarixi: h.q. 436-cı il):
 ٍﻪﺟﻭ ﻰﻠﻋ ،ﻪﻴﺧﺍﺮَﺗ َﻊَﻣ ِﻪِﻟﻮُﺳَﺭ  ْﻦَﻋ ﻝﻮﻘﻨﻣ ٍﻞْﻌِﻓ ْﻭَﺍ ِﻪِﻟﻮُﺳﺭ ْﻭَﺍ ﷲ ِﻦَﻋ ﻝﻮﻘﻨﻣ ٍﻝْﻮَﻘِﺑ ﺖﺑﺎﺜﻟﺍ ﻢﻜﺤﻟﺍ ﻞﺜﻣ ُﺔَﻟﺍﺯﺇ
.ﺎًﺘِﺑﺎَﺛ  َﻥﺎَﻜَﻟ ُﻩﻻْﻮَﻟ
5. Məkki ibn Əbu Talib (vəfat tarixi: h.q. 438-ci il):
 ﻥﺎﻴﺑ ﻮﻬﻓ ،ﻦﻴﻌﻣ ﺖﻗﻭ ﻰﻓ ،ﻝﺪﺑ ﺮﻴﻐﺑ ﻭﺃ ﺮﺧﺍء ﻢﻜﺣ ﻝﺪﺒﺑ ،ﻂﺳﻮﺘﻣ ﻑﺮﺣ ﺮﻴﻐﺑ ،ﻪﻠﻛ ﺥﻮﺴﻨﻤﻟﺍ ﻢْﻜﺣ ﺔﻟﺍﺯﺇ
.ﻝﻭﻸﻟ ﺦﺳﺎﻨﻟﺍ ،ﻰﻧﺎّﺜﻟﺍ ﺽﺮﻔﻟﺍ ﺃﺪﺘﺑﺍ ﺎﻬﻨﻣ ﻭ ﻝّﻭﻷﺍ ﺽﺮﻔﻟﺎﺑ ﻞﻤﻌﻟﺍ ﺎﻬﻴﻟﺇ ﻰﻬﺘﻧﺍ ﻰﺘﻟﺍ ﻥﺎﻣﺯﻷﺍ
6. İbn Həzm Zahiri (vəfat tarixi: h.q. 456-cı il):
7. Cuveyni (vəfat tarixi: h.q. 478-ci il):
8. Razi (vəfat tarixi: h.q. 606-cı il):
9. İbn Qudamə (vəfat tarixi: h.q. 620-ci il):
10. Amədi (vəfat tarixi: h.q. 631-ci il):
11. İbn Hacib (vəfat tarixi: h.q. 646-cı il):
Şatibi (vəfat tarixi: h.q. 790-cı il), Futuhi (vəfat tarixi: h.q. 972-ci il), Şəvkani 
(vəfat tarixi: h.q. 1250-ci il) və başqaları bu tərifi seçmişlər.
12. Qazi Bəyzavi (vəfat tarixi: h.q. 675-ci il):
13. Qərafi (vəfat tarixi: h.q. 684-cü il):
14. Əbdul-Vəhhab əs-Səbki (vəfat tarixi: h.q. 771-ci il):
15. Zərkeşi (vəfat tarixi: h.q. 794-cü il):


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə