Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə93/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   110

273
Dördüncü fəsil
“Nəsx”in mümkünlüyü və baş verdiyi
Qurani-Kərimin bir neçə ayəsində Quranda “nəsx”in baş verdiyi aydın bildirilir:
۱...ﺎَﻬِﻠْﺜِﻣ  ْﻭَﺃ ﺎَﻬْﻨِﻣ ٍﺮْﻴَﺨِﺑ ِﺕْﺄَﻧ ﺎَﻬِﺴْﻨُﻧ ْﻭَﺃ ٍﺔَﻳﺍَء  ْﻦِﻣ ْﺦَﺴﻨَﻧ ﺎَﻣ
۲...ٍﺮَﺘْﻔُﻣ  َﺖْﻧَﺃ ﺎَﻤﱠﻧِﺇ ﺍﻮُﻟﺎَﻗ ُﻝﱢﺰَﻨُﻳ ﺎَﻤِﺑ ُﻢَﻠْﻋَﺃ ُﷲ َﻭ ٍﺔَﻳﺍَء  َﻥﺎَﻜﱠﻣ ًﺔَﻳﺍَء ﺎَﻨْﻟﱠﺪَﺑ ﺍَﺫِﺇ َﻭ
۳.ِﺏﺎَﺘِﻜْﻟﺍ ﱡﻡُﺃ ُﻩَﺪْﻨِﻋ َﻭ  ُﺖِﺒْﺜُﻳ َﻭ ُءﺎَﺸَﻳ ﺎَﻣ ُﷲ ﺍﻮُﺤْﻤَﻳ
“Nəsx”in iki mənası var: həqiqi və məcazi.
“Nəsx”in həqiqi mənası “yeni qərarın, rəyin ortaya çıxması”dır. Bu hissəsinin 
müqəddiməsində qeyd etdik ki, bəşər tərəfindən yeni qanunların qəbul 
edilməsinin səbəbi, həyatın müxtəlif sahələrinə aid yeni məsələlərin öyrənilməsi 
və ya qanunların icrası zamanı çatışmazlıqların və çətinliklərin ortaya çıxmasıdır. 
Hər iki halda əvvəlki qanunun ləğv edilməsi və yeni qanunun qəbul edilməsi, 
qanunvericilərin bir sıra həqiqətlərdən xəbərsiz və məlumatsız olduqlarını göstərir.
Amma görəsən, şəriət qanunlarının qoyulmasında vəziyyət hansı şəkildədir? 
Görəsən, şəriət qanunlarında da dəyişilmə olurmu?  Əgər sualın cavabı müsbətdirsə, 
bu məsələ müqəddəs şəriət sahibi Allahın mütləq elmi ilə necə uyğun gəlir? 
Bildiyiniz kimi, şəri hökmlər  “xeyir” və “ziyan”a tabedir. Başqa sözlə, mövcud 
xeyirlər və ziyanlar bəzi vaxtlar hökmlərin vacib və müstəhəb, bəzi vaxtlar isə 
haram və  məkruh olmasını  tələb etmişdir. Müqəddəs  şəriət sahibi bu xeyir və 
ziyanları nəzərə alıb, qanun qoymuşdur. Bəzi hallarda bir işin xeyiri və ya ziyanı 
daimi deyildir, yəni müəyyən bir zaman kəsiminə aiddir. Aydın məsələdir ki, şəriət 
sahibi elə  əvvəldən bu qanunu müvəqqəti qoymuşdur.  Şəri hökmlərdə “nəsx”, 
bütün hallarda, mövcud xeyir və ziyanın məhdudluğuna qayıdır. Belə ki, bu 
xeyir və ziyan aradan qalxdıqda, onlar əsasında qoyulan qanun da aradan qalxır. 
Əlbəttə, şəriət sahibi elə əvvəldən xeyir və ziyanın müddətinin başa çatacağını, 
nəticədə, yeni qanunu qoyacağını bilirdi. 
4
“Nəsx”, bu mənada, həqiqi “nəsx” deyildir və qanunvericinin “xeyir” və 
“ziyan”ı bilməməsindən qaynaqlanmır. Əksinə, Allah qoyduğu qanunun müəyyən 
1
  Bəqərə surəsi, ayə: 106.
2
  Nəhl surəsi, ayə: 101.
3
  Rə`d surəsi, ayə: 39.
4
  Durusun fi ilmil-usul, əl-Həlqətus-saniyə, s.301; əl-Mizan, c.12, s.346, Nəhl surəsinin 101-ci ayəsinin təfsiri.


274
bir zamana aid olduğunu əvvəldən bilirdi, baxmayaraq ki, insanların bu məsələdən 
xəbəri yox idi və onlar qanunun daimi olduğunu güman edirdilər. Lakin qanunun 
müddəti başa çatdıqdan sonra qanun aradan qaldırılır.
1
Beləliklə, şəri hökmlərdə “nəsx” həqiqi mənada deyil, məcazi və zahiri mə nada-
dır. Yəni burada “nəsx”, Allahın “xeyir” və “ziyan”ı bilməməsindən qaynaqlanmır. 
Deməli, şəri hökmlərdə bu mənada olan “nəsx”in baş verməsinin əqli baxımdan 
heç bir iradı yoxdur. “Nəsx”in baş verməsinin mümkünlüyünü inkar edənlər, 
əslində, “nəsx”in həqiqi və məcazi mənasını ayırd edə bilməmişlər. Bundan əlavə, 
“nəsx”in baş verdiyinə “nəqli dəlil” də vardır. Bundan daha üstünü, hadisənin baş 
verməsi, onun mümkünlüyünə ən möhkəm dəlildir. 
Sonrakı fəsildə Quranda “nəsx”in baş verdiyinə bildirilən iradları qeyd edəcək, 
onları cavablandıracağıq. 
Nəqli dəlil kimi biz yalnız Quran ayələrinə istinad etmiş, bu barədə olan saysız 
hədislərə toxunmamışıq. Əlbəttə, bu hissəsinin müqəddiməsində Həzrət Əlidən 
(ə) qeyd etdiyimiz hədis sözügedən hədislərdən biridir. 
Birinci ayə:
...ﺎَﻬِﻠْﺜِﻣ  ْﻭَﺃ ﺎَﻬْﻨِﻣ ٍﺮْﻴَﺨِﺑ ِﺕْﺄَﻧ ﺎَﻬِﺴْﻨُﻧ ْﻭَﺃ ٍﺔَﻳﺍَء  ْﻦِﻣ ْﺦَﺴﻨَﻧ ﺎَﻣ
“Biz hər hansı bir ayəti aradan aparsaq (bir ayənin hökmünü ləğv etsək) və ya 
unutdursaq, ondan daha xeyirlisini və ya onun bənzərini gətirərik...”
2
Bu ayə “nəsx”in mümkünlüyünə, hətta baş verdiyinə dəlalət edən ayələrdəndir.
3
İkinci ayə:
...ٍﺮَﺘْﻔُﻣ  َﺖْﻧَﺃ ﺎَﻤﱠﻧِﺇ ﺍﻮُﻟﺎَﻗ ُﻝﱢﺰَﻨُﻳ ﺎَﻤِﺑ ُﻢَﻠْﻋَﺃ ُﷲ َﻭ ٍﺔَﻳﺍَء  َﻥﺎَﻜﱠﻣ ًﺔَﻳﺍَء ﺎَﻨْﻟﱠﺪَﺑ ﺍَﺫِﺇ َﻭ
“Biz bir ayətin yerinə başqa bir ayət gətirən zaman - Allah nə nazil etdiyini 
daha yaxşı bilir – onlar deyərlər: “Sən ancaq yalançı və iftiraçısan.””
4
Əllamə Təbatəbai bu barədə deyir: 
Bu ayə “nəsx”ə  və onun fəlsəfəsinə  işarə edir, həmçinin yəhudilərin və 
müşriklərin Həzrət Peyğəmbərə (s) qarşı yürütdükləri ittihama cavabdır. Mütəal 
Allahın bu kəla mı nın mənası budur ki, birinci ayəni ikinci ayə ilə əvəz etdik... 
Müşriklər Həzrət Peyğəmbəri (s) bunda ittiham edirlər ki, sən Allaha yalan nisbət 
verirsən, çünki bir sözü başqa bir sözlə əvəz etmək, qərar qəbul edib sonra onu 
dəyişmək Allahdan uzaq olan işdir.
Allah-Təala onların cavabında buyurur:
1
  əl-Bəyan fi təfsiril-Quran, s.280-297; ət-Təmhid, c.2, s.275.
2
  Bəqərə surəsi, ayə: 106.
3
  əl-Mizan, c.1, s.249-254.

 Nəhl surəsi, ayə: 101.


275
.ﻥﻮُﻤَﻠْﻌَﻳ  َﻻ ْﻢُﻫُﺮَﺜْﻛَﺃ  ْﻞَﺑ
Onlar bu dəyişikliyin həqiqətini və  fəlsəfəsini bilmirlər. Allahın hökmləri, 
qanunları insanların məsləhəti əsasındadır. Zaman keçdikcə və vəziyyət dəyişdikcə, 
məsləhətlər dəyişir. Belə olduğu təqdirdə,  əvvəlki məsləhət  əsasında vacib olan 
hökm və qanun aradan qalxır, mövcud məsləhətin tələb etdiyi hökm onu əvəz edir.
1
Üçüncü ayə:
.ِﺏﺎَﺘِﻜْﻟﺍ ﱡﻡُﺃ ُﻩَﺪْﻨِﻋ َﻭ  ُﺖِﺒْﺜُﻳ َﻭ ُءﺎَﺸَﻳ ﺎَﻣ ُﷲ ﺍﻮُﺤْﻤَﻳ
“Allah istədiyini məhv edir və istədiyini təsbit edir. Ummul-Kitab (əsas kitab, 
ana kitab) Onun yanındadır.”
2
Əllamə Təbatəbai bu ayənin təfisirində yazır:
Ayənin mənası budur ki, Allahın hər bir zamanda bir kitabı və hökmü (yəni 
“qəza”sı) vardır. O, bu kitab və hökmlərdən istədiyini məhv edir, istədiyini təsbit 
edir. Yəni bir dönəmdə sabit olan hökmü başqa bir dönəmdə dəyişir və bu hökmün 
yerinə başqa bir hökm qoyur. Amma Allahın dəyişməz hökmləri də vardır ki, 
məhv və təsbit olunmur. Bu, Ummul-Kitabdır. Ummul-Kitab bir kök və əsasdır 
ki, bütün hökmlər ora qayıdır və ondan qaynaqlanır. 
Əllamə Təbatəbainin nəzərində bu ayə təkcə şəriət hökmlərinin “nəsx”inə aid 
deyildir, bütün hadisələrə şamil olur.
3
Fəslin əsas mətləbləri:
1. “Nəsx” iki mənası var: həqiqi və  məcazi. “Nəsx”in həqiqi mənası “yeni 
qərarın zühuru, yəni ortaya çıxması”dır, məcazi mənası isə “yeni qərarın izharı, 
yəni aşkara çıxması”dır.
2. Quran ayələrində və hədislərdə sözükeçən “nəsx”, məcazi mənadadır.
3.  Bəziləri “nəsx”in iki mənada işləndiyini nəzərə almadıqları üçün Mütəal 
Allah barədə “nəsx”in həqiqi mənada mümkünlüyünü ağlasığmaz hesab edərək, 
“nəsx”in mümkünlüyünü və baş verdiyini inkar etmişlər.
4. “Rə`d” surəsinin 39-cu ayəsi “bəda”ya dəlalət edir və bu, bir növ yaradılışda 
olan “nəsx”dir.
1
  əl-Mizan, c.12, s.345-346.

 Rə`d surəsi, ayə: 39.

  əl-Mizan, c.11, s.375-377. Bu ayənin “bəda”ya dəlalət edən ayələrdən olduğu hesab edilir. “Bəda” bir növ 
“nəsx”dir və “təkvini işlər”də (yəni yaradılışda) baş verir. Lakin “nəsx” “təşri`i işlər”ə aiddir. Bu məsələ 
“Quran elmləri”nin əsas məsələlərindən deyil, lakin kəlam elminin mühüm məsələlərindən hesab olunur. 
Şiə  kəlam elminin “bəda” məsələsini qəbul etməsi və bu barədə bir çox hədislərin nəql olunması  əhli-
sünnənin kəskin e razına səbəb olmuşdur. Söz yox ki, bu e razın əsas səbəbi, nəzərdə tutulan “bəda”nın 
mənasını bilməməkdən irəli gəlmişdir. 
Biz burada bu məsələni açıqlamaqdan daşındıq və maraqlananlara bu kitablara müraciət etməyi tövsiyə 
edirik: Ayətullah Xoinin “əl-Bəyan” kitabı, Şəhid Mutəhhərinin “İnsan və tale” kitabı. 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə