257
Müqəddimə
İslamın elə ilk əsrlərindən etibarən quranşünasların və fəqihlərin araşdırdıqları
mövzulardan biri “nəsx” mövzusu olmuşdur.
Bəşər tərəfindən qəbul edilən qanunlarda baş verən “nəsx” ilə (yəni qanunların
dəyişilməsi və yenilənməsi ilə) səmavi qanunlarda baş verən “nəsx” arasında kök lü
fərq vardır.
Belə ki, müasir dünyada dövlətlərin qanunverici qurumları tərəfindən qəbul
edilən qanunların yenilənməsi və ya qanunlarda islahatların aparılması, əslində,
həyatın müxtəlif sahələrinə aid bütün məsələləri bilməmək, yaxud bu məsələlər
barədə hərtərəfli və tam məlumata sahib olmamaqdan irəli gəlir.
Zaman ötdükcə
müəyyən məsələlər bəşərə aydın olur, yaxud çatışmazlıqlar üzə çıxır. Beləliklə,
qanunverici qurumlar qəbul etdikləri qanunlara yenidən baxış keçirib onlarda olan
çatışmazlıqları, nöqsanları aradan qaldırmağa və qanunları təkmilləşdirməyə,
yaxud yeni qanunlar qəbul etməyə səy göstərirlər. Başqa sözlə, əvvəlki qanunu
“nəsx” edirlər. Tarix göstərir ki, ictimai, siyasi, iqtisadi, mədəni və həyatın digər
sahələrinə aid qanunların qəbul edilməsində insan cəmiyyətləri keşməkeşli yollar
keçmiş, bu yolda inkişaf xəttində qərar tutmuşdur.
Hər insanın xilqətində, fitrətində olan “kamilliyə can atma hissi”, onu “daim axta-
rış da olan bir varlıq” etmişdir. Bu cəhət bəşərin üstünlüyünü çatdırmazdan öncə, onda
olan ehtiyacı çatdırır. Yəni bu cəhət
bu həqiqətə dəlalət edir ki, kamilliyə çatmaq üçün
insanın uzun bir yol qət etməlidir. Bu həqiqət xoşa gələn olmasa da, lakin bəşər qa nun-
larında baş verən dəyişilmələri bununla əlaqələndirmək mümkündür. Bu deyilən lər,
bəşər tərəfindən qəbul edilən qanunlarda baş verən dəyişilmələrin səbəbinin izahı idi.
Amma görəsən ilahi qanunlar necədir? Vəhy mənbəyindən
verilən qanunlarda
dəyişilmə baş verirmi?
Bu sualın cavabı müsbətdir. Lakin bilməliyik ki, ilahi qanunlarda baş verən
dəyişilmələrin səbəb və fəlsəfəsi ilə bəşər tərəfindən qəbul edilən qanunlarda baş verən
dəyişilmələrin səbəb və fəlsəfəsi arasında köklü fərq vardır. Burada qanunverici, yəni
Mütəal Allah, bütün məsələləri hərtərəfli
və tam bilir, lakin O, qanunları tədricən və
insanların durumunu nəzərə alaraq göndərir. İnsan cəmiyyətlərinin tərəqqi və inkişaf
səviyyəsi ilə onlar üçün qoyulan qanunlar arasında tam uyğunluq vardır. Kamillik
nərdivanını qalxmaqdan ötrü hər bir qövm, cəmiyyət üçün xüsusi qanunlar tələb
olunub.
1
İlahi şəriətlərdə, qanunlarda “nəsx”in səbəb və fəlsəfəsi məhz budur. Nəsx,
həqiqətdə insan cəmiyyətlərinin zəruri tələblərinə cavab, onlar üçün həyat proqramıdır.
1
Ətraflı məlumat dördüncü fəsildə veriləcəkdir.
258
Nəsx mövzusu ilə tanışlığın əhəmiyyəti böyük din alimlərinin kəlamlarında
aydın görünməkdədir. İslam dininin “qanun kitabı” olan Qurani-Kərimin “nasix”
və “mənsux”unu tanımaq təkidlə tövsiyə olunmuşdur.
Əbu Əbdurrəhman
Suləmi nəql edir ki, Əli ibn Əbu Talib (ə) bir qazidən soruşur:
. َﺖْﻜَﻠْﻫَﺍ َﻭ َﺖْﻜَﻠَﻫ :َﻝﺎَﻘَﻓ . َﻻ :َﻝﺎَﻘَﻓ ؟ِﺥﻮُﺴْﻨَﻤْﻟﺍ َﻦِﻣ َﺦِﺳﺎﱠﻨﻟﺍ ُﻑِﺮْﻌَﺗ ْﻞَﻫ
“Quranın nasix və mənsuxunu tanıyırsanmı?” Qazi: “Xeyr”- dedi. O həzrət
buyurdu: “Özünü də həlak etdin, başqalarını da.”
1
Başqa bir hədisdə o həzrətin “Quran qissələri” danışan bir şəxsə bu sualı verdiyini
oxuyuruq. (Belə ki, birinci hədisdə “ٍﺽﺎَﻗ” , ikinci hədisdə “ﱟﺹﺎَﻗ” kəlməsi işlənmişdir.)
Zərkeşi “əl-Burhan”, Siyuti “əl-İtqan” və Zərqani “Mənahilul-irfan”da bu
hədisi belə nəql etmişlər:
2
...؟َﺥﻮُﺴْﻨَﻤْﻟﺍ َﻭ َﺦِﺳﺎﱠﻨﻟﺍ ُﻑِﺮْﻌَﺗَﺍ : ﱟﺹﺎَﻘِﻟ ﺐِﻟﺎَﻁ ﻰِﺑﺍ ِﻦْﺑ ﱡﻰِﻠَﻋ َﻝﺎَﻗ ْﺪَﻗ َﻭ
Hədislərin birində oxuyuruq: Həzrət Əli (ə) məscidə daxil oldu və orada moizə edən
bir şəxsi gördü. O həzrət: “Bu şəxs kimdir?”- soruşdu. Dedilər: “O, camaata moizə
edir və Allahı yad etməyi onlara xatırladır.” Həzrət Əli (ə) buyurdu: “O,
moizə edən və
xatırladan deyil. O, özünü istəyən bir şəxsdir və deyir: “Mən filankəsin oğlu filankəsəm,
məni tanıyın.”” O şəxsi İmam Əlinin (ə) yanına gətirdilər. İmam (ə) ondan soruşdu:
...ِﻪﻴِﻓ ْﺮﱢﻛَﺬُﺗ َﻻ َﻭ ﺎَﻧِﺪِﺠْﺴَﻣ ْﻦِﻣ ْﺝُﺮْﺧﺎَﻓ :َﻝﺎَﻗ . َﻻ :َﻝﺎَﻗ ؟ِﺥﻮُﺴْﻨَﻤْﻟﺍ َﻦِﻣ َﺦِﺳﺎﱠﻨﻟﺍ ُﻑِﺮْﻌَﺗَﺍ
“Nasix və mənsuxu tanıyırsanmı?” O şəxs : “Xeyr”- deyə cavab verdi. İmam
(ə) buyurdu: “Bizim məsciddən çıx və orada moizə etmə”.
3
Ehtimal verilir ki, bu hədislərdə sözükeçən “qazi”, yaxud “qissə danışan şəxs”,
yaxud “moizə edən şəxs” Əbu Yəhya olmuşdur. O, Əli ibn Əbu Taliblə (ə) olan
söhbətini Səid ibn Əbul-Həsənə danışmışdır.
4
Qurani-Kərimin “nasix və mənsuxu”nu tanımağın nə qədər əhəmiyyətli olduğu
İmam Sadiqin (ə) Əbu Hənifədən soruşduğu sualda da aydın görünür. Şeyx Səduq
“İləluş-şərayi” kitabında nəql edir:
İmam Sadiq (ə) Əbu Hənifədən soruşdu: “Sən İraq əhlinin fəqihisən?” O:
“Bəli”- deyə cavab verdi. İmam (ə) soruşdu: “Nəyin əsasında fətva verirsən?”
Əbu Hənifə dedi: “Allahın kitabı və Onun Peyğəmbərinin (s) sünnəsi əsasında”.
İmam Sadiq (ə) buyurdu: “Ey Əbu Hənifə, Allahın kitabına layiqincə və lazımınca
bələdsənmi? Onun nasix və mənsuxunu tanıyırsanmı?” Əbu Hənifə: “Bəli”- deyə
cavab verdi. İmam (ə) buyurdu: “Böyük bir elmin iddiasını etdin...”
5
1
Əyaşinin təfsiri, c.1, s.23; İbn Həzəm, “ən-Nasix vəl-Mənsux”, s.5.
2
əl-Burhan, c.2, s.158; əl-İtqan, c.2, s.700; Mənahilul-irfan, c.2, s.174.
3
Mənahilul-irfan, c.2, s.174.
4
İbni Həzəm, ən-Nasix vəl-Mənsux, s.5; ət-Təmhid, c.2, s.272.
.Safi təfsiri, c.1, s.22
٥