Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə87/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   110

255
S€KKŽZŽNCŽ HŽSS€
NASŽX 
V€ M€NSUX


256
Səkkizinci hissə: Nasix və mənsux 
Birinci fəsil: “Nasix və mənsux” mövzusu barədə qələmə alınan 
əsərlər
İkinci fəsil: “Nəsx”in lüğəvi və terminoloji mənası
Üçüncü fəsil: “Nəsx”in şərtləri
Dördüncü fəsil: “Nəsx”in mümkünlüyü və baş verdiyi
Beşinci fəsil: “Nəsx”i inkar edənlərin dəlilləri
Altıncı fəsil: “Nəsx”in qisimləri
Yeddinci fəsil: “Nəsx” aşiqləri
Səkkizinci fəsil: “Nasix” və “mənsux” ayələr barədə araşdırma
Bu hissədə istifadə olunan əsas mənbələr:
Nasixul-Quranil-Əziz və  mənsuxihi,  İbn Barizi; ən-Nasixu vəl-
mənsux,  İbn Həzm  Əndəlusi;  Mənahilul-irfan,  Zərqani, c.2; ən-
Nəsxu  fil-Quranil-Kərim,  Dr. Mustafa Zeyd; əl-Bəyan  fi  təfsiril-
Quran,  Ayətullah  əl-uzma Xoi; əl-Mizan,  Əllamə  Təbatəbai;  ət-
Təmhid  fi Ulumil-Quran, Ayətullah Mərifət, c.2; Məbahisun  fi 
Ulumil-Quran, Dr. Subhi Saleh.


257
Müqəddimə
İslamın elə ilk əsrlərindən etibarən quranşünasların və fəqihlərin araşdırdıqları 
mövzulardan biri “nəsx” mövzusu olmuşdur. 
Bəşər tərəfindən qəbul edilən qanunlarda baş verən “nəsx” ilə (yəni qanunların 
dəyişilməsi və yenilənməsi ilə) səmavi qanunlarda baş verən “nəsx” arasında kök lü 
fərq vardır.
Belə ki, müasir dünyada dövlətlərin qanunverici qurumları  tərəfindən qəbul 
edilən qanunların yenilənməsi və ya qanunlarda islahatların aparılması, əslində, 
həyatın müxtəlif sahələrinə aid bütün məsələləri bilməmək, yaxud bu məsələlər 
barədə hərtərəfli və tam məlumata sahib olmamaqdan irəli gəlir. Zaman ötdükcə 
müəyyən məsələlər bəşərə aydın olur, yaxud çatışmazlıqlar üzə çıxır. Beləliklə, 
qanunverici qurumlar qəbul etdikləri qanunlara yenidən baxış keçirib onlarda olan 
çatışmazlıqları, nöqsanları aradan qaldırmağa və qanunları  təkmilləşdirməyə, 
yaxud yeni qanunlar qəbul etməyə səy göstərirlər. Başqa sözlə, əvvəlki qanunu 
“nəsx” edirlər. Tarix göstərir ki, ictimai, siyasi, iqtisadi, mədəni və həyatın digər 
sahələrinə aid qanunların qəbul edilməsində insan cəmiyyətləri keşməkeşli yollar 
keçmiş, bu yolda inkişaf xəttində qərar tutmuşdur.
Hər insanın xilqətində, fitrətində olan “kamilliyə can atma hissi”, onu “daim axta-
rış da olan bir varlıq” etmişdir. Bu cəhət bəşərin üstünlüyünü çatdırmazdan öncə, onda 
olan ehtiyacı çatdırır. Yəni bu cəhət bu həqiqətə dəlalət edir ki, kamilliyə çatmaq üçün 
insanın uzun bir yol qət etməlidir. Bu həqiqət xoşa gələn olmasa da, lakin bəşər qa nun-
larında baş verən dəyişilmələri bununla əlaqələndirmək mümkündür. Bu deyilən lər, 
bəşər tərəfindən qəbul edilən qanunlarda baş verən dəyişilmələrin səbəbinin izahı idi.
Amma görəsən ilahi qanunlar necədir? Vəhy mənbəyindən verilən qanunlarda 
dəyişilmə baş verirmi?
Bu sualın cavabı müsbətdir. Lakin bilməliyik ki, ilahi qanunlarda baş verən 
dəyişilmələrin səbəb və fəlsəfəsi ilə bəşər tərəfindən qəbul edilən qanunlarda baş verən 
dəyişilmələrin səbəb və fəlsəfəsi arasında köklü fərq vardır. Burada qanunverici, yəni 
Mütəal Allah, bütün məsələləri hərtərəfli və tam bilir, lakin O, qanunları tədricən və 
insanların durumunu nəzərə alaraq göndərir. İnsan cəmiyyətlərinin tərəqqi və inkişaf 
səviyyəsi ilə onlar üçün qoyulan qanunlar arasında tam uyğunluq vardır. Kamillik 
nərdivanını qalxmaqdan ötrü hər bir qövm, cəmiyyət üçün xüsusi qanunlar tələb 
olunub.
1
 İlahi şəriətlərdə, qanunlarda “nəsx”in səbəb və fəlsəfəsi məhz budur. Nəsx, 
həqiqətdə insan cəmiyyətlərinin zəruri tələblərinə cavab, onlar üçün həyat proqramıdır.
1
 Ətraflı məlumat dördüncü fəsildə veriləcəkdir.


258
Nəsx mövzusu ilə tanışlığın  əhəmiyyəti böyük din alimlərinin kəlamlarında 
aydın görünməkdədir. İslam dininin “qanun kitabı” olan Qurani-Kərimin “nasix” 
və “mənsux”unu tanımaq təkidlə tövsiyə olunmuşdur.
Əbu Əbdurrəhman Suləmi nəql edir ki, Əli ibn Əbu Talib (ə) bir qazidən soruşur:
  . َﺖْﻜَﻠْﻫَﺍ َﻭ  َﺖْﻜَﻠَﻫ :َﻝﺎَﻘَﻓ . َﻻ :َﻝﺎَﻘَﻓ ؟ِﺥﻮُﺴْﻨَﻤْﻟﺍ  َﻦِﻣ َﺦِﺳﺎﱠﻨﻟﺍ  ُﻑِﺮْﻌَﺗ ْﻞَﻫ
“Quranın nasix və  mənsuxunu tanıyırsanmı?” Qazi: “Xeyr”- dedi. O həzrət 
buyurdu: “Özünü də həlak etdin, başqalarını da.”
1
 
Başqa bir hədisdə o həzrətin “Quran qissələri” danışan bir şəxsə bu sualı verdiyini 
oxuyuruq. (Belə  ki, birinci hədisdə “ٍﺽﺎَﻗ” , ikinci hədisdə “ﱟﺹﺎَﻗ” kəlməsi işlənmişdir.)
Zərkeşi “əl-Burhan”, Siyuti “əl-İtqan” və  Zərqani “Mənahilul-irfan”da bu 
hədisi belə nəql etmişlər:
2
...؟َﺥﻮُﺴْﻨَﻤْﻟﺍ َﻭ َﺦِﺳﺎﱠﻨﻟﺍ  ُﻑِﺮْﻌَﺗَﺍ : ﱟﺹﺎَﻘِﻟ ﺐِﻟﺎَﻁ ﻰِﺑﺍ ِﻦْﺑ ﱡﻰِﻠَﻋ َﻝﺎَﻗ ْﺪَﻗ َﻭ
Hədislərin birində oxuyuruq: Həzrət Əli (ə) məscidə daxil oldu və orada moizə edən 
bir şəxsi gördü. O həzrət: “Bu şəxs kimdir?”- soruşdu. Dedilər: “O, camaata moizə 
edir və Allahı yad etməyi onlara xatırladır.” Həzrət Əli (ə) buyurdu: “O, moizə edən və 
xatırladan deyil. O, özünü istəyən bir şəxsdir və deyir: “Mən filankəsin oğlu filankəsəm, 
məni tanıyın.”” O şəxsi İmam Əlinin (ə) yanına gətirdilər. İmam (ə) ondan soruşdu:
   ...ِﻪﻴِﻓ  ْﺮﱢﻛَﺬُﺗ  َﻻ َﻭ ﺎَﻧِﺪِﺠْﺴَﻣ  ْﻦِﻣ ْﺝُﺮْﺧﺎَﻓ :َﻝﺎَﻗ . َﻻ :َﻝﺎَﻗ ؟ِﺥﻮُﺴْﻨَﻤْﻟﺍ  َﻦِﻣ َﺦِﺳﺎﱠﻨﻟﺍ  ُﻑِﺮْﻌَﺗَﺍ
“Nasix və mənsuxu tanıyırsanmı?” O şəxs : “Xeyr”- deyə cavab verdi. İmam 
(ə) buyurdu: “Bizim məsciddən çıx və orada moizə etmə”.
3
Ehtimal verilir ki, bu hədislərdə sözükeçən “qazi”, yaxud “qissə danışan şəxs”, 
yaxud “moizə edən şəxs” Əbu Yəhya olmuşdur. O, Əli ibn Əbu Taliblə (ə) olan 
söhbətini Səid ibn Əbul-Həsənə danışmışdır.
4
Qurani-Kərimin “nasix və mənsuxu”nu tanımağın nə qədər əhəmiyyətli olduğu 
İmam Sadiqin (ə) Əbu Hənifədən soruşduğu sualda da aydın görünür. Şeyx Səduq 
“İləluş-şərayi” kitabında nəql edir:
İmam Sadiq (ə)  Əbu Hənifədən soruşdu: “Sən  İraq  əhlinin fəqihisən?” O: 
“Bəli”- deyə cavab verdi. İmam (ə) soruşdu: “Nəyin  əsasında fətva verirsən?” 
Əbu Hənifə dedi: “Allahın kitabı və Onun Peyğəmbərinin (s) sünnəsi əsasında”. 
İmam Sadiq (ə) buyurdu: “Ey Əbu Hənifə, Allahın kitabına layiqincə və lazımınca 
bələdsənmi? Onun nasix və mənsuxunu tanıyırsanmı?” Əbu Hənifə: “Bəli”- deyə 
cavab verdi. İmam (ə) buyurdu: “Böyük bir elmin iddiasını etdin...”
5
  
1
 Əyaşinin təfsiri, c.1, s.23; İbn Həzəm, “ən-Nasix vəl-Mənsux”, s.5.
2
 əl-Burhan, c.2, s.158; əl-İtqan, c.2, s.700; Mənahilul-irfan, c.2, s.174.
3
 Mənahilul-irfan, c.2, s.174.
4
  İbni Həzəm, ən-Nasix vəl-Mənsux, s.5; ət-Təmhid, c.2, s.272.
.Safi təfsiri, c.1, s.22 
 ٥


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə