Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə96/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   110

282
Yeddinci fəsil 
Nəsx aşiqləri
Üçüncü fəsildə “nəsx”in  şərtlərini açıqladıq. Altıncı  fəsildə bu nəticəyə  gəldik 
ki, “nəsx”in üç qismi arasında yalnız “hökmün nəsxi və tilavətin qalması” qismi 
icazəlidir. Bu qisimdə də yalnız “Quranın Quranla nəsxi” növü baş vermişdir. Bütün 
bunları nəzərə alaraq, Quranda nasix və mənsux ayələr az sayda olacaqdır və bu ayələri 
öyrənib bilmək lazımdır. Təəssüflər olsun ki, Quran alimlərinin bir çoxu – xüsusilə də
“nasix və mənsux” mövzusunda ayrıca əsər qələmə alan alimlər – “nəsx”in şərtlərini 
nəzərə almadan və digər qaydalara riayət etmədən “nasix və mənsux” ayələri təyin 
etməkdə elə mübaliğə etmişlər ki, Allahın kitabı ilə tanış olmayanlarda belə bir 
təsəvvür yaratmışlar: Sanki Quranda əsas qayda (ana xətt) “nəsx”dir! 
Quranda “nəsx” icad etməyə vurğunluq bəzilərini özlərindən qəribə bölgülər 
çıxarmağa və müxtəlif tərəflərdən “Quranda nəsx” mövzusunda bəhs etməyə 
vadar etmişdir. Nümunə üçün aşağıdakı bölgülərə nəzər salaq: 
a) “Nasix və ya mənsux” ayələr baxımından Quran surələrinin qruplaş-
dı rıl ması:
Nəsx mövzusunda ifrata varanlar qeyd etmişlər ki, bu baxımdan Quran surələri 
dörd qrupa ayrılır: 
1- Nasix və mənsux ayələrin olmadığı surələr (43 surə ); 
2- Nasix və mənsux ayələrin mövcud olduğu surələr  (25 surə və “əl-Burhan”nın 
qeyd etdiyinə  görə 31 surə); 
3- Yalnız nasix ayələrin mövcud olduğu surələr (6 surə);
4- Yalnız mənsux ayələrin mövcud olduğu surələr (40 surə).
1
Biz bu surələrin adlarını qeyd etməkdən daşındıq və burada Dr. Subhi Salehin 
bu dəstəyə verdiyi cavabı qeyd edirik: 
 “Bu bölgüdə “nəsx”in mövcud olmadığı Quran surələrinin sayı 43-dən artıq 
deyildır. Buna əsasən, Quranda əsas qayda “ehkam” deyil, “nəsx”dir. Yəni Quran 
surələrində ya nasix ayələr, ya da mənsux ayələr mövcud olmalıdır. Amma haqq 
budur ki, bütün Quranda əsas qayda Quranın ayələrinin “ehkamı”dır. “Nəsx”ə 
dəlalət edən aydın dəlillər əsasında az sayda ayələr nasix və mənsux ayələr hesab 
oluna bilər...”
2
1
  İbn Həzm Əndəlusi, ən-Nasix vəl-mənsux, s.10-12; əl-Burhan, c.2, s.164-165; əl-İtqan, c.2, s.704.
2
  Məbahisun fi Ulumil-Quran, s.273.


283
Zərqani nasix və mənsux ayələrin sayını öz əsərlərində artıran Nəhhas, Hibətullah 
ibn Səlamə və bu kimi başqa alimləri qınayaraq bu nəzərin səhv olduğunu vurğula-
mış, onların yol verdikləri səhvin haradan qaynaqlandığını belə izah etmişdir:
“Onlar nəzərə almamışlar ki, keçmiş alimlər “nəsx” dedikdə, “nəsx”in indiki 
terminoloji mənasını nəzərdə tutmamışlar. Keçmiş alimlər “mucməlin bəyanı”nı, 
“mutləqin təqyidi”ni və s. “nasix” hesab etmişlər...”
1
b) “Nəsx”in eyni bir ayədə olması: 
“Nəsx” aşiqləri Quran nasixlərinin axtarışında bəzən maraqlı  nəticələrə 
çatmışlar, məsələn:
...ْﻢُﺘْﻳَﺪَﺘْﻫﺍ ﺍَﺫِﺇ ﱠﻞَﺿ  ْﻦَﻣ ْﻢُﻛﱡﺮُﻀَﻳ  َﻻ ْﻢُﻜَﺴُﻔْﻧَﺃ ْﻢُﻜْﻴَﻠَﻋ ﺍﻮُﻨَﻣﺍَء  َﻦﻳِﺬﱠﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
“Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özününz doğru yolda olsanız, 
yolunu azmış kəs sizə heç bir zərər yetirə bilməz...”
2
 ayəsi barədə demişlər: Bu 
ayənin əvvəli mənsux, axırı isə nasixdir.
3
c) Ayənin əvvəlində və axırında “nəsx”in baş verməsi:
İbn Ərəbi demişdir: 
Qurani-Kərimdə “nəsx” ayələrinin ən maraqlısı bu ayədir: 
. َﻦﻴِﻠِﻫﺎَﺠْﻟﺍ ِﻦَﻋ  ْﺽِﺮْﻋَﺃ َﻭ ِﻑْﺮُﻌْﻟﺎِﺑ ْﺮُﻣْﺃ َﻭ َﻮْﻔَﻌْﻟﺍ ِﺬُﺧ
“Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlarda üz döndər!”
4
 
Bu ayənin əvvəli və axırı mənsux, ortası isə möhkəmdir.
5
ç) Nasixin nəsxi:
“Nəsx” aşiqləri demişlər: Bəzi hallarda nasix ayənin özü nəsx olmuşdur. 
Zərkeşi deyir: 
Nasixin nəsxi icazəlidir və bu təqdirdə nasix mənsuxa çevrilir. Məsələn:
.ِﻦﻳِﺩ َﻰِﻟ َﻭ ْﻢُﻜُﻨﻳِﺩ ْ ْﻢُﻜَﻟ
“Sizin dininiz sizin üçün və mənim dinim mənim üçündür.”
6
 ayəsi bu ayə ilə 
nəsx olmuşdur:
... َﻦﻴِﻛِﺮْﺸُﻤْﻟﺍ ﺍﻮُﻠُﺘْﻗﺎَﻓ
“Müşrikləri öldürün...”
7
 
Sonra bu ayə aşağıdakı ayə ilə “nəsx” oldu:
1
  Mənahilul-irfan, c.2, s.253-254.
2
  Maidə surəsi, ayə: 105. 
3
  Məbahisun fi Ulumil-Quran, s.264, İbn Ərəbinin dediyinə is nadən.
4
  Ə`raf surəsi, ayə: 199.
5
  əl-Burhan, c.2, s.171; Məbahisun fi Ulumil-Quran, s.264.
6
  Kafirun surəsi, ayə: 6.
7
  Tövbə surəsi, ayə: 5.


284
... َﻥﻭُﺮِﻏﺎَﺻ ْﻢُﻫ َﻭ ٍﺪَﻳ ﻦَﻋ َﺔَﻳ ْﺰِﺠْﻟﺍ ﺍﻮُﻄْﻌُﻳ  ٰﻰﱠﺘَﺣ
“Onlar tam təslim və zillətlə öz əlləri ilə cizyə ödəyincəyə qədər vuruşun.”
1
 
Həmçinin bu ayə:
...ِﻩِﺮْﻣَﺄِﺑ ُﷲ َﻰِﺗْﺄَﻳ  ٰﻰﱠﺘَﺣ ﺍﻮُﺤَﻔْﺻﺍ َﻭ ﺍﻮُﻔْﻋﺎَﻓ
“Buna görə  də Allahın  əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) 
keçin...”
2
 aşağıdakı ayə ilə:
... َﻦﻴِﻛِﺮْﺸُﻤْﻟﺍ ﺍﻮُﻠُﺘْﻗﺎَﻓ
“Müşrikləri öldürün...”
3
 “nəsx” olmuş, bu ayənin özü də bu ayə ilə:
...ِﻩِﺮْﻣَﺄِﺑ ُﷲ َﻰِﺗْﺄَﻳ  ٰﻰﱠﺘَﺣ ﺍﻮُﺤَﻔْﺻﺍ َﻭ ﺍﻮُﻔْﻋﺎَﻓ
“Buna görə  də Allahın  əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) 
keçin...”
4
 nəsx olmuşdur.
5
d) Bir neçə ayənin bir “nasix” ilə nəsx olması:
İbn Ərəbi deyir: 
Bu ayə:
...ْﻢُﻫﻮُﻤﱡﺗﺪَﺟَﻭ  ُﺚْﻴَﺣ  َﻦﻴِﻛِﺮْﺸُﻤْﻟﺍ ﺍﻮُﻠُﺘْﻗﺎَﻓ ُﻡُﺮُﺤْﻟﺍ ُﺮُﻬْﺷَ ْﻷﺍ َﺦَﻠَﺴْﻧﺍ ﺍَﺫِﺈَﻓ
“Beləliklə, elə ki, haram aylar sona çatdı, müşrikləri harada görsəniz öldürün...”
6
 
114 ayənin nasixidir. Bu ayənin (“Tövbə” surəsinin 5-ci ayəsinin) axırı:
.ٌﻢﻴِﺣﱠﺭ ٌﺭﻮُﻔَﻏ َﷲ  ﱠﻥِﺇ ْﻢُﻬَﻠﻴِﺒَﺳ ﺍﻮﱡﻠَﺨَﻓ َﺓ ٰﻮَﻛﱠﺰﻟﺍ ﺍُﻮَﺗﺍَء َﻭ َﺓ ٰﻮَﻠﱠﺼﻟﺍ ﺍﻮُﻣﺎَﻗَﺃ َﻭ ﺍﻮُﺑﺎَﺗ  ْﻥِﺈَﻓ
“Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, 
həqiqətən Allah ox bağışlayan və mehribandır”, onun əvvəlinin nasixidir. 
7
Fəslin əsas mətləbləri:
1. Qurani-Kərimdə  əsas qayda “nəsx” deyil, ayələrin “ehkamı”dır. Yalnız 
“nəsx”ə dəlalət edən aydın dəlillər əsasında bəzi ayələrin nasix və mənsux olduğu 
qəbul edilir.
2. Quranda “nəsx”i təyin etməkdə bəzi müəlliflər elə ifrata varmışlar ki, onların 
nəzərində Quranın yalnız 43 surəsində nasix və mənsux mövcud deyildir.
3. Eyni bir ayənin  əvvəlində  və axırında “nəsx”in mövcud olması, nasixin 
“nəsx”i, çox sayda ayənin bir nasix ilə “nəsx” olması bu ifratçıların ixtiralarıdır.

 Tövbə surəsi, ayə:29.
2
  Bəqərə surəsi, ayə:109.
3
  Tövbə surəsi, ayə: 5.
4
  Bəqərə surəsi, ayə:109.

 əl-Burhan, c.2, s.162.
6
  Tövbə surəsi, ayə:5.
7  
əl-Burhan, c.2, s.171.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə