Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə109/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

324
mübahisənin mənbəyi isə “Ali-İmran” surəsinin 7-ci ayəsidir. Bu ayədə  bəyan 
olunur ki, Quranda kitabın  əsasını  təşkil edən “möhkəm ayələr”, həmçinin 
“mütəşabih ayələr” vardır. Qəlblərində  əyrilik və dönüklük olanlar “mütəşabih 
ayələri” öz istədikləri kimi mənalandırırlar. Ayənin davamında buyurulur:
 ...  ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ  َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ َﻭ  ُﷲ  ﱠﻻِﺇ ُﻪَﻠﻳِﻭْﺄَﺗ ُﻢَﻠْﻌَﻳ ﺎَﻣ َﻭ ... 
Bu cümlə həm ərəb qrammatikası baxımından, həm də bəlağət baxımından iki 
cür oxuna bilər:
1- “ُﷲ” sözündən sonra vəqf etmək: Bu qiraət  əksər  əhli-sünnə qariləri və 
alimlərinin qiraətidir. Əlbəttə, az sayda əhli-sünnə alimləri, o cümlədən, Zəməxşəri, 
Qazi Əbdul-Cəbbar Həmədani, Əbus-Suud İmadi, Alusi, Qazi Beyzavi və hətta 
böyük dilçi alimlər olan Nəhhas, Ukbəri və Mahmud Safi bu qiraəti qəbul etmirlər.
2- “ُﷲ” sözünü bağlayıcı ilə “ ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ  َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ” ifadəsinə birləşdirmək: Bu qiraət 
demək olar ki, bütün siə qariləri və alimlərinin qiraətidir. Əlbəttə, yuxarıda adlarını 
sadaladığımız az sayda əhli-sünnə alimləri bu qiraəti qəbul edirlər.
Bəli, bu ayədə “ ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ  َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ” - “elmdə qüvvətli olanlar” təriflənir, yəni onlar 
Quranın təvilini bilir. Əgər Allahdan başqa heç kim Quranın mütəşabihlərinin 
təvilini bilməsə, onda Quran bir müəmmaya çevrilər və  nəticədə “Quran 
sahibi”nin bu kitabı göndərməkdə olan məqsədi gerçəkləşməz. Deyə bilmərik ki, 
hətta Həzrət Rəsulallah (s) və Məsum İmamlar (ə) Quranın təvilini bilmirdirlər. 
Beləliklə, əvvəldə qeyd etdiyimiz sualın cavabında deyirik: Bəli, “ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ” 
Quranın mütəşabihlərinin təvilini bilir və buna səlahiyyətləri çatır. “ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ” 
birinci növbədə Məsumlardır (ə). Onlar buyurmuşlar ki, biz “ِﻢْﻠِﻌْﻟﺍ ﻰِﻓ َﻥﻮُﺨِﺳﺍﱠﺮﻟﺍ”, yəni 
“elmdə qüvvətli olanlarıq”, buna görə  də Quranın təvilini bilirik. Məsumlardan (ə) 
sonra böyük alimlər və quranşünaslar Quranın mütəşabihlərini təvil etmək səlahiyyətinə 
malikdirlər. 
45. Qurani-Kərim müxtəlif şəkillərdə və üslublarda yazılmış və çap edilmişdir. 
Qədim əsrlərdə Quranı gözəl xətlə yazan ən tanınmış xəttatlar İbn Məqlə (suls 
xəttini yaradan), İbn Bəvvab və Yaqut Mustə`səmidir. Yeni əsrlərdə isə ən tanınmış 
xəttat  Əhməd Neyrizidir. Onun yazdığı mushəflərdən biri hal-hazırda “Qurani-
mustəz`əfin” adı ilə çap olunur. İslam dünyasında müasir dövrün ən tanınmış 
xəttatı milliyyətcə türk olan Hamid əl-Amidir. Digəri isə suriyalı xəttat Osman 
Tahadır.
Qurani-Kərim müxtəlif ölçülərdə yazılmış və çap edilmişdir. Quran bütünlükdə 
hətta bir qazet vərəqi ölçüsündə olan bir səhifədə yazılıb çap edilmişdir. Təbii ki, 
bu ölçüdə Quran yazıları olduqca kiçikdir və böyüdücü şüşə vasitəsi ilə oxunur. 
Qurani-Kərim həmçinin kiçik ölçüdə - 1sm ˣ 2 sm ölçüsündə çap edilmişdir. Böyük 
ölçüdə yazılan Quranlardan birini isə Teymuri şahzadəsi Baysinqur Mirza (h.q. 


325
802838-) yazmışdır. Bəziləri onun yazı xəttinin suls olduğunu desələr də, lakin 
bu Quran “muhəqqəq” xətti ilə yazılmışdır. Onun ölçüsü 1m ˣ 0,5 m olmuşdur. 
Bu mushəf Quranın  ən gözəl xətlə yazılan mushəflərindən biri və incəsənət 
əsəri olmuşdur. Deyilənlərə görə, bu mushəf uzun müddət  Şirazın “Quran 
darvazası”nda qorunub saxlanılmış, lakin məsuliyyətsiz insanların ucbatından 
qarətçilər tərəfindən vərəq-vərəq edilərək müxtəlif məntəqələrə  səpələnmişdir. 
Hal-hazırda onun vərəqlərinin çoxu dünyanın tanınmış muzeylərində qorunub 
saxlanılır.
46.
 
Quranın ilk çapı Paqanini vasitəsilə Venesiyada milad təqvimi ilə 1503-
1523-cü illər arasında çap edilmişdir. Qurani-Kərimin digər mühüm çapları bun-
lar dır: İbraham Henkelman çapı m. 1694-cü il (Hamburg); Flogel çapı m.1834-cü 
il (Laypezik); Sankt-Peterburq çapı m. 1778-ci il (bu çap müsəlmanlar üçün olan 
ilk çapdır); Təbriz çapı h.q. 1242-ci il və ya 1244-cü il.
İslam dünyasında Qurani-Kərimin ilk elmi və düzəliş aparılmış çapı Qahirə 
mushəfidir. Bu mushəfin çapı h.q. 1343-cü ildə (miladi təqvimi ilə 1923-cü ildə) əl-
Əzhər universitetinin görkəmli ustadlarının nəzarəti altında birinci Məlik Fuadın 
himayəsi ilə həyata keçmişdir. Bu mushəf, Qurana xas olan yazı xəttində yazılmış 
ən mötəbər kitabların və Qurana xas olan qiraətlərin əsasında - “Həfsin Asimdən 
hədisi” meyar götürülərək - qələmə alınmışdır. Hal-hazırda  İslam dünyasının 
rəsmi və geniş yayılan mushəfi olan Mədinə mushəfi Qahirə mushəfinə əsaslanır 
və mahir suriyalı xəttat Osman Tahanın qələmi ilə yazılmışdır. 
47. Qurani-Kərimin fars dilinə  ən qədim tərcüməsi Həzrət Rəsulallahın (s) 
dövrünə təsadüf edir. Belə ki, o Həzrətin (s) müxtəlif məntəqələrin padşahlarına, 
o cümlədən, Nəcaşi, Məquqəs və Xosrov Pərvizə göndərdiyi məktublarda Quran 
ayələri də yazılırdı. Təbii ki, məktubun mətni Quran ayələri ilə birlikdə tərcümə 
edilib padşahların nəzərinə çatdırılırdı. Həzrət Rəsulallah (s) da bu tərcümələrdən 
xəbərdar olurdu və buna etiraz bildirmirdi. Bundan əlavə, bir dəstə iranlı Salman 
Farsidən “Həmd” surəsini (həmçinin bir sıra Quran ayələrini) onlar üçün tərcümə 
etməsini istəmişdilər. Salman Farsi də bu işi görmüş, o cümlədən, “Bismilləhir 
Rahmənir Rahim” ayəsini belə  tərcümə etmişdi: “Bağışlayan Yəzdanın adı 
ilə”. Həzrət Rəsulallah (s) da bu məsələdən xəbərdar idi və buna heç bir etiraz 
bildirməmişdi. Sonrakı dövrlərdə də müsəlman millətlər arasında iranlılar Qurani-
Kərimi öz ana dillərinə  tərcümə edən ilk millət olmuşlar. Dr. Əli Rəvaqinin 
böyük səyi ilə “Qurani-Quds” kəşf olunmamışdan və onun üzərində düzəlişlər 
aparılmamışdan qabaq, “Təbərinin təfsiri”  əsərinin tərcüməsi – belə ki, burada 
Quran ayələri də tərcümə edilmişdi – Qurani-Kərimin fars dilinə olan ən qədim 
tərcüməsi hesab edilirdi. Lakin “Qurani-Quds”in tərcüməsi bundan daha qədimdir 
və h.q. 250350- illər arasındakı dövrə aiddir. 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə