Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə78/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   110

229
qəsidə qızıl su ilə yazılıb Kəbə evindən asılmışdı. İslam peyğəmbəri (s) öz möcüzəsi 
ilə bu söz allahlarını heyrətdə qoydu. Bəli, onun ən böyük möcüzəsi bir “kitab” idi. 
“Usuli-kafi” kitabında qeyd edilən bir hədisdə Musa peyğəmbərin (ə),  İsa 
peyğəmbərin (ə), Həzrət Məhəmmədin (s) müxtəlif möcüzələrə sahib olmalarının 
fəlsəfəsi barədə verilən sualın cavabında İmam Rza (ə) buyurur: “Bu müxtəliflik hər 
peyğəmbərin öz dövründə geniş yayılan elm və sənətə qalib gələ bilməsi üçün idi.”
1
 
Quranın digər xüsusiyyətləri
Ərəbistan yarımadasında böyük əhəmiyyət verilən sənətə - söz sənətinə - oxşar-
lıqdan əlavə, bu səmavi kitabın İslam peyğəmbərindən (s) əvvəlki peyğəmbərlərin 
möcüzələri ilə müqayisədə bir sıra özünəməxsus üstünlükləri vardır, o cümlədən:
1. Maarifləndirmə: Əvvəlki peyğəmbərlərin göstərdikləri möcüzələr, məsələn, 
əlacsız xəstələrin  şəfa tapması  və ölülərin dirilməsi, Firon və onun qoşununun 
suda qərq olması və başqa möcüzələr bu peyğəmbərlərin həqqaniyyətinin (haqq 
olmalarının) isbatı üçün idi. Bu möcüzələr maarifləndirmə xüsusiyyətini daşımır-
dı. Lakin Qurani-Kərim insanların düşüncələrini və ruhlarını ülvi maariflə qida-
landıran, bəşəri kamilləşdirən bir mənbədir.
2. Əbədilik: Quran yeganə əbədi möcüzədir. Quran elə bir möcüzədir ki, bu 
möcüzəyə sahib peyğəmbərin onun kənarında olmasına lüzum yoxdur, bu möcüzə 
hər zaman öz həqqaniyyətini nümayiş etdirməkdədir.
3. Hamının müşahidə edə biləcəyi bir möcüzə:  İlahi peyğəmbərlərin 
möcüzələrini təkcə həmin dövrün camaatı, özü də məhdud bir dəstə müşahidə edə 
bilmişlər. Lakin Quran hamının müşahidə edə biləcəyi möcüzədir. Başqa sözlə
digər möcüzələrin malik olduğu zaman və məkan məhdudiyyəti Quran xüsusunda 
mövcud deyildir. Hər bir kəs hər bir zamanda bu möcuzəni görə bilər. 
Rağib “Ecazul-Quran” kitabında yazır:
“Peyğəmbərlərin göstərdikləri möcüzələr iki cür olmuşdur: hissi və əqli. Hissi 
möcüzə müşahidə edilən  möcüzədir, məsələn, Salehin dəvəsi, Nuhun tufanı, Mu-
sanın əsası. Hissi möcüzələri hamı – istər adi insanlar, istərsə də seçilmiş insanlar 
- müşahidə edə bilərlər. Lakin həqiqi möcüzə ilə sehri (və ya bu kimi başqa işləri) 
bu işin alimlərindən qeyriləri səhv sala bilər, onları bir-birindən ayırd edə bilməzlər. 
Əqli möcüzəni isə geniş və dəqiq düşüncəyə malik insanlar başa düşə bilərlər. 
Bəni-İsrail qövmü düşüncəsi səthi olan bir qövm olduğu üçün onlara göndərdiyi 
peyğəmbərlərin möcüzələrini Allah-Təala hissi möcüzə  qərar vermişdir.  İslam 
ümmətinin əksər möcüzələri isə əqli möcüzələrdir.” 
2
                     
1  Mustafa Xomeyni, Təfsirul-Quranil-Kərim, c.4, s.94.
2  Ulumul-Quran indəl-mufəssirin,c.2, s.401


230
Fəslin əsas mətləbləri:
1. Həqiqi peyğəmbərləri yalançı iddiaçılardan ayırd etməyin yollarından biri 
möcüzədir. 
2. “Ecaz” sözü “bir şeyin əldən çıxması, bir şeyi əldən vermək”, bir kəsi “aciz 
görmək” və ya “aciz qoymaq” mənalarını bildirir, baxmayaraq ki, “ﺰ ْﺠَﻋ” sözü-
nün lüğəvi mənası (birinci mənası) “ﺮﱡﺧَﺄَﺗ”, yəni “bir şeyin digər bir şeyin ardınca 
gəlməsi, ortaya çıxması” deməkdir.
3. Möcüzənin terminoloji mənası bundan ibarətdir:
Möcüzə xariqül-adə (qeyri-adi və bəşər qüdrətinin fövqündə olan) bir iş olub
nübüvvət (peyğəmbərlik) iddiası ilə uyğun və təhəddi ilə yanaşıdır.  
4. Ən yaxşı möcüzə, dövrün ən geniş yayılan elm və sənətinə oxşar işdir. 
5. Möcüzələrin müxtəlifliyinin səbəbi - məsələn, Musa peyğəmbərin (ə) əsası 
və nur saçan əli, İsa peyğəmbərin (ə) ölüləri diriltməsi, Həzrət Məhəmmədin (s) 
Quranı - öz dövrlərinin elm və sənətinə uyğun olmasıdır.  
6. Qurani-Kərimin “fəsahət və  bəlağət” xüsusiyyətindən  əlavə,  əvvəlki 
peyğəmbərlərin möcüzələrindən olan üstünlükləri bunlardır: maarifləndirmə, 
əbədilik, hamının müşahidə edə biləcəyi möcüzə. 


231
İkinci fəsil
Təhəddi
 Qurani-Kərim Həzrət Peyğəmbərin (s) “nübüvvət sənədi” və ümmətin “hidayət 
mənbəyi”dir. Bu səmavi kitab elə bir dönəmdə və dünyanın elə bir məntəqəsində 
nazil oldu ki, ərəblər arasında söz sənəti özünün zirvəsinə çatmış, Hicaz məntəqəsi 
ədiblərin,  şairlərin, xətiblərin və söz allahlarının diyarı kimi ad çıxarmışdı.  İlk 
başlanğıcda Quranı inkar edənlər onu əfsanə sandılar və elə düşündülər ki, əgər 
istəsələr, onun bənzərini yarada bilərlər.
1
Belə bir dönəmdə  və  məntəqədə  Həzrət Peyğəmbər (s) “təhəddi”yə çağırdı, 
yəni Quranın bənzərini yarada biləcəklərini iddia edənləri mübarizə meydanına 
və Quranın qarşısına çıxmağa çağırdı.
Təhəddiyə çağırış çox ciddi bir şəkildə oldu. Ərəbin ən böyük imtiyazı və ifti-
xarı olan söz sənətini hədəfə aldığına görə də təhrikedici oldu. Çünki Quranın qar-
şısına çıxmamaq və ya mübarizə meydanında məğlub olmaq heysiyyət və möv-
qeyi itirməkdən başqa bir şey ilə nəticələnməyəcəkdi. Maraqlısı budur ki, təkcə 
Ərəbistan yarımadasının camaatı təhəddiyə dəvət olunmurdu, əksinə, mübarizə 
meydanına çağırışın ilk mesajı belə idi: Əgər Quran bənzərini ərsəyə gətirməkdən 
ötrü aləmdəkilərin hamısı bir yerə yığışsalar, bunu etməkdə aciz qalarlar.
2
Quranda təhəddi ayələri
Quranda təhəddi ayələri iki qisimdir:
1) Ümumi təhəddi;
2) Xüsusi təhəddi.
Xüsusi təhəddi barədə olan ayələr üçüncü fəsildə araşdırılacaqdır. Burada isə 
ümumi təhəddi barədə olan ayələrini nəzərinizə çatdırırıq.
3
 Bu ayələr nüzul ardı-
cıllığı ilə belədir:
1) İsra surəsinin 88-ci ayəsi:
.ﺍًﺮﻴِﻬَﻅ ٍﺾْﻌَﺒِﻟ ْﻢُﻬُﻀْﻌَﺑ َﻥﺎَﻛ ْﻮَﻟ َﻭ ِﻪِﻠْﺜِﻤِﺑ َﻥﻮُﺗْﺄَﻳ  َﻻ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ ﺍَﺬٰﻫ ِﻞْﺜِﻤِﺑ ﺍﻮُﺗْﺄَﻳ  ْﻥَﺃ  ٰﻰَﻠَﻋ  ﱡﻦِﺠْﻟﺍ َﻭ ُﺲْﻧِ ْﻹﺍ ِﺖَﻌَﻤَﺘْﺟﺍ ِ ِﻦِﺌَﻟ ْﻞُﻗ
1
  Ənfal surəsi, ayə: 31; Muddəssir surəsi, ayə: 25; Ən`am surəsi, ayə: 91.
2
  İsra surəsi, ayə: 88.

  Əlbə ə bilməlisiniz ki, burada qeyd edəcəyimiz ayələr “bəlağət baxımından təhəddi”(yəni “xüsusi təhəddi”) 
başlığı al nda da qeyd olunacaqdır.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə