Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə74/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   110

216
“Sənə də bu zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlaya-
san və bəlkə düşündülər.”
1
Digər bir ayədə isə hamını Rəsulullahın (s) əmr və qadağalarına itaət etməyə çağırır:
.ﺍﻮُﻬَﺘْﻧﺎَﻓ ُﻪْﻨَﻋ ْﻢُﻛﺎَﻬَﻧ ﺎَﻣ َﻭ ُﻩﻭُﺬُﺨَﻓ ُﻝﻮُﺳﱠﺮﻟﺍ ُﻢُﻛﺎَﺗﺍء ﺎَﻣ َﻭ
“Rəsulallah sizə nə verirsə (hökmləri, malları), götürün və sizə nəyi qadağan 
edirsə, ondan əl çəkin.”
2
Buna əsasən, Quranda ayələrin şəni-nüzulunun (nazilolma səbəbi) qeyd olunma-
ması nigarançılığa əsas vermir. Quranda pak insanların və pak Əhli-beytin (ə) adının 
açıqlamamasının öz səbəbləri var idi, amma Mütəal Allah elə Quranda Peyğəmbəri 
(s) “Kitab”ın müfəssiri və müəllimi tanıtdırmaqla, Quranın həqiqətlərinə çatdıran 
yolu insanlara tanıtdırmışdır. Bununla da, Quran təhrif təhlükəsindən amanda qal-
maqla yanaşı, onun həqiqətləri də gizli və örtülü qalmamışdır.
6 - Gündəlik namazlarda “Həmd” surəsindən sonra tam bir surənin oxun-
masının vacibliyi:
Məsum İmamların (ə) göstərişinə əsasən, gündəlik beş namazın birinci və ikin-
ci rəkətlərində “Həmd” surəsindən sonra tam bir “Surə”ni oxumaq vacibdir. Bu 
isə, “imamiyyə”nin Qurandan heç nəyin azalmadığına olan etiqadından xəbər ve-
rir. Başqa sözlə, İmamların (ə) bu göstərişi Quranın təhrif olunmadığına (“azalt-
ma” təhrifinə uğramadığına) bir dəlildir.
3
 
7 - Məsum İmamların (ə) Quran ayələrinə istinad etmələri:
Bir çox hədislərdə Məsum İmamların (ə) müxtəlif mövzularda Qurani-Kərimin 
ayələrinə, hətta barəsində təhrif iddiası olan ayələrə istinad etdiklərini görürük. 
Eyni zamanda görürük ki, bu hədislərdə istinad edilən ayələr, hal-hazırda əlimizdə 
olan mushəfdə qeyd edilən ayələrlə eynidir. Bu isə, bəzi ayələr barəsində olan 
təhrif iddiasının boş iddialar və əsassız sözlər olduğunu göstərir.  
8 - Quranın “mütəvatir” olması:
Quranın qiraətlərinə aid bəhslərdə aydınlaşdı ki, müxtəlif qiraətlər mütəvatir 
olmasalar da, Quranın mətni, heç şübhəsiz, mütəvatirdir. Yəni nəsildən-nəsilə 
“təvatür”lə nəql olunmuş, ötürülmüşdür. Bu məsələ də, öz növbəsində təhrifi qəti 
şəkildə rədd edir.
4
1
  Nəhl surəsi, ayə: 44.
2  
Həşr surəsi, ayə: 7.
3
  “Quranpəjuhi”, səh.116; “əl-Bəyan” və “ət-Təhqiq”ə is nadən.
4  
“Siyanətul-Qurani minət-təhrif”, s.37.


217
Fəslin əsas mətləbləri:
Quranın təhrif olunmadığına dair dəlillər bunlardır:
1- Quranın iki ayəsi: “Biz onu qoruyarıq” ayəsi (Hicr surəsi, 9-cu ayə) və “Ba-
til ona yol tapa bilməz” ayəsi (Fussilət surəsi, 41-ci ayə).
2- Quranla Əhli-beytin bir-birindən ayrılmayacağını  bəyan edən mütəvatir 
“Səqəleyn” hədisi: Hədisdə aydın  şəkildə bildirilir ki, Quran Qiyamətədək 
təhrifdən qorunacaqdır. Əks təqdirdə (yəni əgər Quran təhrif olunarsa), nə Quran-
dan yapışmaq olar, nə də ki itrətdən (Əhli-beyt).
3- Dövrün hadisə və fitnələrində Qurana müraciət etməyi bəyan edən hədislər: 
Əgər bir kitabın özü dövranın fitnələrindən amanda qalmayıbsa, görəsən o, baş-
qalarını fitnələrdən qoruya bilərmi?
4- Hədisi Quranla tutuşdurmağı bəyan edən hədislər.
5-  Əqli dəlil: “ﺱﺎﱠﻨﻠِﻟ  ﻯًﺪُﻫ” olan Quranın  İslamın qanunnaməsi və dinin əsas 
istinad mənbəyi olaraq təhrifdən amanda qalması  zəruri məsələdir.  Əgər Qu-
ran təhrif olunarsa, artıq “ﺱﺎﱠﻨﻠِﻟ  ﻯًﺪُﻫ” olmayacaqdır və bu isə “ilahi məqsədin 
gerçəkləşməməsi” ilə nəticələnər.
6- Quranın müsəlmanlar arasında mövqeyinin tarixi təhlili Quranın təhrif 
olunmadığına dair başqa bir dəlildir. Tarix şahidlik edir ki, müsəlmanlar Qura-
nın nazil olduğu ilk çağlardan indiyədək onun əzbərlənməsi və qiraətinə xüsu-
si  əhəmiyyət vermişlər.  İslam tarixi boyunca yüksək elmi dərəcəli qarilərin və 
hafizlərin yetişməsi, eləcə də, Məsum İmamların (ə) Quranın toxunulmazlığına 
və təhrif olunmadığına dair bəyanları bu səmavi kitabın təhrifdən amanda qaldı-
ğını sübuta yetirir.
7- Quranın bir sıra özünəməxsus cəhətləri onun təhrifdən amanda qalmasına 
zəmin yaratmışdır. “Məkki” və “mədəni” surələr arasında olan müəyyən fərqlər
ayələrin nüzulunun tədrici olması, Quranın öz ismarıclarını və göstərişləri çatdır-
maqda seçdiyi üslub bu cəhətlərdəndir.
8- Gündəlik namazlarda “Həmd” surəsindən sonra tam bir surənin oxunması-
nın vacibliyi.
9- Məsum İmamların (ə) müxtəlif mövzularda Qurani-Kərimin ayələrinə, hətta 
barəsində təhrif iddiası olan ayələrə istinad etmələri.
10- Quranın mətninin mütəvatir olması.


218
Dördüncü fəsil
Quranın təhrif olunduğuna 
etiqad bəsləyənlərin dəlilləri
Bir qədər əvvəldə (müqəddimədə) qeyd etdik ki, İslam alimləri və Quranşü-
nasları – istər şiə, istərsə də sünni alimləri – Quranın təhrifə uğramadığını təkidlə 
bildirmişlər. Lakin təəssüflər olsun ki, bəzi  şiə mühəddisləri (raviləri), eləcə 
də bəzi əhli-sünnə alimləri bir sıra hədislərin zahirinə baxıb, onları “sənəd” və 
“dəlalət” baxımından araşdırmadan və təhlil etmədən tələsik hökm çıxarmışlar. 
Bir qədər əvvəldə mərhum Mirza Nuri və onun “Fəslul-xitab” kitabı barəsində 
söz açdıq. Baxmayaraq ki, o, bu kitabı yazdıqdan və onun xoşagəlməz nəticələrini 
gördükdən sonra öz peşmançılığını bildirmişdi, lakin bu kitabın nəşrindən bir əsr 
ötməsinə baxmayaraq, hələ də təhrifə etiqad damğası və ittihamı İslam ümməti 
arasında təfriqə salmaq istəyən qərəzlilər tərəfindən şiəyə vurulmaqdadır. Maraq-
lısı budur ki, “Fəslul-xitab” kitabında Mühəddis Nurinin Quranın təhrifinə dair 
qeyd etdiyi on iki dəlildən yalnız ikisi şiə mənbələrindən götürülmüşdür, digər 
dəlillər isə əhli-sünnə mənbələrindəndir. Daha maraqlısı isə budur ki, “Quranın 
tilavətində nəsxin baş verdiyi” məsələsinə əhli-sünnə arasında etiqad bəsləyənlərin 
sayı çoxdur.
1
 Şiəni təhrifə etiqad bəsləməkdə ittiham edənlər sanki unutmuşlar ki, 
“tilavətin nəsxi”nə dair əhli-sünnə mənbələrində nəql olunan hədislərin səhih ol-
duğunu qəbul etmək, əslində, Quranın təhrifə uğradığını qəbul etmək deməkdir. 
Quranın təhrif olunduğuna etiqad bəsləyənlərin dəlillərini qeyd etməzdən öncə 
bir tədqiqatçı alimin şiə və əhli-sünnə mənbələrində təhrif barədə olan hədislər ara-
sında apardığı müqayisəni nəzərinizə çatdırmağı məqsədəuyğun hesab edirik. Bu 
əsnada qeyd etməliyik ki, hansısa bir hədis kitabında təhrif barədə hədislərin qeyd 
edilməsi bu kitabın müəllifinin həmin hədislərə etiqad bəslədiyinə  dəlil deyildir. 
Lakin şiə bu baxımdan qərəzli və insafdan kənar mühakimələrə məruz qalmışdır. 
Əhli-sünnənin məşhur hədis, tarix və fiqh mənbələrində  təhrif barədə olan 
hədislərə rast gəlinir. Əlbəttə, bu hədislərə, əsasən, hədis kitablarında, o cümlədən, 
altı “Səhih”də, xüsusilə  də “Səhih-Buxari” və “Səhih-Müslim”də rast gəlmək 
olar.
2
 Əhli-sünnə və şiə qaynaqlarında təhrif barədə olan hədisləri araşdırdıqda 
aşağıdakı nəticələr əldə edilir: 
1  
Müraciət edin: Qarşınızdakı kitabın səkkizinci hissəsi.

 Seyid Cəfər Mürtəza, “Həqaiqun hammətun həvləl-Quranil-Kərim”, s.17.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə