Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə91/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   110

268
4- Birinci dəlil ilə ikinci dəlil arasında “həqiqi təaruz” olmalıdır.
1
 “Nəsx”in gerçəkləşməsi üçün Zərqaninin qeyd etdiyi ilk üç şərt, onun 
“nəsx” üçün verdiyi tərifdə - biz bu tərifi bir qədər əvvəldə qeyd etdik - riayət 
olunmuşdur. O da İbn Hacib kimi bu əqidədədir ki, “nəsx” bundan ibarətdir: 
“ﱟﻰِﻋ ْﺮَﺷ ٍﻞﻴِﻟَﺪِﺑ ﻰِﻋْﺮﱠﺸﻟﺍ ِﻢْﻜُﺤْﻟﺍ ُﻊْﻓَﺭ”.
Lakin onun verdiyi bu tərifdə “nəsx”in dördüncü şərti əldə edilmir. Odur ki, bu 
tərifi “nəsx” üçün mükəmməl tərif hesab etmək mümkün deyildir. 
Lakin “nəsx”in gerçəkləşməsində dödüncü şərtin nə  dərəcədə rol oynadığı 
mübahisəli məsələlərdəndir. Quranşünasların “nasix və mənsux” ayələr hesab etdikləri 
ayələri nəzərdən keçirdikdə görürük ki, bəzən bu iki dəlil arasınadakı təaruz “həqiqi 
təaruz” deyildir.
2
 Başqa sözlə desək, hər iki dəlil (birinci və ikinci dəlil) “zatən bir 
yerə cəm ola” bilər. Bu iki dəlil arasında “tənafi”yə səbəb olan məsələ, “nəss” və “xas 
dəlil”in gəlməsi olmuşdur. Bu, çox dəqiq və incə məqamdır. “ət-Təmhid”in müəllifi 
bu məqama diqqət yetirmiş və onu “nəsx” üçün verdiyi tərifdə qeyd etmişdir. 
Beləliklə, “nəsx”in gerçəkləşməsinin şərtlərindən biri, iki dəlil arasında təaru zun 
olmasıdır: istər bu təaruz zati və həqiqi olsun, istərsə də xas dəlil vasitəsilə olsun. Bu 
səbəbdən də deyə bilərik ki, bu şərtin yer almadığı təriflər mükəmməl tərif deyildir.
3
Diqqətəlayiq məqamlardan biri də budur ki, bu iki dəlil arasında təaruz “tam və 
külli təaruz” olmalıdır. “Cüzi təaruz” olan yerlərdə, məsələn, “mutləq və muqəy-
yəd”, “umum və xas”, “mubhəm və mufəssir”, “mucməl və mubəyyin”də “nəsx” 
gerçəkləşmir. “Nasix və mənsux” arasındakı “təqabul”, “təzad”  nö vün dən dir,  belə ki, 
onların bir yerə cəm olması mümkün deyildir, əksinə, biri digərinin yerini tutmalıdır. 
Yuxarıda qeyd etdiyimiz məqamların bəzisində, baxmayaraq ki, təaruzun 
hansısa bir növü müşahidə olunur, lakin hər iki nəssin icrası mümkün olduğundan
“nasix və mənsux” bəhsi dairəsindən xaricdir.
4
“Nəsx”  ilə “təxsis” arasında oxşar cəhət vardır və bu, bəzilərini səhvə salmışdır. 
“Nəsx” bir növ “təxsis”dir, bu fərqlə ki, biri (yəni “nəsx”) “təxsisi-əzmani”, digəri 
isə (yəni “təxsis”) “təxsisi-əfradi”dir.
Zərqani deyir:
Bu ikisinin oxşarlığı bəzi alimlərin səhvə düşməsinə səbəb olmuşdur. Onların 
bir dəstəsi “nəsx”in “təxsis” olduğunu güman edib, şəriətdə “nəsx”in baş verdiyini 
inkar etmişlər. Digər bir dəstəsi isə “təxsis”ə aid olan məqamları “nəsx” qisminə 
daxil etmiş və əsassız olaraq Quranın mənsuxlarının sayını artırmışlar.
5
*   *   *
1
  Mənahilul-irfan, c.2, s.180. 

 Məsələn, “Bəqərə” surəsinin 234-cü və 240-cı ayələri; ətraflı məlumat üçün 10-cu fəslə müraciət edin.
3
   Quran ayələrinin bir-birilə mutəariz olmaları barədə hər növ anlaşılmazlıq və iradın aradan qalxması üçün 
bu kitabın beşinci fəslinə müraciət edin. 
4
  Dr. Mustafa Zeyd, ən-Nəsxu fil-Quranil-Kərim; ət-Təmhid fi Ulumil-Quran, c.2, s.279. 
5
  Mənahilul-irfan, c.2, s.184.


269
“Mənsux” hökmün (birinci hökmün) şərtləri:
1) Mənsux hökm, “şəri hökm” olmalıdır:
Deməli, “əqli hökm”, habelə, xəbərlər və hadisələr barədə olan məsələlər, 
“nəsx” mövzusu əhatəsindən xaricdir. Məsələn,  əgər “şəri hökm”ün gəlməsi 
ilə  “əqli hökm”dən  əldə edilən “ibaheyi-əsliyyə” aradan qalxarsa, terminoloji 
baxımdan buna “nəsx” deyilmir. 
Bunu da qeyd etmək lazımdır ki, “şəri hökm” dedikdə, həm “təklifi”, həm də 
“vəz`i” hökm nəzərdə tutulur. Buna görə də “nəsx” üçün verdiyi tərifdə Ayətullah 
Xoinin bu mətləbi açıqlamasına lüzum yox idi.
2) Mənsux hökmdə “hökmün müəyyən bir zaman üçün olduğu” qeyd edil mə-
məlidir:
Əvvəldə və aydın şəkildə müəyyən bir zaman üçün olduğu qeyd edilən bütün 
hökmlər, söz yox ki, nəzərdə tutulan zaman başa çatdıqda aradan qalxacaqdır. 
Bu kimi hallarda hökmün aradan qalxması, terminoloji “nəsx”in nümunələrindən 
hesab edilmir.
Yuxarıdakı şərt ondan ötrü qeyd edilir ki, mənsux hökmün zahirindən onun 
müəyyən bir zaman üçün deyil, daimi olduğu əldə edilməlidir.
Ayətullah Xoi bu əqidədədir ki, mənsux hökmün zahirindən onun daimi olduğu 
o təqdirdə  əldə edilir ki, bu hökmdə onun müəyyən bir zaman üçün olduğuna 
dəlalət edən kiçik bir işarə belə olmasın. Əgər bir ayədə hökmün hansısa zamanda 
başa çatması ehtimalını göstərən bir işarə olarsa, bu ayə terminoloji “nəsx”ə aid 
edilməyəcəkdir. Elə bu səbəbdən də, Ayətullah Xoi “Bəqərə” surəsinin 109-cu 
və “Nisa” surəsinin 15-ci ayəsinin mənsux olduqlarını inkar etmişdir. Halbuki, 
çoxları bu ayələri mənsux ayələrdən hesab etmişlər.
1
Lakin belə nəzərə çarpır ki, “nəsx”in terminində belə bir məhdudiyyət yaratmaq 
rəva deyildir. Çünki mühüm olan, birinci hökmdən “daimiliy”in əldə edilməsidir 
və bu məsələ, hökmdə birbaşa müəyyən bir zaman qeyd edilməyənədək mövcud 
olacaqdır. Nümunə üçün “Nisa” surəsinin 15-ci ayəsinə nəzər salaq:
. ًﻼﻴِﺒَﺳ  ﱠﻦُﻬَﻟ ُﷲ َﻞَﻌْﺠَﻳ ْﻭَﺃ  ُﺕْﻮَﻤْﻟﺍ  ﱠﻦُﻫﺎﱠﻓَﻮَﺘَﻳ  ٰﻰﱠﺘَﺣ ِﺕﻮُﻴُﺒْﻟﺍ ﻰِﻓ  ﱠﻦُﻫﻮُﻜِﺴْﻣَﺄَﻓ
“Onları olüm yetişərək canlarını alana və ya Allah onlar üçün (başqa) bir yol 
açana qədər evlərdə saxlayın.”
Baxmayaraq ki, bu ayənin ifadələrində bu hökmün gələcəkdə aradan qalxması 
ehtimalı verilir, lakin təkcə ehtimal verilməsi hökmün daimiliyinə xələl gətirmir. 
Başqa sözlə, nə qədər ki, başqa bir hökm gəlməyibdir, bu hökm qüvvədədir və elə 
bu qədər terminoloji “nəsx” üçün kifayət edir.
Ayətullah Xoinin “nəsx” üçün verdiyi tərifə diqqət yetirdikdə görürük ki, onun 
tərifi bu şərti (yəni mənsux hökmün zahirindən “daimiliy”in əldə edilməsi) hətta 
1
 əl-Bəyan, s.288-359.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə