Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə82/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   110

241
8) Ayədə qəzəb və ölüm saçan “qətl” sözü işlənməmişdir, əvəzində ümüdverici 
məna daşıyan “həyat” sözü işlənmişdir.
9) Ayədə nəyinsə təsbit və bərqərar edilməsindən, deyimdə isə nəyinsə aradan 
getməsindən söz gedir. Məlum məsələdir ki, “təsbit edilmə”, “aradan getmə”dən 
üstündür.
10) “Qisas” sözü “müsavat” mənasına da işarə edir, əslində, qisas ədalətdən 
xəbər verir. Halbuki, “qətl” sözündən ədalət mənası əldə edilmir.
Burada Qurani-Kərim barədə alimlərin söylədiyi fikirlərdən iki nümunəni si-
zin nəzərinizə çatdırırıq: 
Con Diven Port “Məhəmmədin və Quranın qarşısında təqsir üzrü” kitabının 
müəllifi yazır: 
“Hamılıqla qəbul olunmuşdur ki, Quran ən bəlağətli və fəsahətli dildə, ərəblər 
arasında ən nəcib və ədəbli tayfa olan Qureyş tayfasının ləhcəsində nazil olun-
muşdur... Quran ən aydın təsvirlər və ən möhkəm təşbehlərlə doludur...”
1
Qurani-Kərimin  ədəbi möcüzəliyinin bir qismi onun özünəməxsus üslubun-
dadır. Quran misli görünməyən bədii bir üslub yaratdı: Quran nə  nəzm, nə  də 
nəsr dir.
Quranda “ﻊ ْﺠَﺳ” çoxdur. Kahinlərin “səc”inə və “şeir”ə oxşamasın deyə, hörmət 
əlaməti olaraq onu “ﻪَﻠِﺻﺎَﻓ” (fasilə) adlandırırlar. “Fasilə” dedikdə, hər ayənin axı-
rındakı oxşar kəlmələr nəzərdə tutulur. Quran parlaq keçmişi olan ərəb şeirinə də 
bənzəmir. Quranı  şeir və Peyğəmbəri (s) şair adlandıranları Quran qəti  şəkildə 
təkzib edir, buyurur: “Biz ona şeir öyrətmədik və bu ona heç yaraşmaz da.”
2
 Lakin 
Quranda şeir cövhəri çoxdur, yəni zərif və məcazi bəyanlar, müxtəlif istiarələr, 
təmsillər və təşbehlər vardır. Həmçinin Quranın eyni vəznli (qafiyəli) ayələri yüz 
bənddən çoxdur. Bütün bunlarla yanaşı, habelə, Quranın ərəb və fars şeirində və 
ədəbiyyatında böyük təsiri ilə yanaşı, Quran şeir deyildir. Deməliyik ki, Quran 
fərdi bir üsluba malikdir. Quranın söz və cümlələrinin musiqili, avazlı oxunuşu 
qədimdən bəri tədqiqatçıların diqqətini çəkmişdir. Quranın avazla və cəm halında 
oxunma qabiliyyətinə malik olması bənzərsizdir.
3
Quranın gətirdiyi bu üslub və ərəb ədəbiyyatında yaratdığı heyrətamiz yenilik, 
demək olar ki, bənzərsizdir və  gələcək nəsilləri öz qarşısında aciz qoymuşdur. 
Quranın xüsusi bir cazibəsi və  çəkiciliyi vardır, insanı sanki ovsunlayır, vəcdə 
gətirir, daxilən rahatlaşdırır, insanın fitrəti və  təbiətini oxşayır, vicdanı oyadır, 
varlığa baxışı aşılayır.
4

 “Numunə” təfsiri, c.1, s.136. 

 Yasin surəsi, ayə: 69.

 Quranpəjuhi, s.8. 
4
   Ustad  Məhəmmədhadi Mərifət, “Nəqş-e ahəng dər telavət-e Quran” (Quran  lavə ndə avazın rolu), 
“Keyhan-e əndişə” dərgisi, 28-ci say, məqalə.


242
3) Ali maarif və təlimlər (məna möcüzəliyi):
Quranın gözəlliyi yalnız onun söz və ifadələrində, fəsahət bə bəlağətində de-
yildir. Bu müqəddəs kitab dərin və  dəqiq məna və maarif kimi daha üstün bir 
gözəlliyə və dəyərə malikdir. Quran bəşəri hidayət etməkdən ötrü göndərilibdir. 
Həzrət Peyğəmbər (s) bu kitab ilə insanları zülmətdən nura çıxartmışdır.
1
 
Qurani-Kərim İslamın “ana yasa”sı olub insan fitrətinə uyğun qayda-qanunları 
ehtiva edir. Quran düşüncələrin zülməti üzərinə daim bir günəş kimi işıq saçır, 
izzət və əzəməti bu qayda-qanunları öyrənib onlara əməl etməkdə görür. 
Quran bu zəmində, heç şübhəsiz, bir möcüzədir. Əxlaqi dəyərlərin tənəzzül etdi-
yi, insani adət-ənənələrin yerini qeyri-insani adət-ənənələrin aldığı, təcavüzkarlıq 
və qarətin üstünlük hesab edildiyi, qız uşaqlarının diri-diri torpağa basdırıldığı, 
xəyanət, fəsad, pozğunluq və  ədalətsizliyin baş alıb getdiyi bir dövrdə  əxlaqi 
dəyərlərin və ən mütərəqqi qanunların bayraqdarı olan Quran zühur edir və insa-
naları sədaqətə, əmanətdarlığa, qardaşlığa, birliyə və insanlığa çağırır, bu insani 
keyfiyyətləri onlara xatırladır. Onları cəhalətdən elmə, zülmətdən nura, alçaqlıq-
dan kəramətə sövq etdirir. Bu həyat bəxş edən təlimlər və qanunlar sayəsində 
İslam  şərqdən qərbə bütün dünyanı tutur, İslamın  şövkətli mədəniyyət bayrağı 
dövrün mədəniyyət beşikləri sayılan diyarlarda dalğalanır. 
Quranın bu qayda-qanunlarından bir neçə nümunəyə nəzər salaq.
1- Əmanətdarlıq və ədalət:
...ِﻝْﺪَﻌْﻟﺎِﺑ ﺍﻮُﻤُﻜْﺤَﺗ ﻥَﺃ ِﺱﺎﱠﻨﻟﺍ َ ْﻦﻴَﺑ ْﻢُﺘْﻤَﻜَﺣ ﺍَﺫِﺇ َﻭ ﺎَﻬِﻠْﻫَﺃ  ٰﻰَﻟِﺇ ِﺕﺎَﻧﺎَﻣَ ْﻷﺍ ﺍﻭﱡﺩَﺆُﺗ  ْﻥَﺃ ْﻢُﻛُﺮُﻣْﺄَﻳ َﷲ  ﱠﻥِﺇ
“Həqiqətən, Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı əmr edir. İn-
sanlar arasında hökm çıxaranda, ədalətlə hökm çıxarın.”
2
2- Yaxşı əməllərə göstəriş və pis əməllərə qadağa:
. َﻥﻭُﺮﱠﻛَﺬَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ْﻢُﻜُﻈِﻌَﻳ ِﻰْﻐَﺒْﻟﺍ َﻭ ِﺮَﻜﻨُﻤْﻟﺍ َﻭ ِءﺎَﺸْﺤَﻔْﻟﺍ ِﻦَﻋ  ٰﻰَﻬْﻨَﻳ َﻭ  ٰﻰَﺑْﺮُﻘْﻟﺍ ﻯِﺫ ﻯﺎَﺘﻳِﺇ َﻭ ِﻥﺎَﺴْﺣِ ْﻹﺍ َﻭ ِﻝْﺪَﻌْﻟﺎِﺑ ُﺮُﻣْﺄَﻳ َﷲ ﱠﻥِﺇ
“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumun haqqını 
verməyi əmr edir. Çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi 
aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.”
3
3- Təcavüzkarları onların etdikləri əməl ölçüsündə cavablandırmaq:
 ...ْﻢُﻜْﻴَﻠَﻋ  ٰﻯَﺪَﺘْﻋﺍ ﺎَﻣ ِﻞْﺜِﻤِﺑ ِﻪْﻴَﻠَﻋ ﺍﻭُﺪَﺘْﻋﺎَﻓ ْﻢُﻜْﻴَﻠَﻋ  ٰﻯَﺪَﺘْﻋﺍ ِﻦَﻤَﻓ
“Buna görə də, kim sizə qarşı həddini aşsa, siz də ona qarşı həmin ölçüdə həddi 
aşın (cavab verin).”
4
 
1
  İbrahim surəsi, ayə: 1.
2
  Nisa surəsi, ayə: 58.
3
  Nəhl surəsi, ayə: 90.

 Bəqərə surəsi, ayə: 194.


243
4- İnsanların bərabərhüquqlu və üstünlük meyarlarının təqva, elm, Allah 
yolunda cihad və bu kimi dəyərlər olması:
  ﱠﻥِﺇ ْﻢُﻛﺎَﻘْﺗَﺃ ِﷲ َﺪْﻨِﻋ ْﻢُﻜَﻣَﺮْﻛَﺃ  ﱠﻥِﺇ ﺍﻮُﻓَﺭﺎَﻌَﺘِﻟ َﻞِﺋﺎَﺒَﻗ َﻭ ﺎًﺑﻮُﻌُﺷ ْﻢُﻛﺎَﻨْﻠَﻌَﺟ َﻭ  ٰﻰَﺜْﻧُﺃ َﻭ ٍﺮَﻛَﺫ  ْﻦِﻣ ْﻢُﻛﺎَﻨْﻘَﻠَﺧ ﺎﱠﻧِﺇ  ُﺱﺎﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
.ٌﺮﻴِﺒَﺧ ٌﻢﻴِﻠَﻋ َﷲ
“Ey insanlar! Şübhəsiz, Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) 
yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq). Bir-birinizi tanıyası-
nız deyə, sizi böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük 
yoxdur.) Həqiqətən Allah yanında sizin ən hörmətliniz ən təqvalınızdır (Allahdan 
ən çox qorxub çəkinən şəxsdir). Həqiqətən Allah çox bilən və xəbərdardır”
1
 
... َﻥﻮُﻤَﻠْﻌَﻳ  َﻻ  َﻦﻳِﺬﱠﻟﺍ َﻭ  َﻥﻮُﻤَﻠْﻌَﻳ  َﻦﻳِﺬﱠﻟﺍ ﻯِﻮَﺘْﺴَﻳ ْﻞَﻫ ْﻞُﻗ
“De: “Məgər bilənlərlə bilməyənlər birdirlər?””
2
.ﺎًﻤﻴِﻈَﻋ ﺍًﺮ ْﺟَﺃ  َﻦﻳِﺪِﻋﺎَﻘْﻟﺍ ﻰَﻠَﻋ  َﻦﻳِﺪِﻫﺎَﺠُﻤْﻟﺍ ُﷲ َﻞﱠﻀَﻓ َﻭ
“... Allah cihad edənlərə (evdə) oturanlardan (cihada getməyənlərdən) böyük 
mükafatla üstünlük əta etmişdir.”
3
 
5- Hər növ istibdad və ədalətsizliyə qarşı çıxmaq:
... ْﻢِﻬْﻴَﻠَﻋ  ْﺖَﻧﺎَﻛ ﻰِﺘﱠﻟﺍ َﻝ َﻼْﻏَ ْﻷﺍ َﻭ ْﻢُﻫَﺮْﺻِﺇ ْﻢُﻬْﻨَﻋ ُﻊَﻀَﻳ َﻭ
“... Və boyunlarında olan ağır yükü və zəncirləri onların boynundan götürür...”
4
6- Kafirlərin möminlərə başçı olmasının qadağan olması:
. ًﻼﻴِﺒَﺳ  َﻦﻴِﻨِﻣْﺆُﻤْﻟﺍ ﻰَﻠَﻋ  َﻦﻳِﺮِﻓﺎَﻜْﻠِﻟ ُﷲ َﻞَﻌْﺠَﻳ  ْﻦَﻟ َﻭ
“... Allah heç vaxt kafirlərin möminlərə qalib gəlmələrinə bir yol 
qoymayacaqdır.”
5
 
7- Kafirlərə qarşı sərt və möminlərə qarşı mərhəmətli olmaq: 
... ْﻢُﻬَﻨْﻴَﺑ ُءﺎَﻤَﺣُﺭ ِﺭﺎﱠﻔُﻜْﻟﺍ ﻰَﻠَﻋ ُءﺍﱠﺪِﺷَﺃ ُﻪَﻌَﻣ  َﻦﻳِﺬﱠﻟﺍ َﻭ ِﷲ ُﻝﻮُﺳَﺭ ٌﺪﱠﻤَﺤُﻣ
“Məhəmməd Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı 
sərt, öz aralarında isə mehribandırlar.”
6
8- Sülh və qardaşlıq: 
  ْ ...ْﻢُﻜْﻳَﻮَﺧَﺃ َ َﻦْﻴَﺑ ﺍﻮُﺤِﻠ ْﺻَﺄَﻓ ٌﺓَﻮ ْﺧِﺇ  َﻥﻮُﻨِﻣْﺆُﻤْﻟﺍ ﺎَﻤﱠﻧِﺇ

 Hucurat surəsi, ayə: 13.
2
  Zumər surəsi, ayə: 9.

 Nisa surəsi, ayə: 95.

 Ə`raf surəsi, ayə: 157.

 Nisa surəsi, ayə: 141.

 Fəth surəsi, ayə: 29.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə