Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə86/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   110

252
“Duxan” surəsinin axırıncı ayələri cəhənnəmlik və cənnətliklərin məkanını elə 
bir şəkildə təsvir edir ki, insan bir anda özünü cəhənnəm məmurlarının və alov 
dilimlərinin mühasirəsində hiss edir, növbəti an isə özünü təqvalıların kənarında, 
ortasında çaylar axan bağların içərisində hiss edir. Biz bu bəhsin sonunda gözəl 
bir sonluq üçün təqvalıların və zahidlərin məkanına baş vurur, Quran ayələri ilə 
onların diyarına səfər edirik: 
 ْﻢُﻫﺎَﻨ ْﺟﱠﻭَﺯ َﻭ َﻚِﻟ ٰﺬَﻛ . َﻦﻴِﻠِﺑﺎَﻘَﺘُﻣ ٍﻕَﺮْﺒَﺘْﺳِﺇ َﻭ ٍﺱُﺪْﻨُﺳ  ْﻦِﻣ  َﻥﻮُﺴَﺒْﻠَﻳ .ٍﻥﻮُﻴُﻋ َﻭ ٍﺕﺎﱠﻨَﺟ ﻰِﻓ .ٍﻦﻴِﻣَﺃ ٍﻡﺎَﻘَﻣ ﻰِﻓ  َﻦﻴِﻘﱠﺘُﻤْﻟﺍ  ﱠﻥِﺇ
. ِﻢﻴِﺤَﺠْﻟﺍ  َﺏﺍَﺬَﻋ ْﻢُﻫﺎَﻗَﻭ َﻭ   ٰﻰَﻟﻭُ ْﻷﺍ َﺔَﺗْﻮَﻤْﻟﺍ  ﱠﻻِﺇ  َﺕْﻮَﻤْﻟﺍ ﺎَﻬﻴِﻓ  َﻥﻮُﻗﻭُﺬَﻳ  َﻻ . َﻦﻴِﻨِﻣﺍَء ٍﺔَﻬِﻛﺎَﻓ ﱢﻞُﻜِﺑ ﺎَﻬﻴِﻓ  َﻥﻮُﻋْﺪَﻳ .ٍﻦﻴِﻋ ٍﺭﻮُﺤِﺑ
“Həqiqətən təqvalılar amanda olan bir yerdə olacaqlar. Bağların və çeşmələrin 
arasında. Nazik və qalın ipək geyimlər geyinəcək, bir-birləri ilə üz-üzə əyləşəcəklər. 
Bəli, belə olacaqdır. Onları hurul-eyn ilə evləndirərik. Orada xatircəm halda bü-
tün növ meyvələrdən istəyərlər. Orada birinci olümdən başqa bir ölümü dadma-
yacaqlar və (Allah) onları cəhənnəm əzabından qoruyur.”
1
Qurani-Məcidin hekayətlərində incəsənət yaradıcılığı, eləcə də, Quranın özü-
nəməxsus ürəkoxşayan avazı, xüsusilə də, “fasilə”ləri bir-birinə yaxın olan kiçik 
surələrin avazı, hər bir surə və ayənin məzmununa müvafiq xüsusi avazın olması 
barədə bəhs etmək ayrıca bir kitab yazmağı tələb edir. Hal-hazırda bəzi ölkələrdə
məsələn, Misirdə Quran qariləri Quranın qiraətini öyrənməyə başlamazdan əvvəl 
xüsusi musiqi dərslərində iştirak edirlər ki, Quran surələrini və ayələrini onların 
məzmununa uyğun avazla qiraət edə bilsinlər. 
8) Quranın ədəd möcüzəliyi:
Bəzi müasir Quran tədqiqatçıları Quranın başqa bir möcüzəvi cəhətindən bəhs 
etmişlər. Bu, Qurani-Kərimin ədəd möcüzəliyidir. Bu sahədə geniş araşdırma apa-
ranlardan Dr. Rəşad Xəlifə, Əbdur-Rəzzaq Nofəl və Əbu Zəhra ən-Nəcdinin adını 
çəkmək olar. Əbdur-Rəzzaq Nofəlin qələmə aldığı əsərin adı “Qurani-Kərimdə 
ədəd möcüzəliyi”dir. Şiə məzhəbli olan Dr. Əbu Zəhra ən-Nəcdinin əsərinin adı 
isə “Minəl i`cazil-bəlaği vəl-ədədi lil-Quranil-Kərim”dir (Qurani-Kərimin bəlaği 
və ədədi möcüzəliyi).
Fəslin əsas mətləbləri:
1. Quranın möcüzəliyi fəsahət və bəlağətdə xülasələşmir. Quranın bəzi möcü zəvi 
cəhətləri Quranın özündə bəyan olunmuş, onlar xüsusunda “təhəddi” mövcuddur.
2. Qurani-Kərimin bəzi möcüzəvi cəhətləri aşağıdakılardır:
Həzrət Peyğəmbərin (s) şəxsiyyəti, fəsahət və  bəlağət (söz möcüzəliyi), ali 
təlimlər və maarif (məna möcüzəliyi), bu səmavi kitabda heç bir ziddiyyətin ol-
maması, qeybi xəbərlər, elmi məsələlər, incəsənət yaradıcılığı, ədəd möcüzəliyi.
1
  Duxan surəsi, ayə: 51-56.


253
3. Heç kimdən dərs almayan qırx yaşlı bir fərd tərəfindən başdan-başa ali maa-
rif, öyüd-nəsihət və hikmət olan bir kitabın insanlara təqdim olunması, həqiqətən 
də bir möcüzədir və Mütəal Allah bu xüsusda təhəddi etmişdir.
4.  Qurani-Kərimin  ən məşhur möcüzəvi cəhəti onun fəsahət və  bəlağətidir. 
Quranın fəsahət və  bəlağəti onun özünəməxsus üslubu ilə yanaşı – belə ki, 
Qurani-Kərim nə  nəsrdir, nə  də  nəzmdir – Quranı dinləyənləri və oxuyanları 
heyrətləndirmişdir. Alimlərdən biri “ٌﺓ ٰﻮَﻴَﺣ  ِﺹﺎَﺼِﻘْﻟﺍ ﻰِﻓ” (Sizin üçün qisasda həyat 
vardır) ayəsi ilə ərəblərin bu deyimini: “ِﻞْﺘَﻘْﻠِﻟ  ٰﻰَﻔْﻧَﺃ ُﻞْﺘَﻘْﻟَﺍ” (Qətli qətl aradan aparar) 
müqayisə edərək Quran ayəsi üçün 20 üstünlük qeyd etmişdir.
5. Qurani-Kərimin Allahı tanıma, peyğəmbər tanıma, Məad və başqa əqidəvi 
mövzularda, eləcə də, əxlaqi və tərbiyəvi mövzularda olan təlimləri, həmçinin iq-
tisadi, siyasi, ictimai, mədəni, hərbi, hüquqi sahələrdə qoyduğu qanunlar ən kamil 
təlimlər və mütərəqqi qanunlardır.
6. Baxmayaraq ki, Qurani-Kərim tədricən nazil olmuşdur, yəni 23 il ərzində 
müxtəlif zamanlarda, məkanlarda və şəraitlərdə nazil olmuşdur, eləcə də, müxtəlif 
və çoxsayda mövzuları əhatə edir, lakin onda heç bir ziddiyyət müşahidə olunmur. 
Mütəal Allah Qurani-Kərimin bu möcüzəvi cəhəti xüsusunda da təhəddi etmişdir.
7. Qurani-Kərimin başqa bir möcüzəvi cəhəti qeybi xəbərlərdir. Qeybi xəbərlər 
həm keçmişdə baş verən hadisələrə, həm də  gələcəkdə baş verəcək hadisələrə 
şamil olur. Qeyd edək ki, Qurani-Kərimin gələcək hadisələr barədə verdiyi qeybi 
xəbərlər gerçəkləşmişdir.
8. Qurani-Kərimin bəyan etdiyi bir sıra elmi məsələlər, o cümlədən, bitkilərin 
küləklər vasitəsi ilə tozlanması, Yerin hərəkəti və onun kürə şəklində olması və 
s. son əsrlərdə bəşər elminə məlum olmuşdur. Bu da Qurani-Kərimin başqa bir 
möcüzəvi cəhətidir.
9. Hekayətlərin nəqlində, Qiyamətin, Cənnət və Cəhənnəmin təsvirində Qurani-
Kərimin incəsənət yaradıcılığı heyrətləndiricidir. Bu cəhəti də bu səmavi kitabın bir 
möcüzəvi cəhəti hesab etmək olar. 
10.  Bəzi müasir Quran tədqiqatçıları Qurani-Kərimin başqa bir möcüzəvi 
cəhətindən söz açmışlar. Bu, Quranın ədəd möcüzəliyidir.
Yeddinci hissənin sualları:
1. “Ecaz” sözünün lüğəvi və terminoloji mənasını deyin.
2. Peyğəmbərlərin möcüzələrinin müxtəlifliyinin səbəbi nə olmuşdur?
3. Həzrət Peyğəmbərin (s) digər möcüzələri ilə müqayisədə Qurani-Kərimin 
üstünlüyü nədədir?
4. Təhəddi ayələrinin nüzul ardıcıllığını nəzərə alaraq, təhəddinin “azalmağa 
doğru”, yoxsa “artmağa doğru” olduğu barədə nəzərlər düzgündür? İzah edin.


254
5. Təhəddi ayələrinə diqqət yetirməklə hansı incə mətləblər əldə olunur?
6. “Sərfə” nəzəriyyəsi nədir?
7. Həzrət Peyğəmbərin (s) şəxsiyyəti Quranın möcüzəliyinə necə dəlalət edir?
8. Quranın söz möcüzəliyini “Qisas” ayəsini araşdırmaqla bəyan edin.
9. Həyatın müxtəlif sahələrini əhatə edən qanunların qoyulmasında, əqidəvi və 
əxlaqi mövzuların bəyanında Quranın möcüzəliyini ixtisarla izah edin.
10. “Nisa” surəsinin 82-ci ayəsi Quranın hansı möcüzəvi cəhətinə işarə edir?
11. Quranın qeybi xəbərlərindən ikisini bəyan və izah edin.
12. Quranın incəsənət yaradıcılığı dedikdə, nə nəzərdə tutulur? Bu yaradıcılıq 
hansı zəminlərdədir?
Araşdırma üçün suallar:
1. Təhəddi ayələrinin “azalmağa doğru” olub-olmadığını araşdırın.
2. Quranın bənzərini yaratmaq cəhdlərindən bir neçə nümunə (ən azı üç nü mu-
nə) qeyd edin.
3. Bəziləri Quranın ayələrində ziddiyyətin olduğunu iddia etmişlər. Bu iddia-
ları araşdırın.
4. Qurani-Kərimdə daha hansı elmi məsələlər açıqlanmışdır?
5. Qurani-Kərimin ədəd möcüzəliyindən üç nümunəni yazın.               


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə