259
Azad mütaliə
Birinci fəsil
“Nasix və mənsux” mövzusu barədə
qələmə alınan əsərlər
“Nasix və mənsux” mövzusu böyük əhəmiyyətə malik olduğu üçün hicri-
qəməri birinci əsrdən indiyədək bu mövzuya dair geniş və saysız tədqiqat əsərləri
qələmə alınmışdır.
İbn Nədim (vəfat tarixi: h.q.380 və ya 385-ci il) “Fihrist” adlı əsərində “əl-
Kutubul-muəlləfətu fi nasixil-Quran və mənsuxihi” başlığı altında öz dövrünədək
qələmə alınan on səkkiz əsərin adını qeyd etmişdir.
1
Zərkeşi yazır:
Bu mövzu barədə bir çox alimlər əsər qələmə almışlar, o cümlədən: Qitadə ibn
Də`amə əs-Sədusi, Əbu
Ubeyd Qasim ibn Səlam, Əbu Davud Sicistani (Süleyman
ibn Əş`əs), Əbu Cəfər Nəhhas, Hibətullah ibn Səlamə əz-Zərir, İbnil-Ərəbi, İbnil-
Cuzi, İbnil-Ənbari, Məkki ibn Əbu Talib və başqaları.
2
Siyuti İslam alimlərinin “nasix və mənsux” mövzusuna böyük əhəmiyyət
verdikləri və bu mövzuda ayrıca əsərlər yazdıqlarını qeyd edir: “Bu mövzu barədə
çox alimlər əsər yazmışlar”.
3
“Tarix və Quran elmləri” sahəsinin tanınmış tarixçilərinin
qeyd etdiklərinə görə,
İslam tarixində “nasix və mənsux” mövzusu barədə ilk əsər qələmə alan şəxs Qitadə
(vəfat tarixi: h.q.118-ci il) olmuşdur. Ondan sonra İmam Sadiqin (ə) səhabələrindən
olan Məhəmməd ibn Saib Kəlbi (vəfat tarixi: h.q.146-cı il) bu barədə əsər yazmışdır.
Daha sonra İmam Sadiqin (ə) tanınmış səhabəsi olan Məqatil ibn Süleyman (vəfat
tarixi: h.q.146-cı il) bu mövzuya dair əsər qələmə almışdır. Amma onların heç
birinin əsəri nəinki bizim əlimizə gəlib çatmamış, hətta böyük ehtimalla “Tarix və
Quran elmləri” sahəsinin ən qədim tədqiqatçılarının da əlinə çatmamışdır.
4
Dr. Mustafa Zeyd öz tədqiqat əsərində bir fəsli “nasix və mənsux” barədə
yazılan kitabların tədqiqatına həsr etmişdir. O, bu əqidədədir ki, Şafei “nasix və
1
Fihrist, İbn Nədim, Fənni-salis (birinci məqalədən).
2
əl-Burhan, c.2, s.151-153.
3
əl-İtqan, c.2, s.700.
4
“Quran elmləri və mənbələrin mündərica ” və “Nasix və mənsux” adlı məqalələr, Şeyx Mufid adına
beynəlxalq konqrensin
fars dilində olan məqalələri, 71-ci sayı.
260
mənsux” mövzusunda elmi bəhslər qələmə alan ilk şəxs olmuşdur. Lakin o, bu
barədə ayrıca bir kitab yazmamışdır.
Dr. Mustafa Zeyd belə hesab edir ki, bu mövzuya dair yazılan ilk əsər Əbu
Abdullah ibn Həzm Əndəlusinin (vəfat tarixi: h.q.320-ci il) “ən-Nasix vəl-
mənsux” əsəridir. Digər müəlliflər aşağıdakı ardıcıllıqladır:
Əbu Cəfər Nəhhas (vəfat tarixi: h.q.338-ci il) “ən-Nasix vəl-mənsux” əsəri,
Əbul-Qasim Hibətullah ibn Səlamə (vəfat tarixi: h.q.410-cu il) “ən-Nasix vəl-
mənsux” əsəri, Əbdul-Qadir Bağdadi “ən-Nasix vəl-mənsux” əsəri, İbn Hilal “əl-
İcaz fi nasixil-Quran və mənsuxihi”, Əbdur-Rəhman ibn Əli ibn Abdullah ibn
Cuzi (h.q.510597--ci il) “Nəvasixul-Quran”, İbn Xuzeymə “əl-Muciz fin-Nasix
vəl-mənsux”, Əsfərayini “ən-Nasix vəl-mənsux” əsəri.
Dr. Mustafa Zeyd bu kitabları sadaladıqdan sonra onların hər birinin özünə-
məxsus cəhətlərini və metodlarını izah etmiş, onlara öz iradlarını bildirmişdir.
1
Baxmayaraq ki, bu alimin nəzərincə “nasix və mənsux”
mövzusuna dair ilk
əsər qələmə alan alim Əbu Abdullah ibn Həzm Əndəlusidir, lakin bu fikir İbn
Nədimin qeyd etdikləri ilə uyğun gəlmir. Ola bilsin, Dr. Mustafa Zeyd demək
istəmişdir ki, “əsəri bizim əlimizə çatan ilk müəllif” İbn Həzm Əndəlusidir .
Dr. Hatəm Saleh Zamin “İbn Xuzeymə”nin adının Muzəffər ibn Hüseyn
ibn
Zeyd ibn Əli ibn Xuzeymə Farsi, “Əsfərayini”nin adının isə Əbu Abdullah
Məhəmməd ibn Abdullah Əsfərayini olduğunu, habelə, onların tərcümeyi-halının
məlum olmadığını qeyd etmişdir.
2
Bu mövzuya dair qələmə alınan əsərlərdən Qazi Əbu Bəkr ibn Ərəbi Məafirinin
“ən-Nasix vəl-mənsux fil-Quranil-Kərim” əsərinin adını çəkmək olar. Bu müəllifin
vəfat tarixi h.q.546-cı il qeyd edilib.
Şərəfuddin ibn əl-Barizi adı ilə tanınan Hibətullah ibn Əbdur-Rəhim ibn
İbrahim (vəfat tarixi: h.q.738-ci il) “nasix və mənsux” mövzusuna dair əsər yazan
müəlliflərdən biridir. Onun əsəri “Nasixul-Quranil-Əziz və mənsuxihi” adı ilə Dr.
Hatəm Saleh Zaminin tədqiqat əsəri olaraq çap edilmişdir.
Şiə müəlliflərindən Şəhabuddin Əhməd ibn Abdullah
ibn Səid əl-Mutəvvicin
(vəfat tarixi: h.q.836-cı il) adını çəkmək olar. O, Fəxrul-muhəqqiq və Şəhid-
Əvvəlin şagirdlərindən olmuş, bir çox əsərlərin müəllifidir. Onun qələmə aldığı
“ən-Nasix vəl-mənsux” əsəri Dr. Məhəmmədcəfər İslaminin tədqiqat əsəri olaraq
çap edilmişdir.
“Quran elmləri və mənbələrin mündəricatı” kitabında “nasix və mənsux”
mövzusuna dair yazılan 71 kitabın və onların müəlliflərinin adı qeyd olunmuşdur.
3
1
ən-Nəsxu fil-Quranil-Kərim, c.1, s.341-395.
2
İbn Barizi, Nasixul-Quranil-Əziz və mənsuxihi, Dr. Hatəm Saleh Zaminin araşdırması, s.7.
3
Quran elmləri və mənbələri mündərica , s.369-375.
261
Əllamə Şeyx Ağabozorq Tehrani “nasix və mənsux” barədə şiə alimlərinin 23
əsərinin adını çəkmiş və bu əsərlərin yazılma tarixlərini də qeyd etmişdir.
1
Müasir dövrün əhli-sünnə alimlərindən olan Dr.
Mustafa Zeyd bu mövzuya dair
qələmə aldığı geniş tədqiqat əsərini “ən-Nəsxu fil-Quranil-Kərim” adlandırmışdır.
Qeyd edək ki, sadalanan kitabların əksəriyyətində müəlliflər əvvəlcə “nəsx”
məsələsənin və “nasix və mənsux”u tanımağın əhəmiyyətini vurğulamış, sonra
“nəsx” üçün tərif qeyd etmiş, daha sonra “nasix”, yaxud “mənsux” və yaxud
bunların hər ikisinin yer aldığı surələri – “Bəqərə” surəsindən başlayaraq Quranın
sonunadək - ardıcıllıqla qeyd etmiş, Quranın “nasix”lərini müəyyən etmişlər.
Fəslin əsas mətləbləri:
1. İslamın elə ilk əsrlərindən etibarən quranşünasların və fəqihlərin araşdırdıqları
mövzulardan biri “nəsx” mövzusu olmuş, bu mövzuda əsərlər qələmə alınmışdır.
2. “Nasix və mənsux” mövzusunda ilk əsər qələmə alan
müəllif Qitadə olmuşdur
(vəfat tarixi: h.q. 118-ci il). Lakin onun əsəri bizim əlimizə gəlib çatmamışdır.
3. “Nasix və mənsux” mövzusunda əsər qələmə alan başqa müəlliflər bunlardır:
Qasim ibn Səlam, Əbu Davud Sicistani, Əbu Cəfər Nəhhas, Hibətullah ibn
Səlamə, Əbdul-Qahir Bağdadi, İbn Hilal, İbn Cuzi, İbn Xuzeymə, Əsfərayini, İbn
Barizi, Əhməd
ibn Abdullah əl-Mutəvvic, Dr. Mustafa Zeyd.
1
Əli Huccə Kermani, “Nasix və mənsux” adlı məqalə, Şeyx Mufid adına beynəlxalq konqrensin fars dilində
olan məqalələrində, 71-saylı məqalə.