Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə81/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   110

238
Üçüncü fəsil
Quranın möcüzəvi cəhətləri
Quran müxtəlif cəhətlərdən möcüzədir, onun möcüzəliyi fəsahət və bəlağətdə 
xülasələşmir. Quranın bəzi möcüzəvi cəhətləri Quranın özündə  bəyan olun-
muş, onlar xüsusunda “təhəddi”
1
 mövcuddur. Bəzi möcüzəvi cəhətləri xüsu-
sunda isə “xüsusi təhəddi” mövcud deyildir və bu cəhətlər “ümumi təhəddi” 
barədə olan ayələrə daxildir. Bu fəsildə Quranın möcüzəvi cəhətləri – istər bu 
cəhətlər xüsusunda “təhəddi” mövcud, istərsə də mövcud olmasın – araşdırı-
lacaqdır. Məlum məsələdir ki, heç kim Quranın bütün möcüzəvi cəhətlərini 
araşdırdığını iddia edə bilməz, çünki Quranın çox sirləri və qəribəlikləri hələ 
də bizə gizli qalmışdır.
Bu kiçik müqəddimədən sonra Quranın möcüzəvi cəhətlərinə nəzər salaq: 
1) Həzrət Peyğəmbərin (s) şəxsiyyəti:
Quranın möcüzəvi cəhətlərindən biri Quranı gətirən şəxsin təhsil almayan, sa-
vadı olmayan bir şəxs olmasıdır. Bu mətləb Quranda da vurğulanmışdır. Hamı 
bilirdi ki, Həzrət Peyğəmbər (s) heç bir alimdən və müəllimdən dərs almamış-
dı, peyğəmbərliyə seçilməmişdən qabaq ömrünün üçdə iki hissəsini yaşamış 
və bu müddətdə o həzrətdən kimsə bir şeir və ya hekayət eşitməmişdi.
2
 Lakin 
gözlənilmədən belə bir şəxs elə bir kitab gətirir ki, dövrün böyük alim və ədibləri 
onun qarşısında aciz və heyran qalırlar. 
Quran bu mətləbi özünün möcüzəvi cəhətlərindən biri hesab edir, buyurur:
. َﻥﻮُﻠِﻘْﻌَﺗ  َﻼَﻓَﺃ ِﻪِﻠْﺒَﻗ  ْﻦِﻣ ﺍًﺮُﻤُﻋ ْﻢُﻜﻴِﻓ  ُﺖْﺜِﺒَﻟ ْﺪَﻘَﻓ ِﻪِﺑ ْﻢُﻛﺍَﺭْﺩَﺃ  َﻻ َﻭ ْﻢُﻜْﻴَﻠَﻋ ُﻪُﺗْﻮَﻠَﺗ ﺎَﻣ ُﷲ َءﺎَﺷ ْﻮَﻟ ْﻞُﻗ
“De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və O da sizi ondan 
xəbər dar  etməzdi. Çünki şübhəsiz, ondan qabaq (Quran nazil olmamışdan qa-
baq) mən sizin aranızda (qırx illik) bir ömür keçirmişəm. Belə isə, heç düşün-
mür sünüz?””
3
Həzrət Peyğəmbər (s) barədə: “Rumlulardan bir nəfər onun müəllimi olmuş-
dur” – deyənlərin qarşısında Qurani-Kərim buyurur: 
. ٌﻦﻴِﺒﱡﻣ ﱞﻰِﺑَﺮَﻋ  ٌﻥﺎَﺴِﻟ ﺍَﺬٰﻫ َﻭ ﱞﻰِﻤَﺠْﻋَﺃ ِﻪْﻴَﻟِﺇ  َﻥﻭُﺪِﺤْﻠُﻳ ﻯِﺬﱠﻟﺍ  ُﻥﺎَﺴﱢﻟ ٌﺮَﺸَﺑ ُﻪُﻤﱢﻠَﻌُﻳ ﺎَﻤﱠﻧِﺇ  َﻥﻮُﻟﻮُﻘَﻳ ْﻢُﻬﱠﻧَﺃ ُﻢَﻠْﻌَﻧ ْﺪَﻘَﻟ َﻭ

 Bu fəsildə “təhəddi” dedikdə “xüsusi təhəddi” nəzərdə tutulur.
2
  “əl-Mizan”, c.1, s.63.
3
  Yunus surəsi, ayə: 16.


239
“Əlbəttə, Biz onların: “Əslində bunu (Quranı) ona (Məhəmmədə) bir bəşər 
öyrədir” – dediklərini bilirik. (Lakin belə deyildir.) Səhv edib bu sözü nisbət 
verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Quran) isə aydın ərəb dilindədir”.
1
Heç bir yerdə dərs oxumayan, kimsədən dərs almayan bir peyğəmbər bəşərə 
və dərs oxuyanlara maarif, hikmət və hidayətlə dolu bir kitab təqdim edir, özü də 
bu kitabın müəllimi olur. 
2
2) Fəsahət və bəlağət (söz möcüzəliyi):
 Bu xüsusda da təhəddi mövcuddur. Təhəddini bəyan edən beş ayə - bu ayələri 
ikinci fəsildə araşdırdıq – heç olmazsa ən azı fəsahət və bəlağətə dəlalət edirdi.
3
 
Çünki Həzrət Peyğəmbərin (s) müxatəblərinin ən mühüm xüsusiyyəti – belə ki, 
onlar Quranın qarşısına ona bənzər bir kitab, yaxud bir və ya bir neçə surə ilə 
çıxmağa çağırılmışdı – fəsahət və bəlağətə sahib olmaları idi. 
Hamıya məlumdur ki, İslamın zühur etdyi dövrdə ərəb söz sənəti elə bir zirvəyə 
çatmışdı idi ki, nə  əvvəllər, nə  də sonralar bir millətin ona tay olduğu tarixə 
düşməmişdir. Belə bir şəraitdə Allahın kəlamı Həzrət Peyğəmbərə (s) nazil oldu. 
Bu kəlamın gözəlliyi və axıcılığı söz meydanını  şairlər,  ədiblər, zövq və istedad 
sahibləri üçün dar etdi, onları öz acizliklərini etiraf etməyə vadar etdi. Quran özü-
nün ali maarifini nə nəsr, nə də nəzm qəlibində, əksinə, özünəməxsus və fərdi bir 
üslub ilə  bəyan edərək dövrün bütün ədəbi  əsərlərini kölgə altında qoydu. Tarix 
mənbələrində bu barədə müxtəlif hekayətlər qeyd olunubdur. Quran ayələrini 
dinləyənlər qeyri-iradi bu kəlama vurulur, bu kəlam onları özünə tərəf cəzb edirdi. 
Vəlid ibn Muğeyrə Məxzumi ərəblər arasında tədbirli bir şəxs kimi tanınırdı. 
“Ğafir” surəsinin ilk ayələri nazil olduqda Həzrət Peyğəmbər (s) məscidə gəldi 
və bu ayələri oxumağa başladı. Bu vaxt Vəlid yaxınlıqda dayanmışdı. Həzrət 
Peyğəmbər (s) Vəlidin ayələri diqqətlə dinlədiyini görüb onları bir daha qiraət 
etdi. Vəlid ibn Muğeyrə məsciddən çıxdı və Bəni-Məxzum tayfasının yığıncağına 
gedib belə dedi: 
“And olsun Allaha, Məhəmməddən elə bir söz eşitdim ki, nə insanların sözünə 
bənzəyirdi, nə də cinlərin. Onun sözlərinin xüsusi həlavəti var idi və olduqca gözəl 
idi. Yuxarısı (ağaclar kimi) bəhrəli, aşagısı (qoca ağacların kökü kimi) möhkəm 
idi. Bu sözlər hər şeyə qalib gələcək və heç nə ona qalib gəlməyəcəkdir.”
4
Əbu Ubeydə deyir: Bir ərəb kişi “ ْﺮَﻣْﺆُﺗ ﺎَﻤِﺑ ْﻉَﺪْﺻﺎَﻓ” ayəsini
5
 eşitdikdə səcdə etdi və 
dedi: “Bu kəlamın fəsahətinə səcdə edirəm. Çünki “ْﻉَﺪ ْﺻﺍ” sözünün dəvətin izhar 

 Nəhl surəsi, ayə: 103.

 Cümə surəsi, ayə: 2.
3   
Əvvəldə qeyd etdiyimiz kimi, bu ayələrdən bəziləri, məsələn İsra surəsinin 88-ci ayəsi fəsahət və bəlağətdə 
xülasələşmir.

 Məcməul-bəyan, c.10, s.584.
5
  Hicr surəsi, ayə: 94. (Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.)


240
və aşkar edilməsində, dəvətdə şücaətli olmaqda təsirediciliyi, “ ْﺮَﻣْﺆُﺗ ﺎَﻣ” sözünün 
isə yığcam və eyni halda hərtərəfli olması təzimə layiqdir.
1
 
Məqsədəuyğun hesab edirik ki, fəsahət və bəlağət xüsusunda olan təhəddini 
daha yaxşı başa düşmək üçün Quranın bir ayəsi ilə ərəblərin eyni mənada olan 
qısa bir deyimini müqayisə edək. Qurani-Məcid qisas və onun fəlsəfəsi barədə 
incə bir təbir işlətmişdir:  
...ٌﺓ ٰﻮَﻴَﺣ ِﺹﺎَﺼِﻘْﻟﺍ ﻰِﻓ ْﻢُﻜَﻟ َﻭ
“Qisasda sizin üçün həyat vardır.”
2
 
Bu barədə ərəblərin deyimi isə belədir: 
.ِﻞْﺘَﻘْﻠِﻟ  ٰﻰَﻔْﻧَﺃ ُﻞْﺘَﻘْﻟَﺍ
“Qətli qətl aradan aparar.”
Cəlaləddin Siyuti bu iki cümlənin müqayisəsində Quran ayəsi üçün 20 üstün-
lük sadalamışdır.
3
 Biz burada onların bir neçəsini nəzərinizə çatdırırıq:
1) “ٌﺓ ٰﻮَﻴَﺣ  ِﺹﺎَﺼِﻘْﻟﺍ  ﻰِﻓ” cümləsində  hərflərin sayı  “ِﻞْﺘَﻘْﻠِﻟ   ٰﻰَﻔْﻧَﺃ  ُﻞْﺘَﻘْﻟَﺍ” cümləsindəki 
hərflərin sayından azdır. 
2) Ayədə işlənən “qisas” ifadəsi dəqiq və hesablanmış bir ifadədir. Çünki hər 
qətl digər qətli aradan aparmır, hətta elə olur ki, bir qətl özü digər bir qətlə səbəb 
olur, məsələn, zülm ilə baş verən qırğın. Odur ki, həyata səbəb olan qətl, xüsusi 
bir qətldir və bu, “qisas” adlanmışdır.
3) Nəzərdə tutulan məqsəd ayədə hərtərəfli və mükəmməl şəkildə bəyan edil-
mişdir. Çünki “qisas” həm qətlə, həm də yaralanma və üzvün kəsilməsinə şamil 
olur. Halbuki, deyimdə yalnız qətl vurğulanmışdır. 
4) Ərəblərin deyimində “qətl” sözü təkrar olunmuşdur. Təkrar hətta fəsahətə 
xələl gətirməsə belə, təkrarın olmaması olmasından üstündür.
5) Ayədə bədilik vardır. Belə ki, bir-birinə zidd olan iki ünsürdən biri (yəni 
fəna və ölüm) digər ünsür üçün mənbə və məkan olmuşdur. Yəni “qisas” sözü 
ismin yerlik halında işlənərək həyatın mənbəyi hesab edilmişdir. 
6) Kəlmədə  hərəkələr ardıcıl olduqda (yəni heca bir samit və bir saitdən 
təşkil olunduqda) kəlmələrin fəsahəti (axıcılığı, oxunaqlığı) aşkar olur. Belə ol-
duqda, kəlmələri tələffüz edərkən dil rahat hərəkət edir. Lakin əgər kəlmədə hər 
hərəkədən sonra sükun olarsa (yəni heca samit+sait+samit-dən təşkil olunarsa), 
bu kəlmənin tələffüzü zamanı dil o qədər də rahat hərəkət etmir. Bu məqam ayə 
ilə deyimin müqayisəsində aydın görünməkdədir. 
7) “ِﻞْﺘَﻘْﻠِﻟ  ٰﻰَﻔْﻧَﺃ ُﻞْﺘَﻘْﻟَﺍ” cümləsi kəlamın zahiri baxımından ziddiyyətlidir. Çünki bir 
şeyin özünün-özünü aradan aparması ziddiyyətli məqamdır.
1  
Ulumul-Quran indəl-mufəssirin, c.2, s.489.

 Bəqərə surəsi, ayə: 179.

 Mu`tərikul-əqran fi i`cazil-Quran, c.1, s.300-303.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə