Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə85/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   110

250
7) İncəsənət yaradıcılığı:
Qurani-Kərimin cazibəsinin sirlərindən biri – belə ki, bu da onun möcüzəvi 
cəhətlərindən hesab oluna bilər – müxtəlif fikirlərin təsəvvürdə canlandırılma-
sı, səhnələşdirilməsidir.  İstər təbiətin təsvirə  çəkilməsində, istər dəyərlərin və 
rəzalətlərin, paklıqların və napaklıqların bəyanında, istər qissələrin, hekayətlərin 
nəqlində  və  məsəllərin çəkilməsində, istər Qiyamət və sorğu-sual səhnələrinin 
canlandırılmasında Qurani-Kərimin bu yaradıcılığı elə bir təsirediciliyə malik-
dir ki, bəziləri bunu Quranın sehr və ovsunu adlandırmışlar. Quranda kafirlərin 
dilindən nəql edilən cümlələr bu həqiqətə toxunur:
. َﻥﻮُﺒِﻠْﻐَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ِﻪﻴِﻓ ﺍ ْﻮَﻐْﻟﺍ َﻭ ِﻥﺍَءْﺮُﻘْﻟﺍ ﺍَﺬٰﻬِﻟ ﺍﻮُﻌَﻤْﺴَﺗ  َﻻ ﺍﻭُﺮَﻔَﻛ  َﻦﻳِﺬﱠﻟﺍ َﻝﺎَﻗ َﻭ
“Küfr edənlər dedilər: “Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona 
mənasız sözlər atın ki, bəlkə qalib gəldiniz.”
1
Onların belə deməklərinin səbəbi bu idi ki, Quran ayələrinə bircə  dəfə qu-
laq asmaq inkarçıların təslim olmalarına kifayət edirdi. Söz yox ki, Quranın bu 
incəsənət yaradıcılığını, onun incəliklərini və  zərifliklərini düzgün dərk etmək 
ərəb ədəbiyyatını mükəmməl bilməyin, eləcə də, incəsənət sahələri ilə tanışlığın 
sayəsində mümkündür. Yalnız bu təqdirdədir ki, Quran ayələrinin mənası üzərində 
düşünmək və bu yaradıcılığı nəzərə almaqla Quranın gözəlliyi dərk oluna bilər. 
Qeyd etməliyik ki, Quranın bu möcüzəvi cəhətinə indiyədək Quran alimləri və 
tədqiqatçıları az əhəmiyyət vermiş, az sayda tədqiqatçılar bu sahədə araşdırmalar 
aparmışdır. Biz burada Qurani-Kərimin təsəvvürdə canlandırdığı fikirlərdən bir 
neçə nümunəni “ət-Təsvirul-fənni fil-Quran”
2
 əsərinin “Quranda incəsənət yara-
dıcılığı” adı ilə olan tərcüməsinə
3
 istinadən qeyd edirik. Ümid edirik ki, əziz oxu-
cular Quran ayələrinin məna və məzmununa diqqət yetirməklə yanaşı, sözükeçən 
cəhəti nəzərə alaraq Quranın bu zəmindəki möcüzəliyini daha aydın görəcəklər. 
Seyid Qütb bu barədə yazır:
Qurani-Kərim bir fikri və ya mücərrəd bir mənanı ifadə edərkən, yaxud bir 
mənəvi vəziyyəti və ya sifəti, bir insan örnəyini, bir hadisəni və əhvalatı, Qiyamət 
səhnələrindən bir səhnəni, nemətlərdən və ya acınacaqlı əzablardan bir mənzərəni 
vəsf edərkən, yaxud dəlil-sübut gətirdiyi vaxt bir məsəl çəkərkən və ya dəlil-sübut 
gətirərkən hiss oluna və ya təsəvvür oluna bilən reallıqlara istinad etmişdir...
4
     . َﻥﻮُﻠِﻘْﻌَﻳ  َﻻ ْﻢُﻬَﻓ ٌﻰْﻤُﻋ ٌﻢْﻜُﺑ ﱞﻢُﺻ ًءﺍَﺪِﻧ َﻭ ًءﺎَﻋُﺩ  ﱠﻻِﺇ ُﻊَﻤْﺴَﻳ  َﻻ ﺎَﻤِﺑ ُﻖِﻌْﻨَﻳ ﻯِﺬﱠﻟﺍ ِﻞَﺜَﻤَﻛ ﺍﻭُﺮَﻔَﻛ  َﻦﻳِﺬﱠﻟﺍ ُﻞَﺜَﻣ َﻭ
“Kafirlərin məsəli, səs və haraydan başqa bir şey eşitməyən heyvanı haray-
layanın məsəli kimidir. (Onlar) kar, lal və kordurlar, ona görə də düşünmürlər.”
5
 

 Fussilət surəsi, ayə: 26.

 Seyid Qütbün əsəri. 

 Dr. Məhəmmədmehdi Fuladvəndin tərcüməsi.
4
  Quranda incəsənət yaradıcılığı, s.45. 
5
  Bəqərə surəsi, ayə: 171.


251
 Ayədə çəkilən məsəl bizim təsəvvürümüzdə bu səhnəni canlandırır: bir dəstə 
insan icabət ümidi ilə yalvarışlı  əllərini o şeylərə açmışlar ki, bu, onların son 
dərəcə kor, kar və lal olduqlarını göstərir. Həm çağırış puçdur, həm də icabət qey-
ri-mümkündür: onun özü yolu azıbdır, o kimə yol göstərəcək?!
1
Başqa bir təsvirə diqqət yetirin: 
 ْﻢُﻜِﺑﻮُﻠُﻗ َ َﻦْﻴَﺑ  َﻒﱠﻟَﺄَﻓ ًءﺍَﺪْﻋَﺃ ْﻢُﺘْﻨُﻛ ْﺫِﺇ ْﻢُﻜْﻴَﻠَﻋ ِﷲ  َﺖَﻤْﻌِﻧ ﺍﻭُﺮُﻛْﺫﺍ َﻭ ﺍﻮُﻗﱠﺮَﻔَﺗ  َﻻ َﻭ ﺎًﻌﻴِﻤَﺟ ِﷲ ِﻞْﺒَﺤِﺑ ﺍﻮُﻤِﺼَﺘْﻋﺍ َﻭ
. َﻥﻭُﺪَﺘْﻬَﺗ ْ ْﻢُﻜﱠﻠَﻌَﻟ ِﻪِﺗﺎَﻳﺍَء ْﻢُﻜَﻟ ُﷲ  ُﻦﱢﻴَﺒُﻳ َﻚِﻟ ٰﺬَﻛ ﺎَﻬْﻨِﻣ ْﻢُﻛَﺬَﻘْﻧَﺄَﻓ ِﺭﺎﱠﻨﻟﺍ  َﻦِﻣ ٍﺓَﺮْﻔُﺣ ﺎَﻔَﺷ  ٰﻰَﻠَﻋ ْﻢُﺘْﻨُﻛ َﻭ ﺎًﻧﺍَﻮْﺧِﺇ ِﻪِﺘَﻤْﻌِﻨِﺑ ْﻢُﺘْﺤَﺒْﺻَﺄَﻓ
“Hamılıqla Allah ipindən yapışın və dağılmayın. Allahın sizə verdiyi nemətləri 
xatırlayın, o zaman ki, bir-birinizə düşmən idiniz və O, sizin qəlblərinizi birləşdirdi
beləcə, Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz od üçurumunun 
astanasında idiniz və O, sizi ondan (bu uçuruma yuvarlanmaqdan) xilas etdi.     
Allah Öz nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.”
2
Ayədə işlənən “Siz od üçurumunun astanasında idiniz” ifadəsinə diqqət yeti-
rin. Əgər bir rəssam bu təsviri əlvan boyalarla kətan üzərində canlandırsa, necə 
də təsiredici bir rəsm tablosu yaranar! Lakin Qurani-Kərim bir neçə söz ilə bu 
tablonu bizim təsəvvürümüzdə canlandırır. Bu ifadədə  dəqiq bir təsvirə diqqət 
yetirin: Od uçurumunun astanasında dayanan bir dəstə insana qəfildən Allahın 
neməti nazil olur və onları küfrə bürünmüş bir həyatdan əbədi bir həyata qaytarır.
3
İndi Qiyamət, Cənnət və Cəhənnəm səhnələrinə bir nəzər salaq: 
 ُﻊَﻀَﺗ َﻭ  ْﺖَﻌَﺿ ْﺭَﺃ ﺎﱠﻤَﻋ ٍﺔَﻌِﺿ ْﺮُﻣ ﱡﻞُﻛ ُﻞَﻫْﺬَﺗ ﺎَﻬَﻧ ْﻭَﺮَﺗ َﻡْﻮَﻳ .ٌﻢﻴِﻈَﻋ ٌءْﻰَﺷ ِﺔَﻋﺎﱠﺴﻟﺍ َﺔَﻟَﺰْﻟَﺯ  ﱠﻥِﺇ ْﻢُﻜﱠﺑَﺭ ﺍﻮُﻘﱠﺗﺍ  ُﺱﺎﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
.ٌﺪﻳِﺪَﺷ ِﷲ  َﺏﺍَﺬَﻋ  ﱠﻦِﻜٰﻟ َﻭ  ٰﻯَﺭﺎَﻜُﺴِﺑ ْﻢُﻫ ﺎَﻣ َﻭ  ﻯَﺭﺎَﻜُﺳ  َﺱﺎﱠﻨﻟﺍ ﻯَﺮَﺗ َﻭ ﺎَﻬَﻠْﻤَﺣ ٍﻞْﻤَﺣ ِﺕﺍَﺫ ﱡﻞُﻛ
“Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən Qiyamətin zəlzələsi çox bö-
yük bir şeydir. 
Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir süd verən qadın körpəsinə 
süd verməyi unudacaq və hər bir hamilə qadın (bətnindəki) yükünü yerə qoya-
caqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər. 
Lakin Allahın əzabı şiddətlidir.”
4
Ayədə  təsvir olunan qorxu və  dəhşət ölçülə biləcək bir həddə deyildir. Bu 
səh nəni yalnız Qurani-Kərim füsunkar kəlmə və ifadələri ilə çatdıra bilər. Hətta 
sözbəsöz tərcümədə belə, Allah ayələrində olan qafiyələnmə və avaz tərcümədə 
olmadığına görə  həmin ecazkarlığı duymaq olmur. Diqqəti çəkən səhnələr süd 
vürən və hamilə qadının qorxudan öz uşaqlarını yerə atmaları, həmçinin Allah 
əzabının qorxusundan insanların sərxoşlara bənzəmələridir.
5

 Quranda incəsənət yaradıcılığı, s.52.

 Ali-İmran surəsi, ayə: 103.
3
  Quranda incəsənət yaradıcılığı, s.56. 

 Həcc surəsi, ayə: 1-2.
5
  Quranda incəsənət yaradıcılığı, s.69.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə