Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə83/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   110

244
“Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (araların-
da bir mübahisə düşdüyü vaxt) iki qardaşınızın arasını düzəldin...”
1
 
9- Vəhdətə çağırış:
...ﺍﻮُﻗﱠﺮَﻔَﺗ  َﻻ َﻭ ﺎًﻌﻴِﻤَﺟ ِﷲ ِﻞْﺒَﺤِﺑ ﺍﻮُﻤِﺼَﺘْﻋﺍ َﻭ
“Hamılıqla Allah ipindən yapışın və dağılmayın...”
2
10- Allahın nemətlərindən bəhrələnmək:
... ِﻕْﺯﱢﺮﻟﺍ  َﻦِﻣ ِﺕﺎَﺒﱢﻴﱠﻄﻟﺍ َﻭ ِﻩِﺩﺎَﺒِﻌِﻟ َﺝَﺮْﺧَﺃ ﻰِﺘﱠﻟﺍ ِﷲ َﺔَﻨﻳِﺯ َﻡﱠﺮَﺣ  ْﻦَﻣ ْﻞُﻗ
“De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və pak ruziləri kim haram 
etmişdir?!””
3
11- Əhd-peymana, bağlanılan müqaviləyə vəfa etmək:
...ِﺩﻮُﻘُﻌْﻟﺎِﺑ ﺍﻮُﻓْﻭَﺃ ﺍﻮُﻨَﻣﺍَء  َﻦﻳِﺬﱠﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
“Ey iman gətirənlər! Əhd-peymanlara vəfa edin!”
4
12- Dində çətinliyin olmaması:
... ٍﺝَﺮَﺣ  ْﻦِﻣ ِﻦﻳﱢﺪﻟﺍ ﻰِﻓ ْ ْﻢُﻜْﻴَﻠَﻋ َﻞَﻌَﺟ ﺎَﻣ َﻭ ْﻢُﻛﺎَﺒَﺘْﺟﺍ َﻮُﻫ
“O (Allah) sizi seçdi və dində sizin üçün heç bir çətinlik və məşəqqət qoymadı.”
5
13- İnsandan qüvvəsi çatan işin tələb olunması:
...ﺎَﻬَﻌْﺳُﻭ  ﱠﻻِﺇ ﺎًﺴْﻔَﻧ ُﷲ  ُﻒﱢﻠَﻜُﻳ  َﻻ
“Allah heç bir kəsin boynuna güc və quvvəsindən artıq vəzifə qoymur.”
6
14- Dini ixtiyari olaraq qəbul etmək:
...ِﻦﻳﱢﺪﻟﺍ ﻰِﻓ َﻩﺍَﺮْﻛِﺇ  َﻻ
“Dində məcburiyyət yoxdur.”
7
Yuxarıda qeyd edilən qanunlar Quran maarifinin az bir hissəsidir. Quran baş-
dan-başa şəfa, nur, rəhmət, hidayət və haqqdır. Zamanın ötməsi onun təravət və 
həlavətinə təsir qoymur. Quran bütün bu mütərəqqi qanunları əxlaqın tənəzzülə 
uğradığı və vəhşiliyin baş alıb getdiyi dövrdə ortaya qoymuş, həyatın müxtəlif 
sahələrinə, o cümlədən, iqtisadi, ictimai, siyasi, müharibə  və müdafiə, hüquq, 
şəxsi əmlak və ümumi sərvətlər, ticarət, izdivac, talaq, irs və s. sahələrə aid qa-
nunları ən ali bir şəkildə bəyan etmişdir. 

 Hucurat surəsi, ayə: 10.

 Ali-İmran surəsi, ayə: 103.

 Ə`raf surəsi. ayə: 32.
4
  Maidə surəsi, ayə: 1.
5
  Həcc surəsi, ayə: 78.

 Bəqərə surəsi, ayə: 286.

 Bəqərə surəsi, ayə: 256.


245
Quranın dini maarifi yalnız yuxarıda sözügedən qayda-qanunlarda xüla sə ləş mir. 
Əqidə və inanc sahəsində, o cümlədən, Allahın yeganəliyinin, nübüv vətin, ima mə-
tin, Qiyamətin, bir sözlə, “məbdə”dən “məad”a qədər hər bir dini əqidənin isbatı 
sağ lam  məntiqə uyğun tutarlı  dəlillərlə Quranda açıqlanmışdır. Allahpərəstlik və 
tövhid, ilahi elçilərin hekayətləri və xüsusiyyətləri, Qiyamət və məad barədə olan 
ayələri təhrifə uğramış səmavi kitablar Tövrat və İncildə bu barədə olan mətləblərlə 
müqayisə etdikdə Quranın müqəddəsliyi daha çox cilvələnir.
1
Burada Allahıtanıma mövzusuna aid bir sıra ayələrə nəzər salmağı məq sə də-
uyğun hesab etdik. Qurani-Kərimdə Mütəal Allah layiqi olduğu şəkildə vəsf olun-
muş, hər nöqsan və eyibdən pak hesab edilmişdir: 
. َﻥﻮُﺘِﻧﺎَﻗ ُﻪَﻟ ﱞﻞُﻛ  ِﺽْﺭَ ْﻷﺍ َﻭ ِﺕﺍَﻭﺎَﻤﱠﺴﻟﺍ ﻰِﻓ ﺎَﻣ ُﻪَﻟ ْﻞَﺑ ُﻪَﻧﺎَﺤْﺒُﺳ ﺍًﺪَﻟَﻭ ُﷲ َﺬَﺨّﺗﺍ ﺍﻮُﻟﺎَﻗ َﻭ
“Onlar (Kitab əhli) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür.” O (bütün 
bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun mülküdür. 
Hamı Onun qarşısında təslimdir.”
2
.ُﻢﻴِﺣﱠﺮﻟﺍ  ُﻥﺎَﻤْﺣﱠﺮﻟﺍ َﻮُﻫ  ﱠﻻِﺇ َﻪٰﻟِﺇ  َﻻ ٌﺪِﺣﺍَﻭ ٌﻪٰﻟِﺇ ْﻢُﻜُﻬٰﻟِﺇ َﻭ
“Sizin tanrınız (məbudunuz) tək olan Allahdır, Ondan başqa bir tanrı yoxdur. 
O, Rəhman və Rəhimdir.”
3
 .ُﺮﻴِﺒَﺨْﻟﺍ  ُﻒﻴِﻄﱠﻠﻟﺍ َﻮُﻫ َﻭ َﺭﺎَﺼْﺑَ ْﻷﺍ ُﻙِﺭْﺪُﻳ َﻮُﻫ َﻭ ُﺭﺎَﺼْﺑَ ْﻷﺍ ُﻪُﻛِﺭْﺪُﺗ  َﻻ
“Gözlər Onu (görüb) dərk etməz. O, gözləri (görüb) dərk edər. O, lətifdir və 
(hər şeydən) xəbərdardır.”
4
.ُﻢﻴِﺣﱠﺮﻟﺍ  ُﻥﺎَﻤْﺣﱠﺮﻟﺍ َﻮُﻫ  ِﺓَﺩﺎَﻬﱠﺸﻟﺍ َﻭ ِﺐْﻴَﻐْﻟﺍ ُﻢِﻟﺎَﻋ َﻮُﻫ  ﱠﻻِﺇ َﻪٰﻟِﺇ  َﻻ ﻯِﺬﱠﻟﺍ ُﷲ َﻮُﻫ
. َﻥﻮُﻛِﺮْﺸُﻳ ﺎﱠﻤَﻋ ِﷲ َﻥﺎَﺤْﺒُﺳ ُﺮﱢﺒَﻜَﺘُﻤْﻟﺍ ُﺭﺎﱠﺒَﺠْﻟﺍ ُﺰﻳِﺰَﻌْﻟﺍ ُﻦِﻤْﻴَﻬُﻤْﻟﺍ ُﻦِﻣْﺆُﻤْﻟﺍ ُﻡ َﻼﱠﺴﻟﺍ ُﺱﻭﱡﺪُﻘْﻟﺍ ُﻚِﻠَﻤْﻟﺍ َﻮُﻫ  ﱠﻻِﺇ َﻪٰﻟِﺇ  َﻻ ﻯِﺬﱠﻟﺍ ُﷲ َﻮُﻫ
.ُﻢﻴِﻜَﺤْﻟﺍ ُﺰﻳِﺰَﻌْﻟﺍ َﻮُﻫ َﻭ ِﺽْﺭَ ْﻷﺍ َﻭ ِﺕﺍَﻭﺎَﻤﱠﺴﻟﺍ ﻰِﻓ ﺎَﻣ ُﻪَﻟ ُﺢﱢﺒَﺴُﻳ  ٰﻰَﻨْﺴُﺤْﻟﺍ ُءﺎَﻤْﺳَ ْﻷﺍ ُﻪَﻟ ُﺭﱢﻮَﺼُﻤْﻟﺍ ُﺉِﺭﺎَﺒْﻟﺍ ُﻖِﻟﺎَﺨْﻟﺍ ُﷲ َﻮُﻫ
“O, Ondan başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı bilən Allahdır. 
O, Rəhman və Rəhimdir. 
O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. Məlikdir (varlıq aləminin 
hökmranıdır), Qüddusdur (müqəddəsdir, hər eyibdən uzaq və pakdır), Salamdır 
(salamatlıq bəxş edəndir), Mömindir (amanda saxlayandır), Muhəymindir (qoru-
yan və hər şeyə nəzarət edəndir), Əzizdir (məğlubedilməz və izzət bəxş edəndir), 
Cəbbardır (şan-şövkət sahibidir), Mütəkəbbirdir (təzim olunmağa layiq və böyü-
lük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır.

  Tövrat və İncildə ilahi peyğəmbərlərə çox nalayiq nisbətlər, məsələn, şərab içmək, zina etmək kimi nisbətlər 
verilmişdir. (Müraciət edin: “əl-Bəyan”, dini maarif zəminində Quranın möcüzəlikləri.)
2
  Bəqərə surəsi, ayə: 116.

 Bəqərə surəsi, ayə: 163.

 Ən`am surəsi, ayə: 103.


246
O, Xaliq (yaradan), Bari (yoxdan var edən), Musəvvir (surət verən) Allahdır. 
Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Ona 
təsbih deyir. O, yenilməz qüvvət və hikmət sahibidir.”
1
Sizcə, Allahı bu sifətlərlə tanıtdırmaq xürafi inancların əsiri olan və daşdan-
ağacdan düzəltdikləri tanrılara ibadət edən bir cəmiyyətdə yaşayan fərdin düşün-
cə lərinin məhsulu ola bilərmi?!
Sizcə, xilqətə və insan fitrətinə uyğun olan belə mütərəqqi qanunları, habelə, ən 
ali əqidəvi və əxlaqi təlimləri ehtiva edən bu böyük məcmuə, bu kitabın möcüzə ol-
duğuna şahidlik etmirmi?! Məhz xilqətə və insan fitrətinə uyğun olması bu qanun-
ların və təlimlərin həmişəliyinə zəmanət vermişdir. Bu qanunlarda və təlimlərdə in-
sanın həm cismi, həm də ruhu nəzərə alınmışdır. İnsan, əxlaqi və mənəvi dəyərlərə 
söykənməklə maddi və təbii nemətlərdən bəhrələnməyə, ifrat və təfritdən kənar orta 
bir yola sövq edilmişdir. Həm rahiblik məzəmmət edilmiş, həm də insanın şəninin 
maddiyyata bağlı olmaqdan daha uca olduğu vurğulanmışdır. 
Bir sözlə, Qurani-Kərim “elm” və “əməl” zəminində - yəni varlığın həqi qət lə-
rinin təlimində, həmçinin həyatın bütün sahələrinə aid qanunların qoyulmasında 
- bəşərin bütün ehtiyaclarını cavablandırmışdır.
4) Quranda ziddiyyətin olmaması:
Quranın möcüzəvi cəhətlərindən biri – belə ki, Qurani-Kərim özü bu cəhətə 
işarə – bu kitabda ziddiyyətin olmamasıdır. Bildiyiniz kimi, bu səmavi kitab 23 
il ərzində Məkkə və Mədinədə, gecə və gündüz vaxtlarında, müharibə meydanla-
rında və dinc vaxtlarda, qələbə və məğlubiyyətdə, çətinlik və rahatlıqda, bir sözlə, 
müxtəlif  şəraitlərdə  tədricən nazil olmuşdur. Digər tərəfdən də  bəşər həyatının 
tələbi və ehtiyacı olan bütün məsələlərə toxunmuşdur. Quranda hikmətli sözlər 
və öyüd-nəsihətlərdən tutmuş, iqtisadi, ictimai, siyasi, tərbiyəvi, əqidəvi, mədəni 
məsələlər öz əksini tapmışdır.  Əqli dəlillər, məsəllər və hekayətlər də Quran-
da çoxdur. Quranda dünya, axirət və Qiyamət barədəki məsələlər nəsihətamiz 
və təsiredici bir tərzdə bəyan olunmuşdur. Lakin eyni halda, bu qədər müxtəlif 
məsələlər arasında heç bir ziddiyyət və ixtilaf müşahidə olunmur. Əksinə, bu 
səmavi kitabda heyrətamiz bir həmahənglik mövcuddur. Hətta Quranda keçmiş 
peyğəmbərlər və ümmətlər barədə olan hekayətlər bəzən təkrarlansalar da, hər 
dəfə müəyyən bir cəhət açıqlanmış və hadisəyə müəyyən bir tərəfdən yanaşılmış-
dır, lakin eyni zamanda məsələlərin həqiqətinə heç bir xələl gəlməmişdir. 
Əgər bu kitab bəşər fikrinin məhsulu olsaydı, onda ziddiyyələrə rast gəlinərdi. 
Çünki bu maddi dünyada insan daim naqislikdən kamilliyə doğru hərəkətdədir. 
Məsələn, bir əsər yazan yazıçı kiçik zaman fasiləsində öz əsərində yeni ifadələr 
1
  Həşr surəsi, ayə: 22-24.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə