Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə84/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   110

247
və terminlər yaradır, yaxud növbəti  əsərində  əvvəlki  əsərindən fərqli və daha 
mütərəqqi fikirlər ortaya qoyur. 
Qurani-Kərim özünün bu cəhəti barədə təhəddi edir, buyurur: 
.ﺍًﺮﻴِﺜَﻛ ﺎًﻓ َﻼِﺘ ْﺧﺍ ِﻪﻴِﻓ ﺍﻭُﺪَﺟَﻮَﻟ ِﷲ ِﺮْﻴَﻏ ِﺪﻨِﻋ  ْﻦِﻣ  َﻥﺎَﻛ ْﻮَﻟ َﻭ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ  َﻥﻭُﺮﱠﺑَﺪَﺘَﻳ  َﻼَﻓَﺃ
“Məgər onlar Quranın barəsində düşünmürlərmi?  Əgər o, Allahdan qeyrisi 
tərəfindən olmuş olsaydı, mütləq onda çoxlu ziddiyyət tapardılar.”
1
Beləliklə, belə bir məzmuna malik olan, üstəlik, dərs almayan bir fərd tərəfindən 
müxtəlif şəraitlərdə tədricən ərsəyə gələn bir kitabda ziddiyyət və uyğunsuzluğun 
olmaması bir möcüzədir.   
5) Qeybi xəbərlər:
Qurani-Kərim həm keçmiş qövmlərin və peyğəmbərlərin əhvalatlarını nəql et-
miş, həm də gələcəkdən xəbərlər vermişdir. Həm keçmiş, həm də gələcək barədə 
verilən xəbərlər qeybi xəbərlərdir. Qeybi xəbərlər xüsusunda olan təhəddi bir 
neçə ayədə bəyan edilmişdir:
...ﺍَﺬٰﻫ ِﻞْﺒَﻗ  ْﻦِﻣ َﻚُﻣْﻮَﻗ  َﻻ َﻭ  َﺖْﻧَﺃ ﺎَﻬُﻤَﻠْﻌَﺗ  َﺖْﻨُﻛ ﺎَﻣ َﻚْﻴَﻟِﺇ ﺎَﻬﻴِﺣﻮُﻧ ِﺐْﻴَﻐْﻟﺍ ِءﺎَﺒﻧَﺃ  ْﻦِﻣ َﻚْﻠِﺗ
“Bunlar qeybi xəbərlərdəndir ki, sənə vəhy edirik. Bundan qabaq onları nə sən, 
nə də sənin qövmün bilirdi...”
2
 
Bu xatırlatma Xanım Məryəmin (s.ə) və Yusuf peyğəmbərin (ə) hekayətində 
də mövcuddur.
3
Beləliklə, Qurani-Kərimin böyük bir hissəsini təşkil edən keçmiş qövmlərin və 
peyğəmbərlərin hekayətləri – belə ki, Həzrət Peyğəmbər (s) belə bu hekayətlərdən 
xəbərdar deyildi – Qurani-Kərimin qeybi xəbərlər möcüzəsinə daxildir. 
Gələcəkdən verilən qeybi xəbərlər isə diqqəti daha çox çəkir, xüsusilə də, bu xəbər-
lər gerçəkləşmişdir. Bu qeybi xəbərlərdən bir neçə nümunəni nəzərinizə çatdırırıq: 
a) Romalıların iranlılara qələbə çalacağı xəbəri:
... َﻦﻴِﻨِﺳ ِﻊْﻀِﺑ ﻰِﻓ . َﻥﻮُﺒِﻠْﻐَﻴَﺳ ْﻢِﻬِﺒَﻠَﻏ ِﺪْﻌَﺑ  ْﻦِﻣ ْﻢُﻫ َﻭ ِﺽْﺭَ ْﻷﺍ ﻰَﻧْﺩَﺃ ﻰِﻓ .ُﻡﻭﱡﺮﻟﺍ ِﺖَﺒِﻠُﻏ
“Rumlular məğlub oldular. Ən yaxın bir yerdə. Lakin onlar məğlubiyyətlərindən 
sonra tezliklə qalib gələcəklər. Bir neçə il ərzində...”
4
 
Qurani-Kərimin xəbər verdiyi kimi, romalıların ordusu 10 ildən az bir müddətdə 
iranlılara qələbə çaldılar. 
b) Müsəlmanların Bədr döyüşündə qələbə çalacaqları xəbəri:
.َﺮُﺑﱡﺪﻟﺍ  َﻥﻮﱡﻟَﻮُﻳ َﻭ ُﻊْﻤَﺠْﻟﺍ ُﻡَﺰْﻬُﻴَﺳ .ٌﺮِﺼَﺘﻨﱡﻣ ٌﻊﻴِﻤَﺟ  ُﻦ ْﺤَﻧ  َﻥﻮُﻟﻮُﻘَﻳ ْﻡَﺃ

 Nisa surəsi, ayə: 82.

 Hud surəsi, ayə: 49.

 Ali-İmran surəsi, ayə: 4; Yusuf surəsi, ayə: 102.

 Rum surəsi, ayə: 2-4.


248
“Yoxsa onlar: “Biz müttəfiq və əlbir, düşməndən (Məhəmməddən və mömin-
lərdən) intiqam alanıq!” – deyirlər?
O ittifaq və əlbirlik tezliklə dağılacaq, onlar arxa çevirib qaçacaqlar.”
1
 
Bu ayə Əbu Cəhlin Bədr döyüşündə dediyi bu sözə işarə edir: 
 .ِﻪِﺑﺎَﺤْﺻَﺃ َﻭ ٍﺪﱠﻤَﺤُﻣ  ْﻦِﻣ َﻡْﻮَﻴْﻟﺍ ُﺮِﺼَﺘْﻨَﻧ  ُﻦْﺤَﻧ
Yəni: Bu gün biz Məhəmməd və onun köməkçilərindən intiqam alacağıq. 
Lakin Mütəal Allah verdiyi vədi gerçəkləşdirib, müsəlmanları qalib etdi.   
“Ənfal” surəsinin 7-ci ayəsində (belə ki, bu surədə  Bədr döyüşündən söz 
açılır) Mütəal Allah müsəlmanlara qələbə vədi verir. Halbuki, Bədr döyüşündə 
müsəlmanların sayı müşriklərin sayından üç dəfə az idi, döyüş  təchizatları 
da müşriklərin təchizatından qat-qat az idi. Buna baxmayaraq, Allahın vədi 
gerçəkləşdi və müsəlmanlar qələbə çaldılar.
c) Məkkəyə qələbə ilə dönüş vədi:
... ٍﺩﺎَﻌَﻣ  ٰﻰَﻟِﺇ َﻙﱡﺩﺍَﺮَﻟ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻚْﻴَﻠَﻋ  َﺽَﺮَﻓ ﻯِﺬﱠﻟﺍ  ﱠﻥِﺇ
“Şübhəsiz, Quranı  sənə vacib buyuran Allah səni qayıdacağın yerə yenə  də 
qaytaracaqdır.”
2
Müfəssirlərin  əksəriyyəti bu fikirdədirlər ki, “ﺩﺎَﻌَﻣ” sözündə  Məkkə  şəhəri 
nəzərdə tutulmuşdur ki, Peyğəmbər (s) qalib olaraq ora daxil oldu. 
ç) Quranın qorunacağı vədi:
. َﻥﻮُﻈِﻓﺎَﺤَﻟ ُﻪَﻟ ﺎﱠﻧِﺇ َﻭ َﺮْﻛﱢﺬﻟﺍ ﺎَﻨْﻟﱠﺰَﻧ  ُﻦْﺤَﻧ ﺎﱠﻧِﺇ
“Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq.”
3
Kitabin altıncı hissəsində Quranın təhrifə uğramadığı barədə geniş bəhs etdik 
və qeyd etdik ki, digər səmavi kitablardan fərqli olaraq, Quranda heç bir “azalt-
ma” və ya “artırma” təhrifi baş verməmişdir.
d) İslam dininin digər dinlərə qələbə çalacağı xəbəri:
. َﻥﻮُﻛِﺮْﺸُﻤْﻟﺍ َﻩِﺮَﻛ ْﻮَﻟ َﻭ ِﻪﱢﻠُﻛ ِﻦﻳﱢﺪﻟﺍ ﻰَﻠَﻋ ُﻩَﺮِﻬْﻈُﻴِﻟ ﱢﻖَﺤْﻟﺍ ِﻦﻳِﺩ َﻭ  ٰﻯَﺪُﻬْﻟﺎِﺑ ُﻪَﻟﻮُﺳَﺭ َﻞَﺳْﺭَﺃ ﻯِﺬﱠﻟﺍ َﻮُﻫ
“Müşriklərə xoş gəlməsə belə, bütün dinlərə qalib etmək üçün Öz Peyğəmbərini 
hidayət və haqq din ilə göndərən Odur.”
4
Bu ayə Quranda 3 dəfə  təkrar olunub. Bu qeybi xəbərin möcüzəliyi indi-
ki dövrdə  hər dövrdən daha çox anlaşılır.  İslam dini istər dostların, istərsə  də 
düşmənlərin etirafına görə insana həyat ümidi verən  ən mükəmməl bir yol və 
şəriət olaraq dünyada sürətlə yayılmaqdadır. 

 Qəmər surəsi, ayə: 44-45.

 Qəsəs surəsi, ayə: 85.
3  
Hicr surəsi, ayə: 9.
4
  Tövbə surəsi, ayə: 33; Fəth surəsi, ayə: 28; Səff surəsi, ayə: 9.


249
6) Elmi məsələlərin bəyanı:
Qurani-Kərim elmi məsələləri bəzən aydın şəkildə, bəzən isə dolayısı ilə - belə 
ki, o dövrün insanı bu məsələləri dərk etmək iqtidarında deyildi, hətta bəzi hal-
larda onların qəbul etdikləri məsələlərə zidd idi – bəyan etmişdir. Burada bir neçə 
nümunəyə nəzər salaq: 
...َﺢِﻗﺍَﻮَﻟ َﺡﺎَﻳﱢﺮﻟﺍ ﺎَﻨْﻠَﺳ ْﺭَﺃ َﻭ
“Və küləkləri mayalandırıcı (tozlandırıcı) olaraq göndərdik...”
1
İndi elm sübut etmişdir ki, bitkilər və ağaclar da mayalanır və bu, bəzi hallarda 
küləklər vasitəsilə həyata keçir. 
Mütəal Allah başqa bir ayədə aydın şəkildə bəyan edir ki, iki əks cins təkcə 
heyvanlara aid deyildir, bitkilər də erkək və dişiyə ayrılır:
...ِﻦْﻴَﻨْﺛﺍ ِﻦْﻴَﺟْﻭَﺯ ﺎَﻬﻴِﻓ َﻞَﻌَﺟ ِﺕﺍَﺮَﻤﱠﺜﻟﺍ ﱢﻞُﻛ  ْﻦِﻣ َﻭ
“... Hər meyvədən cüt-cüt (erkək və dişi) yaradan Odur!”
2
 
. َﻥﻮُﻤَﻠْﻌَﻳ  َﻻ ﺎﱠﻤِﻣ َﻭ ْﻢِﻬِﺴُﻔْﻧَﺃ  ْﻦِﻣ َﻭ  ُﺽْﺭَ ْﻷﺍ  ُﺖِﺒْﻨُﺗ ﺎﱠﻤِﻣ ﺎَﻬﱠﻠُﻛ َﺝﺍَﻭْﺯَ ْﻷﺍ َﻖَﻠَﺧ ﻯِﺬﱠﻟﺍ  َﻥﺎَﺤْﺒُﺳ
“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən 
cütlər yaradan Allah pakdır.”
3
Yerin hərəkəti və fırlanması da xüsusi bir şəkildə bəyan olunmuşdur:
...ﺍًﺪْﻬَﻣ  َﺽْﺭَ ْﻷﺍ ُﻢُﻜَﻟ َﻞَﻌَﺟ ﻯِﺬﱠﻟﺍ
“O Allah ki, yeri sizin üçün beşik etdi...”
4
Yerin beşiyə bənzədilməsi, onun həm öz oxu, həm də günəş ətrafındakı hərə-
kətinə  işarə edir. Bu həqiqətin dolayısı ilə  bəyan edilməsinin səbəbi bu idi ki
Quranın nazil olduğu dövrdə insanlar Yerin hərəkətsiz olduğunu qəbul edridilər. 
Yerin kürə şəklində olması da bəzi ayələrdən əldə olunur:
. َﻥﻭُﺭِﺩﺎَﻘَﻟ ﺎﱠﻧِﺇ ِﺏِﺭﺎَﻐَﻤْﻟﺍ َﻭ ِﻕِﺭﺎَﺸَﻤْﻟﺍ  ﱢﺏَﺮِﺑ ُﻢِﺴْﻗُﺃ  َﻼَﻓ
“(Əsla belə deyil!) And içirəm məşriqlərin və məğriblərin Rəbbinə, Biz qadirik ki...”
5
 ِ .ِﻦْﻴَﺑِﺮْﻐَﻤْﻟﺍ  ﱡﺏَﺭ َﻭ ِ ِﻦْﻴَﻗِﺮْﺸَﻤْﻟﺍ  ﱡﺏَﺭ
“İki məşriqin və iki məğribin Rəbbidir.”
6
Əgər Yer kürə  şəklində deyil, müstəvi  şəklində olsaydı, bu vaxt yalnız bir 
məşriq (günçıxan) və bir məğrib (günbatan) olardı. Yer kürə  şəklində olduğu 
təqdirdədir ki, Günəş ətrafında hərəkəti nəticəsində eyni bir zaman kəsimində Yer 
üçün bir neçə məşriq və məğrib təsəvvür olunur.

 Hicr surəsi, ayə: 22.
2
  Rə`d surəsi, ayə: 3.

 Yasin surəsi, ayə: 36.
4
  Zuxruf surəsi, ayə: 10.  

 Məaric surəsi, ayə: 40. 
6
  ər-Rəhman surəsi, ayə: 17.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə